Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Siyasi məhbus həbsxanada intihara cəhd edib

by Gozetci 16:39, 22 Dekabr 2023
written by Gozetci

Şahin Verdiyev

Dekabrın 22-də yerli hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı Şahin Verdiyev Penitensiar Xidmətin Gəncə şəhərindəki 2 saylı İstintaq Təcridxanasında intihara cəhd edib. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamına etiraz əlaməti olaraq bu addımı atıb, bu barədə Turan-a onun anası Seminarə Cəfərova bildirib.

“O, səhər saatlarında özünü asaraq intihara cəhd edib, amma ip qırılıb. Bundan sonra kamera yoldaşı onun təkrarən özünü asmasına imkan verməyib”, deyə o bildirib.

“Oğlum martın 9-da narkotik ittihamı ilə həbs edilib. O, şərlənərək həbs edilməsinə etiraz edir”, deyə Cəfərova bildirib.

Məhbusun vəkili Elçin Sadıqov müvəkkilinin intihara cəhd etməsi ilə bağlı Penitensiar Xidməti məlumatlandırdığını bildirib.

“Şahin Verdiyev daha əvvəl 2018-ci ilin iyulunda Gəncədə baş verən hadisələrlə bağlı həbs edilib. O, həbs edilən zaman ağır işgəncələrə məruz qalıb və səhhətində ciddi problemlər yaranıb. Bir il sonra o, azad edilib.

İndi də, bu ilin martında dindarlarla bağlı iş üzrə həbs edilib. Məhkəmədə bildirdi ki, onu yenə döyüblər və müalicə müəssisəsində müalicə olunub”, deyə vəkil bildirib.

Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* Şahin Verdiyev 2018-ci ildə Gəncənin o vaxtkı icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddən bir həftə sonra şəhərdə baş verən iğtişaşlarla bağlı iş üzrə saxlanılıb. Sonradan o, məhkəmədə polis bölməsində işgəncələrə məruz qaldığını bildirib. O, elektroşok vasitəsilə bədəninə cərəyan verildiyini, suda boğulduğunu, dəyənəklə, stulun ayaqlarıyla döyüldüyünü bildirib. “Bütün bunlar yalan ifadəyə imza atmağım üçün idi”, deyə Vəliyev bildirib.

Hüquq müdafiəçiləri ilk iş üzrə də, hazırkı iş üzrə də onu siyasi məhbus kimi tanıyıblar.

Turan 

16:39, 22 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa İttifaqı: Azərbaycanda jurnalist həbsləri ciddi narahatlıq doğurur

by Gozetci 12:04, 22 Dekabr 2023
written by Gozetci

Avropa İttifaqı Azərbaycanda jurnalistlərin və fəalların həbslərinin ciddi narahatlıq doğurduğunu qeyd edib, fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilənlərin azad edilməsinə, ifadə azadlığı və müstəqil jurnalistika üçün azad və sərbəst məkanın təmin edilməsinə çağırıb.

Aİ-nin xarici işlər üzrə baş sözçüsü Peter Stano cümə axşamı yaydığı bəyanatda insan hüquqlarının, o cümlədən fundamental azadlıqlar və qanunun aliliyinin Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin mühüm elementləri olduğunu vurğulayıb.

“Bu kontekstdə son vaxtlar jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Əziz Orucov, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov, İbrahim Hümbətov, eləcə də Hafiz Babalının əsassız həbsi müstəqil jurnalistika üçün məkanın daralması və Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olaraq ifadə azadlığını məhdudlaşdırması ilə bağlı ciddi narahatlıq doğurur”, bəyanatda qeyd edilir.

Aİ həmçinin insan hüquqları fəalı İlhamiz Quliyev və müxalifət lideri Tofiq Yaqublunun həbsindən, Qubad İbadoğlu və Bəxtiyar Hacıyevin məhkəməyəqədər həbs müddətinin uzadılmasından təəssüfünü ifadə edib.

Azərbaycanda ötən ayın sonlarından etibarən korrupsiya araşdırmaları ilə tanınan “Abzas Media” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib. Dekabrın 13-də “Abzas Media” ilə əməkdaşlıq edən “Turan” agentliyinin araşdırmaçı jurnalisti Hafiz Babalı həbs edilib.

“Abzas Media” jurnalistləri “qaçaqmalçılıq yolu ilə ölkəyə xarici valyuta gətirməkdə” ittiham edilsə də, onlar peşə fəaliyyətləri, xüsusən də yüksək rütbəli məmurların korrupsiyasına dair dərc etdikləri araşdırmalara görə cəzalandırıldıqlarını bildirirlər.

Amerikanın Səsi

12:04, 22 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İctimai fəal Möhyəddin Orucovun anası oğlunun hədələndiyini deyir

by Gozetci 10:07, 22 Dekabr 2023
written by Gozetci

Möhyəddin Orucov

Narkotik ittihamı ilə həbs edilən ictimai fəal Möhyəddin Orucovun ailəsi ondan xəbər ala bilmədiyini deyir.

Bununla bağlı hüquq müdafiəçisi Rüfət Səfərov məlumat yayıb. O qeyd edib ki, Möhyəddin Orucovun anası Təranə Orucova oğlu ilə əlaqə saxlaya bilmir.

“Dekabrın 13-də oğlumu həbs ediblər. 10 gündür xəbər yoxdur. Nə görüşə bilmişik, nə də zəng edib. Biz çox narahatıq”- Təranə Orucova bildirib.

Möhəddin Orucovun anasının sözlərinə görə, oğlu ilə yalnız məhkəmədə bir neçə dəqiqə danışmaq imkanı olub:

“Möhyəddin Orucov mənə dedi ki, ona hədə-qorxu gəliblər. Ona deyiblər ki, əgər tələb olunan ifadələrə imza atmasan, bura anan gətiriləcək”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

İctimai fəal Möhyəddin Orucovun dekabrın 13-də saxlanılıb.

Dekabrın 15-də Suraxanı Rayon Məhkəməsi ictimai fəal Möhyəddin Orucova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Bundan əvvəl də ictimai fəal oktyabrın 18-də inzibati həbs cəzası almışdı. O, Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində işgəncəyə məruz qaldığını bildirib.

Möhyəddin Orucov Suraxanı Rayon Məhkəməsinin qərarı ilə o, 30 sutka müddətinə həbs cəzası alıb və 200 manat cərimə olunub.

Amerikanın Səsi 

10:07, 22 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

2023-cü il dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

by Gozetci 20:00, 21 Dekabr 2023
written by Gozetci

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 16 dekabr 2023-cü il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliklərin irəli sürülməsi ilə əlaqədar məsələlərə baxılıb. Namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Məhərrəm oğlu Orucun, namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfər oğlu Mustafanın, namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Ağası oğlu Əliyevin, namizədliyi Böyük Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Elşad Nəbi oğlu Musayevin, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin və namizədliyi Milli Cəbhə Partiyası tərəfindən irəli sürülmüş Razi Qulaməli oğlu Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Komissiya prezidentliyə namizədlərinin irəli sürülməsi təsdiq olunan siyasi partiyalar, o cümlədən öz təşəbbüsləri ilə namizədliklərinin irəli sürülməsi təsdiq edilən şəxslər tərəfindən təqdim olunan səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri də qeydə alıb.

Beynəlxalq təşkilat və xarici ölkə diplomatik korpus nümayəndələrinin, media qurumları təmsilçilərinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi

20:00, 21 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Tofiq Yaqublunu azad etməyib

by Gozetci 13:22, 21 Dekabr 2023
written by Gozetci

Tofiq Yaqublu

Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi müxalifətçi Tofiq Yaqublunun həbsilə bağlı birinci instansiya məhkəməsinin qərarının ləğvi barədə vəsatəti təmin etməyib.

Xatırladaq ki, Nərimanov məhkəməsi Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunu sənədləri saxtalaşdırmaq ittihamı ilə 4 ay müddətinə həbs edib.

Vəkil Nemət Kərimli Turan-a bildirib ki, bu gün Yaqublu ona qarşı irəli sürülən ittihamları rədd edərək uydurma adlandırıb. O, öz həbsini hakimiyyəti tənqid etdiyinə görə siyasi sifariş və təqib adlandırıb.

Guya Yaqublu kiməsə siyasi mühacirət təşkil edəcəyini vəd edib və dekabrın 8-də onlar bu barədə razılığa gəliblər. Dekabrın 11-də dələduzluq ittihamı ilə cinayət işi açılıb.

*Dekabrın 14-də Tofiq Yaqublu “dələduzluq”, “sənədlərin saxtalaşdırılması” və “saxta sənədlərdən istifadə”də şübhəli kimi saxlanılıb.

O əvvəllər də dəfələrlə cinayət və inzibati həbslərə məruz qalıb, İsmayıllı iğtişaşları işi üzrə “vicdan məhbusu” kimi tanınıb.

Turan 

13:22, 21 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderSosial təminat hüququXƏBƏRLƏR

Əziz Orucovun ailə üzvlərinin bank hesabına həbs qoyulub

by Gozetci 10:28, 21 Dekabr 2023
written by Gozetci

Əziz Orucov, foto: Meydan Tv

Vəkil bu qərarı qanunsuz və əsassız sayır, ondan şikayət verəcəklərini deyir

“Kanal 13” internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun ailə üzvlərinin bank hesablarına həbs qoyulub. Bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. Onun sözlərinə görə, Əziz Orucovun həm həyat yoldaşının bank hesabı, həm də anasının pensiya kartı bloklanıb.

Lamiyə Çerpanova deyir ki, bloklanmadan dekabrın 20-də xəbər tutublar:

“Bu gün öyrəndim ki, mənim bank hesabım bloklanıb. “Kapital bank”dan bloklanmanın səbəbini soruşdum. Amma izah edə bilmədilər. Sonra Əziz Orucovun anası Almaz xanımın pensiyasını çıxarmaq istədim. Məlum oldu ki, pensiya kartına da blok qoyulub. Biz o pulla sabah Əzizin yanına getmək üçün bazarlıq edəcəkdik. Həm də Almaz xanımın özünün dərmanları alınmalıydı. Amma heç nə edə bilmədim. Mən indi iki körpə qızlarımı, xəstə anamızı necə saxlayım? Əzizin xərclərini necə qarşılayim?”.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Əziz Orucovun işi üzrə istintaqı aparan Səbail Rayon Polis İdarəsindən verilən vəsatət əsasında məhkəmə bank hesablarının, o cümlədən pensiya kartının bloklanması barədə qərar çıxarıb.

Əziz Orucovun vəkili Bəhruz Bayramov bu qərarı qanunsuz və əsassız sayır, ondan şikayət verəcəklərini deyir:

“Pensiya kartına gələn pulun mənbəyi məlumdur. Cinayət yoluyla əldə olunan vəsait deyil, cinayətin predmeti deyil. Onu bloklamağın heç bir əsası yoxdur. İkincisi, Almaz xanım yaşlı, xəstə adamdır. Onun qida, dərman ehtiyacları var. Onları kim ödəyəcək? Oğlu həbsdə, pensiyası da verilmir…”.

Əziz Orucov noyabrın 27-də saxlanılıb, ertəsi gün Səbail Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onun evində və kanalın ofisində axtarış aparılıb.

“Kanal 13” rəhbərinə qarşı əvvəl Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham irəli sürülüb. İttihamda göstərilib ki, o, Səbail rayonu ərazisində tikinti üçün dövlət orqanlarının icazəsi olmadan ev inşa etdirib.

Dekabrın 19-da Əziz Orucova Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə əlavə ittiham verilib.

Əziz Orucov isə bu ittihamların absurd olduğunu bildirib, həbsini rəhbərlik etdiyi kanalın fəaliyyətilə əlaqələndirib. O vurğulayıb ki, jurnalist fəaliyyətinə görə cəzalandırılıb.

Son bir ay ərzində Azərbaycanda çoxsaylı jurnalistlər həbs olunub. Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, saytın layihə rəhbəri Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalist Nərgiz Absalamova, bir sıra internet televiziyalarının əməkdaşı olan reportyor Teymur Kərimov, “Kanal 13”ün aparıcısı Rüfət Muradlı da var.

Adları çəkilən jurnalistlərin ailə üzvlərinin də bank hesablarına həbs qoyulub. Ülvi Həsənli və Sevinc Vaqifqızının analarının da pensiya kartı bloklanıb.

10:28, 21 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderSosial təminat hüququXƏBƏRLƏR

“AbzasMedia” işinə görə bank hesablarına blok qoyulan şəxslərin şikayəti təmin edilməyib

by Gozetci 09:45, 21 Dekabr 2023
written by Gozetci

Sevinc Vaqifqızı və Ülvi Həsənli. Foto: Meydan TV

“AbzasMedia” ilə bağlı həbs olunanlar – direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalının özlərilə yanaşı, onların yaxınlarının və bu cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin də bank hesablarının, əmlaklarının üzərinə həbs qoyulub, ölkədən çıxışı məhdudlaşdırılıb. Həmçinin onların vergi odənişləri və pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim edilməsi haqda qərar qəbul edilib.

İstintaq orqanının vəsatəti əsasında bu qərarlar noyabrın sonunda Xətai Rayon Məhkəməsində çıxarılıb. Adları keçən şəxslər həmin qərarlardan apelyasiya şikayəti veriblər. Sözügedən şikayətlərə dekabrın 20-də Bakı Apelyasiya Məhkəməsində baxılıb. Məhkəmə iclaslarında həbsdə olan jurnalistlərin özləri də iştirak edib.

Məhkəmə iclaslarında həm şikayətçilər, həm də vəkillər çıxış edərək bildiriblər ki, Xətai Rayon Məhkəməsinin qərarları qanunsuz və əsassızdır.

Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova bildirib ki, onun səhhətində ciddi problemlər var, ürək xəstəsidir. Bu səbəbdən ikinci qrup əlil kimi pensiya alır. Lakin onun pensiya kartına heç bir əsas olmadan blok qoyulub:

Ofelya Məhərrəmova

“Mən həyat yoldaşımı da itirmişəm, xəstə adamam. Pensiya kartıma blok qoyanlar fikirləşmirlər ki, bu adam necə dolanmalıdır?”.

İqtisadçı Toğrul Vəliyev deyib ki, o, müqavilə əsasında işləyir və bank hesabına rəsmi qaydada maaş köçürülür. Lakin onun maaş kartı bloklanıb.

Hafiz Babalı deyib ki, görmə problemiylə əlaqədar üçüncü qrup əlil kimi uzun illərdir pensiya alırdı. Hələ həbs olunmamışdan əvvəl ona məlum olub ki, pensiya kartı bloklanıb.

Hafiz Babalı Prezident İlham Əliyevin ailə üzvlərinin biznesi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmlakları barədə araşdırmalarına görə cəzalandırıldığını bildirib. Jurnalist əlavə edib ki, polislər evində axtarış apararkən müxtəlif şirkətlərdə pay sahibliyini təsdiqləyən səhmlərini də götürüblər.

Hafiz Babalı. Foto: Meydan TV

Sevinc Vaqifqızı və Ülvi Həsənli də hakimiyyətin korrupsiyasını ifşa etdiklərini vurğulayıblar.

“Bu hakimiyyət öz vətəndaşlarına qarşı ləyaqətli davranmır. Ödənilən vergilər hesabına polislərə maaş verirlər, onlar da insanlara zülm eləyirlər. Hakimlərə pul verirlər, onlar da sifarişli, saxta qərarlar çıxarırlar”, – Sevinc Vaqifqızı bildirib.

Hakimlər tez-tez müdaxilə edərək, jurnalistlərin çıxışlarını kəsməyə çalışıb.

“Bəs biz sözümüzü harda deməliyik?”, – Ülvi Həsənli etiraz edib.

Ülvi Həsənli. Foto: Meydan TV

Vəkillər də Xətai Rayon Məhkəməsində çıxarılmış məhdudlaşdırıcı qərarların qanunsuz olduğunu bildiriblər. Müdafiəçilər deyib ki, bu qərarlarla bağlı heç bir əsaslandırma yoxdur, sadəcə, müxtəlif adamların əmlaklarının, bank hesablarının üzərinə həbs qoyulduğu göstərilib. Halbuki, qanunvericilik mütləq belə qərarların zəruriliyinin əsaslandırılmasını tələb edir.

“AbzasMedia” işi üzrə həbs olunanlar, onların yaxınları, bu işin istintaqına şahid qismində cəlb olunanlar Xətai Rayon Məhkəməsinin onlar haqqında qərarlarının ləğvini istəyiblər. Lakin bu şikayətlər üzrə keçirilən 3 məhkəmə prosesinin heç birində apelyasiya şikayəti təmin edilməyib.

Vəkil Zibeydə Sadıqova Meydan TV-yə bildirib ki, bu cür məsələlərlə bağlı apelyasiya məhkəməsi şikayət üçün sonuncu instansiyadır. Yəni bu işlərdən Ali Məhkəməyə şikayət nəzərdə tutulmayıb. Ölkədaxili hüquqi müdafiə vasitələri tükəndiyinə görə Bakı Apelyasiya Məhkəməsinin qərarını alandan sonra Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Zibeydə Sadıqova

“Yalnız yetərincə əsaslı şübhələr olanda hansısa bank hesabı üzərinə həbs qoyula bilər. Pensiya kartlarına dövlət büdcəsindən pul köçürülür. Pulun mənbəyi məlumdur. Buna niyə həbs qoyulmalıdır? Eləcə də digər qərarları əsassız hesab edirik”, – vəkil əlavə edib.

Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova ilə yanaşı, Ülvi Həsənlinin anası Esvira Musayevanın da pensiya kartı bloklanıb. Həmçinin Ülvi Həsənlinin bacısı Sədaqət Həsənovanın, iqtisadçı Toğrul Vəliyevin maaş kartlarına da blok qoyulub.

Adları çəkilən şəxslər bu qərarlar üzündən maliyyə çətinliyilə üzləşdiklərini bildirirlər.

“AbzasMedia” ilə bağlı həbslər noyabrın 20-dən başlayıb. Nəşrin direktoru Ülvi Həsənli ilə başlayan həbs dalğası direktor müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalı ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Jurnalistlər bu ittihamların absurd olduğunu bildirib, “AbzasMedia”nın korrupsiya araşdırmalarına görə cəzalandırıldıqlarını bildiriblər.

Meydan TV 

09:45, 21 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Hafiz Babalını həbsdə saxlayıb (YENİLƏNİB)

by Gozetci 17:03, 20 Dekabr 2023
written by Gozetci

Hafiz Babalı

Dekabrın 20-də Bakı Apellyasiya Məhkəməsində araşdırmaçı jurnalist Hafiz Babalının daha üç şikayətinə baxılıb.

Bu barədə Turan-a vəkil Rəsul Cəfərov məlumat verib.

Şikayətlərdən biri jurnalistlə bağlı maliyyə məlumatlarının (vergi ödənişləri, bank hesabları, qiymətli kağızlar haqqında məlumatlar) tələb edilməsilə bağlı olub. Digər şikayət bank hesablarının və kartların, o cümlədən pensiya kartının dondurulması ilə əlaqəli olub. (Babalı üçüncü qrup əlildir). Üçüncü şikayət Babalının qeyri-kommersiya strukturlarında iştirakı ilə bağlı məlumatların  tələbi ilə bağlı olub.

Apellyasiya Məhkəməsi bütün şikayətləri təmin etməyib və istintaq orqanının təqdimatı əsasında Xətai Məhkəməsinin 29 noyabr tarixli qərarlarını qüvvədə saxlayıb.

Bu gün Bakı Apellyasiya Məhkəməsi həbsdə olan digər “Abzas Media” jurnalistlərinin, onların ailə üzvlərinin və bu iş üzrə keçən digər şəxslərin barələrində maliyyə məlumatlarının açıqlanması, bank hesablarının və kartlarının bloklanması ilə bağlı şikayətlərini  də təmin etməyib.

Qeyd edək ki, istintaq “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli və Sevinc Vaqifqızının analarının pensiya kartlarını da  bloklayıb.

*  *  *

Bu gün Bakı Apellyasiya Məhkəməsi (BAM) Həsən Əhmədovun sədrliyi ilə araşdırmaçı jurnalist Hafiz Babalının həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Müdafiə tərəfi Babalının ilkin həbsi haqqında qərarın ləğv edilməsini xahiş edib, belə ki, istintaq jurnalistin həbsdə saxlanılması üçün kifayət qədər dəlil təqdim etməyib, deyə vəkil Rəsul Cəfərov bildirib.

Lakin məhkəmə apellyasiya şikayətini təmin etməyib.

Müdafiə tərəfi qətimkan tədbirinin dəyişdirilməsi üçün tədbirləri davam etdirir və Babalının ev dustaqlığına keçirilməsi haqqında vəsatət verəcək.

Xatırlatma

Turan Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də “xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılıb. O, Abzas Media jurnalistlərinə qarşı iş çərçivəsində cəlb ounub. Dekabrın 14-də Xətai Rayon Məhkəməsi Babayevin 3 ay müddətinə həbsi haqqında qərar çıxarıb.

Turan 

17:03, 20 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əziz Orucovun həbsindən sonra məhkəmə ‘Kanal 13’ün bloklanmasına qərar verib

by Gozetci 14:49, 20 Dekabr 2023
written by Gozetci

Əziz Orucov

“Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun həbsindən sonra onun rəhbərlik etdiyi onlayn media portalının bloklanması qərara alınıb.

AzadlıqRadiosunun bilgisinə görə, Daxili İşlər Nazirliyi (DİN) dekabrın 1-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məktub göndərib. Məktubda iddia olunub ki, bu kanalda müxtəlif dövlət orqanlarında çalışan şəxslər haqqında yanlış və onları nüfuzdan salan məlumatlar yayılır.

“Uzun müddət vətəndaş cəmiyyətini dəqiq və qərəzsiz informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərib…”, – DİN bloklanma tələbini belə əsaslandırıb.

Sözügedən media qurumunun rəhbəri Əziz Orucovun hazırda təqsirləndirilən şəxs statusunda həbsdə olması da məktubda yer alıb.

Ardından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də Əziz Orucovun rəhbərlik etdiyi media portalına girişin məhdudlaşdırılması tələbi ilə məhkəmədə iddia qaldırıb. Səbail rayon Məhkəməsi dekabrın 11-də iddianı təmin edib.

Əziz Orucovun vəkili Bəhruz Bayramov AzadlıqRadiosuna bildirib ki, belə bir məhkəmənin keçirilməsindən xəbərləri olmayıb:

“Bizə nə nazirliyin iddiası, nə də məhkəmə prosesinin keçirilməsi barədə məlumat verilib. Məlumat verilsəydi, iştirak edər, etirazımızı bildirərdik. Dəqiqləşdirəcəyəm, belə bir qərar varsa, mütləq apellyasiya şikayəti verəcəyik”.

AzadlıqRadiosu 

14:49, 20 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Prezident seçkilərində azad edilən ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb

by Gozetci 14:17, 20 Dekabr 2023
written by Gozetci

Gələn il fevralın 7-də növbədənkənar Prezident seçkilərində azad edilən ərazilərdə səs verəcək seçicilərin sayı açıqlanıb.

Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq azad olunmuş ərazilərdə 26 seçki məntəqəsi yaradılıb: “Orada təxminən 23 minə yaxın seçici səs verəcək. Hər məntəqəyə orta hesabla təxminən 800-900 seçici düşür. Bu kifayət qədər yaxşı rəqəmdir”.

Report.az

14:17, 20 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia