Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsi Kanal-13 jurnalistlərinə qarşı irəli sürülən ittihamlara inanmır

by Gozetci 14:28, 09 Yanvar 2024
written by Gozetci

Azərbaycan hakimiyyəti Kanal-13 jurnalistləri Əziz Orucov və Şamo Eminovu azad etməli, onların Youtube kanalını açmalı və tənqidi mətbuata qarşı repressiyalara son qoymalıdır. Bu barədə yanvarın 8-də Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) bildirib.

Kanal-13 ilə əməkdaşlıq edən müstəqil jurnalist Şamo Eminov dekabrın 22-də saxlanılıb və ertəsi gün Bakının Səbail Rayon Məhkəməsi onu “xarici valyuta qaçaqmalçılığı, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə” (Azərbaycan CM-in 206.3.2-ci maddəsi) ittihamı ilə üç ay beş gün müddətinə həbs edib.

Dekabrın 19-da Kanal-13-ün rəhbəri, “qanunsuz tikinti aparmaq” ittihamı ilə artıq həbsdə olan Əziz Orucova qarşı da bənzər ittiham irəli sürülüb.

Bu maddə üzrə təqsirli bilinəcəkləri təqdirdə jurnalistləri səkkiz ilədək həbs cəzası gözləyir.

JMK-nin tanış olduğu məhkəmə sənədlərinə əsasən, prokurorluq Orucovu, Eminovu və digər “müəyyən edilməmiş şəxsləri” 2022-2023-cü illərdə “çoxsaylı əməliyyatlar” vasitəsilə xarici donor təşkilatlarından 90 000 manat (52 940 dollar) nağd vəsaiti Azərbaycana gətirməkdə ittiham edib.

Jurnalistlər ittihamı təkzib ediblər, bu barədə JMK-yə Əziz Orucovun qardaşı Anar Orucov (Kanal-13-ün həmtəsisçisi, Almaniyada siyasi mühacir olaraq yaşayır) bildirib.

Onun sözlərinə görə, Orucova və Eminova qarşı ittihamlar “hakimiyyətin Kanal-13-ün tənqidi reportajlarını susdurmaq cəhdidir”.

Dekabrın 11-də Azərbaycanda məhkəmə dövlət məmurları və digər şəxslər haqqında “yalan”, “təhqir”, “böhtan” xarakterli məlumatlar yayması ilə əlaqəar Kanal-13-ün bağlanması haqqında qərar verib.

“Azərbaycanda jurnalistlərin həbsi dalğasının davam etməsi fonunda Kanal-13 jurnalistlərinin son həbsləri və onlara qarşı irəli sürülən ittihamlar hakimiyyətin fevralda keçiriləcək prezident seçkiləri ərəfəsində tənqidi səsləri susdurmağı nə qədər çox istədiyini göstərir”, deyə JMK-nın Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Gülnoza Said bildirib.

Orucov və Eminov son həftələrdə xarici donor təşkilatlarından əldə etdikləri pul vəsaitinin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ittihamı ilə həbs edilmiş yeddi jurnalist və KİV iştirakçısı arasındadır.

Anar Orucov JMK-yə bildirib ki, Kanal-13-ün yeganə gəlir mənbəyi Youtube gəlirləri idi. O, qaçaqmalçılıq ittihamlarını “qondarma” adlandırıb. Hakimiyyət Əziz Orucovun, Eminovun və Kanal-13-ün digər üç jurnalistinin bank hesablarını dondurub, habelə Orucovun həyat yoldaşının hesablarına və anasının pensiya kartına həbs qoyub, deyə o bildirib.

JMK vəziyyəti şərh etmək xahişi ilə Azərbaycan Daxili İşlər Nazirliyinə elektron məktub göndərib, lakin məktubuna cavab almayıb.

Turan 

14:28, 09 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Əziz Orucovu həbsdə saxlayıb

by Gozetci 15:08, 08 Yanvar 2024
written by Gozetci

Əziz Orucov

Yanvarın 8-də Bakı Apellyasiya Məhkəməsi Kanal-13 İnternet- televiziyasının rəhbəri Əziz Orucovun ev dustaqlığına buraxılmasından imtinaya dair şikayəti təmin etməyib.

Vəkil Aqil Layıc Turan-a bildirib ki, müdafiə tərəfi qərarın müsbət olacağını güman etmirdi, ancaq sonradan  Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün belə bir şikayət verilməliydi.

Layıc qeyd edib ki, Orucov ona qarşı irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilmir və cinayət işini jurnalist fəaliyyətilə əlaqələndirir.

* Orucov ötən il noyabrın 27-də saxlanılıb və 188.2-ci (mülkiyyət hüququ olmadan torpaq sahəsində özbaşına tikinti işləri aparma) maddə ilə ittiham olunub. Ertəsi gün məhkəmə onu üç ay həbs edib.

Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Orucovu 8 ilədək həbs təhlükəsi gözləyir.

2017-ci ildə Əziz Orucov qanunsuz sahibkarlıq ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2018-ci ildə Ali Məhkəmə cəzaya yenidən baxaraq ittihamı ləğv etdi.

Turan

15:08, 08 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İddiaçılar MSK-nın müstəqil namizədlərin qarşısına qoyduğu maneələrdən narazıdırlar

by Gozetci 14:25, 08 Yanvar 2024
written by Gozetci

Növbədənkənar prezident seçkilərində namizəd statusuna iddiaçılar Mərkəzi Seçki Komissiyasının binası qarşısında etiraz aksiyası keçirərək jurnalistlərə bildiriblər ki, MSK qəsdən onların namizədliklərini qeydiyyata almaq istəmir.

Namizad Səfərov bildirib ki, MSK onunla, Mətləb Mütəllimov və Sarvan Kərimovla görüş tələblərinə məhəl qoymur.

“Üç iddiaçı bayram günləri və soyuq hava şəraitilə əlaqədar 40 min səs toplanması, habelə imza toplamaq üçün kifayət qədər vaxtın verilməməsilə bağlı çətinlikləri MSK üzvlərilə müzakirə etmək niyyətindədir. Amma MSK- da bizimlə görüşmək istəmirlər, – Namizəd Səfərov bildirib.

Yanvarın 1-dən Səfərovun tərəfdarları 10 minə yaxın imza toplayıblar, əgər onun daha beş günü olarsa, daha 45 min imza toplayacaq. Yanvarın 7-də imzaların toplanması üçün son tarix başa çatır.

Səfərov bildirib ki, bir həftə ərzində bütün imza vərəqələrini doldurmaq mümkün deyil, çünki vətəndaşlar bayramda dincəlir, işə getmirlər.

“MSK yaranmış vəziyyəti onlarla müzakirə etmək xahişlərimizə məhəl qoymur. Bu şəraitdə bir həftə ərzində 40 min imza toplamaq mümkün deyil, biz digər iddiaçıların MSK-ya təqdim etdikləri imza vərəqələri barədə bəyanatlarına inanmırıq. Hakimiyyəti dəstəkləyən və imza toplamaqda heç bir problemi olmadığını bildirən iddiaçılara inanmıram”, – Namizad Səfərov deyib.

O, seçkilərin qanunsuzluğunu, “tragikomik hadisələrlə seçki prosesini dayandırmaq və yeni seçkilər təyin etmək” tələbini bildirib.

Nümunə olaraq göstərib ki, hakimiyyətyönlü Real-TV telekanalının jurnalistləri MSK-nın binasında işləyirlər, müstəqil jurnalistləri isə oraya buraxmırlar.

İddiaçı Sarvan Kərimov 10 min imza toplayıb, lakin MSK-nın müəyyən etdiyi vaxtın olmaması səbəbindən seçkilərə buraxılmaq üçün daha 30 min imza toplaması çətinləşir.

O, “müharibədə qalib gəldiyi” üçün İlham Əliyevin seçkilərdə şübhəsiz liderliyilə bağlı fikirlərlə razı deyil. Kərimovun sözlərinə görə, “müharibədə prezident yox, xalq qalib gəlib”.  Kərimov qanunun hakimiyyət üzərində aliliyi şüarını irəli sürüb, – prezidentliyə namizəd statusuna iddiaçı jurnalistlərə bildirib.

Kərimov MSK-ya müraciətini oxuyub. Müraciətdə  MSK-nın bu kampaniya üçün müəyyən etdiyi vaxtın azlığı ilə əlaqədar seçici imzalarının toplanmasının müddətinin uzadılması xahiş olunur. “Mən hesablamışam ki, bütün imza vərəqələrini doldurmaq üçün, hətta vətəndaşların mənzillərindən yan keçməklə 31 gün lazımdır. Bizə isə 7 gün ayrılıb”, – iddiaçı deyib.

O, Azərbaycandakı bütün hakimiyyət orqanlarını “ailə klanına tabe” adlandırıb.

Sarvan Kərimov 11 doldurulmamış imza vərəqəsini nümayişkaranə şəkildə MSK binasının qarşısına atıb.

Seçkilərdə namizəd olan Mətləb Mütəllibovun nümayəndəsi Qulu Həsənov MSK-da imza toplanması üçün kifayət qədər vaxtın olmamasıyla bağlı MSK-ya şikayət verildiyini bildirib.

“Sabah, 7 yanvar imza toplamaq üçün son gündür. Bu mərhələyə ayrılan günlərin sayının az olması seçkilərdə hakimiyyətə sərf etməyən iddiaçıların qarşısındakı əngəllərdən biridir”, – Qulu Həsənov bildirib.

Onun ardınca çıxış edən iddiaçı Mütəllimov seçici səslərinin toplanması mərhələsində MSK-nın işindəki kobud pozuntulara görə iddiaçıların narahatlığını əks etdirən bəyanatı səsləndirib.

“Müstəqil namizədlərin qarşısında maneələr qoyulub, polis imzaların toplanmasına mane olur, MSK bizim seçki prosesinin iştirakçıları kimi tanınmamız barədə qərar verməyib. Hakimiyyətyönlü iddiaçılar güzəştli şərtlərə malikdir. Məktəblərdə imza vərəqələrinin hakimiyyətyönlü iddiaçıların xeyrinə doldurulması barədə göstəriş verilib. MSK iddiaçıların sorğu və şikayətlərinə cavab vermir, onları MSK-nın binasına buraxmırlar”, – Mütəllimov deyib.

Daha sonra o bildirib: “7 fevral seçkiləri pozuntuların əvvəlki sayından fərqlənmir, hakimiyyət hazırkı prezidentin qələbəsini əvvəlcədən müəyyənləşdirib, bu seçkilər tamaşadır. Seçki prosesini dayandırmağı və yenisini təyin etməyi tələb edirik. Əks təqdirdə, xalqı səsvermədə iştirakdan imtina etməyə çağıracağıq”.

Mütəllimov qeyd edib ki, əgər onların tələblərinə məhəl qoyulmasa, beynəlxalq təşkilatlara müraciət edərək seçkilərin nəticələrini tanımamağa çağıracaqlar.

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycanda prezident yeddi il müddətinə seçilir, prezident yenidən seçkilərdə qeyri-məhdud sayda iştirak edə bilər. Bu günədək qeydiyyata alınmış yeganə namizəd hazırkı prezident İlham Əliyevdir. Seçkilərdə iştirak üçün 17 iddiaçı müraciət edib.

Turan 

14:25, 08 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: Bəxtiyar Hacıyev hüqüq müdafiəçisi olduğuna görə ondan qisas alındığını bildirdi

by Gozetci 10:48, 08 Yanvar 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə həbsdə olan insan hüquqları fəalı Bəxtiyar Hacıyevin cinayət işi üzrə hazırlıq iclası davam etdirilib. Məhkəmə baxışı yanvarın 19-na təyin edilib.

Vəkil Elçin Sadıqov bildirib ki, hakim müdafiə tərəfin yalnız iş materalının surətinin təqdim edilməsi ilə bağlı bir texniki vəsatətini təmin edib.

“Digər vəsatətlərimiz əsassız olaraq qəbul olunmadı. Cinahyət işinin materiallarında baş prokurorun 28 sentyabr 2023-cü il qərarı var. Həmin qərarla cinayət işinin istintaqının müddəti 16 ayadək artırılıb. Halbuki Cinayət Prosessual Məcəlləsinin 218-ci maddəsinə görə ağır cinayətlər üzrə istintaqın maksimum müddəti 13 aydır. Yəni həmin qərar əsassız olaraq qəbul olunub. Biz də o vaxt məhkəmələrə müraciət etmişdik. Məhkəmələr qeyd etmişdi ki, onların buna baxmaq səlahiyyəti yoxdur. Bu məhkəmə ona baxmalı idi. Təəssüf ki, bu məhkəmə də baxmadı. Bildirdi ki, istintaq dövründə buna münasibət bildirilib”, o qeyd edib.

Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyev heç bir hüquqi əsas olmadan saxlanıldığını bildirib.

“Hacıyev dedi ki, o, siyasi girov qismində saxlanılır. Onun həbsinin əsası hüqüq müdafiəçiliyinə görə qisas almaqdır. Ümumiyyətlə Bəxtiyar Hacıyevin işində saxta, anonim sənədlər təqdim ediblər. İttihamlar da bu əsli, mənbəyi, kimə məxsus olduğu bilinməyən dırnaqarası sənədlər əsasında verilib. Biz bu dırnaqarası sənədlərin işdən çıxarılmasını və cinayət işinə həmin hissədə xitam verilməsini tələb etdik. Məhkəmə bildirdi ki, bu məsələlər məhkəmə baxışının predmetidir və yanvarın 19-na saat 14-də məhkəmə baxışını təyin etdi”, Sadıqov deyib.

Xatırlatma

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

2022-ci il dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin 2023-ci ilin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

2023-ci ilin iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb. Beləliklə, hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 8 maddəsi üzrə günahlandırılır.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, yeni ittihamlar da Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Amerikanın Səsi

10:48, 08 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

İki deputatın prezidentliyə namizədliyi qeydə alındı

by Gozetci 20:40, 06 Yanvar 2024
written by Gozetci
Mərkəzi Seçki Komissiyası (MSK) Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb
Bu barədə qərar MSK-nın yanvarın 6-da keçirilən iclasında qəbul edilib.
Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb.
Qeyd edək ki, bundan əvvəl MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
Xatırladaq ki, indiyədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Bunlar Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəyli, Namizəd Səfərov və Əvəz Temirxandır.
20:40, 06 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəala ailəsi ilə təcridxanada görüşə icazə verilmədiyi deyilir

by Gozetci 16:27, 04 Yanvar 2024
written by Gozetci

İlhamiz Quliyev

Ötən il dekabrın 7-də həbs olunan ictimai fəal İlhamiz Quliyevin ailə üzvləri dəfələrlə təcridxanaya onunla görüşməyə getsələr də, ailəyə görüş verilmir.

Bu barədə onun vəkili Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, İlhamiz Quliyev ailəsi ilə gec-gec də olsa telefon danışığı ilə əlaqə saxlasa da, görüşə icazə verilmir.

Vəkil hesab edir ki, hüquqlarını müdafiə etdiyi ictimai fəal İlhamiz Quliyevə görüş verilməməsi qanunsuzluqdur.

“ İlhamiz Quliyevin anası mənimlə ötən həftə danışdı. O bildirdi ki, İlhamiz Qulievlə görüşmək üçün Ağdamdan Bakıya gəlib. Amma görüşə icazə verməyiblər. Bildiriblər ki, müstəntiq razılıq verməlidir. Müstəntiqin məktubu olmalıdır ki, öz oğlu ilə görüşsün. Mən isə anasına dedim ki, belə bir şey yoxdur. Tamamilə qanunsuzdur. Müstəntiq heç bir məktub vermir. Yaxın qohumlar həbsdə olan şəxslərlə görüşə bilərlər. Müstəntiq yalnız qadağa qərarı qoya bilər. Belə qadağa olanda ailəsi ittiham olunan şəxslə nə telefon əlaqəsi yarada bilər , nə də görüşə bilər. İlhamiz Quliyevə isə heç bir qadağa yoxdur. Buna baxmayaraq onun anasına görüşə icazə vermədirlər”,v əkil bildirib.

Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Ombudsman Aparatına müraciət ünvanlayıb.

Bayram günləri olduğundan Azərbaycan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə və Ombudsman Aparatından şərh almaq hələlik mümkün olmayıb.

Xatırlatma

İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb.

Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media”ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.

Amerikanın Səsi

16:27, 04 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Qubad İbadoğlu hələ də tibbi yardımdan məhrumdur

by Gozetci 14:16, 03 Yanvar 2024
written by Gozetci

Qubad İbadoğlu

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Demorkatiya və Rifah Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu hələ də səmərəli tibbi yardım almır. Bu barədə Turan-a yanvarın 2-də İstintaq Təcridxanasında İbadoğluna baş çəkən qardaşı Qalib Bayramov bildirib.

“Ünsiyyətimiz şüşə arakəsmə arxasından oldu. Qardaşımın səhhətində heç bir yaxşılaşma yoxdur. Ötən ayın sonunda Nərimanov Rayon Məhkəməsi, daha sonra həm də Apellyasiya Məhkəməsi Qubadın Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi haqqında vəsatətləri təmin etməyib.

Onun səhhəti ilə əlaqədar ev dustaqlığına keçirilməsi haqqında vəsatət də təmin edilməyib”, deyə Bayramov bildirib.

Dünyanın müxtəlif ölkələrindən iqtisadçılar və alimlər İbadoğluna Yeni İl münasibətilə təbriklərini göndərirlər və prezident İlham Əliyevə İbadoğlunu azad etmək çağırışı ilə müraciət edirlər.

Xatırladaq ki, bu il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib.

O, saxta pulların satışında (Azərbaycan CM-in 204.3.1-ci maddəsi) və 167-3.1-ci (ekstremist materialların saxlanması və yayılması) maddə ilə ittiham olunub.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunu azad etməyə çağırıblar.

Turan

14:16, 03 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkilin intiharı ilə bağlı cinayət işi açılıb

by Gozetci 16:54, 02 Yanvar 2024
written by Gozetci

Zaur Məmmədov

Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyasının binası qarşısında intihar etməsilə əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Bu barədə Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

“Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19.00 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsilə cinayət işi başlanıb. Təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir”, rəsmi məlumatda deyilir.

Bundan əlavə Zaur Məmmədovun dostu Aşur Bədəlsoy sosial media hesabında vəkilin özünə qəsd etməsinin mümkün səbəbləri haqda yazıb. Onun sözlərinə görə, Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqi onu çətin vəziyyətdə qoyub.

Aşur Bədəlsoy deyir ki, dostu ilə sonuncu dəfə dekabrın 29-da “Whatsapp” üzərindən danışıb. Zaur Məmmədov bildirib ki, həmin müstəntiqlə görüşəcək, problem həllini tapmasa, özünü öldürəcək.

“Bakıda yerləşən istintaq orqanlarından birinin müstəntiqinə bir neçə həftə qabaq 10 min manat pul verdiyini dedi. İşin həll olunmadığını, müstəntiqin də pulu qaytarmadığını bildirdi. İşin yiyəsinin də bunu tutdurmaq üçün prokurorluğa şikayət edəcəyini dedi. Zaur müəllim də çarə tapmadığını və özünü yandıracağını dedi. Səhəri gün də müstəntiqlə görüşəcəyini, olmasa, özünü öldürəcəyini dedi. Zarafat elədiyini düşündüm. Həll olacağını dedim. Səbrli olmağını dedim”, Aşur Bədəlsoy qeyd edib.

Öz növbəsində Azərbaycanın yerli media agentliyi APA-nın yaydığı məlumata görə, vəkil Zaur Məmmədovun qardaşı Seymur Məmmədov onun intihar etməsi üçün bir səbəbin olmadığını bildirib.

Qardaşı onun nə borcunun olduğunu, nə də bir istəklisinin olmadığını qeyd edib.

Xatırlatma 

Vəkil Zaur Məmmədov intihar edib. Hadisənin yanvarın 1-də Bakının Ceyhun Hacıbəyli küçəsində, Vəkillər Kollegiyasının binası qarşısında baş verdiyi bildirilir.

Salyan rayon Vəkil Bürosunun üzvü olan Zaur Məmmədov üzərinə benzin tökərək, özünü yandırıb. Məlumatda deyilir ki, o, aldığı yanıq xəsarətlərindən ölüb.

Zaur Məmmədovun 5 ildir vəkil fəaliyyətilə məşğul olduğu bildirilir.

Amerikanın Səsi

16:54, 02 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əvəz Temirxan prezidentliyə namizəd kimi təsdiqlənib

by Gozetci 20:32, 31 Dekabr 2023
written by Gozetci

Əvəz Temirxan

Əvəz Temirxanın prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib

Dekabrın 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb.
20:32, 31 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Həbsdə olan AXCP üzvü quru aclığa başlayıb

by Gozetci 16:14, 29 Dekabr 2023
written by Gozetci

Elbəyi Kərimli

 

Dekabrın 28-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Elbəyi Kərimlinin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib. Abzas Media-ya bu barədə AXCP rəyasət heyətinin üzvü İlham Hüseyn məlumat verib.

“Məhkəmə Elbəyi Kərimlinin istintaq dövrü üçün həbs müddətini 20 gün artırıb. O, vəkili Nemət Kərimliyə bildirib ki, dekabrın 27-dən həbsinə etiraz olaraq quru aclığa başlayıb”, – deyə İlham Hüseyn bildirib.

Elbəyi Kərimlinin avqustda həbs olunduğu deyilir. AXCP 2 ay müddətində ondan xəbər ala bilməyib. Oktyabrın 25-də məlum olub ki, o, narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qanunsuz narkotik dövriyyəsində ittiham olunan Elbəyi Kərimli ittihamları qəbul etmir, əslində Heydər Əliyevin heykəlini yazdığı üçün həbs edildiyini bildirir.

AXCP də ittihamları rədd edir. Partiyadan bildirildiyinə görə, Elbəyi Kərimli Heydər Əliyevin heykəlini yazıb video çəkən zaman saxlanılıb, daha sonra isə ona qarşı narkotik ittihamı irəli sürülüb.

Rəsmi qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyiblər.

AbzasMedia

16:14, 29 Dekabr 2023 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia