Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin məhkəməsi başlayıb

by Gozetci 15:49, 29 Dekabr 2023
written by Gozetci

Bəxtiyar Hacıyev

Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə hazırlıq iclası başlayıb. İclasa hakim Əli Məmmədov sədrlik edib.

Anket məlumatlarının yoxlanılması zamanı hakim Hacıyevin istintaq təcridxanasında saxlanıldığını bildirdikdə fəal replika atıb ki, o, “məhbus” deyil, “girovdur”.

Məhkəmə vəkillərin istintaq təcridxanasında Hacıyevlə görüşünə icazə verilməsi (məhkəmə prosesi başladıqdan sonra vəkillər istintaq təcridxanasına yeni icazələr təqdim etməlidirlər), habelə müdafiəçilərin pis çap olunmuş cinayət işinin yeni nüsxəsilə təmin edilməsi barədə müdafiə tərəfinin vəsatətini təmin edib.

Hakim prosesin videoçəkilişinin aparılması barədə vəsatətə baxılmasını növbəti iclasa saxlayıb.

Hacıyev ittiham aktını dünən aldığını deyəndə, hakim dinləmələri təxirə salıb, çünki qanunvericiliyə görə, təqsirləndirilən şəxs bu sənədi məhkəmə başlamazdan ən azı bir həftə əvvəl almalıdır.

Növbəti məhkəmə iclası yanvarın 7-nə təyin edilib.

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci ildə Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 289-cu (məhkəməyə hörmətsizlik) maddələrilə saxlanılıb.

Bu ilin iyulunda ona qarşı Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı ( qaçaqmalçılıq) maddələrilə ittihamlar irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı Cinayət Məcəlləsinin  213.1-ci (vergidən, işsizlik, icbari tibbi və sosial sığorta üzrə ödənişlədən yayınma) maddəsi irəli sürülüb.

Bəxtiyar Hacıyev əmindir ki, bütün ittihamlar uydurulub. Həbs və ittihamların səbəbi hakimiyyətin tənqidinə görə cəzadır,

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan 

15:49, 29 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

DTİHB Azərbaycanda seçki müşahidə missiyasına başlayır

by Gozetci 14:18, 29 Dekabr 2023
written by Gozetci

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində öz müşahidəçi missiyasının fəaliyyətə başladığını elan edib.

Dekabrın 29-da Bakıda mətbuat konfransında DTİHB Seçki missiyasının rəhbəri Ouen Mörfi bildirib ki, ATƏT missiyası 8 həftə ərzində seçki kampaniyasının, səsvermənin və seçkilərin yekunlaşdırılması prosesinin monitorinqini aparacaq.

Ouen Mörfi həmçinin qeyd edib ki, missiya 11 nəfərlik əsas heyət və 5 yanvardan etibarən ölkənin digər ərazilərinə təhkim ediləcək 28 uzunmüddətli müşahidəçidən ibarətdir. Bundan əlavə, DTİHB ATƏT-ə üzv ölkələrə Azərbaycanda president seçkisi günü müşahidə üçün 280 nəfər qısamüddətli müşahidəçi göndərilməsi ilə bağlı sorğu göndərib.

Missiya seçki qanunvericiliyinin praktikada tətbiqi, seçki administrasiyaları üzvlərinin hazırlanması və təlimi, namizədlərin qeydiyyatı, seçki kampaniyasının gedişi, media mühiti, seçkilərin KİV-də işıqlandırılması, qadınların seçkilərdə iştirakının monitorinqini aparacaq. Aralıq hesabat seçkidən əvvəl açıqlanacaq. Səsvermədən sonrakı gün missiya ilkin hesabatı açıqlayacaq, tövsiyələrin yer aldığı yekun hesabat isə seçkidən bir neçə ay sonra yayılacaq.

“Bizi seçkilərin nəticələri maraqlandırmır, biz seçki prosesini ATƏT standartlarına və beynəlxalq öhdəliklərə uyğunluğu baxımından qiymətləndiririk”, – Ouen əlavə edib.

O xatırladıb ki, bundan əvvəl ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı ehtiyacların qiymətləndirilməsi missiyası öz müşahidələri haqqında hesabat yayıb.

14:18, 29 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Qubad İbadoğlunun apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 20:03, 28 Dekabr 2023
written by Gozetci

Qubad İbadoğlu

Dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində iqtisadçı alim Qubad İbadoğlunun vəkillərinin verdiyi vəsatətin icraata qəbul edilməməsindən verilən şikayətə baxılıb.

Dekabrın 19-da Bakının Nərimanov rayon Məhkəməsi Qubad İbadoğlunun Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi ilə bağlı vəkillərin vəsatətini icraata qəbul etməmişdi.

Bu barədə Amerikanın Səsinə vəkil Zibeydə Sadıqova bildirib.

Onun sözlərinə görə, məhkəmə Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayəti təmin olunmayıb.

“Qubad İbadoğlunun səhhəti ilə bağlı Nərimanov rayon məhkəməsinə müraciət etmişdik. Biz xahiş etmişdik ki, Baş Tibb İdarəsinin münasibəti qanunsuz hesab olunsun. Çünki Qubad İbadoğlunun səhhətində ciddi problemlər var. Lakin şikayətlərimiz heç vaxt ciddi qəbul edilməyib. Həmçinin, xahiş etmişdik ki, Qubad bəy dərhal müalicə müəssisəsinə köçürülsün. Onun belindəki ağrılarla bağlı hərəkət məhdudiyyəti var. Ona çəlik verilməsini elə təcridxanada həkim məsləhət görmüşdü. Biz gətirdikdən sonra isə hələ də verilməyib. Bununla bağlı da müraciət etmişdik. Nərimanov rayon məhkəməsi ümumiyyətlə bizim şikayətimizi qəbul etməkdən imtina etdi. Baxmayaraq ki, mahiyyəti üzrə biz orada danışmışdıq. Biz də həmin qərardan şikayət verdik. Artıq bir dəfə eyni şikayət verilmişdi, mahiyyəti üzrə baxılılb, qərar verilmişdi. Bakı Apellyasiya Məhkəməsində də şikayətə baxılmışdı. İndi bir məhkəmənin iki fərqli qərarı mövcuddur. Birində bildirilir ki, Baş Tibb İdarəsindən şikayət edə bilərsən, digər məhkəmə qərarında isə məhkəmə söyləyib ki, xeyr, şikayət edə bilməzsiniz. Baxmayaraq ki, bizim şikayətlərimiz qanuni idi, lakin Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı”, vəkil qeyd edib.

Onun sözlərinə görə, məhkəmə prosesində ADR Partiyasının sədri, professor Qubad İbadoğlu da iştirak edib.

“Qubad İbadoğlu da məhkəmədə çıxış etdi. O öz çıxışında səhhəti və təcridxanadakı tibb xidməti ilə bağlı məhkəməyə məlumat verdi”, o deyib.

Amerikanın Səsi

20:03, 28 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Ülvi Həsənlinin şikayətini təmin etməyib

by Gozetci 16:49, 28 Dekabr 2023
written by Gozetci

Ülvi Həsənli

Dekabrın 28-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin vəkillə telefon danışıqlarına qoyulmuş qadağadan verdiyi şikayətə baxılıb. Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.

Onun sözlərinə görə, Ülvi Həsənli ilə saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında görüşə bilirsə də, zənglərə qadağa qoyulub.

Vəkil qeyd edib ki, Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayaraq, şikayəti təmin etməyib.

“Təəsssüf ki, Xətai Rayon Məhkəməsi bizim şikayəti təmin etmirdi. Bildirirdi ki, heç bir məhdudiyyət yoxdur. Amma biz də deyirik ki, faktiki olaraq, məhdudiyyət var. Çünki bir neçə dəfə Ülvi Həsənli xahiş edib ki, mənə zəng eləsin. İstintaq Təcridxanasına tez -tez gedə bilmirəm. Məlumatları ancaq  o, vəkillə görüşəndə ala bilər. Neçə dəfə zəng etmək istəyib,  icazə verməyiblər. Rəhbərliyə də yazılı müraciət edib”, deyə vəkil bildirib.

Onun sözlərinə görə, bugünki məhkəmə prosesində jurnalist Ülvi Həsənli də iştirak edib. O, məhkəmə prosesində vəkilin verdiyi apellyasiya şikayəti ilə razılaşsa da, məhkəmə şikayəti təmin etməyib.

Zibeydə Sadıqova bildirib ki, bundan əvvəl istintaq orqanı Ülvi Həsənliyə ailə ilə görüş və zəng qadağası qoyub:

Ülvi Həsənli noyabrın 20-də, nəşrin baş redaktoru Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru barəsində isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib.

“Abzas Media”nın direktor müavini Məhəmməd Kekalov isə noyabrın 20-də həbs olunub və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onların hər üçü də Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar.

Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbinin “Abzas Media”da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.

Turan 

16:49, 28 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

“İşçi Masası”nın üzvü: “Məni “zorlama”, “İran casusu” ittihamlarıyla təhdid edirdilər”

by Gozetci 12:35, 28 Dekabr 2023
written by Gozetci

Elvin Mustafayev

Elvin Mustafayev aldadılaraq ittihama imza atdığını bildirib

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının həbsdəki üzvlərindən Elvin Mustafayev məhkəmədə ifadəsində bildirib ki, daim narkotiklərə qarşı mübarizə apardığı halda, onu bununla şərləyiblər. O, dekabrın 27-də öz məhkəməsində dindirilib.

Elvin Mustafayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrliyilə, Samir Əliyev və Mahmud Ağalarovdan ibarət hakimlər kollegiyası baxır.

İttihama görə, Elvin Mustafayev avqustda Binəqədi rayonu, Cəfər Xəndan küçəsində şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı 3 qramdan bir qədər artıq narkotik maddə tapılıb. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 234.4.1 (bir qrup şəxs tərəfindən narkotik əldə etmə, daşıma) və 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma) maddələrilə ittihamlar irəli sürülüb.

Elvin Mustafayev məhkəmədə ifadəsində bildirib ki, bu ittihamlar qondarmadır və ictimai fəaliyyətinə görə cəzalandırılır. Onun sözlərinə görə, bu fəaliyyətinə görə əvvəllər də təqib və təzyiqlərə məruz qalmışdı.

İctimai fəal deyir ki, o, Binəqədi yox, Nizami rayonu ərazisində saxlanılıb:

“Mənə əvvəllər Binəqədinin polisləri nəzarət edirdi. Çünki o rayonda yaşayırdım. Bir ay olardı ki, köçmüşdüm. Gəlib orada tapdılar. Marketdən çıxanda mülki geyimlilər yaxınlaşdı ki, “Elvin Mustafayev?” Soruşdum ki, nə lazımdır? Bunu demişdim ki, məni tutub zorbalıqla maşına basdılar. Motosikletim də marketin yaxınlığında idi. Məni maşınla apardılar. Onlardan biri də motosikletimi sürüb gətirdi. Binəqədi Polis İdarəsinə gətirdilər. Amma gətirməmişdən öncə təxminən yarım saat Ziya Bünyadov prospektilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində maşını saxlayıb gözlədilər. Kimlərləsə danışdılar. İdarəyə gətirəndən sonra da əl-qol atırdılar. Əvvəl 4 nəfər idilər, sonra 8 oldular…”.

Elvin Mustafayev məhkəmədə danışıb ki, idarəyə gətiriləndən az sonra qarşısına narkotik qoyulub və onu boynuna götürmək təklif olunub. Lakin o imtina edib. İctimai fəalın sözlərinə görə, bundan sonra hədə-qorxular başlayıb:

“Narkotik mənim üçün utancdır. Bunu üzərimə götürmək istəmirdim. Müqavimət göstərdiyimi görüb təhdid eləməyə başladılar ki, “üzünə qadın qoyub, zorlama ittihamıyla göndərərik, İranın agenti ittihamı verə bilərik, ya da 3 nəfər bitmiş narkomanı üzünə qoyub, narkotik satışıyla məşğul olduğunu göstərərik”. Məni hamı tanıyır, kim olduğumu bilirlər, aydın məsələdir ki, bu ittihamlar mənə yapışmayacaq. Bunlar mənə deyirdilər ki, “1 qramdır, həbs olunmayacaqsan”. Mən də o biri ittihamlarla müqayisə elədim, fikirləşdim ki, buna razılaşım. Balaca bir şey idi, elə bildim dedikləri kimi, 1 qramdır. Ona görə boynuma götürdüm. 8 nəfərin hamısı özlərinin, ailələrinin ünvanına söyüş söyüb, söz vermişdilər ki, dedikləri kimi olacaq. Özümü onda təqsirli bilirəm ki, belələrinin sözünə inandım”.

Elvin Mustafayev iki gün sonra Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3 maddələrilə həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılanda ittihamın yalan olduğunu, aldadılaraq etiraf ifadəsinə imza atdığını bildirib.

“Məni 234.4.1 və 234.4.3 maddələrilə ittiham eləmək absurd hərəkətdir. Mən ağlım kəsəndən narkotiklərə qarşı təbliğat aparmışam. Mən kuryerliklə məşğul idim, aptekdən dərman daşıyırdıq. Vergi ödəyicisi kimi işimi görürdüm, vaxtında da vergimi ödəyirdim. Mən ölkəmi sevən bir vətəndaşam. Bu, tamamilə quraşdırılmış cinayət işidir. Cənab hakimlər, siz də bunu yaxşı bilirsiniz”, – Elvin Mustafayev ifadəsini belə yekunlaşdırıb.

Yanvarın 17-də keçiriləcək növbəti məhkəmə iclasında Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları ifadə verəcək.

Elvin Mustafayevə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası var.

Sosial şəbəkələrdə “Atilla Xan” profiliylə tanınan ictimai fəal Elvin Mustafayev bundan əvvəl – 2023-cü ilin yanvarında Saatlı Rayon Məhkəməsinin qərarıyla 25 sutka inzibati qaydada həbs olunmuşdu. Həmin vaxt o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri ilə cəzalandırılmışdı.

Lakin o zaman yaxınları Meydan TV-yə bildirmişdi ki, Elvin Mustafayev polisə çağırılıb və könüllü şəkildə özü gedib. Ona görə də xırda xuliqanlıq, polisə müqavimət ittihamları tamamilə yalandır. İctimai fəal özü də bildirmişdi ki, həmin vaxt Saatlıda sakinlərin su tələbinə yerli hakimiyyət təmsilçilərinin, polisin sərt reaksiyasını tənqid etdiyinə görə cəzalandırılıb.

Avqustun 1-də moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri də iştirak edib.

Bundan dərhal sonra Konfederasiyanın sədri Afiəddin Məmmədov, daha sonra təşkilatın üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov həbs edilib. Hazırda adları çəkilən digər iki ictimai fəal da həbsdədir. Afiəddin Məmmədov xuliqanlıq və soyuq silahla bədənə xəsarət yetirmə, Ayxan İsrafilov isə narkotiklə ittiham olunur. Lakin onların heç biri özünü təqsirli bilmir, hər ikisi şərləndiklərini bildirirlər.

Meydan TV 

12:35, 28 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ jurnalistlərin həbsi ilə bağlı Azərbaycana çağırış edib

by Gozetci 12:24, 28 Dekabr 2023
written by Gozetci

Dövlət Departamenti həbsləri “qəbuledilməz” sayır

ABŞ Azərbaycan hökumətini hər kəsə, o cümlədən ifadə azadlığı hüququndan istifadə edənlərə hörmət etməyə çağırıb.

Bunu Dövlət Departamentinin sözçüsü dekabrın 27-də “Turan”ın jurnalist Şamo Eminovun həbsi ilə bağlı sorğusuna cavabında qeyd edib.

“Kanal13” internet televiziyasının əməkdaşı Şamo Eminov dekabrın 22-də saxlanılıb.

Onun barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Eminov kanalın son bir ayda həbs edilən üçüncü əməkdaşıdır.

Dövlət Departamentinin sözçüsü son aylar Azərbaycanda həyata keçirilən həbsləri qəbuledilməz sayıb:

“Azərbaycanda son zamanlar jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və müxalifətçilərin saxlanılması tendensiyası dərin narahatlıq doğurur. Ötən ay Azərbaycanda ondan çox belə şəxs saxlanılıb. Bu, qəbuledilməzdir”.

Eyni zamanda, Dövlət Departamenti Azərbaycan hökumətini insan hüquqları və əsas azadlıqlarına hörmət etməyə çağırıb:

“Biz Azərbaycan hökumətini hamının, o cümlədən ifadə azadlığından istifadə edənlərin hüquqlarına və əsas azadlıqlarına hörmət etməyə çağırmaqda davam edirik”.

Azərbaycanda noyabr ayının sonlarından etibarən korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” xəbər saytının direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və reportyor Nərgiz Absalamova “qaçaqmalçılıq” ittihamı ilə həbs edilib.

Dekabrın 13-də “Abzas Media” ilə əməkdaşlıq edən araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib. O eyni zamanda, “Turan” agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru olub.

Bundan sonra da jurnalist həbsləri davam edib. “Kanal 13” internet kanalının rəhbəri Əziz Orucov, əməkdaşları Rüfət Muradlı, Şamo Eminov və jurnalist Teymur Kərimov hazırda həbsdədirlər.

Həbs edilən jurnalistlər və onların müdafiəçiləri ittihamları qəbul etmir, siyasi sifariş adlandırırlar.

Meydan TV 

12:24, 28 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

MSK imza vərəqələrinin yoxlanılmasına başlayıb

by Gozetci 12:13, 28 Dekabr 2023
written by Gozetci

Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar imza vərəqələrinin yoxlanılmasına başlayıb.

Bu barədə “Report”a Mərkəzi Seçki Komissiyasından bildirilib.

Xatırladaq ki, Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyasının prezidentliyə namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələri verilir.

Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri qəbul edildikdən sonra 7 gün müddətində MSK imza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamalı və namizədin qeydə alınıb-alınmaması haqqında qərar qəbul etməlidir.

Qeyd edək ki, indiyədək yalnız Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da MSK-ya təqdim edib.

12:13, 28 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Əziz Orucovu ev dustaqlığına buraxmaqdan imtina edib

by Gozetci 19:59, 27 Dekabr 2023
written by Gozetci

Əziz Orucov

Bu gün Səbail Rayon Məhkəməsində Kanal-13 Youtube layihəsinin rəhbəri Əziz Orucovun barəsində qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılmasına dair  vəsatətə baxılıb.

Vəkil Bəhruz Bayramov Turan-a bildirib ki, müdafiə tərəfi vəsatəti onun ittiham edildiyi hərəkətlərdə cinayət tərkibinin olmaması ilə əsaslandırıb.

Digər tərəfdən, hətta Orucovun cinayət məsuliyyətinə cəlb edilməsi əsaslandırılmış olsaydı belə, istintaq müddətində onu həbsdə saxlamağa ehtiyac yoxdur, vəkil deyib.

Vəkilin sözlərinə görə, istintaq Orucovun azadlıqda olarkən gizlənə biləcəyinə və ya istintaqa mane ola biləcəyinə dair əsaslı sübutlar təqdim etməyib.

Orucov özü  cinayət işini peşəkar jurnalist fəaliyyətilə əlaqələndirib.

Bayramov əlavə edib ki, Orucov anasının pensiya kartının bloklanmasından hiddətlənib.

Digər vəkil Aqil Layıc Turan-a bildirib ki, məhkəmə prosesi zamanı müdafiəçilərin Orucovla ünsiyyət məxfiliyi pozulub.

Belə ki, mühafizəçilər şüşə qəfəsin qarşısında dayanıblar və vəkillərin Orucovla danışmasına imkan verməyiblər.

Orucov noyabrın 27-də saxlanılıb və Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsində tikinti və ya quraşdırma işlərinin özbaşına aparılması) maddəsilə ittiham olunub. Növbəti gün məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Orucovu 8 ilə qədər həbs təhlükəsi gözləyir.

Əziz Orucov 2017-ci ildə də qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxıb və qanunsuz sahibkarlıq ittihamını ləğv edib.

Turan

19:59, 27 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 6 şəxsin səlahiyyətli nümayəndələri qeydə alınıb

by Gozetci 18:21, 27 Dekabr 2023
written by Gozetci

Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 6 şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb.

“Report”un xəbərinə görə, məsələ barədə komissiyanın dekabrın 26-da keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

Müzakirələrdən sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

18:21, 27 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Afiəddin Məmmədovun ittiham olunduğu maddələr ağırlaşdırılıb

by Gozetci 14:20, 27 Dekabr 2023
written by Gozetci

Afiəddin Məmmədov

İşçi Masası Həmkarlar İttifaqları Koalisiyasının sədri, hazırda həbsdə olan Afiəddin Məmmədovun işi üzrə istintaq bitib və ittiham olunduğu maddələr ağırlaşdırılıb.

Bu barədə vəkili Zibydə Sadıqova məlumat verib.

Onun sözlərinə görə, Afiəddin Məmmədov artıq Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) və 221.3-cü (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Afiəddin Məmmədov sentyabrın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

14:20, 27 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia