Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Prezidentliyə namizədlərə ödənişsiz efir vaxtı veriləcək

by Gozetci 17:53, 15 Yanvar 2024
written by Gozetci

Hər namizəd 8 dəqiqə 57 saniyə çıxış edəcək

7 fevral növbədənkənar Prezident seçkisində namizədlərin İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz efir vaxtında çıxış etmə ardıcıllığı məlum olub.

Bununla bağlı yanvarın 15-də Mərkəzi Seçki Komissiyası ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirib.

Namizədlər üçün saat 21:00-da İctimai Televiziyada hər dəfə 1 saat olmaqla həftədə 3 dəfə (bazar ertəsi, çərşənbə və cümə günləri) debat təşkil olunacaq.

Həmçinin namizədlər həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri İctimai Radionun efirində çıxış edəcək.

İctimai Radioda da debatlar saat 21:00-da başlayacaq.

Hər bir namizədə 8 dəq 57 saniyə vaxt veriləcək.

Bildirilir ki, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc 1-ci, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2-ci, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 3-cü, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 4-cü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 5-ci, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 6-cı və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev 7-ci çıxış edəcəklər.

Bugündən təşviqat kampaniyası başlanır.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

Meydan TV 

17:53, 15 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçildi

by Gozetci 17:24, 15 Yanvar 2024
written by Gozetci

Elnarə Qasımova

Yanvarın 15-də jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 gün müddətində həbs qətimkan tədbiri seçilib. Abzas Media-nın məlumatına görə, Xətai Rayon Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin müstəntiqinin jurnalistin həbsinə dair təqdimatına baxılıb və hakim təqdimatı təmin edib.
Qasımova bu iş üzrə həbs edilən 6-cı jurnalistdir.
Xatırlatma
Yanvarın 13-də “Abzas Media” işi üzrə yaranmış sualları cavablandırmaq adı ilə yenidən Bakı şəhər Baş Polis İdarəsinə çağırılan jurnalist saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
“Abzas Media” işi üzrə nəşrin daha öncə həbs edilən 5 əməkdaşına qarşı da eyni ittiham irəli sürülüb. Belə ki, noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb. Barələrində həbs qətimkan tədbiri seçilib.
Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri, xüsusən də “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirirlər.
17:24, 15 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Dilarə Əsgərova: “İran həbsxanasında saxlanılan oğlum özünə qəsd edə bilər”

by Gozetci 10:55, 15 Yanvar 2024
written by Gozetci

Fərid Səfərli

 

İran həbsxanasında cəza çəkən Fərid Səfərlinin anası Dilarə Əsgərova oğlunun səhhətinin kəskin pisləşdiyini və onun depressiyadan əziyyət çəkdiyini bildirb.

Almaniyada yaşayan Dilarə Əsgərova Amerikanın Səsinə deyib ki, Fəridin psixoloji durumunda son günlər gərginlıik yaranıb, o özünə qəsd edə bilər.

O, Azərbaycanın rəsmi qurumlarını heç bir günahı olmadan İranda həbsdə saxlanılan oğlunun azad edilməsinə çağırıb.

“Fəridlə hər gün telefonla danışırıq. Fəridin son zamanlar psixoloji durumu yaxşı deyil. Mən özüm həkiməm, Fəridin depressiyadan əziyyət çəkdiyini aydın hiss edirəm. Həbsxanda həkimlər də Fəridi müayinə edib və müalicə yazıblar. Fərid dərmanları içməkdən imtina edib. Hətta həbsxana rəisinin cəhdinə baxmayaraq imtina edib. O bunu həm həbsinə etiraz kimi qəbul edilməsinə görə edir, həm də düşünür ki, alışqanlıq yaradan dərmanlar verə bilərlər”, o qeyd edib.

Dilarə Əsgərova oğlu ilə telefonla danışanda özünün də əziyyət çəkdiyini bildirir.

“Biz adətən səhər tezdən telefonla danışırıq. Səhər açılan kimi mənim də əzabım başlayır ki, Fəridlə necə danışacam, necə cavab verəcəm. O mənə sual verir ki, onu niyə azad ertmirlər? Mən niyə burada qalmalıyam? Tükənmiş bir insanı düşünün. Fərid bax o vəziyyətdədir. Saxlanıldığı otaqda internet, televizor, kitab yoxdur. Heç bir məşğuliyyəti yoxdur. On iki nəfərlik bir kamerada saxlanılır. Fərid həyatını həmişə səmərəli keçirib. Dil öyrənib, nə isə öyrənməyə çalışıb. Orada günahsız yerə qalmağı ilə barışa bilmir. Mən hər dəfə onu sakitləşdirməyə çalışanda deyirəm ki, Fərid iki ildir, amma on il də ola bilərdi. Yəni belə bir təsəlli verəndə deyir ki, burada 3 il həbs alan Pakistan vətəndaşı var idi. Həbsinin qurtarmasına az qalmış yenidən protest verib həbs müddətini uzatdılar. Yəni o qədər ruhdan düşüb ki, hətta oradan çıxıb qayıda biləcəyinə ümidi yoxdur”.

Dilarə Əsgərova Azərbaycan hakimiyyət orqanlarına oğlunun azad edilməsinə kömək etmələri ilə bağlı bir daha müraciət edib.

“Mən üzümü tuturam Azərbaycan rəsmilərinə, bu işlə məşğul olun. Mənimlə danışanda deyirsiniz, iş gedir hər şey yaxşı olacaq. Amma mən nəticə görmürəm. Ermənistanda əsir olan iki hərbçini azad etməyə qüdrəti olan bir dövlət heç bir günahı olmayan bir vətəndaşı azad edə bilmir. Bunu mən başa düşə bilmirəm. Fəridin hökmünü mən Xarici İşlər Nazirliyinə də, Ədliyyə Nazirliyinə də göndərmişəm. Özləri də görüblər ki, burada heç bir sübut yoxdur. Ancaq qondarma, gülməli ittihmlardır. Nəyi gözləyirsiniz? Fəridin danışıqlarından mən onun özünə qəsd edə biləcəyini düşünürəm. Gözləyirsiniz, Fərid özünə qəsd etsin, sonra onu gətirəsiniz? Mənə onun belə gətirilməsi lazIm deyil. Fəridi sağlam gətirin. Fərid özünə qəsd etsə, başına bir iş gəlsə siz mənə cavab verə bilərsiniz? Xahiş edirəm bu işi sürətləndirin. Nə qədər olar deyəsiniz ki, danışıqlar gedir, danışıqlar gedir. Danışıqlar gedirsə, bəs nəticə hanı? Necə olur ki, heç bir günahı olmayan bir uşağı gətirmək mükün olmur. Biz nə qədər əzab çəklməliyik”, ana həyəcanla qeyd edib.

Rəsmi məlumata görə, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə getdiyi, lakin martın 4-dən ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub.

Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib.

Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız iyunun 1-də İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub.

Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb.

Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etmədiyni bildirib.

Azərbaycan Baş Prokuroru Kamran Əliyev sentyabrın 14-də Bakıda səfərdə olan İranın Baş prokuroru Mohammad Kazem Movahedi-Azadi ilə görüşündə Fərid Səfərli ilə bağlı cinayət işi ətrafında müzakirə aparıb.

Daha sonra Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

Amerikanın Səsi 

10:55, 15 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Prezidentliyə namizədlərin İctimai televiziyada debatı olacaq

by Gozetci 10:42, 14 Yanvar 2024
written by Gozetci

Yanvarın 13-də Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradıb. Prezident seçkilərində prezidentliyə namizədlərin təşviqat kampaniyası yanvarın 15-dən başlayacaq.

MSK-nin sədr müavini Rövzət Qasımov bildirib ki, seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

“Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması 2024-cü il yanvarın 15-i başlanılır və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır”.

Onun sözlərinə görə, prezidentliyə namizədlərə debat üçün İctimai Televiziyada həftəlik 3 saat ödənişsiz vaxt verilməlidir.

“MSK-nın müraciəti əsasında adətən, bundan 2 dəfə çox – 6 saat vaxt verilir. Bu il də bununla bağlı müvafiq olaraq müraciət ediləcək. Prezidentliyə namizədlərlə görüş keçirilib, ödənişsiz efir vaxtı dəyirmi masa formatında olacaq. İctimai Televiziyada ödənişsiz efir vaxtı həftənin bazar ertəsi, çərşənbə və cümə günləri 1 saat olmaqla, saat 21.00-da başlayacaq”, o qeyd edib.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə qeydə alınan namizədlərə seçkiqabağı təşviqat aparmaq məqsədilə qanunvericiliyə uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq”, “Respublika”, “Bakinski raboçi” qəzelərində pulsuz olaraq yer ayrılır.

Xatırlatma

Azərbaycanda prezidentlik uğrunda 7 namizəd mübarizə aparacaq. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

Amerikanın Səsi 

10:42, 14 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Elnarə Qasımova Abzas Media-nın işi üzrə dindirilməyə çağırılıb (YENİLƏNİB)

by Gozetci 19:44, 13 Yanvar 2024
written by Gozetci

Elnarə Qasımova

Jurnalist Elnarə Qasımova Abzas Media işi üzrə saxlanılıb

Jurnalist Elnarə Qasımova Abzas Media işi üzrə saxlanılıb.  Bu barədə onun vəkili Bəhruz Bayramov məlumat verib.

Onun sözlərinə görə, E.Qasımova yanvarın 13-də Bakı Şəhər Baş Polis İdarəsinə çağırılaraq Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Vəkil qeyd edib ki, E.Qasımova ittihamları qəbul etmir və bunu öz jurnalist fəaliyyəti ilə əlaqələndirir.

Elnarə Qasımova Abzas Media işi üzrə cinayət məsuliyyətinə cəlb edilən altıncı jurnalistdir.

*   *   *

Jurnalist Elnarə Qasımova yanvarın 13-də saat 17:00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. Ona “Abzas Media” işi üzrə yaranan sualları cavablandırması üçün çağırıldığı bildirilib.

Qasımova bu iş üzrə istintaqın əvvəlində artıq şahid qismində dindirilmək üçün paytaxt polisinə çağırılıb.

Noyabrın 20-dən dekabrın 14-nə qədər Abzas Media-nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, nəşrlə əməkdaşlıq edən fəal Məhəmməd Kekalov, habelə jurnalistlər Nərgiz Absalamova və Hafiz Babalı saxlanılıb. Onlar hamısı valyuta qaçaqmalçılığında ittiham ediliblər. Jurnalistlər ittihamları təkzib edirlər və cinayət təqibini Abzas Media-da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Turan 

19:44, 13 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP üzvünün hazırlıq iclası keçirilib

by Gozetci 20:29, 12 Yanvar 2024
written by Gozetci

Elbəyi Kərimli

AXCP üzvünün hazırlıq iclası keçirilib Yanvarın 12-də Bakı Ağır Cinayətlər məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elbəyi Kərimlinin işi üzrə hazırlıq iclası keçirilib.

Vəkil Nemət Kərimli Amerikanın Səsinə açıqlamasında bildirib ki, məhkəmədə verilən vəsatətlər təmin edilməyib:

“Elbəyi Kərimli narkotik maddələrin dövriyyəsində ittiham olunur. Lakin əsas səbəb odur ki, hüquqlarını müdafiə etdiyim şəxs ötən ilin yay aylarında “28 May” parkında yerləşən Heydər Əliyevin heykəli üzərinə “Stalin” yazısı yazıb. Bundan dərhal sonra o saxlanılıb. Saxlanıldığı 22-ci polis bölməsində fiziki zorakılıq göstərilib, işgəncələr verilmişdir. Bundan sonra o, belə deyək ki, cinayətini etiraf etmişdir. Bugünkü məhkəmə iclasında bir neçə vəsatət verildi. Elbəyi Kərimli barəsində seçilmiş həbs- qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı da vəsatət verdim. Lakin vəsatətlərin heç biri təmin edilmədi”.

Növbəti məhkəmə iclası yanvarın 26-na təyin edilib.

Ötən ilin dekabrın 28-də keçirilən məhkəmə prosesində Kərimli bildirib ki, cinayət təqibinə etiraz olaraq dekabrın 27-dən istintaq təcridxanasında aclığa başlayıb.

AXCP bildirir ki, Elbəyi Kərimlinin avqustda həbs olunub. AXCP 2 ay müddətində ondan xəbər ala bilməyib. Oktyabrın 25-də məlum olub ki, o, narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Qanunsuz narkotik dövriyyəsində ittiham olunan Elbəyi Kərimli ittihamları qəbul etmir, əslində Heydər Əliyevin heykəlinə yazdığı üçün həbs edildiyini bildirir. AXCP də ittihamları rədd edir. Partiyadan bildirildiyinə görə, Elbəyi Kərimli Heydər Əliyevin heykəlini yazıb video çəkən zaman saxlanılıb, daha sonra isə ona qarşı narkotik ittihamı irəli sürülüb.

Rəsmi qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Amerikanın Səsi

20:29, 12 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycan dünya insan haqları hesabatında: ‘Narahatedici pozuntular davam edir’

by Gozetci 16:09, 12 Yanvar 2024
written by Gozetci

Human Rights Watch beynəlxalq insan haqları təşkilatı yanvarın 11-də 2024-cü il üçün özünün Dünya Hesabatını açıqlayıb.

Bu hesabatda Azərbaycana ayrıca bir bölüm həsr olunub. Bu bölümdə Azərbaycanda 2023-cü il ərzində baş vermiş insan haqları pozuntularından bəhs edilir, ayrı-ayrı hadisələrin xronoloji və təfərrüatlı təsviri verilir.

Hesabatda qeyd olunur ki, Azərbaycanda uzun müddətdir narahatlıq doğuran hallar 2023-cü ildə də davam edib.

Sənəddə vurğulanır ki, hökumət ifadə, toplaşma və təşkilatlanma azadlıqlarını sərt bir şəkildə məhdudlaşdırıb.

İşgəncələrlə bağlı hay-küylü bir işlə (Tərtər işi-red) bağlı müəyyən irəliləyişə baxmayaraq, polisdə və saxlanma yerlərində pis rəftar və işgəncə halları davam edib.

Bu da bildirilir ki, may ayında prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə ittihamlarının siyasi motivli olduğuna inanılan işlər üzrə bir neçə nəfər azadlığa buraxılıb, bununla belə qanunsuz məhbus edilmiş onlarca başqaları məhbəsdə qalıb.

Hesabatda ictimai fəal Bəxtiyar Hacıyev və müxalif siyasətçi Qubad İbadoğlunun həbsləri xüsusilə vurğulanır.

Hökumət tənqidçilərinin təqibi

Hesabatın “Hökumət tənqidçilərinin təqibi” hissəsində xatırladılır ki, siyasətçi Əli Əliyev prezident fərmanı ilə azadlıqğa buraxılıb.

Qeyd olunur ki, buna baxmayaraq hakimiyyət aparıcı fəalları və müxalifət fiqurlarının hədəflənməsini davam etdirib.

Sənədin bu hissəsində ictimai fəal Bəxtiyar Hacıyevin, AXCP üzvü Əlizamin Salayevin, Qubad İbadoğlunun işlərindən bəhs olunur.

Vurğulanır ki, Hacıyevi 6 il, İbadoğlunu isə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzaları gözləyə bilər.

Yazdıqları postlara görə…

Hesabatda deyilir ki, Azərbaycanda sosial mediada yazdıqları postlara, müsahibələrinə və başqa fəaliyyətlərinə görə təqib olunanlar var.

Sənəddə deyilir ki, məsələn fevral ayında AXCP üzvü Orxan Baxışlı Bəxtiyar Hacıyevin həbsini pisləyən müsahibə verdikdən bir gün sonra saxlanıb.

Qeyd olunur ki, müstəqil jurnalist Vəli Şükürzadə jurnalist təhqiqatı üçün informasiya istəyəndən, AXCP fəalı Zaur Usubov Facebook postları yazandan, sosial media fəalı Əmrah Təhməzov isə Facebook-da prezidenti Əlzamin Salayevin azad olunmasına çağırdıqdan sonra saxlanıblar.

Sənəddə deyilir ki, noyabr ayında Abzas Media saytının aparcı jurnalistləri Ülvi Həsənli və Sevinc Vaqifqızı, habelə bu nəşrlə bağlı olan Məhəmməd Kekalov həbs ediliblər.

Saatlı və Söyüdlü etirazları

Hesabatda Saatlı rayonunda polisin su qıtlığına etiraz olaraq ylou kəsmək istəyənlərə qarşı gözyaşardıcı qazadan və rezin güllələrdən istifadə etdiyi, bu zaman 15 yaşlı oğlan da daxil iki nəfərin xəsarət aldığı deyilir.

Hesabatda habelə Söyüdlü kəndində kimyəvi tullantıların axıdılması üçün süni gölün yaradılmasına etiraz edənlərə qarşı polis zorakılığından bəhs olunur.

Bu etirazla əlaqədar aksiyanı koordinasiya etməkdə ittiham olunan keçmiş deputat Nazim Bəydəmirlinin həbs olunduğu vurğulanır.

İyun ayında fəallar Elmir Abbasov və Qiyas İbrahimov Söyüdlü kəndindəki etirazların polis tərəfindən zorakılıqla yatırımasını tənqid etdiklərinə görə 32 və 20 sutkalıq müddətə həbs olunublar.

Qarabağ və başqa məsələlər

Hesabatda Qarabağla bağlı ayrıca bölüm verilib. Bu bölümdə Azərbaycanın Laçın dəhlizi ilə hərəkəti əngəlləməsindən, Qarabağda humanitar böhranın yaranmasından, daha sonra 19 sentyabr əməliyyatının ardınca demək olar bütün erməni əhalinin bölgəni tərk etməsindən bəhs edilir.

Bu da vurğulanır ki, Azərbaycan bu hadisələrlə bağlı Beynəlxalq Məhkəmənin iki keçid tədbirini tətbiq etməkdən imtina edib.

Hesabatda iddia olunur ki, hakimiyyət Qarabağda keçirilmiş 19 sentyabr əməliyyatını tənqid edən azı 9 fəalı həbs edib.

Hesabatda bu da deyilir ki, Azərbaycanda LGBT icmasına daxil şəxslərlə pis rəftar, onların diskriminasiyası və qanunsuz saxlanmaları yer alıb.

Sənəddə deyilir ki, Azərbaycan ötən il ərzində insan haqları pozuntuları ilə bağlı beynəlxalq təşkilatların tənqidləri, Avropa Parlamentinin qətmanamələri ilə üzləşib.

Azərbaycan hökuməti bir qayda olaraq beynəlxalq insan haqları təşkilatlarının hesabatlarındakı tənqidləri qəbul etmədiyini bildirir və bunları qərəzli adlandırır.

Hökumət vurğulayır ki, Azərbaycanda heç kəs siyasi baxışlarına görə təqib olunmur və buna görə də ölkədə siyasi məhbuslar yoxdur.

Rəsmi Bakı bəyan edir ki, Azərbaycanda təməl insan haqlarına və azadlıqlarına hörmətlə yanaşılır.

AzadlıqRadiosu

16:09, 12 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Salyanda “Müsəlman Birliyi” Hərəkatının fəalı saxlanılıb

by Gozetci 12:47, 12 Yanvar 2024
written by Gozetci

Salyan rayonunda “Müsəlman Birliyi” Hərəkatının üzvü Mirsultan Bağırov saxlanılıb.

“Müsəlman Birliyi” Hərəkatından bildirilib ki, Salyan rayon sakini Mirsultan Bağırov yanvarın 11-də yaşadığı evdən rayon polis idarəsinin işçiləri tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb.

Hərəkatın məlumatına görə, qısa müddət sonra bəlli olub ki, o, narkotik maddəsi ilə ittiham edilib.

 

12:47, 12 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş ərizələr üzrə yekun qərarlarını elan edəcək

by Gozetci 11:34, 12 Yanvar 2024
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvar ayının 18-də Azərbaycandan göndərilmiş 20-dən artıq ərizə üzrə 11 yekun qərar və qərardadlarını elan edəcək.

İsmayılzadə Azərbaycana qarşı (№17780/18)

Ərizəçi Leyla Miryaqub qızı İsmayılzadə 1990-cı il təvəllüdlü Azərbaycan vətəndaşıdır və Bakı şəhərində yaşayır. Məhkəmə işi dövlət orqanlarının ərizəçinin yeni doğulmuş övladı üçün seçdiyi adı qeydiyyata almaqdan imtina etməsi ilə bağlıdır.

Ərizəçi bir neçə dəfə oğluna verdiyi Əbülfəzlabbas adının və həmin adın müxtəlif versiyalarının qeydiyyata alınması üçün müraciət edib, amma bu müraciətləri uğursuz olub. Qeydiyyat qurumu qeyd edilən adın Azərbaycan Milli Elmlər Akademiyasının təsdiq etdiyi siyahıda olmaması əsası ilə buna icazə verməyiblər. Yerli məhkəmələr bu yanaşmanı haqlı sayıb, eyni zamanda qeyd edilən adların tələffüz problem yaradacağı səbəbindən yeni doğulmuş körpənin maraqlarına uyğun olmayacağını ifadə edib.

Ərizəçi Konvensiyanın 8-ci maddəsinə (şəxsi və ailə həyatına hörmət hüququ) əsaslanaraq, oğluna seçdiyi adın qeydə alınmasından imtina edilməsinin qanunsuzluğundan şikayət edir.

Adnan HACIZADƏ və Emin ABDULLAYEV Azərbaycana qarşı (№4854/10)

Ərizəçilər Adnan Hacızadə və Emin Milli (Abdullayev) 8 iyul 2009-cu il tarixdə Bakıdakı «Livan» restoranında baş verən insidentdən sonra saxlanılmışdılar. Hücuma məruz qalan və döyülən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülmüş, Hacızadə 2 il, Emin Milli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Hadisələrin baş verdiyi vaxt onlar, eləcə də yerli və beynəlxalq ictimaiyyət blogerlərin fərqli siyasi düşüncələrinə görə həbs olunduğunu bildirirdilər. Hər iki ərizəçi həbslərindən bir qədər öncə sosial şəbəkələrdə hökumətin fəaliyyətini tənqid edən satirik video məzmunlar paylaşmışdılar.

Ərizəçilər AİHM qarşısında bildirmişdilər ki, hadisə vaxtı yaralanmalarına baxmayaraq, polis onları saxlayıb, adekvat tibbi yardım göstərməməklə, xəsarət aldıqları halda qollarını qandallayıb dindirməklə pis rəftara məruz qalıblar, cinayət törətmələrinə dair hər hansı əsaslı şübhə olmadan saxlanılıblar, uyğun və yetərli əsaslar olmadan məhkəməyəqədər həbs ediliblər.

Ərizəçilər barələrindəki cinayət prosesinin bütövlükdə ədalətsiz və özbaşına olmasından, hüquqi yardıma çatımlarının təmin edilməməsindən, hüquq-mühafizə orqanlarının mətbuata bəyanatları ilə təqsirsizlik hüquqlarına müdaxilə olunmasından, məhkəməyəqədər həbs müddəti ərzində ailə üzvlərinin onlara baş çəkməsinə icazə verilməməsindən şikayət ediblər.

Konvensiyanın 10-cu maddəsinə əsaslanan ərizəçilər həmçinin, iddia ediblər ki, cəzalandırılmaları ictimai fəallıqları və hökuməti ictimai tənqid etmələri ilə bağlı olub.

Aygün MAHMUDOVA Azərbaycana qarşı (№69201/11)

Ərizəçi xanım Aygün Mahmudova Azərbaycan vətəndaşıdır, 1966-cı ildə anadan olub və Bakıda yaşayır. İşin hallarına görə, ərizəçi Bakıda qeyri-yaşayış binasının tikildiyi torpaq sahəsinə sahib olub. Sonradan həmin bina sökülüb və yeni bina inşa edilməsinə başlanılıb. Ərizəçi bunun qanunsuzluğunu məhkəmədə mübahisələndirsə də birinci instansiya məhkəməsi onun şikayətini rədd edib.

Apellyasiya instansiyası isə ərizəçinin şikayətini qismən təmin edib, belə qərara gəlib ki, tikinti işi etibarlı olmayan etibarnamə əsasında aparılıb. Ərizəçinin kassasiya şikayəti isə rədd edilib.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 Saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq, onun mülkiyyət hüququnun qanunsuz olaraq əlindən alınmasından, dövlətin onun mülkiyyət hüququnu müdafiə etməməsindən şikayət edib.

İlqar MƏMMƏDOV və başqaları Azərbaycana qarşı (№27390/17)

Məhkəmə işi ərizəçilərin saxlanılması və inzibati qaydada həbs edilməsi ilə bağlıdır.

Ərizəçilər müxalifət partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləridir. Onlar Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia ediblər ki, hər hansı qanun pozuntusuna yol verməyiblər, müxalifətçi olduqlarına, tənqidi çıxışlar etdiklərinə görə cəzalandırılıblar.

Məhəmməd BAĞIROV Azərbaycana qarşı (№20698/15)

Məhkəmə işi ərizəçinin məhkəməyə qədər həbsinin, eləcə də məhkəmə prosesi zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu ilə bağlıdır.

Məhkəməyə qədər həbs edilən və həbs müddəti bir neçə dəfə uzadılan ərizəçi AİHM qarşısında iddia edib ki, həbsdə saxlanılması üçün hər hansı uyğun və yetərli əsaslar mövcud olmayıb.

Ərizəçi həmçinin, məhkəmə zallarında metal qəfəslərə yerləşdirilməsinin onun Konvemsiyanın 3-cü maddəsi ilə təminat altına alınan haqlarını pozduğunu iddia edib.

Eldəniz HACIYEV və Salman ABDULLAYEV Azərbaycana qarşı (21807/18 və №38997/22)

Bu işdə ərizəçilər İslam təmayüllü nurçu təriqətinin üzvləridir.

Ərizəçilər şəxsi evlərdə dini yığıncaq təşkil etdiklərinə görə, saxlanılıblar, ardınca, inzibati qaydada məsuliyyətə (1500 AZN cərimə) cəlb ediliblər. Onların cəzalandırılmaları dini yığıncaq üçün müvafiq orqanlardan əvvəlcədən icazə almamaları ilə əsaslandırılıb.

Konvensiyanın 5, 6 və 9-cu maddələrinə əsaslanan ərizəçilər iddia edirlər ki, onların saxlanılması və inzibati qaydada mühakimə olunmaları, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və dini etiqad azadlığı hüquqlarını pozub.

Qeyd edilən işlərdən başqa AİHM yanvarın 18-də Azərbaycanla bağlı daha 5 qərarını elan edəcək. Həmin işlərin detalları haqda məhkəmənin sənədlər bazasında məlumat verilmir.

Müsavat Partiyası Azərbaycana qarşı (№43352/16);
Məmmədov və başqaları Azərbaycana qarşı (№6307/18);
Məmmədov Azərbaycana qarşı (№8640/20);
Nadirli və başqaları Azərbaycana qarşı (№38567/19);
Səfərov Azərbaycana qarşı (№9664/20);

aihmaz.org

11:34, 12 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

MBH üzvü Elvin Quliyevin növbəti məhkəmə iclası baş tutub

by Gozetci 19:07, 11 Yanvar 2024
written by Gozetci
Yanvarın 11-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində Elvin Quliyevin məhkəsi davam edib
Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçən iclasda şahidlər dindirilib. İclasda E. Quliyevin “cibindən narkotikin çıxarılmasına” şahidlik edən hal şahidi dindirilməli idi. Lakin o, məhkəməyə gəlmədiyi üçün proses baş tutmayıb.
İttihamla bağlı vəkil Babək Həmidovun suallarını cavablandıran E. Quliyev bütün bu ittihamların əsassız olduğunu, onun inancı səbəbindən həbs olunmasını məhkəmə iştirakçılarının diqqətinə çatdıraraq bir daha ittihamları rədd edib. Hakim isə öz növbəsində tərəflərin dinlənildiyini bildirərək gələn məhkəmə iclası üçün məhkəmənin yekunlaşdırılacağını bildirib. Bunun üçün o, vəkilə hazırlaşmağı da tövsiyyə edib.
Məhkəmənin növbəti iclası 1 fevral saat 15:00-a təyin edilib.
Müsəlman Birliyi Hərəkatının üzvü Elvin Quliyev 2023-cü il, 10 mart tarixində saxlanılıb. O, Cinayət Məcəlləsinin 234.4.3 (Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.
Xatırladaq ki, 2022-ci ilin sonlarından etibarən inanclılara qarşı başlanan reperesiya hal-hazırda da davam etməkdədir. Həbs olunan inanclıların sayının yüzləri ötdüyü bildirilir.
“Müsəlma Birliyi” Hərəkatı
19:07, 11 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia