Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Human Rights Watch Tofiq Yaqublunun həbsini pisləyir, bütün jurnalistləri və fəalları azad etməyi tələb edir

by Gozetci 13:54, 20 Dekabr 2023
written by Gozetci

Azərbaycan hakimiyyəti tanınmış müxalifət lideri və açıq sözlü hökumət tənqidçisi Tofiq Yaqublunu sənədlərin saxtalaşdırılması və qondarma dələduzluq ittihamı ilə həbs edib. Yaqublunun həbsi Azərbaycanda jurnalistləri və digər hökumət tənqidçilərini hədəf alan həbslər dalğası fonunda baş verir.

Bu barədə dekabrın 19-da “Human Rights Watch” insan haqları təşkilatının yaydığı bəyanatda deyilir.

“Azərbaycan hakimiyyəti hökumətin opponentlərinə, jurnalistlərə və digər tənqidçilərə hücumu davam etdirir. Tofiq Yaqublunun həbsi ölkədə tənqidi səslərin susdurulması tendensiyasının davamıdır”, deyə təşkilatın Avropa və Orta Asiya üzrə direktor müavini Giorqi Qoqiya deyib.

“Human Rights Watch” qeyd edir ki, müxalifətçi barəsində əsaslandırılmamış şəkildə, formal əsasla həbs-qətimkan tədbiri seçmək Avropa İnsan Haqları Konvensiyasının qanunsuz saxlamaya qarşı standartlarını pozur.

“Azərbaycan hökumətinin tənqidçilərinə qarşı “əcinnə ovu” onun azad sözə və insan haqlarının qorumasına qarşı hörmətsizliyinin göstəricisidir. Hakimiyyət Yaqublunu dərhal azad etməli, tənqidçi jurnalistlər və müxalifət fəallarına qarşı təzyiqləri dayandırmalıdır”, deyə o, əlavə edib.

Xatırlatma

Tofiq Yaqublu dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb.

Turan 

13:54, 20 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Adekvat yaşayış standartıHüquq PozuntularıLənkəran–AstaraSliderXƏBƏRLƏRYerli İcmalar

Ekofəal ağacların kütləvi qırılması ilə bağlı araşdırma aparılmasını istəyir

by Gozetci 13:39, 20 Dekabr 2023
written by Gozetci

Fotolar: Meydan TV

Məhəmməd Adıyev nazirliyin mütəxəssisləri ilə birgə hüquq-mühafizə orqanlarının da yoxlamalara qatılmasını vacib sayır

“Yardımlı rayonunun Kürəkçi, Dağüzü, Peştəsər kənd ərazilərindəki meşələrdə ağaclar məhv edilir”.

Bunu Meydan TV-yə ekofəal Məhəmməd Adıyev deyib.

Məhəmməd Adıyev ali təhsilli ekoloqdur, bu sahədə çalışır. Deyir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq ağacların qırılmasının qarşısının alınması üçün işlər görülmür, əksinə onun özünü bir müddətlik işdən kənarlaşdırıblar. Sonradan fəhlə kimi işə bərpa oluna bilib. İşdən çıxarılması təhlükəsinə baxmayaraq meşələrin məhv olunmasına göz yumanların cəzalandırılmasını istəyir.

“Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional meşə təsərrüfatı birliyində fəhlə kimi çalışıram. Ağacların məhv edilməsi ilə bağlı nazirliyə, o cümlədən aidiyyatı orqanlara müraciətlər etmişəm. Sosial şəbəkələrdə bununla bağlı video görüntülərə minlərlə baxış var”,-Məhəmməd Adıyev bildirib.

Şikayətçi söyləyib ki, ona susması ilə bağlı təkliflər də olub, lakin faktların ciddi araşdırılmasını tələb edib:

“Təxminən 15-20 gündür əsasən palıd ağacları kütləvi qırılıb, Masallı və Bakıdakı sexlərə satılır. Siyahı tutmuşam, sağlam ağaların qırıldığını sübut edə bilərəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktı araşdırmağa başlayıb, lakin çox da ümidli deyiləm”.

Ekofəal nazir Muxtar Babayevdən yoxlamaları nəzarətə götürməyi, həmçinin nazirliyin mütəxəssisləri ilə birgə hüquq-mühafizə orqanlarının da yoxlamalara qatılmasını istəyib:

“Əks halda müəyyən fasilələrlə ağacların qırılması davam etdiriləcək”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən meşələrin bilərəkdən məhv edilməsi ilə bağlı sualları cavablandırmayıblar. Bununla belə qaynar xətt xidmətindən müraciətin qeydiyyata alındığını deyiblər.

DİN Mətbuat xdmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Meydan TV-yə bildirib ki, M.Adıyev polisə müraciət etməyib. Həmin məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırılır.

Meydan TV

13:39, 20 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi iki işdə pozuntu tapdı, bir ərizəni qəbuledilməz saydı

by Gozetci 13:04, 20 Dekabr 2023
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 19-da 10 Ermənistan vətəndaşının Azərbaycana qarşı 3 şikayəti üzrə qərarını elan edib. AİHM iddia olunan pozuntuları qismən tanıyıb.

Narayan və başqaları Azərbaycana qarşı

Bu işdə ərizəçilər 1959-1998-ci il təvəllüdlü və İrəvan və Stepanavan rayonlarında (Ermənistan) yaşayan on Ermənistan vətəndaşı idi. Ərizəçilər, 2016-cı ildə Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət zamanı həlak olmuş Edqar Narayanın, Erik Abovyanın və Şavarş Melikyanın valideynləri, bacı-qardaşları idi. Onlar ərizələrində iddia edirlər ki, Azərbaycan əsgəri guya Ermənistan ərazisinə sərhədi keçməklə daxil olaraq, onların qohumlarını güllələyib.

Avropa İnsan Hüquqları Konvensiyasının 2, 13 və 14-cü maddələrinə əsaslanan ərizəçilər, hadisələrin baş verdiyi vaxt silahlı münaqişənin davam etmədiyi üçün qohumlarının öldürülməsinin qanunsuzluğundan, etnik və milli mənşələrinə görə ayrı-seçkiliyə məruz qalmalarından və hadisə ilə bağlı effektiv araşdırma aparılmamasından şikayət edirdilər.

AİHM ərizəçilərdən Narayan və Abovyanın şikayətlərini qəbuledilən, digər ərizəçi Melikyanın şikayətini isə qəbuledilməz sayıb.

Məhkəmə, Konvensiyanın 2-ci maddəsinin Narayan və Abovyanın ölümü və eləcə də hadisə ilə bağlı effektiv istintaqın aparılmaması aspektindən pozulmasına qərar verib. Digər pozuntu iddialarının araşdırlmasına lüzum görülməyib.

Qərara əsasən, 2 ərizəçinin hər birinə 16 min avro məbləğində mənəvi zərər əvəzi, 2 ərizəçinin hər birinə 2780 avro hüquqi xərclər əvəzi ödənilməlidir.

Ərizəçilər ümumilikdə 130 min avrodan artıq mənəvi zərər, 2780 avro hüquqi xərc əvəzi tələb etmişdilər.

Aihmaz.org 

13:04, 20 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal ev dustaqlığına buraxılmayıb

by Gozetci 10:51, 20 Dekabr 2023
written by Gozetci

Ayxan İsrafilov

Dekabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası İdarə Heyətinin üzvü, narkotik maddə işi üzrə həbs edilmiş Ayxan İsrafilovun işilə bağlı hazırlıq iclası keçirilib.

Hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi barədə vəsatət qaldırılıb.

Vəkil Fəriz Namazlı məhkəmədə qeyd edib ki, İsrafilov əvvəllər mühakimə olunmayıb və narkoloji ekspertiza onda narkoloji asılılıq aşkar etməyib. Bundan əlavə, Ayxan İsrafilov üçüncü qrup əlildir və birinci qrup əlil olan anası onun himayəsindədir.

Bu vəsatət təmin edilmədiyi təqdirdə vəkil məhkəmədən onun 3 saylı İstintaq Təcridxanasından Şüvəlan qəsəbəsindəki 1 saylı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar qəbul etməyi xahiş edib.

Dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsinə qarşı çıxıb, istintaq təcridxanasının dəyişdirilməsi məsələsini isə məhkəmənin ixtiyarına verib.

Müşavirədən sonra hakim hər iki vəsatəti təmin edilməmiş saxlayıb.

Növbəti məhkəmə prosesi 26 dekabra təyin edilib.

Xatırlatma

Ayxan İsrafilov avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay həbs qətimkan tədbiri seçilıb.

İsrafilov Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur.

O, ittihamları qəbul etmir və həbsini öz fəaliyyəti ilə əlaqələndirir.

Amerikanın Səsi 

10:51, 20 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Məhkəmə Qubad İbadoğlunu tibb müəssisəsinə köçürməkdən imtina edib

by Gozetci 20:00, 19 Dekabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Dekabrın 19-da Nərimanov Rayon Məhkəməsi həbsdə olan müxalifətçi iqtisadçı Qubad İbadoğlunun Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsi barədə vəsatəti təmin etməyib, vəkil Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin Tibb İdarəsinin nümayəndəsi bildirib ki, Qubad İbadoğlunun səhhəti normaldır və tibb müəssisəsinə köçürməyə ehtiyac yoxdur.

Qubad İbadoğlu məhkəmədə iştirak edib və səhhətilə bağlı xüsusi nüansları məhkəmənin diqqətinə çatdırıb. “O dedi ki, müalicəyə ehtiyacı var, davamlı həkimə ehtiyacı var. Həkimlər onu İstintaq Təcridxanasında müalicə edə bilmirlər. Ciddi müalicə üçün xəstəxanaya köçürülməlidir. Ancaq Baş Tibb İdarəsinin nümayəndəsi bununla razılaşmayıb”, – vəkil deyib.

Xatırlatma

Bu il iyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu saxta pul hazırlamaqda ittiham edərək 3 ay 26 gün həbs edib. Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə əlbirdir.

Bu il iyulun 24-də Nərimanov rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisad elmləri doktoru Qubad İbadoğlunun 3 ay 26 gün müddətinə həbsinə dair qərar qəbul edib.

O, saxta pulların satılmasında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin ekstremizmyönlü materialların hazırlanması, saxlanması və ya yayılmasında (167-3.1-ci maddə)  ittiham olunub.

Azərbaycan Daxili İşlər Nazirliyindən bildiriblər ki, Qubad İbadoğlu 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin tərəfdarları ilə bağlı əməliyyat çərçivəsində saxlanılıb.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunu azad etməyə çağırıblar.

Turan 

20:00, 19 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

2023-cü il dekabrın 19-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

by Gozetci 19:10, 19 Dekabr 2023
written by Gozetci

Dekabrın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Əvvəlcə Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb.

Bildirilib ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Yeni Azərbaycan Partiyası İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixli iclasının Qərarı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülüb. Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2023-cü il dekabrın 16-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən MSK-ya təqdim olunub. Bununla əlaqədar Seçki Məcəlləsində nəzərdə tutulan müddətdə və qaydada müvafiq araşdırma aparılıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olduğu müəyyən edilib.

Komissiya 2024-cü il fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib.

Sonra sözügedən seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən təqdim olunmuş səlahiyyətli nümayəndələr və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə qeydə alınıb.

Media nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi

19:10, 19 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb

by Gozetci 14:32, 19 Dekabr 2023
written by Gozetci

Əziz Orucov

 

Kanal13 internet televiziyasının rəhbəri Əziz Orucova qarşı yeni ittiham irəli sürülüb.

Bu barədə “Report”a onun vəkili Bəhruz Bayramov məlumat verib.

Əziz Orucova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Xatırladaq ki, Əziz Orucov noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Səbail Rayon Məhkəməsində noyabrın 28-də keçirilən prosesdə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Report.az

14:32, 19 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Polis hüquq müdafiəçisi Elçin Məmmədi axtarır

by Gozetci 14:28, 19 Dekabr 2023
written by Gozetci

Elçin Məmməd

 

İctimai fəal və hüquq müdafiəçisi Elçin Məmməd “xuliqanlıqda” şübhəli bilinir, o, Fuad Hüseynov adlı şəxsi döyməkdə ittiham olunur. Bu barədə Elçin Məmmədin rəhbərlik etdiyi Sumqayıt Gənclərinin Hüquq Maarifləndirilməsi İctimai Birliyi bildirib.

Dekabrın 18-də polis bir neçə dəfə onun evinə gedərək istintaqla əlaqədar polisə gəlməsini tələb edib.

“Polis bildirib ki, bu ilin yayında o, hansısa Fuad Hüseynova fiziki təzyiq göstərib və Hüseynov şikayət edib. Polis işin istintaq idarəsinə verildiyini bildirib”, – məlumatda deyilir.

Lakin polisin göstərdiyi vaxt Elçin Məmmədov müalicə məqsədilə Gürcüstanda olub və müalicə hələ də davam edir.

“Odur ki, həmin vaxt kimisə döyə bilməzdi, materialların istintaqa verilməsi ona qarşı cinayət işinin açılacağı və istənilən vaxt həbs oluna biləcəyi deməkdir.

Bütün bunlar Azərbaycanda jurnalistlərin və fəalların son həbsləri fonunda baş verir.

Keçmiş siyasi məhbus Elçin Məmmədov hüquq müdafiəçisi kimi siyasi motivli həbsləri tənqid edib. Hazırda Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə dair hesabat üzərində işləyir”, – məlumatda deyilir.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

*Elçin Məmmədov 2020-ci ilin martında “silah-sursat oğurlamaq” və “qanunsuz saxlamaq” ittihamı ilə həbs edilib. O, ittihamları rədd edib və işin onun hüquq-müdafiə fəaliyyətilə əlaqədar saxtalaşdırıldığını bildirib.

16 oktyabr 2020-ci ildə Məmməd silah oğurluğu və qanunsuz saxlama ittihamı ilə dörd il həbs cəzasına məhkum edilib. Yerli hüquq müdafiəçiləri və beynəlxalq təşkilatlar, o cümlədən Amnesty International, “Söz azadlığı uğrunda Kanada jurnalistləri” (Canadian Journalists for Free Expression, CJFE) və başqaları onun müdafiəsinə qalxıblar. Bu ilin martında Azərbaycan prezidenti tərəfindən əfv edilib.

Turan 

14:28, 19 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ-dan Azərbaycanda son həbslərə reaksiya: “Bu yolverilməzdir!”

by Gozetci 12:21, 19 Dekabr 2023
written by Gozetci

Metyu Miller

 

Vaşinqton Azərbaycandakı jurnalistlərin, müxalifət fəalların və hökümət tənqidçilərin son həbslərini “qəbuledilməz” adlandırıb. ABŞ insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çagırır.

Bu barədə, dövlət departamentin mətbuat katibi Metyu Miller brifinqində deyib.

“Son zamanlarda jurnalistlərin, vətəndaş cəmiyyətinin fəalları və müxalifət xadimlərinin tutulması tendensiyası bizi dərin narahat edir”, Miller müxalifətçi Tofiq Yagublunun və digər tənqidçilərin həbsini Turan-ın sualına cavabda deyib.

“Ondan çox tənqidçi yalnız son bir ayda tutuldu. Bu yolverilməzdir!”

Noyabr ayından etibarən Azərbaycan hakimiyyəti, ondan çox jurnalist, hökumət tənqidçiləri saxta ittihamlarla həbs edib.

Turan 

12:21, 19 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

by Gozetci 12:00, 19 Dekabr 2023
written by Gozetci

Dekabrın 18-də Demokratik Qüvvələrin Milli Şurası bəyanatla çıxış edərək “beynəlxalq təşkilatları və demokratik dünyanı” siyasi repressiyalara görə Azərbaycanda hakim rejimə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırıb.

Şura bəyanatda rejimin siyasi opponentləri, demokratiyanın tanınmış tərəfdarları Qubad İbadoğlu, Tofiq Yaqublu və başqalarının “əsassız ittihamları” və həbslərini qeyd edib.

Repressiyaları gücləndirərək hakimiyyət “ölkədə gündən-günə kəskinləşən sosial vəziyyət  və dərinləşən iqtisadi böhran fonunda özünü geosiyasi və daxili təhlükələrdən sığortalamağa” çalışır.

Bundan əlavə, “bütün region”u  “avrointeqrasiya hərəkatı” bürüyüb ki, bu da hakimiyyəti qorxudur.

“İstənilən halda, ailə hakimiyyətini qorumaq naminə yüzillik demokratiya ənənəsi olan dövlətimizi Şərqə doğru itələmək perspektivsiz və ziyanlıdır”, – bəyanatda deyilir.

Bəyanat müəllifləri Azərbaycan hakimiyyətini Tofiq Yaqublu, Qubad İbadoğlu, jurnalistlər Hafiz Babalı, Sevinc Vaqifqızı, Ülvi Həsənli və digər siyasi məhbusları dərhal azad etməyə çağırıblar.

“Beynəlxalq təşkilatları və demokratik dünyanı Azərbaycanda tüğyan edən repressiya rejiminin antiinsani əməllərinə biganə qalmamağa, insan hüquqları və azadlıqların düşməninə çevrilmiş hakim rejimə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırırıq”, – bəyanatda deyilir.

Turan 

12:00, 19 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia