Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Sərhədsiz Reportyorlar: “Abzas Media jurnalistlərinin təqibinə son qoyulmalıdır”

by Gozetci 17:32, 11 Yanvar 2024
written by Gozetci

“Sərhədsiz Reportyorlar” (SQ) beynəlxalq jurnalistləri müdafiə təşkilatı jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalının hələ də həbsdə saxlanılmasını pisləyib.

“Heç bir əsas olmamasına baxmayaraq, Azərbaycanda məhkəmələr Abzas Media internet nəşrinin jurnalistləri Ülvi Həsənli və Sevinc Vaqifqızını, habelə Hafiz Babalını həbsdə saxlamaqda davam edir. Bu jurnalistlərin təqibinə son qoyulmalıdır. Onlar azad edilməlidir”,- deyə “Sərhədsiz Reportyorlar”ın X sosial şəbəkəsindəki səhifəsində dərc edilmiş məlumatda bildirilir.

Xatırlatma

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı 2023-cü ilin noyabr-dekabr aylarında xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək məmurların korrupsiya faktları ilə bağlı jurnalist araşdırmaları ilə əlaqələndirirlər.

Azərbaycanda son günlərdə 9 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə heç kəsin təzyiq görmədiyini, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Amerikanın Səsi

17:32, 11 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov saxlanılma şəraitindən narazıdır

by Gozetci 11:44, 11 Yanvar 2024
written by Gozetci

Ayxan İsrafilov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti üzvü Ayxan İsrafilov səhhəti ilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir.

Hazırda Şüvəlan İstintaq Təcridxanasında saxlanılan fəal məhkəmədə dövlət ittihamçısının da şikayətinə etiraz etməməsinə baxmayaraq hakim onun müraciətini təmin etməyib.

Ailəsi Amerikanın Səsinə bildirib ki, Ayxan İsrafilovu elektrik cərəyanı vurandan sonra ağır bədən xəsarətləri alıb və ona III qrup əlillik dərəcəsi təyin edilib. Yaxınları deyir ki, Şüvəlan İstintaq Təcridxanasında saxlanılma şəraiti onun sağlamlıq vəziyyətinə uyğun deyil.

Fəalın sözlərinə görə, kamerada məhbusların sayı normadan çoxdur:

“Bəzən 10 nəfərlik otaqda 15-20 nəfər saxlanılır. Kamerada havalandırma zəifdir. Üstəlik, o qədər soyuqdur ki, ona göndərilən yorğan və isti geyimlər yetərli olmur. Ailəsi tərəfindən göndərilən döşək isə qəbul edilmir”.

Ayxan İsrafilovun ailəsi onun vəziyyətindən narahatdır və saxlanılma şəraitinin yaxşılaşdırılması üçün Ayxanın 1 saylı İstintaq Təcridxanasına köçürülməsində israr edir.

Xatırlatma

Ayxan İsrafilov avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilıb.

İsrafilov Cinayət Məcəlləsinin 234-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham olunur.

O, ittihamları qəbul etmir və həbsini öz fəaliyyəti ilə əlaqələndirir.

İşçi Masasının sədri Afiəddin Məmmədov isə sentyabrın 20-də həbs olunub. Təşkilatın digər üzü Elvin Mustafayev də narkotik ittihamı ilə həbs olunub.

Hazırda Elvin Mustafayev və Ayxan İsrafilovun cinayət işlərinə Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılır.

Amerikanın Səsi

11:44, 11 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə AbzasMedia-nın jurnalistlərini ev dustaqlığına buraxmayıb

by Gozetci 10:05, 11 Yanvar 2024
written by Gozetci

Yanvarın 10-da Xətai məhkəməsi AbzasMedia nəşrinin jurnalistlərinin – Ülvi Həsənli və Sevinc Vaqifqızı, habelə araşdırmaçı jurnalist Hafiz Babalının ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətlərini təmin etməyib.

Vəkillər jurnalistlərin həbsdə saxlanılması üçün maddi və prosessual əsasların olmadığını qeyd ediblər.

Bununla belə, hakim Sülhanə Hacıyeva hər üçünü həbsdə saxlayıb.

Məhkəmədən sonra vəkillər qeyd ediblər ki, həbs olunan jurnalistlərin öz müdafiəçilərilə ünsiyyətinin məxfiliyi konvoy tərəfindən pozulub.

Xatırladaq ki, jurnalistlər xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs olunublar. Söhbət xarici donorlardan “qanunsuz” pul alınması iddialarından gedir.

Jurnalistlər ittihamları rədd edirlər. Hüquq müdafiəçiləri onları siyasi məhbuslar kimi tanıyıblar.

Turan

10:05, 11 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmaqdan yenə imtina edib

by Gozetci 16:01, 10 Yanvar 2024
written by Gozetci

Qubad İbadoğlu

Yanvarın 10-da  Bakı Apellyasiya Məhkəməsində iqtisadçı-alim Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasından imtinaya dair vəsatətə baxılıb.

Vəkil Şəhla Hümbətova Turan-a bildirib ki, məhkəmə vəsatəti təmin etməyərək Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Vəsatət ondan ibarət olub ki, İbadoğlunun həbsindən altı ay keçsə də, onunla istintaq hərəkətləri aparılmır. Eyni zamanda, istintaq təcridxanasında İbadoğlunun səhhəti getdikcə pisləşir.

Vəkil təəssüflə bildirib ki, məhkəmələr İbadoğlunun ev dustaqlığına buraxılması və  müalicə müəssisəsinə göndərilməsi barədə vəsatətləri təmin etmirlər.  Vəkilin sözlərinə görə, buna istintaq etiraz edir.

Xatırlatma

Ötən il iyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, tanınmış iqtisadçı Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib. O, saxta pulların satışında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin 167-3.1 maddə (ekstremizmyönlü materialların saxlanması və yayılması) ilə ittiham olunub.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunu azad etməyə çağırıblar.

Turan 

16:01, 10 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Araşdırmaçı jurnalist barəsində “yalan” məlumat yayan media qurumlarını məhkəməyə verəcəyini bildirib

by Gozetci 11:54, 10 Yanvar 2024
written by Gozetci

Hafiz Babalı

Həbsdə saxlanılan araşdırmaçı jurnalist Hafiz Babalı onun barəsində “tamamilə yalan və böhtan xarakterli, həqiqətlə heç bir əlaqəsi olmayan və onun araşdırmaçı jurnalist kimi işgüzar nüfuzuna xələl gətirməyi və ictimaiyyət qarşısında onu gözdən salmağı hədəfləyən” media materiallarını qətiyyətlə təkzib edib.

Bu barədə Hafiz Babalının təcridxanadan göndərdiyi bəyanatda deyilir.

Belə ki, bir müddət öncə qafqazainfo.az, ikisahil.az, demokrat, ATV telekanalı və digər KİV-lərdə Hafiz Babalı barəsində materiallar yayımlanıb.

Xüsusən, “Abzas Media”nın əməkdaşlarına qarşı açılan cinayət işi çərçivəsində saxlanılmış və dekabrın 24-də Cinayət Məcəlləsinin 206.3.2-ci ( qaçaqmalçılıq) maddəsi ilə ittiham edilərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmiş “Turan” İnformasiya Agentliyinin redaktoru Hafiz Babalının uzun illər ərzində qrant layihələri ilə bağlı xarici təşkilatlarla və fondlarla əlaqələr qurduğunun, onların tapşırığına dair araşdırmalar apardığının və məqalələr hazırladığının məlum olduğu qeyd edilib. Bir neçə Avropa və Amerika təşkilatının adları çəkilib.

“Mənim yayılan yazılarda adları çəkilən təşkilatlarla hər hansı birbaşa və ya dolayı əlaqəm yoxdur və olmayıb. Mən, nə həmin, nə də digər beynəlxaq, yaxud yerli təşkilatlardan, həmçinin fərdlərdən sifariş almamışam, heç bir sifarişli araşdırmalar apararaq yazılar yazmamışam. Müəllifi olduğum heç bir araşdırma materialı üzrə indiyə qədər məhkəməyə verilməmişəm, hər hansı məlumatımın təkzib edilməsi tələb olunmayıb”, jurnalist qeyd edib.

Hafiz Babalı 7 iş günü ərzində həmin materialların yığışdırılmasını və eyni həcmdə, eyni saatda və eyni şəraitdə təkzib verilməsini tələb edir.

“Əks halda həmin redaksiyalara qarşı hüquqi tədbirlərin görülməsi üçün müvafiq addımlar atacam,” o, qeyd edib.

Turan agentliyinin iqtisadi xəbərlər departamentinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. O, “xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunub. Məhkəmənin qərarı ilə jurnalist barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Babalı “Abzas Media işi” üzrə ittiham olunur.

Beynəlxalq təşkilatlar Hafiz Babalanın həbsini pisləyib və onu azad etməyə çağırıb.

Amerikanın Səsi

11:54, 10 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP üzvünün kassasiya şikayəti təmin edilməyib

by Gozetci 11:00, 10 Yanvar 2024
written by Gozetci

Cəfər Mirzəyev

Yanvarın 9- da Azərbaycan Ali Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Cəfər Mirzəyevin kassasiya şikayətinə baxılıb.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə açıqlamasında bildirib ki, məhkəmə iclası vəkil və təqsirləndirilən şəxsin iştirakı olmadan baş tutub.

“Cəfər Mirzəyevin vəkili Nemət Kərimli kassasiya şikayəti vermişdi. Bu gün vəkil Bakıda olmadığı üçün məhkəməyə gedə bilməyib. Əgər kassasiya şikayətini müttəhim özü versəydi vəkilin iştirakı olmadan məhkəmənin keçirilməsini başa düşmək olardı. Bu halda isə nə vəkil, nə də Cəfər Mirzəyev olmadan hakim işə baxdı və kassasiya şikayətini təmin etmədi. Qanunla bu mümkündür, lakin məntiqi cəhətdən bu hal absurddur. Əgər şikayəti vəkil veribsə, onun iştirakı ilə baş tuta bilərdi. Məhkəmə iclası ümumilikdə 4 dəqiqə ərzində yekunlaşdı”- hüquq müdafiəçisi qeyd edib.

Xatırlatma

2023-cü ilin yanvarında Bakı Ağır Cinayətlər məhkəməsinin hakimi Cavid Hüseynov Cəfər Mirzəyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub.

Cəfər Mirzəyev Almaniyadan qayıtdıqdan sonra 2021-ci ilin payızında narkotik maddə alveri ittihamı ilə həbs edilən 6 fəaldan biridir.

O, istintaq dövründə işgəncələrə məruz qaldığını bildirib. AXCP üzvü həbsinin onun siyasi fəaliyyəti ilə bağlı olduğunu qeyd edib.

Amerikanın Səsi 

11:00, 10 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı açıqlanıb

by Gozetci 17:37, 09 Yanvar 2024
written by Gozetci

Bu günə qədər növbədənkənar Prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq və yerli müşahidəçilərin sayı məlum olub.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

Onun sözlərinə görə, 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Sədr, həmçinin əlavə edib ki, MSK-da 242, dairə seçki komissiyalarında isə 14 281 yerli müşahidəçi qeydiyyatdan keçib.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

17:37, 09 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb

by Gozetci 16:24, 09 Yanvar 2024
written by Gozetci

Daha 4 nəfərin prezident seçkilərində namizədliyi qeydə alınıb

Mərkəzi Seçki Komissiyası (MSK) Qüdrət Həsənquliyev, Fazil Mustafa, Elşad Musayev və Fuad Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.

Bu barədə qərar MSK-nın bu gün keçirilən iclasında qəbul edilib.

Bununla da prezidentliyə namizədliyi qeydə alınanların sayı 7-yə çatıb.

Bundan əvvəl MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında İlham Əliyevin, bu il yanvarın 6-də Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməyiblər. Bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyinin qeydə alınması mümkün olmayacaq.

Xatırladaq ki, 17 nəfərin prezidentliyə namizədliyi təsdiqlənmişdi.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

 

 

 

16:24, 09 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb

by Gozetci 16:05, 09 Yanvar 2024
written by Gozetci

Tofiq Yaqublu

Yanvarın 9-da Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

Abzas Media-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyilə keçirilən prosesdə vəsatət təmin olunmayıb.

Xatırlatma

Tofiq Yaqublunu ötən il dekabrın 14-də Bakının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları saxlayıblar. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (320.1-ci maddədə göstərilmiş saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Tofiq Yaqublu ittihamları rədd edib və həbsinin dövlət rəsmilərinə qarşı tənqidi mövqeyinə görə siyasi sifarişlə olduğunu bildirib.

Siyasətçi bundan əvvəl də dəfələrlə inzibati qaydada və müxtəlif cinayət işləri çərçivəsində həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Yaqublunu siyasi məhbus elan edib və bu dəfə də hökuməti onu azad etməyə çağırıb.

Abzas Media

16:05, 09 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıLənkəran–AstaraSliderXƏBƏRLƏR

“Müsəlman Birliyi” Hərəkatının üzvü İsmayıl İsmayılova hökm oxunub

by Gozetci 16:01, 09 Yanvar 2024
written by Gozetci

İsmayıl İsmayılov

Yanvarın 9-da Müsəlman Birliyi Hərəkatının daha bir üzvü İsmayıl İsmayılovun məhkəmə prosesi başa çatıb

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Beyləqan sakini İsmayıl İsmayılov Azərbaycan CM-nin 234.4.3 (küllü miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham olunub. Lakin hakim son prosesdə ittihama uyğun dəlil sübutlar olmadığı üçün maddəni 234.1-1-ə tövsif edib. Keçirilən proseslər zamanı şahid qismində iştirak edənlərdən biri zaldakı İsmayılı tanımayıb, onu ilk dəfə gördüyünü bildirib və deyib ki, hətta məhkəməyə niyə çağırıldığını da bilmir.
Hakim şahidə ifadəsində İsmayıl İsmayılovun cibində narkotik olduğunu gördüyü haqqında iddiasının xatırladanda isə o, bildirib ki, ümumiyyətlə yazıb oxumaq bilmir və İsmayılı da ilk dəfədir görür. Məlum olub ki, şahidin adından yalan, şər-böhtanla dolu ifadəni işi “araşdıran” müstəntiq yazıb.
Digər şahidlərin də ifadələri fərqli nəticələnməyib. Bununla belə hakim İ. İsmayılov haqqında narkotik cinayətini qüvvədə saxlayıb və o, 234.1-1-ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə müqəssir bilinərək 3 il müddətinə azadlıqdan məhrum edib. İsmayıl İsmayılovun hüquqlarını vəkil Rəsul Cəfərov müdafiə edib.
Qeyd edək ki, İsmayıl İsmayılov 2023-cü ilin 10 mart tarixində saxlanılıb. O, CM-nin 234.4.3 (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə haqqında saxta 4 aylıq istintaq müddəti təyin edilib.
Xatırladaq ki, İsmayıl İsmayılov şiə dindarların kütləvi şəkildə narkotik ittihamı ilə şərlənib həbs edilməsi çərçivəsində tutulub. O, məhbus ailələrinə yardım etdiyinə və aktif dini fəaliyyətinə görə şərlənməyə məruz qalıb.
“Müsəlman Birliyi” Hərəkatı 
16:01, 09 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia