Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

2023-cü il dekabrın 26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

by Gozetci 12:08, 27 Dekabr 2023
written by Gozetci

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 21 dekabr və 23 dekabr 2023-cü il tarixli iclaslarının protokolları təsdiq olunub.

Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliklərin irəli sürülməsi ilə əlaqədar məsələlərə baxılıb. Namizədlikləri özləri tərəfindən irəli sürülmüş Sərvan İdris oğlu Kərimovun, Mətləb Əzizulla oğlu Mütəllimlinin, Abutalıb Qənbər oğlu Səmədovun, Fikrət Hüseyn oğlu Yusifovun, Yusif Qəzənfər oğlu Bağırzadənin, Arzuman Səid oğlu Abdulkərimovun, Yunus İsaxan oğlu Oğuzun və Qulamhüseyn Surxay oğlu Əlibəylinin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Komissiya öz təşəbbüsləri ilə namizədliklərinin irəli sürülməsi təsdiq olunanlardan səlahiyyətli nümayəndələr təqdim edənlərin müraciətlərinin təmin olunmasına qərar verib.

Xarici ölkə səfirliyinin və media qurumlarının nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi

12:08, 27 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Şamo Eminov həbs edilib

by Gozetci 10:28, 27 Dekabr 2023
written by Gozetci

Şamo Eminov

Kanal-13 İnternet-televiziyası ilə əməkdaşlıq edən jurnalist Şamo Eminov qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Eminov dekabrın 22-də saxlanılıb, Turan-a onun xanımı Dürdanə Eminova bildirib. Həmin gün axşam saatlarında onların evində axtarış aparılıb.

“Dekabrın 22-də səhər Şamo müsahibəyə getmək üçün evdən çıxdı. Sonra mən evdən çıxıb qızımgilə getdim. Axşam polisdən zəng gəldi ki, həyat yoldaşım ordadır və onun diplomunu gətirməyi istədilər. Diplomu götürmək üçün evə gələndə mənzildə hər şeyin dağınıq olduğunu gördüm, həyat yoldaşımın noutbuku yox idi. Məlum oldu ki, axtarış aparıblar”, – Eminova bildirib.

Beş gün ərzində həyat yoldaşının taleyini aydınlaşdıra bilməyib.

Dekabrın 26-da Eminov 2-3 dəqiqəliyə zəng edərək “qaçaqmalçılıqda” ittiham olunduğunu bildirib və deyib ki, məhkəmə onun barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

“Ancaq o heç bir cinayət törətməyib, heç bir günahı yoxdur”, – jurnalistin xanımı deyib.

Bir ay öncə Kanal-13-ün rəhbəri Əziz Orucov həbs edilib. Əvvəlcə onu “qanunsuz ev tikməkdə”, daha sonra “qabaqcadan əlbir olmaqla külli miqdarda qaçaqmalçılıqda” günahlandırıblar.

Kanal-13-ün direktoru, xaricdə olan Anar Orucovun məlumatına görə, kanalın aparıcısı, inzibati həbs cəzası çəkən Rüfət Muradlı da Əziz Orucovun işi üzrə cəlb olunub.

Lakin Rüfət Muradlının vəkili Nazim Musayev belə məlumata malik olmadığını bildirib.

Vəkil deyib ki, dünən təcridxanada Muradlı ilə görüşüb və o da ona qarşı hər hansı cinayət ittihamı barədə heç nə deməyib.

Vəkilin sözlərinə görə, Muradlının inzibati həbs müddəti yanvarın 1-də başa çatır.

Turan

10:28, 27 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

III Respublika Platforması Prezident seçkisinə namizəd irəli sürməyəcək

by Gozetci 15:50, 26 Dekabr 2023
written by Gozetci

Platforma heç bir namizədi dəstəkləməyəcəyini də bəyan edib

III Respublika Platforması fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkisində namizəd irəli sürməyəcək. Təşkilat hər hansı prezidentliyə namizədi dəstəkləməyəcəyini açıqlayıb.

Bu barədə dekabrın 26-da III Respublika Platformasının seçkilərlə bağlı mövqe sənədində qeyd edilib.

Platformanın seçkidə iştirak edə bilməməsinin başlıca səbəbləri sırasında qurumun yeni təsis edilməsi, maliyyə və kadr resurslarına malik olmaması göstərilib:

“Belə olan halda III Respublika Platformasının məhz formal olaraq seçkilərdə iştirak etməsinin mənasını görmürük. Bununla yanaşı, mövcud prezidentliyə namizədləri platformamızın dəyərlərini təmsil edə biləcək, eləcə də siyasi dəyişikliyi təşviq edə biləcək şəxslər hesab etmirik. Buna görə onları da dəstəkləmirik”.

Hazırkı seçki mühitinə gəlincə, III Respublika Platforması vətəndaşların seçki təsisatına etimadının olmadığını hesab edir:

“Bunun səbəbi hazırkı hökumətin insanların siyasi prosesə inamını qırmaq üçün uzunmüddətli iş aparmasıdır. Mövcud hökumət bunu seçkiləri davamlı saxtalaşdırmaqla və siyasət peşəsini etibarsızlaşdırmaqla həyata keçirib. Bütün bunlara görə indiki şəraitdə ciddi siyasi apatiya mövcuddur. Platformamız bu siyasi apatiyanı iki ay kimi qısa müddətdə aradan qaldıracağı və seçki iştirakçılığını təşviq edə biləcəyi qənaətində deyil”.

Amma Platforma seçkiylə bağlı bütün addımları rədd etmədiyini də bildirib:

“Səsvermədə iştirak vətəndaşlarımızın seçki vərdişinin qorunub saxlanılması üçün mühümdür. Səbəbi nə olursa olsun, seçki ənənələri itməməlidir və gələcəkdə münbit şərait üçün qorunub saxlanılmalıdır. Buna görə də platformamız seçki ənənəsinin vacib elementi olan səsvermə vərdişinin saxlanılması üçün səsvermədə fərdi qaydada iştirakı dəstəkləyir”.

“Biz seçki dövrü daxil olmaqla passiv dayanmayacağıq. Ona görə də platformamız öz alternativ gündəliyini həm seçki dövrü və həm də seçkidən sonra aktiv təşviq edəcək. Bu məqsədlə vətəndaşlarımızı ölkəmizin gələcəyinə dair bugünlərdə ictimailəşdirdiyimiz konseptual sənədlərin və yaxın dövrdə açıqlayacağımız fəaliyyət planı, eləcə də bu çərçivədə görəcəyimiz işlər və təqdim edəcəyimiz növbəti sənədlərin müzakirəsində fəal iştirak etməyə dəvət edirik”,-deyə açıqlama bu fikirlərlə yekunlaşır.

Xatırlatma

Dekabrın 7-də bir qrup ictimai-siyasi fəal III Respublika Platforması adlı siyasi təşkilat yaratdıqlarını elan edib. Həmin gün Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ili tamam olurdu.

Platformanın Qurucu Heyət üzvləri arasında Akif Qurbanov və Araz Əliyevlə yanaşı, iqtisadçı Rövşən Ağayev, hüquqşünas Səməd Rəhimli, siyasətçilər Yadigar Sadıqlı, Elman Fəttah, Ruslan İzzətli də var.

Platformanın şüarı belədir: “Tək adama deyil, hüquqa itaət edirik!”.

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İlham Əliyev dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Bu günə qədər ölkə başçısı İlham Əliyev, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri, deputat Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), deputat Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Fuad Əliyev, Yunus Oğuz və Ərəstun Oruclu namizədliklərini irəli sürüblər.

Ümid və Haqq Ədalət partiyaları seçkidə İlham Əliyevi dəstəkləyəcəklərini bildiriblər.

AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları isə seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib. Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan TV

15:50, 26 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Nərgiz Absalamovanı həbsdə saxlayıb

by Gozetci 14:39, 26 Dekabr 2023
written by Gozetci

Nərgiz Absalamova

Dekabrın 26-da Xətai Rayon Məhkəməsində Abzas Media onlayn nəşrinin jurnalisti Nərgiz Absalamovanın ev dustaqlığına keçirilməsi haqqında vəsatətə baxılıb. Bu barədə Turan-a onun vəkili Şəhla Hümbətova bildirib. Onun sözlərinə görə, Absalamovanın həbs edilməsi üçün heç bir əsas yoxdur.

Lakin məhkəmə vəsatəti təmin etməyib.

Vəkil bildirib ki, prosesdə Absalamova özü də iştirak edib.

“Nərgiz Absalamova məhkəmədə çıxış edib. O, ona qarşı irəli sürülmüş ittihamın tamamilə əsassız olduğunu və jurnalistika fəaliyyətində peşə fəaliyyətinə görə təqib olunduğunu bildirib. O, özünü təqsirli bilmir”, deyə vəkil bildirib.

Hümbətova həmçinin jurnalistin İstintaq Təcridxanasında üzləşdiyi problem haqqında danışıb. Məsələ ondadır ki, Absalamova iki il əvvəl jurnalistlərin aksiyasında xəsarət alıb və bununla əlaqədar onurğasından əməliyyat olunub. Onun ortopedik döşəyə ehtiyacı var. Lakin İstintaq Təcridxanasının administrasiyası ona döşək verməyə icazə vermir. Bu səbəbdən Absalamovanın kürəyində ağrılar var, deyə vəkil qeyd edib.

Digər bir problem İstintaq Təcridxanasında su verilməsi ilə bağlıdır.

“Su saatla verilir. İsti su isə cəmi həftədə iki dəfə verilir və bu, gigiyenaya riayət etmək üçün kifayət etmir”, deyə vəkil bildirib.

Bundan başqa, bu işin digər fiqurantları kimi, Absalamovanın da yaxınları ilə görüşməsinə və telefonla danışmasına icazə verilmir və bununla bağlı verilmiş şikayətə yaxın günlərdə baxılacaq.

“Onun vəkilə zəng etməyinə də icazə vermirlər. Bununla bağlı da şikayət verəcəyəm”, deyə vəkil qeyd edib.

* Abzas Media-nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, nəşrin baş redaktoru Sevinc Vaqifqızı və reportyor Nərgiz Absalamova, habelə araşdırmaçı jurnalist Hafiz Babalı qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər. Onlar ittihamları qəbul etmirlər və həbslərin nəşrin korrupsiya faktlarını araşdırması ilə bağlı olduğunu bildirirlər.

Hüquq müdafiəçiləri onları siyasi məhbus kimi tanıyıb. Beynəlxalq təşkilatlar nəşrin əməkdaşlarını azad etməyə çağırıblar.

Turan 

14:39, 26 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Üç nəfər şikayət edir ki, Mərkəzi Seçki Komissiyası onları prezident seçkilərində namizəd kimi qeydiyyata almır

by Gozetci 11:19, 26 Dekabr 2023
written by Gozetci

Növbədənkənar seçkilərdə namizədliyini irəli sürmək istəyən üç nəfər bildirib ki, Mərkəzi Seçki Komissiyası onların sənədlərini qəbul etməyib.

Onlardan biri Əvəz Temirxan (Ədliyyə Nazirliyinin təkrar qeydiyyata almaqdan imtina etdiyi Liberal Partiyasının İcraiyyə Komitəsinin sədri, qeyd Turan) Turan agentliyinə bildirib ki,  dekabrın 25-də gün ərzində Mərkəzi Seçki Komissiyasının üzvləri və bu orqanın aparatı onu qəbul etməyib.

“Mənə deyirlər ki,  Mərkəzi Seçki Komissiyasının üzvləri iclasdadır, amma onlardan ikisinin binanı tərk etdiyini gördüm. İclas keçirilərsə, niyə iştirak etmirlər?”, – Temirxan deyib

Digər iki  müstəqil namizədlər tarixçilər Ulduz Quliyeva və Rəşad Dadaşov Turan-a bildiriblər ki, üçüncü gündür ki,   Mərkəzi Seçki Komissiyasına gəlirlər, lakin sənədləri qəbul etmirlər.

“Biz mühafizəçilərdən xahiş etdik ki, xahişimizi ,  Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə çatdırsınlar ki, bizi qəbul etsinlər, amma bundan sonra da heç kim bizi qəbul etmədi. Bu, özbaşınalıqdır”, – Temirxan deyib.

Öz növbəsində, Mərkəzi Seçki Komissiyası aparatında Turan-ın müxbirinə deyiblər ki, iddiaçılar “elektron formada da müraciət edə bilər” və onların ərizələrinə beş gün ərzində baxılacaq.

Turan

11:19, 26 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Araz Əliyev saxlanma zamanı fiziki təzyiqə məruz qalıb

by Gozetci 16:14, 25 Dekabr 2023
written by Gozetci

Araz Əliyev

Dekabrın 23-də “Üçüncü respublika” platformasının həmtəsisçisi Araz Əliyev fiziki təzyiq tətbiq edilərək saxlanılıb. Bu barədə Turan-a fəalın vəkili Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, Əliyevi küçədə mülki geyimli şəxslər tutublar və ona zərbələr endirərək zorla maşına mindiriblər. Fəal Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsinə aparılıb. Orada noutbuku ondan alıblar. Bundan sonra ona qarşı protokol tərtib edilib ki, guya “söyüş söyüb” və “polisə tabe olmayıb”.

Dekabrın 24-də səhər məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polisə tabe olmamaq) maddələrilə 25 sutka  həbs edib.

Vəkil bildirib ki, həbsdən apellyasiya şikayəti verəcək və Əliyevə fiziki təzyiq göstərilməsindən prokurorluğa şikayət edəcək.

Əliyevin xanımı Gülarə İsmayılova öz növbəsində bildirib ki, ona da təzyiq göstərilib. O dekabrın 24-də Daxili İşlər Nazirliyinin binası qarşısında təkbaşına etiraz aksiyası keçirərkən saxlanılıb. O, dekabrın 23-də axşam yoxa çıxan həyat yoldaşının taleyinin aydınlaşdırılmasını tələb edib.

Onu 9-cu bölməyə aparıblar. İsmayılovanın sözlərinə görə, zabitlərdən biri onu gender-fəal kimi tanıyıb və etiraz aksiyalarında görərsə, həbslə hədələyib.

Turan 

16:14, 25 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda daha bir müxalifət partiyası prezident seçkilərində iştirak etməyəcəyini bildirib

by Gozetci 14:12, 25 Dekabr 2023
written by Gozetci

Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası ölkədə seçki kampaniyası üçün demokratik şəraitin olmadığını bildirərək növbədənkənar prezident seçkilərində iştirakdan imtina edib.

Bu qərar rartiyanın Ali Məclisinin sessiyasında qəbul edilib, dekabrın 23-də isə partiyanın V növbədənkənar qurultayında təsdiq edilib.

“Bütün səviyyələrdə seçki komissiyalarının hakim qüvvənin nəzarəti altında olduğu və ölkədə azadlıqların məhdudlaşdırıldığı bir şəraitdə seçkilərdə iştirak mənasını itirir”, partiyanın sədri Mirmahmud Mirəlioğlu bildirib.

Dekabrın 15-də müxalifətyönümlü Müsavat Partiyası ədalətli rəqabət üçün şəraitin olmadığını bildirərək seçkilərdə iştirakdan imtina edib. Dekabrın 16-da isə Azərbaycan Xalq Cəbhəsi Partiyası da prezident seçkilərini boykot etmək qərarına gəlib və bunu azad və ədalətli seçkilər üçün şəraitin olmaması ilə izah edib.

İnidyədək Mərkəzi Seçki Komissiyasına prezidentliyə namizədliyi irəli sürülən 15 nəfər seçicilərin imzasını toplamaq üçün müraciət edib.

Mərkəzi Seçki Komissiyası hazırki prezident İlham Əliyevin, namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülən Zahid Oruc (Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri) və Fuad Əliyevin (keçmiş Liberal Demokrat Partiyasının sədri olub), Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Beləliklə, 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfərlə bağlı məsələyə MSK-nın növbəti iclaslarında baxılacaq. Həmin şəxslər Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylidir.

Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsindən sonraya təsadüf edir.

Bununla yanaşı, növbədənkənar prezident seçkilərinin elan edilməsinin səbəbləri hələ rəsmi qaydada bəyan edilməyib. Növbədənkənar seçkilər ölkədə hər hansı siyasi partiya tərəfindən təşəbbüs irəli sürülmədən elan edilib.

Amerikanın Səsi

14:12, 25 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Araz Əliyevdən xəbər yoxdur (YENİLƏNİB)

by Gozetci 20:05, 24 Dekabr 2023
written by Gozetci

Araz Əliyev

NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyev məhkəmənin qərarı ilə 25 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə Amerikanın Səsinin sorğusunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiq edib.

Hüquq mühafizə orqanlarındakı mənbələrdən Amerikanın Səsinə məlum olub ki, Araz Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Həbsin detalları ilə bağlı hələ məlumat əldə etmək mümkün olmayıb.

*   *   *

NİDA Vətəndaş Hərəkatının və III Respublika Platformasının üzvü Araz Əliyev ilə dekabrın 23-də Bakı vaxtı ilə saat 18 radələrindən əlaqə itib. Onun telefonuna zəng çatmır. Rəsmi qurumlar Əliyevin saxlanılıb-saxlanılmaması barədə məlumat yaymayıb.

III Respublika Platformasının üzvü Akif Qurbanov Amerikanın Səsinə bildirib ki, qurumun üzvü Araz Əliyevdən xəbər yoxdur və onun özünün də saxlanılma ehtimalı var.

“Aydın görünən odur ki, bu, bizim fəaliyyətimizlə bağlıdır. Məndə də Araz bəydən xəbər gözləyirdim. Araz bəydən xəbər çıxmır. Vəkil məsələsini həll edib, mən də kafeni tərk edəcəm. Çox güman ki, məni də saxlayacaqlar,” o deyib.

Akif Qurbanov daha öncə Facebook səhifəsində qeyd edib ki, onun olduğu kafenin ətrafında bir neçə saatdır əməliyyatçılar dövrə vurur. O, bunu fəaliyyəti ilə əlaqələndirib.

“Azərbaycanı qaranlıqdan çıxarmaq cəhdlərimizə görədir. Görünür III Respublika Platformasının indiki məqamda yaranması rejimi daha da narahat edib. Çünki iki missiyamızda dediyimiz kimi, idarə olunan cəmiyyətdən özünü idarə edən cəmiyyətə keçmək istəyirik. Əsas şüarımız: Tək Adama Deyil, Hüquqa İtaət Edirik.

İnanın ki, hər qaranlığın sonunda mütləq bir işıq var. O işıq ölkəmizi çox keçməz qaranlıqdan çıxaracaq. Yaşasın III Respublika!”, Akif Qurbanov Facebook səhifəsində qeyd edib.

Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Araz Əliyevin polis tərəfindən saxlanılıb-saxlanılmaması barədə Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Xatırladaq ki, 7 dekabr 2023-cü ildə, Azərbaycanda parlamentarizmin təsis olunmasının 105-ci ildönümündə bir qrup ictimai-siyasi şəxs tərəfindən III Respublika Platforması adlı siyasi təşkilat yaradılıb.

“Tək Adama” deyil, Hüquqa itaət edirik!” şüarı ilə çıxış edən platformanın əsas prinsipləri seçkili demokratiya, özünüidarə və güc tarazlığıdır (hakimiyyət bölgüsü).

Amerikanın Səsi 

20:05, 24 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Prezidentliyə namizədliyi irəli sürülənlərin sayı 15-ə çatıb

by Gozetci 20:18, 23 Dekabr 2023
written by Gozetci

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, 7 nəfərin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub.

Öz təşəbbüsü ilə prezidentliyə namizədliyi irəli sürülən digər 8 nəfərlə bağlı məsələyə isə MSK-nın növbəti iclaslarında baxılacaq. Həmin şəxslər aşağıdakılardır:

– Sərvan Kərimov

– Mətləb Mütəllimli

– Abutalıb Səmədov

– Fikrət Yusifov

– Yusif Bağırzadə

– Arzuman Abdulkərimov

– Yunus Oğuz

– Qulamhüseyn Əlibəyli.

Xatırladaq ki, 7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

APA

20:18, 23 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

2023-cü il dekabrın 23-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

by Gozetci 19:58, 23 Dekabr 2023
written by Gozetci

Məzahir Pənahovun sədrliyi ilə dekabrın 23-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Əvvəlcə Komissiyanın 19 dekabr 2023-cü il tarixli iclasının protokolu təsdiq olunub.

Sonra 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanma qaydası ilə bağlı məsələ müzakirə olunub. Məlumat üçün qeyd etmək lazımdır ki, bildirişdə seçicinin adı, özünün və səs verəcəyi seçki məntəqəsinin ünvanı, səsvermənin yeri və vaxtı, səsvermə prosesində istifadə edilən şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı, eləcə də səsvermə qaydaları ətraflı şəkildə izah edilir. Komissiya qanunvericiliyin tələblərinə uyğun olaraq, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair 6524203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) bildirişin mətbəə üsulu ilə hazırlanmasına qərar verib.

İclasda qarşıdan gələn seçkilərdə dairə və məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması qaydası və sayı məsələsinə də baxılıb. Protokolların Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilmiş nümunələrin forma və mətninə uyğun olaraq, bir-bir ardıcıl nömrələnməklə və seriyaları göstərilməklə, 3 nüsxədən ibarət və hər bir nüsxəsi müxtəlif rəngdə karbonlaşdırılmış kağızdan buklet formasında olmaqla, dairə və məntəqə seçki komissiyaları üçün onların sayına uyğun hazırlanması qərara alınıb. Qərara əsasən, səsvermənin nəticələrinə dair protokollar, habelə aşağı seçki komissiyalarının hər biri üçün 30 ədəd nömrələnməmiş və karbonlaşdırılmamış kağızdan protokollar Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində mətbəə üsulu ilə hazırlanmalıdır.

Media nümayəndələri tərəfindən geniş işıqlandırılan iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib və cari məsələlərə baxılıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və kommunikasiya şöbəsi

19:58, 23 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia