Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri jurnalistlərə qarşı rəftardan dəhşətə gəldiyini bildirib

by Gozetci 16:45, 17 Yanvar 2024
written by Gozetci

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko

“Azərbaycanda bu yaxınlarda həbs edilmiş bəzi jurnalistlərə, xüsusən də məhkəmə zalında əlləri qandallanmış, şüşə qəfəslərə salınmış və ya əsas insani ehtiyaclarından məhrum olunmış gənc qadınlara qarşı ləyaqəti alçaldan rəftar barədə xəbərlər məni dəhşətə gətirdi”.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko “X” platformasında bildirib.

“Hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququ var”, o, X platformasındakı hesabında yazıb.

Jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı, Məhəmməd Kekalov, Nərgiz Absalamova 2023-cü ilin noyabr-dekabr aylarında, Elnarə Qasımova isə yanvarın 13-də Abzas Media İnternet nəşrinin işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək məmurlarının korrupsiya faktları ilə bağlı jurnalist araşdırmaları ilə əlaqələndirirlər.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində üç aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2 (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

“Kanal 13”ün əməkdaşı Rüfət Muradlı dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə “Kanal 13”-ə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyası 2008-ci il noyabrın 10-dan yayımlanır. Bu televiyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televizya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Azərbaycanda son zamanlarda 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnailstlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə heç kəsin təzyiq görmədiyini, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Amerikanın Səsi 

16:45, 17 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Müsəlman Birliyi” Hərəkatının üzvü Samir Babayev aclıq aksiyasına başlayıb

by Gozetci 13:46, 17 Yanvar 2024
written by Gozetci

Samir Babayev

Yanvarın 13-də 1 saylı Bakı İstintaq Təcridxanasından 2 saylı cəzaçəkmə müəsisəsinə köçürülən siyasi məhbus Samir Babayev aclıq aksiyasiyasına başlayıb.

Bu barədə Samir Babayevin ailəsi məlumat verərək bildirib ki, müəsisəyə köçürülən andan cərimə karserinə salınan Samir aclıq aksiyasını davam etdirir. Onun bu addım atmasına səbəb isə hakimiyyətin durmadan həbsləri davam etdirməsidir. Samir Babayev bununla günahsız insanların hakimiyyət tərəfindən şərlənərək həbs edilməsinə etirazını nümayiş etdirib. Onun karserə salınmasına səbəbi də məhz hələ 1 saylı İstintaq Təcridxanasından başlanan aclığının olması ehtimal olunur.
Məsələ ilə bağlı 2 saylı müəsisəsdən yalnız Samir Babayevin ailəsinə bildirilib ki, o, 14 gündən sonra ailəsinə zəng vura bilər və onlar bu müddətə qədər gözləməlidirlər. Ailə isə Samirin telefon zənginin belə qadağalanmasını onun aclıq aksiyasını zorla məhdudlaşdırma addımı kimi qiymətləndirir.
Xatırladaq ki, 2022-ci ilin dekabrında saxlanılan MBH fəali Samir Babayev barəsində narkotiklərlə bağlı ittiham irəli sürülmüşdü. 2023-cü il oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsi S. Babayevi müqəssir bilərək onu 4 il müddətinə azadlıqdan mərhum etmişdi. 2024-cü il yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Samir Babayevin şikayətinə baxaraq onun cəzasından 1 ilini azaldaraq cəzanı 4 ildən 3 ilə endirmişdi
Müsəlman Birliyi Hərəkatı
13:46, 17 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistlər yeni aksiyaya başladı – “Abzasdayıq”

by Gozetci 13:09, 17 Yanvar 2024
written by Gozetci

Aksiyaya ictimai-siyasi fəallar da dəstək verib

Yanvarın 16-da Azərbaycandan olan bir qrup müstəqil jurnalist və fəal sosial şəbəkələr üzərindən aksiya həyata keçirib. Onlar fəaliyyətinin əngəllənməsi üçün həbsə atılmış “AbzasMedia”ya dəstək nümayiş etdiriblər.

Aksiya iştirakçıları üzərinə “Abzasdayıq” yazılan fotolarını “Abzasdayıq” həştəqləri ilə paylaşıblar. Onların bəzilərinin belində çanta var.

Jurnalistlər bununla son zamanlar ifadə vermək üçün idarəyə çağırılaraq həbs edilən həmkarlarının nümunəsinə diqqət çəkirlər.

Məsələn, ən son həbs olunan Elnarə Qasımova dindirilməyə çağırılmanın sonunun həbslə bitəcəyi ehtimalını göz önünə alaraq, çantasını toplayıb getmişdi. Elə oradaca da həbs olunmuşdu.

Fotolardakı çanta məhz bunu simvolizə edir. Müstəqil jurnalistlər bildirmək istəyirlər ki, onlar həbsdən qorxmurlar, hər an həbs olunma ehtimalının olduğunu bilirlər və hazırdırlar.

Yanvarın 15-də Xətai Rayon Məhkəməsi “AbzasMedia” saytının əməkdaşı, jurnalist Elnarə Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə ötən il noyabrın 20-də nəşrin direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “AbzasMedia”nın ofisində axtarışlar aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Ardından noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də araşdırmaçı Hafiz Babalı tutulub.
Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2 (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir. Həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Beynəlxalq jurnalist təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Meydan TV 

13:09, 17 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Həmkarlar İttifaqı fəalı Ayxan İsrafilov ona fiziki təzyiqlərin olduğunu bildirib

by Gozetci 10:32, 17 Yanvar 2024
written by Gozetci

Ayxan İsrafilov

Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində proses zamanı İşçi Masası Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov ona qarşı irəli sürülən narkotik maddə ittihamını rədd edib.

O bildirib ki, saxlanıldıqdan sonra Nərimanov Rayon Polis İdarəsində fiziki təzyiq altında etirafedici ifadə vermək məcburiyyətində qalıb. Həmçinin onu evdə axtarış aparılması və digər ailə üzvlərinin məsuliyyətə cəlb olunması ilə hədələyiblər.

O ifadə verib ki, polisə aparılarkən ona bildiriblər ki, həbsə göstəriş “yuxarıdan” gəlib və o, narkotik maddəni etiraf etməlidir. İsrafilov ona qarşı cinayət işini Həmkarlar İttifaqı fəaliyyətilə əlaqələndirib.

Hakim Fəxri Məmmədov fəala qarşı ehtimal edilən psixoloji və fiziki təzyiqlə bağlı sorğuları istintaq orqanına və prokurorluğa göndərmək barədə qərar qəbul edib və növbəti iclası yanvarın 30-na təyin edib.

* İşçi Masası Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü Ayxan İsrafilov bu ilin avqust ayında həbs edilib. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə (narkotik maddələrin saxlanması və yayılması) ittiham olunub. Ayxan İsrafilov ittihamı qəti şəkildə rədd edir və öz həbsin ictimai fəaliyyətilə əlaqələndirir ki, bu da kuryer xidməti işçilərinin hüquqlarının qorunmasında özünü göstərib.

Turan 

10:32, 17 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Parlamenti Azərbaycana müşahidəçi göndərməyəcək

by Gozetci 18:49, 16 Yanvar 2024
written by Gozetci

Təşkilat seçkilərin nəticələrini də şərh etməyəcəyini deyir

Avropa Parlamentinin Azərbaycanda 7 fevral növbədənkənar Prezident seçkisini müşahidə etməyəcəyi bildirilir.

Bu barədə yanvarın 15-də Avropa Parlamentinin demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri, deputatlar Devid Mak-Allister və Tomas Tobenin birgə bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, Avropa Parlamenti seçkilərdə müşahidə aparamayacağı üçün seçki prosesini, eləcə də elan edilmiş nəticələri şərh etməyəcək:

“Avropa Parlamentinin heç bir üzvünün bu qurumun adından seçkiləri müşahidə etmək və ya şərh etmək səlahiyyəti yoxdur”.

“Əgər Avropa Parlamentinin üzvlərindən hər hansı biri seçkilərə münasibət bildirmək qərarına gələrsə, bu, Avropa Parlamentinin yox, onun şəxsi təşəbbüsü olacaq”, – deyə sənəddə vurğulanır.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Meydan TV 

18:49, 16 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

İctimai fəal 4 il müddətinə azadlıqdan məhrum edilib

by Gozetci 17:39, 16 Yanvar 2024
written by Gozetci

Ruslan Vahabov

Sosial media hesabında “Xankəndidə “Bravo” tezliklə tikiləcək, ya yox?” yazandan bir gün sonra həbs edildiyi bildirilən ictimai fəal Ruslan Vahabov 4 il müddətinə azadlıqdan məhrum edilib. Yaxınlarının sözlərinə görə, onun cibinə 6 qramdan çox narkotik qoyulub.

Vahabov bildirir ki, narkotik ittihamı saxtadır, onu şərləyiblər:

“Öz işimlə məşğul olan adam olmuşam, fəhləliklə ailəmi dolandırmışam. Mühafizəçi işləyirdim. 12 saat işdə olurdum. Qalan vaxtlarda da fəhləlik eləyirdim. İki azyaşlı övladım var. Mən narkotikin üzünü ilk dəfə polis bölməsində qabağıma qoyanda gördüm”.

Ruslan Vahabov polislərin onu elə fəhləlikdən qayıdanda tutduğunu deyir. O, saxlandıqdan sonra Nizami rayonu, 23-cü polis bölməsinə gətirilib və orada işgəncələrə məruz qalıb:

“23-cü bölmədə saçımdan tutub yerdə sürüyürdülər…”

Vahabov məhkəmədə deyib ki, onun siyasi iddiası yoxdur:

“Sosial şəbəkədə iki kəlmə söz yazmışam. Ona görə adamı həbs eləməzlər. Mən azərbaycanlıyam…”

Vahabov Azərbaycan Talışlarının İctimai Şurasının (ATİŞ) üzvudür. Təşkilat onun haqqında çıxarılmış hökmün əsassız və qanunsuz olması haqda bəyanat yayıb.

Müttəhimin vəkili Aqşin Kərimovun qeyd edib ki, Vahabov ilk olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham olunub (5 ildən 12 ilədək azadlıqdan məhrumetmə).

Lakin istintaq zamanı ittiham 3 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutan daha yüngül maddəyə tövsif edilib (234.1.1 – satış məqsədi olmadan külli miqdarda narkotik vasitələrin qanunsuz yolla əldə edilməsi, saxlanılması).

Vahabov bu ilin sentyabrında saxlanılıb. O, yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Öz növbəsində, Daxili İşlər Nazirliyi bu bəəayanata hələ münasibət bildirməyib. Nazirliyin mətbuat xidməti bir qayda olaraq belə bəyanatları qəbul etmir və həbs edilən şəxsin müdafiəsi üçün edildiyini bildirir.

Azərbaycan Talışlarının İctimai Şurası 2019-cu il dekabrın 7-də təsis edilib.

Təşkilat fəaliyyətinin Azərbaycanın dünyada müsbət tolerantlıq imicinin və dövlətçilik ənənələrinin güclənməsinə, Azərbaycanda vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun sürətlənməsinə xidmət edəcəyini bildirib.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

17:39, 16 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Beynəlxalq təşkilatlar Azərbaycanda jurnalistlərin davam edən həbslərini pisləyir

by Gozetci 16:30, 16 Yanvar 2024
written by Gozetci

Tereza Riberio

ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Riberio “AbzasMedia və Kanal 13 əməkdaşlarının son həbsləri, eləcə də onların qohumlarının təqib edilməsilə” bağlı narahatlığını bildirib.

“Jurnalistlər repressiyalardan qorxmadan ictimai maraq kəsb edən mövzular haqqında reportaj hazırlamağı bacarmalıdırlar. Jurnalistika cinayət deyil”, –  o, X platformasındakı hesabında yazıb.

Öz növbəsində “Sərhədsiz reportyorlar” mətbuatı müdafiə təşkilatı  Azərbaycan  hakimiyyətini “jurnalist ovu”nu dayandırmağa və onları dərhal azad etməyə çağırıb.

Bununla onlar Elnarə Qasımova və Şahin Rzayevin həbsini şərh ediblər.

“Onlar noyabrın 20-dən sonra Azərbaycanda  həbs olunan jurnalistlər siyahısında 8-ci və 9-cu yerdədir.

“Sərhədsiz reportyorlar” Azərbaycan  hökumətini jurnalist ovunu dayandırmağa və onları dərhal azad etməyə çağırır”,  – təşkilatın X platformasındakı hesabında deyilir.

Turan 

16:30, 16 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Vəkil: “Jurnalisti kamerada videomüşahidə altında saxlayırlar”

by Gozetci 16:00, 16 Yanvar 2024
written by Gozetci

Elnarə Qasımova

Ötən gün polis tərəfindən saxlanılan jurnalist Elnarə Qasımova Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama təcridxanasında videomüşahidə altında saxlanılır. Bundan əlavə, onu məhkəməyə əlləri qandallı vəziyyətdə aparıblar. Bu barədə Turan-a jurnalistin vəkili  Ayşə Abdel Qadir bildirib.

Bununla əlaqədar o, ombudsmana şikayət göndərib, lakin Ombudsman Aparatından bildiriblər ki, onlara belə şikayət daxil olmayıb.

“Müvəqqəti saxlama yerində jurnalist Elnarə Qasımovaya bildirmişdilər ki, qadınların saxlanıldığı kameralar videomüşahidə altında deyil. Amma sonra təsadüfən monitora baxanda gördük ki, elə deyil, qadınların saxlanıldığı kameralar da videomüşahidə altındadır. Bu səbəbdən jurnalist məhkəməyə gedərkən paltarlarını tualetdə dəyişmək məcburiyyətində qaldı”, – vəkil qeyd edib.

O həmçinin hesab edir ki, yanvarın 15-d jurnalist məhkəməyə əsassız olaraq əlləri qandallı vəziyyətdə aparılıb. Yalnız tabe olmamaq halında qandal vurula bilər. Belə bir hal müşahidə edilməyib.

Vəkil qeyd edib ki,  bu gün Elnarə Qasımova istintaq təcridxanasına köçürüləcək.

Ombudsman Aparatının mətbuat xidmətindən Turan-a bildiriblər ki, Elnarə Qasımovanın hüquqlarının pozulması ilə bağlıı şikayət daxil olmayıb.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Elnarə Qasımova yanvarın 13-də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə saxlanılıb. Yanvarın 15-də məhkəmə onun  barəsində 2 ay 17 gün həbs qətimkan tədbiri seçib. O, Abzas Media işi üzrə cəlb edilmiş altıncı jurnalist və media işçisidir.

Turan

16:00, 16 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistin məhkəməsində konvoy hakimin qərarını icra etməyib

by Gozetci 10:34, 16 Yanvar 2024
written by Gozetci

Sevinc Vaqifqızı

Yanvarın 15-də Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə jurnalist Sevinc Vaqifqızının vəkili ilə telefon danışığına məhdudiyyət qoyulması barədə apellyasiya şikayəti üzrə proses başlayıb. Lakin məhkəmə iclası yanvarın 17-dək təxirə salınıb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə deyib ki, məhkəmənin təxirə salınmasına səbəb hakimin qərarının konvoylar tərəfindən icra edilməməsindən sonra onun səhhətinin pisləşməsi olub.

“Əvvəl hakimlər Sevinc xanımın şüşə qəfəsdən çıxarılması barədə müdafiə tərəfinin vəsatətini təmin etdi. Konvoy bildirdi ki, bunun üçün onların rəisi icazə verməlidir. Rəis gəldi və icazə vermədiyini bildirdi. Bundan sonra hakimlər yenidən müşavirə edərək vəsatətimin təmin olunmadığı barədə yeni qərarı elan etdi. Əsəbdən təzyiqim qalxdı, belə vəziyyətdə müvəkkilimin hüquqlarını müdafiə edə bilməyəcəyimi bildirdim. Özümü kəskin pis hiss etdiyimdən yaxınlıqdakı aptekdə təzyiqimi yoxlatdım. Təzyiqim 159/98 idi. Hələ də təzyiqimin aşağı salmağa çalışıram”, vəkil qeyd edib.

Vəkil Amerikanın Səsinə bildirib ki, jurnalistin saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanası qanunsuz olaraq müvəkkilimin mənə zəng etməsinə imkan vermir. Halbuki bu barədə istintaq orqanının qərarı yoxdur.

Vəkilin şikayətinə ötən il dekabrın 28-də Xətai rayon Məhkəməsi onun və müvəkkilinin iştirakı olmadan baxıb və təmin etməyib.

Vəkilin dedikləri barədə Penitensiar Xidmətdən hələ şərh almaq mümkün olmayıb.

Xatırlatma

Jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı, Məhəmməd Kekalov, Nərgiz Absalamova 2023-cü ilin noyabr-dekabr aylarında, Elnarə Qasımova isə yanvarın 13-də Abzas Media İnternet nəşrinin işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarının korrupsiya faktları barədə jurnalist araşdırmaları ilə əlaqələndirirlər.

Azərbaycanda son günlərdə 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri, habelə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyi, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Amerikanın Səsi

10:34, 16 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Şahin Rzayev 15 sutka inzibati həbs cəzası alıb

by Gozetci 20:53, 15 Yanvar 2024
written by Gozetci

Şahin Rzayev

O, inzibati xəta protokolunda yazılanların yalan olduğunu, söyüş söymədiyini və kimsəyə tabesizlik göstərmədiyini bildirib

Jurnalist, siyasi icmalçı Şahin Rzayev yanvarın 15-də həbs olunub. Suraxanı rayon Məhkəməsinin qərarıyla ona 15 sutka inzibati həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunur.

İddia olunur ki, Şahin Rzayev küçədə söyüş söyüb, polislər ondan intizamlı olmasını tələb etsə də, əhəmiyyət verməyib. Bu üzdən saxlanılaraq, Suraxanı rayonu, 31-ci polis bölməsinə gətirilib.

Yaxınlarının bildirdiyinə görə, Şahin Rzayevin saxlanması, məhkəməsinin keçirilməsi ilə bağlı ailə üzvlərinə məlumat verilməyib. Yanvarın 15-də günorta saat 14.00 radələrində mağazaya gedəndə polislərin onu tutub apardığı bildirilir.

Şahin Rzayev məhkəmə qarşısına dövlət hesabına vəkillə çıxarılıb. O, inzibati xəta protokolunda yazılanların yalan olduğunu, söyüş söymədiyini və kimsəyə tabesizlik göstərmədiyini vurğulayıb.

Yaxınları da onun jurnalist fəaliyyətinə və “Facebook” sosial şəbəkəsindəki paylaşımına görə cəzalandırıldığını düşünür.

Meydan TV 

20:53, 15 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia