Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Təcridxanada Qubad İbadoğluna əsa verməyiblər

by Gozetci 21:54, 15 Dekabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Həbsdə olan müxalifətçi Qubad İbadoğlu istintaq təcridxanasında əsadan istifadə etmək imkanından məhrum edilib, onun qardaşı Qalib Bayramov bildirib. Bu, o sərbəst hərəkət edə bilmədiyini açıqladıqdan sonra baş verib.

«Ötən həftə qardaşımla telefonla danışanda dedi ki, hərəkət etməklə bağlı ciddi problemləri var. Ona görə də Bakı İstintaq Təcridxanasının tibbi-sanitar hissəsinin rəisi Rəşad Hüseynliyə müraciət edib. O təklif edib ki, qardaşına əsa gətirsinlər. Dekabrın 9-da qardaşıma dərman və əsa apardım. Bu həftə, çərşənbə axşamı, qardaşım dedi ki, əsanı ona verməyiblər”,- Bayramov deyib.

Dekabrın 14-də vəkillər İbadoğlu ilə görüşüblər və İbadoğluna əsanın verilmədiyini təsdiqləyiblər. “Ona görə də biz çox narahatıq. Şiddətli bel ağrısı səbəbilə Qubadı xəstəxanaya yerləşdirməkdən imtina edirlər. Qubada əsanın verilməsi onların Qubadın sağlamlıq problemlərini tanıması deməkdir”, – Bayramov deyib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlunun 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlaqəsi var.

Avqustun 25-də ona qarşı “dini ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılması” barədə daha bir ittiham irəli sürülüb.

Noyabrın 16-da məhkəmə Qubad İbadoğlunun həbsini daha üç ay uzadıb.

Qubad İbadoğlu ittihamları absurd hesab edərək rədd edir. Bir çox beynəlxalq təşkilat və rəsmi şəxslər rəsmi Bakını siyasətçini dərhal azad etməyə çağırıblar. Avropa Parlamenti Qubad İbadoğlunun təqibinə görə Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Turan 

21:54, 15 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müsavat Partiyası prezident seçkilərində iştirakdan imtina edib

by Gozetci 21:08, 15 Dekabr 2023
written by Gozetci

Dekabrın 15-də Müsavat Partiyasının İdarə Heyəti ölkədəki ictimai-siyasi vəziyyəti müzakirə edib və növbədənkənar prezident seçkilərində iştirakdan imtina etmək qərarına gəlib.

Partiyanın mətbuat xidmətinin məlumatında deyilir ki, əvvəlcə Müsavat Partiyasının üzvü və Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun həbsi məsələsinə baxılıb.

Yaqubluya qarşı cinayət təqibi cəmiyyətdə qorxu yaratmaq üçün Müsavat Partiyasına  və ümumilikdə, müxalifətə qarşı təzyiq kimi qiymətləndirilib. Partiya Yaqublunun azad edilməsini tələb edib.

İclas iştirakçıları son vaxtlar 10-a yaxın jurnalistin, o cümlədən Turan agentliyinin əməkdaşı Hafiz Babalının həbsini pisləyiblər.

Müsavat Partiyası hesab edir ki, bu həbslər söz və media azadlığına təzyiqin davamıdır.

Partiya həbs olunan bütün jurnalistlərin və siyasi məhbusların azaldığa buraxılmasını tələb edib.

Növbədənkənar prezident seçkilərinə gəlincə, qeyd olunub ki, bundan əvvəl Müsavat hakimiyyəti seçkilərdən öncə demokratik şərait yaratmağa, bütün siyasi məhbusları azad etməyə, toplaşma və ifadə azadlığını təmin etməyə, bütün siyasi qüvvələrin seçki komissiyalarında təmsil olunmasını təmin etməyə çağırıb. Lakin bu çağırışlar diqqətdən kənarda qalıb.

Əksinə, növbədənkənar prezident seçkilərinin təyin olunmasından sonra repressiyalar artıb.

“Hakimiyyət heç bir ictimai müzakirə aparılmadan qəfil seçki qərarı verməklə, siyasi müxalifətin və ölkədə dəyişiklik istəyən təbəqələrin seçkiyə hazırlaşmaq imkanını minimuma endirib. Bu, hakimiyyətin seçkiləri formal prosedura çevirmək istəyindən xəbər verir”, – partiyanın məlumatında deyilir.

Müsavat Partiyası bütün bunları, eləcə partiyada aparılan müzakirələrin və ictimai sorğuların nəticələrini nəzərə alaraq, fefralın 7-də prezident seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib.

Turan 

21:08, 15 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ülvi Həsənli ev dustaqlığına buraxılmayıb

by Gozetci 20:30, 15 Dekabr 2023
written by Gozetci

Ülvi Həsənli

Dekabrın 15-də Xətai Rayon Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb
Məhkəmə vəsatəti təmin etməyib.
Vəkil Zibeydə Sadıqova Ülvi Həsənlinin ailəsi, xüsusilə azyaşlı qızı ilə görüşünə qoyulan qadağadan verilən şikayətin də təmin edilmədiyini bildirib.
Xatırladaq ki, noyabrın 20-dən etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli və müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Hafiz Babalı və Nərgiz Absalamova qrup halında qaçaqmalçılıq ittihamı ilə saxlanılıblar. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin apardıqları korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.
AbzasMedia
20:30, 15 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilib

by Gozetci 17:35, 15 Dekabr 2023
written by Gozetci

Tofiq Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu haqqında həbs qərarı çıxarılıb.

Dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində onun istintaq dövründə həbsdə saxlanması üçün prokurorun verdiyi təqdimata baxılıb. Hakim Gültəkin Əsədova təqdimatı təmin edib və ilkin istintaq dövrü üçün Tofiq Yaqublu haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunan Tofiq Yaqublu məhkəmədə bu ittihamların saxta olduğunu bildirib. Siyasi fəaliyyətinə görə sifarişlə həbs olunduğunu vurğulayan Yaqublu təqsirsiz olmasına baxmayaraq, məhkəmədən heç bir gözləntisi olmadığını deyib. O bildirib ki, Azərbaycanda ədalətli məhkəmə yoxdur, hakimlər gələn sifarişi yerinə yetirir:

“Siz də onlardan birisiniz. Nə sifariş verilibsə, onu da eləyəcəksiniz. Bu, məhkəmə deyil ki… Ona görə sizdən nə bir xahişim, nə də gözləntim var…”.

Tofiq Yaqublunun vəkilləri Aqil Layıc və Nemət Kərimli bildirib ki, onu həbsdə saxlamadan da istintaq aparıla bilər. Onlar vurğulayıb ki, Tofiq Yaqublunun istintaqdan yayınmaq niyyəti yoxdur, yaşadığı yer bəllidir.

Lakin müstəntiq etiraz edib. Deyib ki, istintaq dövründə onun həbsdə saxlanması məqsədəuyğundur. Çünki istintaqdan yayına, dindiriləcək şəxslərə təsir göstərə bilər.
Qısa müşavirədən sonra hakim təqdimatın təmin olunduğunu və siyasətçi haqqında 4 aylıq həbs qətimkan tədbiri seçildiyini açıqlayıb.

Vəkillər Meydan TV-yə bildirib ki, həbs qərarından apelyasiya şikayəti verəcəklər.

Tofiq Yaqublunun qızı Nigar Həzi Meydan TV-yə danışıb ki, atası xaricə göndərmək adıyla pul almaqda ittiham olunur. Nigar Həzi bu ittihamın yalan olduğunu, Tofiq Yaqublunu şərləmək məqsədilə müəyyən adamlardan istifadə edildiyini deyir:

“Elnur Vaqifoğlu adlı biri var, uzun illər ərzində zaman-zaman müxtəlif adamlara qarşı cinayət işlərində ondan istifadə olunub. Özü də dələduzluğa görə məhkum edilib. İndi ondan atanı şərləmək üçün istifadə edirlər. Guya xaricə getmək istəyən biri Elnur Vaqifoğluna pul verib. O da vasitəçilik edib, pulu ataya verib. Tamamilə yalan, saxta, uydurma işdir. Belə bir şey olmayıb, ola da bilməzdi…”.

İddia olunur ki, pul dekabrın 8-də verilib, 11-də isə cinayət işi başlanıb. Nigar Həzi deyir ki, cəmi 3 gün ərzində cinayət işi başlanması və Tofiq Yaqublunun həbsi də bunun siyasi sifarişlə uydurulmuş iş olduğunu sübut edir.

Qeyd edək ki, Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

Meydan TV

17:35, 15 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

CPJ Azərbaycan hakimiyyətini həbs edilən jurnalistləri azad etməyə çağırır

by Gozetci 15:23, 15 Dekabr 2023
written by Gozetci

Jurnalistləri Müdafiə Komitəsi jurnalist Hafiz Babalının həbsini pisləyib və Azərbaycan hakimiyyətini onu və digər həbs olunan jurnalistləri dərhal azad etməyə çağırıb.

Araşdırmaçı jurnalist Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı “Abzas Media” xəbər saytının əməkdaşlarına açılan cinayət işində olduğu kimi “qaçaqmalçılıq” ittihamı irəli sürülüb. Bakının Xətai Rayon Məhkəməsi dekabrın 14-də Hafiz Babalı barəsində 3 ay həbs qətimkan tədbiri seçib.

“Tanınmış araşdırmaçı jurnalist Hafiz Babalını həbs etməklə Azərbaycan hakimiyyəti yalnız onu təsdiq edir ki, Abzas Medianı hədəf almaqda onların əsl məqsədi rəsmi korrupsiya iddiaları ilə bağlı araşdırmalarını susdurmaqdır. Azərbaycanın hakimiyyət orqanları bütün digər haqsız yerə həbs edilən jurnalistlərlə birlikdə Babalını dərhal azad etməli və müstəqil mətbuata qarşı davam edən repressiya dalğasını dayandırmalıdır”, CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid vurğulayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ötən gün Hafiz Babalının Sumqayıtdakı mənzilində axtarış aparıb, kompüterini, mobil telefonunu və sənədlərini müsadirə edib. Daxili İşlər Nazirliyinin nümayəndəsi Babalının “Abzas Media” saytının əməkdaşlarına qarşı açılmış cinayət işi çərçivəsində saxlanıldığını bildirib.

Bundan əvvəl “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

“Abzas Media” jurnalistləri ittihamları qəbul etmir, həbslərinin peşə fəaliyyəti və korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.

Rəsmi Bakı noyabrın 28-də ABŞ, Almaniya və Fransa səfirliklərinə etiraz bildirib. Azərbaycan Xarici İşlər Nazirliyi bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyini, ölkəyə qanunsuz yolla xarici valyuta gətirildiyini bildirib.

ABŞ və Almaniya səfirlikləri Azərbaycan Xarici İşlər Nazirliyinin səsləndirdiyi ittihamları qəbul etməyib.

Hafiz Babalı son bir neçə həftə ərzində Azərbaycanda həbs edilən səkkizinci jurnalistdir. “Abzas Media” əməkdaşları ilə yanaşı “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və əməkdaşı Rüfət Muradlı, habelə “Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov həbs edilən jurnalistlər arasındadır.

Çərşənbə günü Avropa Parlamentinin deputatları Azərbaycan hakimiyyətini həbs edilən jurnalistləri azad etməyə və müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa çağırıb.

Bu günədək Sərhədsiz Reportyorlar, Amnesty International, Norveç Helsinki Komitəsi və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətinə bənzər çağırışlar ediblər.

Amerikanın Səsi 

15:23, 15 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müdafiə tərəfi araşdırmaçı jurnalist Hafiz Babalının həbsilə bağlı apellyasiya şikayəti verib

by Gozetci 15:00, 15 Dekabr 2023
written by Gozetci

Hafiz Babalı

Bu gün vəkil Rəsul Cəfərov gün araşdırmaçı jurnalist Hafiz Babalanın həbsinə dair apellyasiya şikayəti verib. Bu barədə Turan-a vəkil özü bildirib.

O qeyd edib ki, şikayətə gələn həftə baxılacaq.

Dekabrın 13-də Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb. O, Abzas Media jurnalistlərinin işi üzrə cəlb edilib.

Dekabrın 14-də Xətai Rayon Məhkəməsi Hafiz Babalının barəsində 3 ay müddətinə ilkin həbs barədə qərar qəbul edib.

Turan 

15:00, 15 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Kanal 11” internet televiziyasının rəhbərinin evində axtarış aparılıb

by Gozetci 10:22, 15 Dekabr 2023
written by Gozetci

Teymur Kərimov

Dekabrın 14-də “Kanal 11” internet televiziyası kanalın direktoru Teymur Kərimovun evində axtarış aparılıb.

Axtarış Teymur Kərimovun vəkilinin iştirakı ilə baş tutub.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə açıqlamasında bildirib ki, axtarış zamanı istintaqa lazım olan heç bir dəlil əldə edilməyib.

Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Vəkil Nemət Kərimlinin sözlərinə görə, Teymur Kərimova 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirli bilinir.

“Təqdimata görə, o guya üç epizod üzrə iki nəfərdən hədə qorxu ilə pul tələb edib. Lakin Teymur Kərimov özünü təqsirli bilmir və bu məsələlərdən xəbəri olmadığını deyib”, vəkil deyib.

Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.

“Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib”, vəkil əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.

“Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır”, o qeyd edib.

Amerikanın Səsi 

10:22, 15 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist həbs təhlükəsinin olduğunu deyir

by Gozetci 09:54, 15 Dekabr 2023
written by Gozetci

Nurlan Qəhrəmanlı (Libre)

Jurnalist Nurlan Qəhrəmanlı (Libre) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) tərəfindən axtarıldığını deyir.

Qəhrəmanlının sözlərinə görə, “Kanal 11” İnternet Televiziyasının direktoru Teymur Kərimovun həbs olunması xəbərini eşidən andan yaşadığı mənzili tərk edib və iki gecədir ki, öz evində qalmır:

“Ona görə yox ki, polisdən gizlənirəm. Ona görə ki, dostumun ailəsinin ən çətin vaxtında yanında olmağa qərar vermişəm. Mənə şübhəli bir nömrədən zəng gəldi və yaşadığım yer dəqiqləşdirilməyə çalışıldı. Bu isə mənim axtarılmağım barədə şübhələrimin əbəs olmadığını sübut edir”.

Jurnalist Teymur Kərimovun ittiham edildiyi cinayət işinə onun da cəlb ediləcəyini iddia edir.

“Ən yaxşı halda şahid kimi cəlb ediləcəm və ölkədən çıxışıma qadağa qoyulacaq. Məndən Teymurun əleyhinə ifadə verməyim tələb ediləcək və mən indidən belə bir ifadə verməyəcəyimi bildirirəm. Bu işin sonunun həbsimlə yekunlaşacağını bilirəm və buna hazıram. Bizim həbs edilməyimizə səbəb polis zorakılığı ilə bağlı silsilə reportajlar hazırlamağımızdır” – deyə, Qəhrəmanlı qeyd edib.

İddia ilə bağlı Daxili İşlər Nazirliyindən mövqe almaq mümkün olmayıb.

Bundan öncə, sentyabrın 21-də Nurlan Qəhrəmanlıya 30 sutka inzibati həbs cəzası verilib. Jurnalistə qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə ittiham irəli sürülüb.

Sentyabrın 13-də isə jurnalist Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) çağırılıb. O bildirib ki, DTX-da müharibə əleyhinə yazdığı paylaşımlarına görə zorlama ilə təhdid olunub.

DTX-dan iddia ilə bağlı cavab verilməyib.

Xatırlatma

Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Teymur Kərimov 182.2.2-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirli bilinir.

“Təqdimata görə, o guya üç epizod üzrə iki nəfərdən hədə-qorxu ilə pul tələb edib. Lakin Teymur Kərimov özünü təqsirli bilmir və bu məsələlərdən xəbəri olmadığını deyib”, vəkil deyib.

Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.

“Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliynin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib”, vəkil əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.

“Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır”, o qeyd edib.

Amerikanın Səsi 

09:54, 15 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Tofiq Yaqublunun saxlanılıb (YENİLƏNİB)

by Gozetci 19:37, 14 Dekabr 2023
written by Gozetci

Tofiq Yaqublu

Tofiq Yaqubluya qarşı dələduzluq ittihamı irəli sürülüb.

Bu barədə vəkili Aqil Layic Meydan TV-yə danışıb.

Ancaq vəkil deyib ki, istintaqın detalları haqda məlumat verə bilməyəcək:

“Çünki istintaqda bəzi şəxslərin adı keçir və biz iltizam aktını imzalamışıq”.

Vəkil qeyd edib ki, Yaqubluya Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya  satma) maddələri ilə cinayət işi açılıb:

“Bu, dələduzluq, saxta sənədlərin hazırlanması və ondan istifadə olunması deməkdir. Yəni bir növ mühacir alverinə bənzər bir şeydir. Tofiq bəy bu ittihamları rədd edir və həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir”.

Onun sözlərinə görə, Tofiq Yaqublu təqsirləndirilən yox, şübhəli şəxs qismində saxlanılıb:

“Dekabrın 15-də növbəti addımlar olacaq və bununla bağlı ictimaiyyətə açıqlama veriləcək”.

*  *  *

Tofiq Yaqublunun qızı Nigar Həzi deyib ki, axtarış zamanı evdən guya pul aşkarlanıb.

O, bu pulu əməliyyatçıların qoyduğunu bildirib:

“Evimizdən pul “tapılıb”. 5 min avro, 2500 manat və nə qədərsə dollar qoyublar”.

*  *  *

Hazırda siyasətçinin evində axtarış aparılır

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun saxlanıldığı və evində axtarış aparıldığı bildirilir.

Bu barədə dekabrın 14-də Tofiq Yaqublunun qızı Nigar Həzi “Facebook” səhifəsində paylaşım edib.

Nigar Həzi atasının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını qeyd edib.

Tofiq Yaqublunun saxlanılmasının səbəbləri hələ ki açıqlanmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Tofiq Yaqublu Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb, hazırda araşdırma aparılır.

Tofiq Yaqublunun evinin qarşısı. Foto: Meydan TV

Xatırlatma

Tofiq Yaqublu 2013-cü il İsmayıllı hadisələrindən bir gün sonra yanvarın 24-də rayona səfər etdiyi üçün həbs edilmişdi.

Yanvarın 26-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında İsmayıllı hadisələrini REAl sədri İlqar Məmmədov və Tofiq Yaqublunun təşkil etdiyi bildirilirdi.

Həmin il Tofiq Yaqublu İsmayıllı hadisələrində ittiham edilərək 5 il müddətinə azadlıqdan məhrum edildi.

2016-cı il martın 17-də Prezident sərəncamı ilə əfv olundu.

2020-ci ilin martın 23-də Nizami Rayon Məhkəməsinin qərarı ilə Tofiq Yaqublu barəsində üç aylıq həbs qətimkan tədbiri seçilərək Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcidxanasına göndərildi.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxardı.

Ancaq o “ölüm aclığı”na başladı və sentyabrın 18-də azadlığa buraxıldı.

 

19:37, 14 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Hafiz Babalı saxlanılıb (YENİLƏNİB)

by Gozetci 18:04, 14 Dekabr 2023
written by Gozetci

Hafiz Babalı

 

Bakının Xətai Rayon Məhkəməsi dekabrın 14-də araşdırmaçı jurnalist Hafiz Babalı barəsində istintaq dövrü üçün 3 ay həbs qətimkan tədbiri seçib.

Vəkili Rəsul Cəfərov jurnalistlərə bildirib ki, məhkəmədə Babalı qaçaqmalçılıq ittihamlarını təkzib edib, cinayət işini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

Müdafiə tərəfi həbsdən apellyasiya şikayəti verəcək.

Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb. O, “Abzas Media”nın jurnalistlərinə qarşı iş üzrə istintaqa cəlb edilib.

Hafiz Babalının və jurnalistlərin həbsi beynəlxalq təşkilatlarla yanaşı diplomatların və siyasətçilərin də narahatlığına səbəb olub.

Belə ki, dekabrın 14-də Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycanda jurnalistlərin, o cümlədən Hafiz Babalının həbsi ilə bağlı məyusluğunu bildirib.

“Jurnalistlərin son həbsləri ilə bağlı xəbərlər arasında Hafiz Babalının həbsini görmək məni daha da kədərləndirdi. Mətbuat azadlığı demokratiyanın mühüm sütunudur və Avropa Surası ölkələri jurnalistlərin məhdudiyyət və təhdid olmadan reportaj hazırlamaq hüquqlarını təmin etməlidir”, səfir X platformasında yazıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi bidlirir ki, Hafiz Babalının həbsindən, eləcə də son zamanlar müşahidə etdikləri jurnalistlərin saxlanması tendensiyasından çox narahatdırlar.

“Biz Azərbaycan hökumətini, ifadə və mətbuat azadlığı daxil olmaqla, fundamental azdlıqlardan yararlanan hər kəsin hüquqlarına hörmətlə yanaşmağa çağırırıq”, ABŞ səfirliyi facebook səhifəsində qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, peşəkar korrupsiya araşdırmaçısı olan Hafiz Babalını həbs etməklə Əliyev hakimiyyəti cəmiyyətə “bizim korrupsiyanı araşdırmayın, biz oğurlayanda gözünüzü yumun, görməzliyə vurun” deyir.

“Araşdırmaçı jurnalist Hafiz Babalını bir çoxunuz tanımaya bilərsiz. O, şok xəbərlərlə gündəmə gəlmir. Ancaq çox bacarıqlı və cəsarətli araşdırmaçı jurnalistdir. Yaxşı iqtisadçıdır, məsuliyyətli və təşəbbüskar vətəndaşdır. Uydurma Abzas Media işi üzrə bu gün Hafiz Babalını da da polis saxlayıb. Hafiz Babalı son həftələrdə həbs olunan 7-ci jurnalistdir. Xalq olaraq növbəti ağır sınaqdan keçirik. Hamımız səsimizi ucaltmalı, etiraz etməliyik. Bu kütləvi həbslər, polis zorakılığı qarşısında da xalq olaraq dik duruşumuzu qoruyub saxlamalıyıq. Həbs edilmiş, girov götürülmüş əqidə yoldaşlarımızı, jurnalistləri və bütün siyasi məhbusları sonunadək və hamılıqla müdafiə etməliyik”, Kərimli Facebook səhifəsində qeyd edib.

Amerikanın Səsi 

18:04, 14 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia