Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İlhamiz Quliyevin apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 20:52, 13 Dekabr 2023
written by Gozetci

İlhamiz Quliyev

Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsində ictimai fəal İlhamiz Quliyevin şikayətinə baxılıb.

Yasamal Rayon Məhkəməsi dekabrın 6-da ictimai fəal barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib, apellyasiya şikayəti də bu qərardan verilib.

Həmin qərardan şikayət verən İlham Quliyevin vəkili Zibeydə Sadıqova bildirib ki, ictimai fəalın özü də məhkəmədə iştirak edib:

“Bildirdi ki, bu cinayət əməlində onun heç bir rolu yoxdur, ümumiyyətlə, narkotik satmır, narkotik onun cibinə sonradan qoyulub. Çox təəssüf ki, məhkəmə bizim şikayətimizi təmin etmədi”.

Xatırlatma

İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb.

Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media”ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.

Amerikanın Səsi 

20:52, 13 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Qalib Toğrul: “Qubad İbadoğlunun tibb müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət etmişik”

by Gozetci 12:45, 13 Dekabr 2023
written by Gozetci

Qalib Toğrul

 

“Qubad İbadoğlu sərbəst şəkildə hərəkət edə bilmir, əsa köməkliyi ilə hərəkət edir. Buna baxmayaraq, nə hazırda saxlanıldığı Bakı İstintaq Təcridxanası, nə Pentensiar Xidmət, nə də Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi hər hansı bir addım atmır”.

Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə açıqlamasında bildirib. Onun sözlərinə görə, aidiyyatı qurumlar tərəfindən şikayətlərinə baxılmır.

“Biz qeyd etdiyim dövlət qurumlarına dəfələrlə müraciət etmişik. Eyni zamanda, Ombudsman Aparatına da müraciətimiz olub. Qubad İbadoğlunun hazırda vəziyyəti elədir ki, o, Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməlidir. Lakin hər dəfə bizə göndərilən rəsmi cavablarda buna ehtiyac olmadığı, Qubad bəyin sağlamlığının qaydasında olduğu bildirilir. Təbii ki, bütün bunlar reallığı əks etdirmir”, o deyib.

Qalıb Toğrul qeyd edib ki, Qubad İbadoğlunun müalicə müəssisəsinə köçürülməməsi ilə bağlı məhkəməyə müraciət edilib.

“Qubad İbadoğlunun həm ürəyində, həm bel nahiyəsində, şəkər xəstəliyi ilə bağlı ciddi problemləri var. Bütün bunları nəzərə alaraq biz məhkəməyə müraciət etmişik. Bizim şikayətiniz qəbul edilib, məhkəmə tərəfindən icraata götürülüb”, Qalıb Toğrul bildirib.

Dekabrın 19-da Nərimanov rayon məhkəməsində vəkillərin verdiyi şikayətə baxılacaq.

Öz növbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

12:45, 13 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

SMDT növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yaydı

by Gozetci 11:41, 13 Dekabr 2023
written by Gozetci

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 7 fevral 2024-cü ildə növbədənkənar prezident seçkisinin təyin olunması ilə bağlı hüquqi-siyasi mühiti dəyərləndirərək, seçkinin vaxtından 14 ay öncə keçirilməsi barədə sərəncamın Azərbaycan Respublikası və Seçki Məcəlləsinə uyğun olaraq verilsə də, bu tədbirlərin seçkilərin dövriliyi və demokratik konstitusionalizm prinsiplərinə uyğun olmadığını bildirir.

SMDT təəsüflə bildirir ki, hazırda arasında jurnalist, ictimai fəal və siyasi partiya təmsilçilərinin olduğu 200 nəfərə yaxın siyasi məhbusun həbsdə saxlanması, ifadə azadlığını məhdudlaşdıran addımlar, o cümlədən yeni “Media haqqında” və “Siyasi partiyalar haqqında” qanunlar, müstəqil internet TV və  veb səhifələrin bloklanması, sosial media fəallarının kütləvi şəkildə təqib edilməsi növbədənkənar prezident seçkisi ərəfəsində vətəndaş iştirakçılığını məhdudlaşdırır, seçki prosesi ilə bağlı demokratik şəraitin təmin olunmasını çətinləşdirir. Bununla yanaşı vətəndaş cəmiyyəti və hüquq müdafiə təşkilatlarına qarşı davam hüquqi-siyasi təzyiqlər vətəndaş cəmiyyəti təşkilatlarının seçicilərin maarifləndirilməsi, seçki hüquqlarının müdafiəsi və yerli seçki müşahidəçiliyinin təşkili ilə bağlı çalışmaq imkanlarını tükəndirib.

Bəyanatla daha geniş tanış olmaq üçün linkə keçid edin.

11:41, 13 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Amnesty International Azərbaycanda müstəqil mediaya qarşı repressiyalardan narahatdır

by Gozetci 10:54, 13 Dekabr 2023
written by Gozetci

Beynəlxalq insan haqları təşkilatı Amnesty International Azərbaycanda müstəqil mediaya qarşı repressiyaların artmasından narahatlığını bildirib. Qurum bu tendensiyanın son nümunəsi kimi Kanal-11 Youtube layihəsinin rəhbəri Teymur Kərimovun Bakıda həbsini göstərib.

“Teymur Kərimovun həbsi Azərbaycanda jurnalistlərə və digər tənqidi şəxslərə qarşı saxta ittihamların səsləndirilməsi ilə bağlı narahatedici tendensiyaya uyğundur. Noyabrın sonunda Abzas Media və Kanal-13 müstəqil resurslarının rəhbərlərinin həbsi ilə başlayan müstəqil mediaya qarşı repressiyaların kəskinləşməsinin şahidi oluruq”, – Amnesty International-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze bildirib.

O, baş verənləri 2012-2015-ci illərdə vətəndaş cəmiyyəti və müstəqil mediaya qarşı repressiyalarla müqayisə edib.

Azərbaycan hakimiyyəti noyabr ayından başlayaraq ən azı altı jurnalisti həbs edib. Daha bir neçə jurnalist istintaqa  çağırılıb və bundan sonra bildirdilər ki, onları  tənqidi reportajlarını dayandırmasalar, təqib ilə hədələyiblər.

Turan 

10:54, 13 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Reportyor Teymur Kərimov üçün həbs qətimkan tədbiri seçilib

by Gozetci 22:00, 12 Dekabr 2023
written by Gozetci

Teymur Kərimov

Jurnalist narkotiki üzərinə götürmədiyi üçün döyüldüyünü deyib

Dekabrın 11-də saxlanılan reportyor, “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dekabrın 12-də axşam saat 19.00 radələrində Nərimanov Rayon Məhkəməsində hakim Xalidə Əlisoy jurnalist haqqında həbs qərarı çıxarıb.

Teymur Kərimov Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələbetmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə təkrar törədildikdə) maddələrilə ittiham olunur. İddia olunur ki, o, video-reportajları silmək üçün iki nəfərdən pul tələb edib.

Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsində jurnalistin istintaq dövründə həbsdə saxlanması üçün verilmiş təqdimata baxılanda Teymur Kərimov bildirib ki, bu ittiham tamamilə yalandır. Onun sözlərinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində əvvəl onu narkotiklə şərləmək istəyiblər. Hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul etmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.

Teymur Kərimov deyib ki, o, heç kimdən hədə-qorxu ilə pul istəməyib. Həbsinin səbəbi jurnalist fəaliyyəti, hazırladığı video-reportajlardır. O xatırladıb ki, noyabrın 20-dən bu yana ölkədə 6 jurnalist həbs olunub.

Jurnalistin vəkili Nemət Kərimli də məhkəmədə deyib ki, onun həbsi üçün heç bir əsas yoxdur. Vəkilin sözlərinə görə, hətta hədə-qorxu ilə tələbetmə ittihamı varsa belə, Teymur Kərimov həbsdə saxlanmadan da istintaq aparıla bilər.

Müstəntiq isə iddia edib ki, Teymur Kərimov istintaqdan yayına, prosesin gedişinə mane ola bilər. Bu səbəbdən mütləq həbsdə saxlanmalıdır.

Hakim Xalidə Əlisoy qısa müşavirədən sonra Teymur Kərimov haqqında təqdimatın təmin olunduğunu, istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçildiyini elan edib.

Vəkil Nemət Kərimli AzadlıqRadiosu-na bildirib ki, qərardan apellyasiya şikayəti verəcək.

Meydan TV 

22:00, 12 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Penitensiar Xidməti internetə görə məhkəməyə verən məhbusun şikayəti təmin olunmayıb

by Gozetci 16:29, 12 Dekabr 2023
written by Gozetci

Penitensiar Xidməti məhkəməyə verən məhbusun şikayətinə baxılıb. Bu haqda iddiaçının – Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Firudin Etibar oğlu Zeynalovun vəkili Fariz Namazlı məlumat verib.

Vəkilin sözlərinə görə, dekabrın 11-də Bakı İnzibati Məhkəməsində hakim Səlma Salahovanın sədrliyi ilə Firudin Zeynalovun Penitensiar Xidmətə qarşı qaldırdığı iddiaya baxılıb və hakim şikayəti təmin etməyib.

Vəkil məhkəmənin qərarından apelyasiya şikayəti veriləcəyini bildirib.

Xatırlatma

Firudin Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3 və digər maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Firudin Zeynalov həbs olunmazdan əvvəl ölkədə və dünyada baş verən hadisələrlə yaxından maraqlanıb. Hazırda onun gündəlik xəbərləri oxumasına, ölkədə baş verən hadisələri və məhkəmə işləri barədə xəbərləri, qərarları izləməsinə ehtiyacı var. Bundan əlavə, onun hüquqlarının pozuntusu ilə bağlı Avropa İnsan hüquqları Məhkəməsinə 2 şikayət göndərilib, bir şikayətin də göndərilməsi planlaşdırılır.

Firudin Zeynalovun vəkili Penitensiar Xidmətə müraciət edərək F. Zeynalovun nəzarət altında “www.e-qanun.az”, “www.president.az”, “www.azertag.az”, “echr.coe.int”, www.meclis.gov.az internet saytlarına daxil olmasına şərait yaradılmasını xahiş edib. Penitensiar Xidmət 02 avqust 2023-cü il tarixli cavabında göstərib ki, müraciətin təmini imkan xaricindədir.

Firudin Zeynalov hesab edir ki, Penitensiar Xidmətin bu imtinası qanunsuzdur və onun məlumat almaq hüququnu pozur.

 

Buna görə də F. Zeynalov məlumat əldə etmək hüququnun pozuntusuna dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdi. İddia ərizəsində F. Zeynalovun internet saytlarına girişə icazənin verilməsi öhdəliyinin Penitensiar Xidmətin üzərinə qoyulması qeyd etmişdi.

 

16:29, 12 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Yaxınları “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimovla əlaqə saxlaya bilmədiklərini bildirir (YENİLƏNİB)

by Gozetci 08:35, 12 Dekabr 2023
written by Gozetci

Teymur Kərimov

DİN “Kanal 11” internet televiziyasının rəhbəri, reportyor Teymur Kərimovun saxlanıldığını təsdiq edib.

O, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi başladılıb.

Hazırda istintaq hərəkətləri aparılır, deyə DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.

*   *   *

“Kanal 11” internet televiziyasının rəhbəri, reportyor Teymur Kərimovdan səhər saatlarından xəbər almaq mümkün deyil.

Bu barədə Turana reportyorun yaxınları məlumat verib.

Onların sözlərinə görə, axırıncı dəfə Teymur Kərimovla səhər saat 12 radələrində əlaqə saxlamağa mümkün olub: “Bundan sonra onun telefonuna zəng çatmayıb. Özü də evə və dostlarla təyin olunmuş görüşə gəlməyib”.

Yaxınları onun saxlanıldığı düşünür.

“Kanal 11” internet televiziyasının yaydığı bəyanatda da Teymur Kərimovun saxlanıldığı güman edilir:

“Əldə etdiyimiz təsdiqlənməmiş məlumata görə, o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsində saxlanılır, barəsində cinayət işi açılıb. Teymur Kərimov bu ilin iyul ayında çəkdiyi, kanalımızda və “Azad Söz” internet televiziyasında yayımlanan Daşkəsən rayonun icra başçısı Əhəd Abıyevlə bağlı video-reportajdan sonra ciddi təqiblərə məruz qalıb. Belə ki, evinə polis nəfəri gələrək, ondan şikayət olduğunu bildirib. Polis bölməsinə getdikdə isə adların səhv düşdüyü deyilib. Bundan əlavə, o dəfələrlə müxtəlif bəhanələrlə polis bölməsinə ifadə üçün çağırılıb və ya ona video-reportajın yayılmasının qarşısının alınması məqsədi ilə zənglər edilib”,  deyə bəyanatda bildirilir.

Məlumatda qeyd olunur ki, bundan sonra Teymur Kərimov qazilərin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması və sözügedən qazilərin buna etiraz etməsini işıqlandırdığı üçün yenidən hədəf halına gəlib.

“Teymur Kərimov yenə video-reportajların silinməsi üçün hədə-qorxuya məruz qalıb. İzahat alınması üçün dəvət edilib. Son bir ildə Azərbaycanda azad söz naminə mübarizə aparan, vətəndaşların haqq səsini çatdırmağı özlərinə borc bilən kifayət qədər jurnalist həbs olunub. Son günlərdə bunun nümunəsi “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), jurnalist Nərgiz Absalamova, “Kanal 13″ internet televiziyasının Azərbaycandakı direktoru Əziz Orucov, yenə sözügedən kanalın əməkdaşı Rüfət Muradlıdır. Düşünürük ki, Teymur Kərimov seçkiqabağı işə düşən repressiya maşının növbəti qurbanıdır” – deyə, internet televiziyasının bəyanatında bildirilir.

“Kanal 11” komandası bəyanatda Teymur Kərimovun həbs ediləcəyi təqdirdə internet televiziyasının fəaliyyətinin dayanmayacağını açıqlayıb.

“Ölkədə haqsızlıq olduqca, bu haqsızlığa səs çıxaranlar da hər zaman var olacaq. Vətəndaşlar, izləyicilər, siz hər zaman doğru və qərəzsiz xəbərlərə layiqsiz. Siz bilməlisiz ki, sizin vergilərinizlə maliyyələşən şəxslər sizdən nələr oğurlayır, sizə nələri layiq görür. Bu yolda həbslərlə, repressiyalarla üzləşə bilərik, azala bilərik, lakin, tükənməyəcəyik! “Kanal 11″ internet televiziyası olaraq aidiyyatı qurumlardan məsələyə aydınlıq gətirilməsini tələb edirik”, bəyanatda bildirilir.

Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Turan

08:35, 12 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Afiəddin Məmmədov saxlanma şəraitindən narazıdır

by Gozetci 19:32, 11 Dekabr 2023
written by Gozetci

Afiəddin Məmmədov

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov saxlanılma şəraitindən narazı olduğunu bildirib.

Bu barədə o, yaxınları vasitəsilə məlumat yayıb.

Afiəddin Məmmədov qeyd edib ki, saxlanıldığı kamerada heç bir şərait yoxdur.

“Təcridxanada vəziyyət bərbaddır, havalandırma yoxdur. 5 nəfər üçün nəzərdə tutulmuş yerdə 9 nəfər saxlanılır. İçəridən üfunət iyi gəlir və yer zibillərlə doludur,” ictimai fəal bildirib.

Afiəddin Məmmədovun sözlərinə görə, məhkəmə təyin edilən günlərdə psixoloji şiddətə məruz qalır.

“Məhkəmədən gələndə 1 saat “boks” adlandırılan yerdə gözlətməkləri, daha sonra MSY-ə gətirilərkən 4 saat saxlamaları sırf psixoloji təzyiqin olması üçün idi. Nəzarətçilərdən gözləmə səbəbləri soruşulanda özlərindən razı bir şəkildə “məsləhət biləndə apararıq” deyirdilər. Gətirilərkən və aparılarkən avtomobili çox sürətlə sürürlər. Nəticədə dustaqların ürəkləri bulanır və hər dəfə bir dustaq qaytarır,” ictimai fəal bildirib.

Məsələ ilə bağlı Bakı İstintaq Təcridxanasından münasibət öyrənmək mümkün olmayıb.

Sentyabrın 21-də Xətai Rayon Məhkəməsi Bakı Apellyasiya Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiəddin Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Gənc fəala qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Sentyabrın 29-da Afiəddin Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Amerikanın Səsi

19:32, 11 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Nərgiz Absalamovanı həbsdə saxlayıb

by Gozetci 16:26, 11 Dekabr 2023
written by Gozetci

Nərgiz Absalamova

Bakı Apellyasiya Məhkəməsi “Abzas Media”nın əməkdaşı Nərgiz Absalamovanın həbsindən şikayəti təmin etməyib.

Jurnalistin vəkili Şəhla Hümbətova bildirib ki, şikayətə dekabrın 9-da baxılıb. İstintaq jurnalistin istintaq müddətində həbsdə saxlanılmasına tərəfdar olub.

“Biz soruşduq ki, Absalamovanın “Absas Media”nın ofisində aşkar edilmiş 40 min avro ilə nə əlaqəsi var? Ancaq istintaq nümayəndələri jurnalistin bu pulla əlaqəsini təsdiqləyən heç bir dəlil, fakt, sübut təqdim edə bilmədilər. Ümumiyyətlə, iş üzrə Absalamovanın “qaçaqmalçılıqda” əli olmasına dair heç bir fakt, sübut və ya şübhə yoxdur, Hümbətova qeyd edib.

Hətta belə bir dəlil olsa belə, təqsirləndirilən şəxsi həbsdə saxlamaq mütləq deyil. “Digər qətimkan tədbirləri var-bir yerə çıxmamaq haqda iltizam almaq, polisin nəzarətinə vermək, ev dustaqlığı. Müttəhimin tutulması üçün istintaqdan gizlənə biləcəyi barədə əsaslı mülahizələr olmalıdır. Müstəntiq bunu faktlarla əsaslandırmalı və əsassız iddialar irəli sürməməlidir”, – vəkil deyib.

“Əgər o, istintaqdan gizlənmək niyyətində olsaydı, dindirilməyə getməzdi. Onu “Abzas Media” ya qarşı cinayət işinin açılmasından 10 gün sonra saxlayıblar və bu müddətdə gizlənmək üçün kifayət qədər vaxtı olub, lakin o bunu etməyib”, – Hümbətova vurğulayıb.

Lakin məhkəmə müdafiə tərəfinin dəlillərini nəzərə almayıb və şikayəti təmin etməyib.

Xatırlatma

“Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, nəşrin baş redaktoru Sevinc Vaqifqızı və reportyor Nərgiz Absalamova qaçaqmalçılıq ittihamı ilə həbs olunublar. Onlar ittihamları rədd edirlər və həbslərin korrupsiya faktlarının nəşrinə dair araşdırmalarla əlaqəli olduğunu bildirirlər. Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıblar. Beynəlxalq təşkilatlar nəşrin əməkdaşlarını azad etməyə çağırıblar.

Turan 

16:26, 11 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

İstintaq təcridxanasında Ülvi Həsənliyə təzyiq edilir

by Gozetci 14:14, 11 Dekabr 2023
written by Gozetci

Ülvi Həsənli

“Abzas Media”nın direktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan  Ülvi Həsənli təhdidlərə məruz qalır.

Əsasən ona qarşı ombudsmana müraciətlə bağlı iddialar irəli sürülüb.

Bu barədə Turan-a onun yaxınları bildiriblər.

Həsənliyə yaxınları ilə görüşləri və telefon danışıqları, sonra isə vəkillərlə telefonla ünsiyyəti qadağan ediblər. Bütün bunlar onun ombudsmana müraciətindən sonra baş verib.

Təcridxana rəhbərliyi xəbərdarlıq edib ki, əgər o, bundan sonra da şikayət etsə, “vəziyyəti pisləşəcək”.

Penitensiar Xidmətdən bu məlumatı şərh etmək xahişinə cavab olaraq deyiblər ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

*Ülvi Həsənli noyabrın 20-də saxlanılıb. Ertəsi gün məhkəmə onu qaçaqmalçılıq ittihamı ilə 4 ay müddətinə həbs edib. Ülvi Həsənli ittihamları rədd edib və özünə qarşı təqibləri  “Abzas Media”nın apardığı korrupsiya araşdırmaları ilə əlaqələndirib.

Turan 

14:14, 11 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia