Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Osman Nərimanoğlunun ailəsi məhkəmə prosesinin əsassız olaraq uzadıldığını bildirir

by Gozetci 18:09, 07 Dekabr 2023
written by Gozetci

Osman Nərimanoğlu

“Demokratik.az” saytının  redaktoru Osman Nərimanoğlunun (Rzayev) işi üzrə məhkəmə istintaqı əsassız olaraq gecikir”, – onun xanımı Arzu Rzayeva Turan-a bildirib.

Osman Nərimanoğlu 5 iyul 2022-ci ildə hədə ilə tələb etmək ittihamı ilə həbs edilib. Həbsdən sonra o, bildirib ki, ittihamlar yalandır, Goranboy və Göygöl rayonlarının Meliorasiya İdarəsinin məmurları və həkimlərinin korrupsiya əməlləri barədə materialların dərcindən sonra onların böhtanına məruz qalıb.

Məhkəmə istintaqı fevralın əvvəlindən davam edir və əsassız olaraq yubadılır, sayt rəhbərinin xanımı qeyd edib.

“Sonuncu dəfə iclas sentyabrın 7-də, yəni üç ay əvvəl keçirilib. O zaman məhkəmə Osmanın telefon danışıqlarından çıxarışları təmin etmək üçün mobil operatorlara sorğu göndərmək qərarına gəlmişdi. Qanuna görə, məhkəmə sorğuları 30 gün ərzində təmin edilməlidir. Operatorlardan cavablar gəlib, lakin iclaslar keçirilmir”, – Rzayeva bildirib.

Onun sözlərinə görə, dekabrın 7-nə təyin olunmuş iclas qeyri-müəyyən müddətə təxirə salınıb. Bəhanə də bu olub ki, “Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni hərbçinin məhkəməsi keçirilir” .

“Erməni hərbçilərin işinə başqa hakim heyəti baxıb. Bu, Osmanın məhkəməsini yenidən təxirə salmaq üçün bəhanə idi”, – Rzayeva deyib.

O, Nərimanoğluna “mənəvi təzyiq” göstərərək onu “mümkün qədər uzun müddət” həbsdə saxlamaq üçün məhkəmə prosesinin uzadılmasını “sifariş” hesab edir.

Rzayevanın dediklərinə görə, həyat yoldaşının günahına dair səhih sübut yoxdur və o, şahidlərin yalan ifadələri əsasında mühakimə olunur.

Gəncə Ağır Cinayətlər Məhkəməsindən şərh almaq mümkün olmayıb.

Turan 

18:09, 07 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Qalib Toğrul: Qubad İbadoğlunun səhhətində geri dönüşü olmayan proseslər kəskin şəkildə davam edir

by Gozetci 16:57, 07 Dekabr 2023
written by Gozetci

“138 gündür ki, qurama ittihamlarla həbsdə saxlanılan London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun səhhətindəki geri dönüşü olmayan proseslər kəskin şəkildə davam edir. Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə Qubad İbadoğlunun bel-omba nahiyyəsində ağrılar artıb.

“Degenerativ disk xəstəliklərindən – subxondral skleroz (qığırdağın altında yerləşən sümüyün sərtləşməsi), osteofit (dayaq-hərəkət aparatının zədələnməsi nəticəsində oynaqların səthində əmələ gələn sümük toxumasının böyüməsi), protruziya (disk qabarması) əziyyət çəkən qardaşımda artıq hərəkət məhdudiyyəti elə bir vəziyyətə çatıb ki, təcridxanaın həkimləri ona əsadan (çəlikdən) istifadə etməyi məsləhət görüblər.

Təcridxananın həkimləri qardaşımın yıxılıb ağır xəsarət almasından ehtiyat edirlər. Bununla belə Ədliyyə Nazirliyi dəfələrlə müraciət etsək də, qardaşımın müalicə müəssisəsinə göçürülməsinə imkan yaratmır.

Təcridxana şəraitində 10 günlük elektroforez müalicəsinin cüzi effekti belə olmayıb. Qardaşımın belindəki və sol ayağındakı ağrıları daha da şiddətlənərək dözülməz həddə çatıb. Artıq ağrıkəsici tabletkalar belə heç bir effekt vermir. Gecələr ən yaxşı halda 2 saat yata bilən qardaşım gündüzlər ümumi halsızlıqdan əziyyət çəkir”,o qeyd edib.

İqtisadçı alimin şəkərli diabet olduğunu xatırladan qardaşı qeyd edib ki, Qubad İbadoğlunu müayinə etmək üçün təcridxanaya göndərilən Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin endokrinoloqu təcrübə aparır.

“ İnsulin təyin edən və onun ilkin dozasını bi ayda 2 dəfə artıraraq 22 vahidə çatdıran həkim şəkərin normallaşmamasının əsl səbəblərini deməkdən çəkinir və şəkəri aşağı salmaq üçün çabalayır. Bəli, məhz çabalayır, hər şeyə əl atır, amma ortada nəticə yoxdur.

Qardaşım həbs olunanadək insulindən istifadə etməyib. London həkimləri ona gündə iki dəfə – 1 tabletka “Metformin” (750 mg), yarım tabletka “Glimepride” (3 mg) qəbul etməyi məsləhət görümüşdülər. Bu dərmanları qəbul edən və aktiv həyat tərzi keçirən (gündə ən azı 10 km gəzinti) qardaşım azadlıqda olanda heç vaxt yüksək şəkərdən əziyyət çəkməyib.

Dünəndən endokrionoloq “Metformin” və “Glimepride” dərmanlarını ləğv edərək “Galvusmet” (1000 mg) təyin edib. Dərmanı çatdırmışıq, ancaq ailəsi olaraq böyük narahatlıq və təşviş içindəyik” ,Qalib Toğrul əlavə edib.

Qalib Toğrul bildirir ki insulinin təyinindən sonra qardaşımda taxikardiya (yüksək ürək döyüntüsü) əmələ gəlib.

Onun sözlərinə görə, bu ailəsini çox qorxudur, çünki aortanın anevrizaması xəstəliyində yüksək ürək döyüntüsü aortanın genişlənməsi baxımından böyük risk deməkdir.

“ Qardaşım insulin istifadə edəndən ürək döyüntüsü 100-130 arasında olur. Bu günlərdə ailəsi adından qardaşımın xaricdəki həkimləri ilə yazışmışıq, onlar vəziyyəti kritik qiymətləndirir, eyni zamanda əllərində dəqiq (saxtalaşdırılmamış) müayinə və analiz nəticələri olmadığı üçün mənim verdiyim müşahidə xarakterli şifahi məlumatlar əsasında hər hansı müalicə yazmağa ehtiyat edirlər” o əlavə edib.

Bundan əlavə Qubad İbadoğlunun qardaşı Ədliyyə Nazirliyinə müraciət edərək , MRT və KT disklərinin onun ailəsinə təqdim edilməsinə icazə verilməsini, eyni zamanda Ombudsmanın qanunvericiliyin tələblərinin icra olunmasına yardım edilməsini istəyib.

Öz növbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

16:57, 07 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Gələn il növbədənkənar prezident seçkisi keçiriləcək

by Gozetci 12:25, 07 Dekabr 2023
written by Gozetci

İlham Əliyev sərəncam imzalayıb

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Bu barədə dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.

Azərbaycanda sonuncu dəfə prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər növbədənkənar baş tutub.

İlham Əliyev 20 ildir prezidentdir.

Meydan TV

12:25, 07 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Sosial media meneceri də “AbzasMedia” ilə bağlı ifadə verib

by Gozetci 10:17, 07 Dekabr 2023
written by Gozetci

Leyla Ağayeva

Şahidlər iltizama qol çəkdiyindən ətraflı açıqlama vermirlər

Dekabrın 6-da sosial media meneceri Leyla Ağayeva “AbzasMedia”nın işi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Leyla Ağayeva şahid qismində ifadə verib. Bir gün öncə jurnalist Şəmistan Həziyev də “AbzasMedia” işi ilə bağlı BŞBPİ-də şahid qismində dindirilib. O, dindirilmə sonrası jurnalistlərə bildirib ki, istintaqla bağlı ona suallar verilib, o da cavablayıb.

Jurnalist istintaq sirri ilə bağlı iltizama qol çəkdiyindən detallı açıqlama verməyib. Yalnız onu deyib ki, əsasən, “AbzasMedia” işi ilə bağlı suallar verilib”. Noyabrın 30-da jurnalist Nərgiz Absalamova da Bakı Şəhər Baş Polis İdarəsinə şahid qismində ifadə vermək üçün dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. “AbzasMedia”nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi “AbzasMedia”nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib. Bir gün öncə isə Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb. Noyabrın 21-də Xətai Rayon Məhkəməsi “AbzasMedia” xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının “AbzasMedia”nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib.

Həbs edilən jurnalistlər onlara qarşı ittihamı qəbul etmir və bunun “AbzasMedia”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Meydan TV

10:17, 07 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Abzas Media” ilə əməkdaşlıq edən jurnalistlərin bank hesablarına həbs qoyulduğu bildirilir

by Gozetci 09:49, 07 Dekabr 2023
written by Gozetci

Son günlər “Abzas Media” internet nəşrinin əməkdaşlarına qarşı qaldırılan cinayət işi ilə bağlı bu nəşrlə əməkdaşlıq edən çoxsaylı yazarlar istintaqa ifadə verib. Dünən nəşrlə əməkdaşlıq Şəmistan Həziyev, bu gün, dekabrın 6-da Leyla Ağayevə istintaqa dəvət edilib.

Nəşrlə əməkdaşlıq edən araşdırmaçı jurnalist Hafiz Babalı isə istintaqda adı keçən bir çox şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulduğunu bildirib.

“Bakının Xətai Rayon Məhkəməsi noyabrın 29-da “Abzas Media”ya qarşı qaldırılan cinayət işi üzrə adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulması, vergi odənişləri və hüquqi şəxslərdə pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması haqda qərar çıxarıb”, o Facebook səhifəsində qeyd edib.

Jurnalist bildirir ki, ona təqdim edilən sənəddə o sadəcə şahid deyil, təqsirləndirilən şəxs kimi qeyd edilib.

“Mən təqsirləndirlən şəxs kimi tanınma qərarının verilməsindən bir gün sonra Bakı şəhər Baş Polis İdarəsində (BŞBPİ) şahid qismində dindirilmişəm. İttiham tərəfi məni hansı qanunsuz əməldə gunahlandıra bilər? Başa düşürəm, elə bir mühitdə, cəmiyyətdə və hakimiyyət altında yaşayırıq ki, istənilən məsum insanı ən ağır cinayətdə belə bu ölkənin məhkəməsi ittiham edib həbsə ata bilər və edir – nümunələr kifayət qədərdir. Abzas-la əməkdaşlıq etmişəmmi? Bəli. Jurnalistəm. Bu, mənim işimdir. Dindirmədə də bildirdiyim kimi, Azərbaycanda həmin araşdırmaları dərc edəcək çox az sayda KİV qalıb. Araşdırmalarım Abzas sayəsində geniş rezonans yaradıb. Həmin araşdırmaları hazırlayarkən janrın xüsusiyyətinə uyğun olaraq, çox vaxt peşəkar təhqiqatçı kimi, yüzlərlə mənbə və sənədlərlə işləməli olmuşam. O şeyləri ki, prokurorluq “görmür”, mən incəliklərinə qədər yazıb oxucunun ixtiyarına vermişəm. Sabir demiş: düzü düz, əyrini hamvar. Amma aynaya baxanlar çarəni, deyəsən, onu qırmaqda görürlər”, o qeyd edib.

Araşdırmaçı jurnalist hesab edir ki, başqa ölkədə yaşasaydı yazdığı məqalələrə görə dövlət səviyyəsində təşəkkür eşidərdi.

“Başqa ölkələrdə qanunsuz varlananlara qarşı cinayət işi açılacaqdı. Azərbaycanda isə nəsibim, gördüyünüz kimi, bunun tam əksidir: hakimiyyət onu tənqid edənləri təqib edir. Amma qətiyyən narahat deyiləm. Jurnalistika cinayət deyil. Cinayət dövlətin sərvətini, büdcəsini ata malı kimi istifadə etmək, dövlətin pul ayırdığı işləri öz ailə üzvlərinə, nazirlərin ailələrinə ötürmək və nəhayət, qanunlara nəzarət etməli olan prokurorluq orqanlarının susqunluğudur. Cəmiyyət də bütün bu talanları sadəcə seyr edib, səsini çıxarmayacaqsa, o da gələcək nəsillər qarşısında mənəvi məsuliyyət daşıyacaq”, jurnalist Facebook səhifəsində qeyd edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək hələ mümkün olmayıb.

Xatırlatma

Bakı şəhər Baş Polis İdarəsi noyabrın 22-də “Abzas Media” internet nəşrinin əməkdaşlarlına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi qaldırıb.

Bundan öncə, noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları “Abzas Media”nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Nəşrin səlahiyyətli şəxsləri götürülən vəsaitin onlara aid olmadığını bildirir və ittihamı qəbul etmir. Cinayət işinin “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirir.

Beləliklə, qaçaqmalçılıq ittihamı ilə “Abzas Media”nın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı və jurnalist Nərgiz Absalamova həbs edilib.

Amerikanın Səsi

09:49, 07 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İlhamiz Quliyevlə bağlı həbs-qətimkan tədbiri seçilib

by Gozetci 09:12, 07 Dekabr 2023
written by Gozetci

İlhamiz Quliyev

Dekabrın 6-da Yasamal Rayon Məhkəməsinda ictimai fəal İlhamiz Quliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə prosesi keçirilib. O, Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə açıqlamasında bildirib ki, müstəntiq İlhamiz Quliyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırmışdı:

“Məhkəmədə həm mən, həm də İlhamiz çıxış etdi. Biz bildirdik ki, onun barəsində həbs seçilməsi üçün heç bir əsas yoxdur. O məhkəmə və istintaqın çağırışlarına gedəcək adamdır. Qaçıb gizlənmək kimi bir niyyəti olmayıb. Çox təəssüf ki, məhkəmə bizim arqumentlərimizi qiymətləndirmədi. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçdi. İlhamiz Quliyev bildirdi ki, ona qarşı qaldırılan ittiham tamamilə əsassızdır. O nə narkotik vasitə qəbul etmir, nə də satışı ilə məşğul olmur” – vəkil qeyd edib.

Xatırlatma

İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb. Yaxınlarının sözlərinə görə, saxlama zorakılıqla həyata keçirilib. Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media” internet nəşrinə verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.

Amerikanın Səsi

09:12, 07 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Şurası Nazirlər Komitəsinin gündəliyinə Azərbaycanla bağlı 25-dən artıq qərar daxil edilib

by Gozetci 11:42, 06 Dekabr 2023
written by Gozetci

Avropa Şurası Nazirlər Komitəsi. Mənbə: “Turan”

Komitə 3 gün məhkəmə qərarlarının icra durumunu müzakirəyə çıxaracaq

Dekabrın 5-də Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) 1483-cü toplantısı işə başlayıb.

Toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumu müzakirə edilir.

İcra durumu müzakirə edilən qərarlar Albaniya, Ermənistan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Gürcüstan, Yunanıstan, Macarıstan, İtaliya, Malta, Moldova Respublikası, Niderland, Şimali Makedoniya, Norveç, Polşa, Rumıniya, Rusiya Federasiyası, Serbiya, Türkiyə, Ukrayna və Böyük Britaniya ilə bağlıdır.

Üç gün davam edəcək toplantının gündəliyinə Azərbaycanla bağlı 25-dən artıq qərar daxil edilib.

Müzakirə olunan Anar Məmmədli Qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 5 qərarın – Anar Məmmədli, İntiqam Əliyev, İbrahimov və Məmmədov, Xədicə İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlı qərarların icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin aktiv siyasi və sosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

Bu qərarların hər birinin icra durumu problemlidir. Qərarların ortaya çıxardığı problemlərin aradan qaldırlması üçün tələb olunan fərdi və ümumi tədbirlər qismən həyata keçirilməmiş qalır.

Muradova, Məmmədov (Cəlaloğlu), Mikayıl Məmmədov Qrupları çərçivəsində AİHM-in Azərbaycanla bağlı 20-dən artıq qərarının icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçilərin qohumlarının ölümləri, ərizəçilərin işgəncə və ya pis rəftara məruz qalmaları ilə bağlı səmərəli araşdırmanın aparılmaması, tibbi yardıma çatım haqqının pozulması, həbslərin qanunsuzluğu, cinayət prosesinin həddən artıq uzanması, jurnalistlərə güc tətbiq edilməsi, dinc toplantıların dağıdılması, vəkilə çatım haqqının təmin edilməməsi ilə əlaqəlidir.

“Müşfiq Məmmədov və Başqaları Azərbaycana qarşı” qərarı hərbi xidmət yaşına çatmış ərizəçilərin həqiqi hərbi xidmətdən azad olunmaq, alternativ mülki xidmət keçmək tələblərinin rədd edilməsi, onların cinayət məsuliyyətinə cəlb edilmələri ilə bağlıdır.
AİHM bu işlərdə şəxsi həyata hörmət hüququnun pozulmasına qərar verib.

AŞ NK-nın icra durumunu müzakirə etdiyi digər qərar “Makuçyan və Minasyan Azərbaycana qarşı” işi üzrə qərardır. Bu qərar 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş hərbçi Ramil Səfərovun işi ilə bağlıdır.

Nazirlər Komitəsi müzakirələrin sonunda qərarlar qəbul edəcək. Avropa Konvensiyasının 46-cı maddəsinə əsasən, AİHM qərarlarının icrası dövlətlər üçün məcburidir. AŞ NK AİHM-in qərarlarının icrasına əlaqəli rəsmi qurumların, ərizəçilərin, QHT-lərin və əlaqəli digər tərəflərin təqdim etdiyi bilgilərə əsaslanaraq nəzarət edir.

Meydan TV 

11:42, 06 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Daha bir jurnalist “Abzas Media” işi ilə bağlı şahid qismində dindirilib

by Gozetci 09:01, 06 Dekabr 2023
written by Gozetci

Şəmistan Həziyev

Dekabrın 5-də jurnalist Şəmistan Həziyev “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı, direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov və jurnalist Nərgiz Absalamovanın həbsi ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) şahid qismində dindirilib.

Şəmistan Həziyev bildirib ki, istintaqda bəzi suallar verilib, o da sualları səmimi şəkildə cavablandırıb.

“Cavabını bildiyim sualları cavablandırdım, sadəcə istintaq sirri olduğu və iltizama qol çəkdiyim üçün detallarla bağlı heç nə deyə bilmirəm. Əsasən isə “Abzas Media” işi ilə bağlı suallar idi”, o bildirib.

Xatırlatma

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Noyabrın 22-də Daxili İşlər Nazirliyi bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.

Məhəmməd Kekalovun noyabrın 20-də mülki geyimli şəxslər tərəfindən evindən zorakılıqla aparıldığı bildirilir. Ailəsinin məlumatına görə, ondan 2 gün xəbər almaq mümkün olmayıb. Ailəsi və yaxınları ona işgəncə verilməsindən narahat olduqlarını bildiriblər.

Noyabrın 23-də Məhəmməd Kekalovla görüşən vəkil Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, Məhəmməd ondan vəkil kimi imtina etdiyini deyib.

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.

Jurnalist Nərgiz Absalamova isə noyabrın 30-u Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. “Abzas Media”nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.

Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının “Abzas Media”nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib. Həsənli və Vaqifqızı onlara qarşı ittihamı qəbul etmir və bunun “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Amerikanın Səsi 

09:01, 06 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Sərhədsiz Reportyorlar Azərbaycanda jurnalist həbsləri ilə bağlı Avropa Şurasına çağırış edib

by Gozetci 20:08, 05 Dekabr 2023
written by Gozetci

Avropa Şurası

Sərhədsiz Reportyorlar təşkilatı Azərbaycanda son jurnalist həbsləri ilə bağlı Avropa Şurasına çağırış edərək, qurumdan Azərbaycan hakimiyyətinə beynəlxalq öhdəliklərini xatırlatmasını və jurnalistlərin azad edilməsini istəyib.

Azərbaycanda “jurnalist ovu”nun davam etdiyini qeyd edən Sərhədsiz Reportyorlar, son olaraq “Kanal 13” internet televiziyasının əməkdaşı Rüfət Muradlının inzibati həbsə məhkum edildiyini, ötən iki həftə ərzində altı jurnalistin həbs edildiyini vurğulayıb.

“Biz əsl insan ovuna şahidlik edirik. Əsassız həbslər, zorakılıq və qondarma ittihamlar Azərbaycan hakimiyyətinin məqsədinin tam cəzasız fəaliyyət göstərən korrupsioner siyasi elitanın əməllərini ifşa edən bütün müstəqil media səslərini aradan qaldırmaq olduğunu təsdiqləyir. Sərhədsiz Reportyorlar bu repressiyanı pisləyir, Avropa Şurasını İlham Əliyev rejiminə öhdəliklərini xatırlatmağa və bütün jurnalistlərin azad edilməsinə çağırırıq”, təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyib.

“Kanal 13” internet televiziyasının əməkdaşı Rüfət Muradlı polisin əmrinə tabe olmamaqda günahlandırılaraq, dekabrın 2-si Xətai Rayon Məhkəməsi tərəfindən 30 sutka inzibati həbsə məhkum edilib. Jurnalistin yaxınları onun həbsini peşə fəaliyyəti, “Kanal 13” və digər müstəqil media qurumlarına qarşı təzyiqlərlə bağlı olduğunu qeyd edib.

Bundan əvvəl, noyabrın 28-də “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri çıxarılıb. Torpaq üzərində mülkiyyət hüququnu pozmaqda günahlandırılan Əziz Orucov ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini qeyd edib.

Noyabr ayında həmçinin korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. “Abzas Media” jurnalistləri ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyəti və korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Rəsmi Bakı noyabrın 28-i ABŞ, Almaniya və Fransa səfirliklərinə etiraz bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyini, ölkəyə qanunsuz yolla xarici valyuta gətirildiyini bildirib.

ABŞ və Almaniya səfirlikləri Azərbaycan Xarici İşlər Nazirliyinin səsləndirdiyi ittihamları qəbul etməyib.

Hazırda Avropa Şurası Parlament Assambleyasında “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər” mövzusu üzrə məruzəçi fəaliyyət göstərir.

AŞPA-nın “Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər” üzrə məruzəçisi Hanna Bardell, media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə baş məruzəçi Mogens Yensen və siyasi məhbuslar üzrə baş məruzəçi Sunna Evarsdottir noyabrın 22-də yaydıqları birgə bəyanatda müstəqil mediaya qarşı təzyiqlər barədə narahatlıq ifadə ediblər.

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri bu ilin iyun ayında Azərbaycana səfər etdikdən sonra ölkədə ifadə azadlığına qoyulan məhdudiyyətlər, o cümlədən “Media haqqında” yeni qanun barədə narahatlıq ifadə ediblər.

Amerikanın Səsi

20:08, 05 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Prokuror Samir Aşurova 8 il həbs cəzası istəyib

by Gozetci 13:07, 05 Dekabr 2023
written by Gozetci

Samir Aşurov

Fəal ittihamları yalan və böhtan adlandırıb

Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra həbs olunan siyasi fəal Samir Aşurovun işi üzrə il yarıma yaxındır ki, davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir.

Dekabrın 4-də məhkəmə istintaqı tamamlanıb və prokuror Samir Aşurova 8 il azadlıqdan məhrumetmə cəzası istəyib.

Siyasi fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyilə, Samir Əliyev və Mahmud Ağalarovdan ibarət hakimlər kollegiyası baxır.

Dekabrın 4-də məhkəmədə hakim Faiq Qəniyev öncə cinayət işinin materiallarında olan bir sıra sənədləri elan edib.

Sənədlərin tədqiqi mərhələsi bitəndən sonra Samir Aşurovun vəkili Elçin Sadıqov müvəkkilinin bıçaqladığı iddia olunan, zərərçəkmiş qismində tanınan Elşən Nəbiyevlə bağlı vəsatətlər qaldırıb.

Vəkil bildirib ki, Elşən Nəbiyevin polislərlə əlaqədə olmasına, Samir Aşurovu şərləyib həbs etmək üçün ondan istifadə edildiyinə dair şübhələr var.

Bu şübhələrin araşdırılması üçün 2021-ci il aprelin 18-dən 20-nə qədər onun hərəkət trayektoriyasını müəyyənləşdirmək, kimlərlə əlaqədə olub-olmadığını bilmək lazımdır.

Vəkil bu məqsədlə Elşən Nəbiyevin mobil telefonuyla bağlı anten məlumatlarının alınması haqda vəsatət qaldırıb.

Elşən Nəbiyev iddia edir ki, Samir Aşurov ona bıçaqla xəsarət yetirib və hadisədən sonra onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Vəkilin sözlərinə görə, bu məsələ də şübhəlidir.

Müdafiəçi xəstəxanaya sorğu göndərilməsi, onun üzərindəki cərrahiyyə əməliyyatının videogörüntüsünün alınması barədə vəsatət qaldırıb:

“Onun üzərində biz əməliyyat yeri görmədik. Xahiş edirəm, bu məsələ araşdırılsın. Bütün cərrahiyyə əməliyyatlarının videosu çəkilir. Xahiş edirik, onun əməliyyatının da görüntüləri xəstəxanadan alınsın. Bizdə də əminlik yaransın ki, yalan danışmır”.

Vəsatətlərin heç biri təmin olunmayıb.

Bundan sonra məhkəmə istintaqının başa çatdığı elan olunub.

Ardınca çıxış edən prokuror Samir Aşurovun Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə təqsirli bilinməsini və 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 18-də vəkilin müdafiə çıxışı, ardınca Samir Aşurovun özünün son sözüylə davam edəcək. Daha sonra hökm oxunacaq.

Cinayət işində iddia olunur ki, Samir Aşurov 2022-ci il aprelin 19-da axşam saat 21:00 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında gedərkən Elşən Nəbiyevin çiyninə dəyib.

Nəticədə aralarında mübahisə yaranıb və Samir Aşurov ona bıçaqla xəsarət yetirib.

Samir Aşurov məhkəmədə bildirib ki, ittihamda yazılanlar başdan-ayağa yalandır, ona böhtan atırlar.

Onun sözlərinə görə, üstündə ümumiyyətlə, bıçaq olmayıb. Həbsi isə siyasi fəaliyyətinə görə əvvəldən cızılmış ssenari üzrə həyata keçirilib:

“Məndən əvvəl Almaniyadan qaytarılanları narkotik ittihamıyla şərləyib tuturdular. Bu tendensiyanı görüb, özümlə bağlı təhlükəni bilirdim. Maştağa qəsəbəsində həyət evim var. Düşündüm ki, məni rahatlıqla şərləyə bilməsinlər. Ona görə ailəmi götürüb, “Neftçilər”də bina evində kirayə qalmağa başladım. Amma izlənildiyimi də hiss edirdim. Bunu da (zərərçəkmiş Elşən Nəbiyevi nəzərdə tutur-red.) o ərazidə görmüşdüm. Sanki məni ona tanıtdırırdılar kənardan…”

Hadisə gününə gəlincə, Samir Aşurov deyib ki, metrodan çıxıb, evə tərəf gələndə hazırda zərərçəkmiş qismində tanınan şəxs də üzbəüz gəlirdi.

Onun sözlərinə görə, çatmağa bir addım qalmış Elşən Nəbiyev qışqırmağa başlayıb:

“Qışqırdı, əl-qol atdı. Kənardan bir neçə nəfər dərhal gələndə başa düşdüm ki, təxribatdı. Bir neçə il Almaniyada yaşamışdım, orada polisin vətəndaşın köməyinə çatması, insanlara yardım etməsi yadımda qalmışdı deyə, mən də dərhal “polis, polis” qışqırdım. Onlar da gəldi, biri sağ qolumdan, biri sol qolumdan, biri də gödəkçənin boyun tərəfindən tutdu. Gördüm ki, cibimə nəsə qoydular. Elə bildim, narkotikdir. İmkan tapıb baxanda gördüm ki, bıçaqdır. Tez çıxarıb tulladım. Gedib götürüb gətirdilər. Bu biri də sakitləşmir, özünü əyib ki, ay məni vurdu, belə elədi. Gətirib bıçağı bu dəfə şalvarımın cibinə qoyub, məni polis bölməsinə apardılar…”

Samir Aşurov 2021-ci il martın 28-də Azərbaycana qaytarılandan sonrakı günlərdə həbs təhlükəsi altında olduğu haqda dəfələrlə sosial media hesabında yazmışdı.

Son iki il ərzində Almaniyadan deportasiya edilən fəalların bir neçəsi ölkəyə qayıtdıqdan az sonra həbs edilib.

Onların əksəriyyətinə narkotik ittihamı verilib. Lakin onlar ittihamı rədd edir və Almaniyada Azərbaycandakı siyasi məhbuslarla bağlı etirazlarında iştirak etdiklərinə, sosial mediadakı paylaşımlarına görə cəzalandırıldıqlarını deyirlər.

Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.

13:07, 05 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia