Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

CPJ: Azərbaycanda mətbuat azadlığının durumu sürətlə pisləşib

by Gozetci 10:03, 19 Yanvar 2024
written by Gozetci

2023-cü ilin sonunda Azərbaycanda mətbuat azadlığının durumu sürətlə pisləşib, 2024-cü ilin fevralında keçiriləcək növbədənkənar prezident seçkiləri öncəsi jurnalistlər saxlanıb. Bunu Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yanvarın 18-də dünyada həbsdə olan jurnalistlərlə bağlı hesabatında bildirib.

Qurum dekabrın 1-dək Azərbaycanda dörd jurnalistin və bir media işçisinin saxlandığını qeyd edib. Onlar yüksək rütbəli məmurlarla bağlı korrupsiya araşdırmaları aparan AbzasMedia-nı təmsil edirlər. Ancaq dekabrın 1-dən sonra AbzasMedia işi ilə azı üç jurnalist də saxlanılıb. Onların hamısına qaçaqmalçılıq ittiham verilsə də, jurnalistlər ittihamı rədd edir, həbslərini jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.

CPJ jurnalistlərin Azərbaycanın Qarabağa nəzarəti bərpa edəndən sonra Qərblə münasibətlərinin pisləşməsi fonunda saxlandığını vurğulayır. Hakimiyyət ABŞ və Avropa ölkələri səfirliklərini və donor təşkilatlarını AbzasMedia-nı qanunsuz maliyyələşdirməkdə ittiham edib.

Ölkədə bir çox müşahidəçilərin fikrincə, hökumət yerli jurnalistlərə təzyiqi əsaslandırmaq üçün ABŞ-a qarşı kampaniya başladıb, çünki Vaşinqtonun Bakıya qarşı mövqeyində əhəmiyyətli dəyişiklik baş verməyib.

Azərbaycan hakimiyyəti ölkədə jurnalistlərə təzyiqlə bağlı deyilənləri rədd edir, onların konkret cinayətlərə görə həbs olunduğunu deyir. Amma son aylar Azərbaycanda 10-a yaxın jurnalist oxşar ittihamlarla həbsə atılıb.

CPJ dünyada həbsdə olan jurnalist sayının rekorda yaxınlaşdığını bildirir. Ümumilikdə 2023-cü il dekabrın 1-dək dünyada 320 jurnalist həbsdə olub.

İlk üçlükdə olan Çində 44, Myanmada 43, Belarusda isə 28 jurnalist həbsdə olub. Rusiyada bu say 22, Vyetnamda 19-dur.

AzadlıqRadiosu

10:03, 19 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Sevinc Vaqifqızını həbsdə saxlayıb

by Gozetci 09:22, 19 Yanvar 2024
written by Gozetci

Sevinc Vaqifqızı

Yanvarın 18-də Bakı Apellyasiya məhkəməsində hakim Cavid Hüseynin sədrliyi ilə jurnalist Sevinc Vaqifqızının barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə apellyasiya şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqovun Amerikanın Səsinə verdiyi məlumata görə, məhkəmə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, apellyasiya şikayəti təmin olunmayıb.

Vəkilin sözlərinə görə məhkəmə prosesində jurnalist Sevinc Vaqifqızı da iştirak edib. O şüşə qəfəsdə əyləşməmişdir.

“ Məhkəmədə də, hətta apellyasiya şikayətində də biz bildirmişdik ki, dörd uşağın ölümünə görə səbəb olan şəxslər ev dustaqlığında olduğu halda, heç bir zərərə səbəb olmayan ittihama görə şəxslərin həbsdə qalması qanunsuzdur. Sevinc Vaqifqızı da bildirdi ki, o araşdırmalarına görə həbs olunub və cəzalandırılır. Ancaq məhkəmə bizim apellyasiya şikayətimizi təmin etmədi”, vəkil bildirib.

Xatırlatma

Jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı, Məhəmməd Kekalov, Nərgiz Absalamova 2023-cü ilin noyabr-dekabr aylarında, Elnarə Qasımova isə yanvarın 13-də Abzas Media İnternet nəşrinin işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarının korrupsiya faktları barədə jurnalist araşdırmaları ilə əlaqələndirirlər.

Azərbaycanda son günlərdə 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri, habelə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyi, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Amerikanın Səsi 

09:22, 19 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Narkotik ittihamı ilə həbs olunan fəal: “Məni aldatdılar ki, səni cərimə edib buraxacağıq”

by Gozetci 20:12, 18 Yanvar 2024
written by Gozetci

Eıvin Mustafayev

Yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin növbəti məhkəmə prosesi keçirilib.

Vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, məhkəmədə iki polis şahidi dindirilib:

“Əməliyyatçılardan biri dedi ki, biz Elvini Cəfər Xandan küçəsində saxlamışıq, o, motosikletində olub və guya onlar Elvini Binəqədi Rayon Polis İdarəsinə dəvət ediblər. Polis dedi ki, Elvin idarəyə öz motosikleti ilə, biz isə avtomobilimizlə gəlmişik, daha sonra tətqiqatçının otağına çıxarıblar. Dedi ki, dərhal Elvinin üzərində axtarış aparılıb və guya onun üzərində narkotik aşkarlayıblar”.

Sadıqovanın sözlərinə görə, digər şahid isə Elvin Mustafayevi Cəfər Xandan küçəsində saxladıqlarını, daha sonra isə avtomobilə mindirdiklərini dedi.

“Dedi ki, biz onu Binəqədi Polis İdarəsinə gətirmişik, sonra boş otaqda otuzdurmuşuq, az sonra isə təhqiqatçı gəlib. Guya axtarış aparılıb və üzərindən narkotik çıxıb”.

Vəkil bildirib ki, fəal şahidlərin dediklərini doğru hesab etmir:

“Elvin dedi ki, onu Cəfər Xandan küçəsində saxlamayıblar, Rüstəm Rüstəmov küçəsi ətrafında “Garden Hall” restoranının yanında 7-8 nəfər tərəfindən saxlanılıb və BMW markalı avtomobilə mindiriblər. Deyir Cəfər Xandan küçəsində 30 dəqiqəyə yaxın maşında fırladıblar, motosikletimi də kimsə arxadan sürüb gəlirdi. Daha sonra idarəyə gətiriblər və deyiblər ki, narkotik ittihamına qol çəkməlisən, boynuna almalısan, yalandan deyiblər ki, bu ittihamı qəbul etsən səni cərimə edib buraxacaqlar. Bildiriblər ki, bir qadın gətirib daha ağır ittihamla şərləyəcəyik ki, sən onu zorlamısan. Elvin deyir o, sənəddə 234.1-ci maddəni görüb və məcburən imzalayıb, başqa çıxış yolunun olmadığını deyib. Sonra məlum olub ki, onlar yalan danışıblar və maddə narkotikin satışı ilə sənədləşdirilib”, deyə vəkil qeyd edib.

Vəkil deyir ki, Elvin Mustafayev ittihamı qəbul etmir və özünü təqsirsiz hesab edir.

Xatırlatma

Elvin Mustafayev avqustun 7-də Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Avqustun 1-də İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı yeni qüvvəyə minmiş qanunla bağlı bəyanat yayıb. Elə həmin gün bir qrup moped sürən kuryer polislərin onların nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz olaraq aksiya keçirib. Elvin Mustafayev aksiyanın təşkilatçılarından biri olub.

Elvin Mustafayevin ittiham olunduğu maddədə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İşçi Masasının İdarə Heyəti üzvü Ayxan İsrafilov da avqust ayında həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilıb.

Ayxan İsrafilov Cinayət Məcəlləsinin 234.1.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

İşçi Masasının sədri Afiəddin Məmmədov isə sentyabrın 20-də həbs olunub.

Məmməddov Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.

İttihamlar sübut olunarsa Məmmədovu 6 ildən 11 ilədək həbs gözləyir.

Fəallar ittihamları qəbul etmir və həbslərini fəaliyyətləri ilə əlaqələndirirlər.

Amerikanın Səsi 

20:12, 18 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Rail Abbasovun həbs müddətini 2 ay uzadıb

by Gozetci 16:48, 18 Yanvar 2024
written by Gozetci

Rail Abbasov

Cümə axşamı Nəsimi Rayon Məhkəməsi fəal Rail Abbasovun həbs müddətinin uzadılması barədə istintaqın təqdimatını təmin edib, onun vəkili Zibeydə Sadıqova bildirib.

O, Abbasovun həbsdə saxlanılması üçün hər hansı “maddi və prosessual əsas”ın olmadığını qeyd edib. Müdafiə tərəfi bu qərardan Apellyasiya Məhkəməsinə şikayət verəcək.

Xatırladaq ki, 20 sentyabr 2023-cü ildə Bakının Nəsimi Rayon Məhkəməsi Abbasovu Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsilə (külli miqdarda dələduzluq) ittiham edərək  həbs edib.

Abbasov ittihamları rədd edir, 2022-ci ilin dekabrında həbs edilmiş fəal Bəxtiyar Hacıyevin hüquqlarının müdafiəsində aktiv iştirakını həbsin əsl səbəbi hesab edir.

Hüquq müdafiəçiləri onların hər ikisini siyasi məhbus kimi tanıyıblar.

Turan 

16:48, 18 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycandan gedən şikayətlərlə bağlı qərarlarını açıqlayıb

by Gozetci 16:01, 18 Yanvar 2024
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) yanvar ayının 18-də Azərbaycandan göndərilmiş 30-dan artıq ərizə üzrə 11 yekun qərar və qərardadlarını elan edib.

Adnan HACIZADƏ və Emin ABDULLAYEV Azərbaycana qarşı (№4854/10)

Ərizəçilər Adnan Hacızadə və Emin Milli (Abdullayev) 8 iyul 2009-cu il tarixdə Bakıdakı «Livan» restoranında baş verən insidentdən sonra saxlanılmışdılar. Hücuma məruz qalan və döyülən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülmüş, Hacızadə 2 il, Emin Milli isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Hadisələrin baş verdiyi vaxt ərizəçilər, eləcə də yerli və beynəlxalq ictimaiyyət blogerlərin fərqli siyasi düşüncələrinə görə həbs olunduğunu bildirirdilər. Hər iki ərizəçi həbslərindən bir qədər öncə sosial şəbəkələrdə hökumətin fəaliyyətini tənqid edən satirik video məzmunlar paylaşmışdılar.

Ərizəçilər AİHM qarşısında bildirmişdilər ki, hadisə vaxtı yaralanmalarına baxmayaraq, polis onları saxlayıb, adekvat tibbi yardım göstərməməklə, xəsarət aldıqları halda qollarını qandallayıb dindirməklə pis rəftara məruz qoyulublar, cinayət törətmələrinə dair hər hansı əsaslı şübhə olmadan saxlanılıblar, uyğun və yetərli əsaslar olmadan məhkəməyəqədər həbs ediliblər. Ərizəçilər barələrindəki cinayət prosesinin bütövlükdə ədalətsiz və özbaşına olmasından, hüquqi yardıma çatımlarının təmin edilməməsindən, hüquq-mühafizə orqanlarının mətbuata bəyanatları ilə təqsirsizlik hüquqlarına müdaxilə olunmasından, məhkəməyəqədər həbs müddəti ərzində ailə üzvlərinin onlara baş çəkməsinə icazə verilməməsindən şikayət ediblər. Konvensiyanın 10-cu maddəsinə əsaslanan ərizəçilər həmçinin, iddia edirdilər ki, cəzalandırılmaları ictimai fəallıqları və hökuməti ictimai tənqid etmələri ilə bağlı olub. Birinci ərizəçi məhkəmədən 46 min 481 AZN maddi zərər əvəzi, 10 min 800 AZN mənəvi zərər əvəzi, 860 AZN xərc və məsrəf əvəzi tələb edirdi. İkinci ərizəçi isə 56 min 466 AZN maddi zərər, 860 AZN xərc və məsrəf əvəzi tələb etmişdi.

AİHM bu işdə hər iki ərizəçiyə münasibətdə azadlıq və toxunulmazlıq (Konvensiyanın 5.3-cü maddəsi), habelə ədalətli məhkəmə araşdırması (Konvensiyanın 6.1-ci maddəsi) hüquqlarının pozulmasına qərar verib. Hökumət ərizəçilərin hər birinə 4700 avro təzminat ödəməlidir. Ərizəçiləri AİHM qarşısında hüquqşunaslar E.Quliyev və K.Mehtiyeva (mərhum vəkil İsaxan Aşurovun vəfatından sonra) təmsil ediblər.

Eldəniz HACIYEV və Salman ABDULLAYEV Azərbaycana qarşı (21807/18 və №38997/22)

Bu işdə ərizəçilər İslam təmayüllü nurçu təriqətinin üzvləri idi. Ərizəçilər şəxsi evlərdə dini yığıncaq təşkil etdiklərinə görə, saxlanılmış, ardınca, inzibati qaydada məsuliyyətə (1500 AZN cərimə) cəlb olunmuşdular. Onların cəzalandırılmaları dini yığıncaq üçün müvafiq orqanlardan əvvəlcədən icazə almamaları ilə əsaslandırılmışdı. Konvensiyanın 5, 6 və 9-cu maddələrinə əsaslanan ərizəçilər iddia edirdilər ki, onların saxlanılması və inzibati qaydada mühakimə olunmaları, azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması və dini etiqad azadlığı hüquqlarını pozub.

Bu işdə tərəflər dostca anlaşıblar. AİHM-in həmin anlaşmaya əsaslanan qərardadına görə, hökumət ərizəçilərin hər birinə mənəvi zərərə əvəzi 3800, hüquqi xərclərə görə 600 avro ödəməlidir. Ərizəçiləri AİHM qarşısında vəkillər Əsabəli Mustafayev və Ruslan Mustafazadə təmsil edib.

Aygün MAHMUDOVA Azərbaycana qarşı (№69201/11)

Bu işin hallarına görə, ərizəçi xanım Aygün Mahmudova Bakıda qeyri-yaşayış binasının tikildiyi torpaq sahəsinə sahib olub. Sonradan həmin bina sökülüb və yeni bina inşa edilməsinə başlanılıb. Ərizəçi bunun qanunsuzluğunu məhkəmədə mübahisələndirsə də birinci instansiya məhkəməsi onun şikayətini rədd edib. Apellyasiya instansiyası isə ərizəçinin şikayətini qismən təmin edib, belə qərara gəlib ki, tikinti işi etibarlı olmayan etibarnamə əsasında aparılıb. Ərizəçinin həmin qərardan kassasiya şikayəti isə rədd edilib.

Ərizəçi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə və 1 Saylı Protokolun 1-ci maddəsinə əsaslanaraq, onun mülkiyyət hüququnun qanunsuz olaraq əlindən alınmasından, dövlətin onun mülkiyyət hüququnu müdafiə etməməsindən şikayət edirdi.

AİHM bu işdə ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına qərar verib. Qərara görə, hökumət ərizəçiyə 4000 avro mənəvi zərər, 230 avro xərc və məsrəf əvəzi ödəməlidir. Ərizəçini AİHM-də hüquqşunaslar A. Mütəllibov və C.Süleymanov təmsil edib.

İlqar MƏMMƏDOV və başqaları Azərbaycana qarşı (№27390/17)

Bu məhkəmə işi ərizəçilərin saxlanılması və inzibati qaydada həbs edilməsi ilə bağlıdır. Müxalifət partiyalarından biri olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri olan ərizəçilər Konvensiyanın 5-ci, 6-cı, 10-cu və 18-ci maddələrinə əsaslanaraq iddia ediblər ki, hər hansı qanun pozuntusuna yol verməyiblər, müxalifətçi olduqlarına, tənqidi çıxışlar etdiklərinə görə cəzalandırılıblar.

Bu işdə bütün ərizəçilərə (İlqar Məmmədov, Amil Məmmədzadə, İslam Həsənov, Samir Həsənov, Vasif Müzəffərov) münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusu tanınıb. Hökumət ərizəçilərin hər birinə 1000 avro mənəvi zərər, 250 avro xərc və məsrəf əvəzi ödəməlidir. Ərizəçiləri AİHM-də vəkillər Əsabəli Mustafayev və Ruslan Mustafazadə təmsil edib.

Rüfət Səfərov Azərbaycana qarşı (№9664/20);

Bu məhkəmə işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərin tətbiqi və ərizəçi barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçi Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunu mübahisələndirmişdi.

AİHM-in bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərclər əvəzi 250 avro ödəməlidir. Ərizəçini AİHM-də hüquqşunas Tural Ağayev təmsil edib.

Məhəmməd BAĞIROV Azərbaycana qarşı (№20698/15)

Məhkəmə işi ərizəçinin məhkəməyə qədər həbsinin, eləcə də məhkəmə prosesi zamanı metal qəfəsdə saxlanılmasının qanunsuzluğu ilə bağlı idi. Məhkəməyə qədər həbs edilən və həbs müddəti bir neçə dəfə uzadılan ərizəçi AİHM qarşısında iddia edirdi ki, həbsdə saxlanılması üçün hər hansı uyğun və yetərli əsaslar mövcud olmayıb. Ərizəçi həmçinin, məhkəmə zallarında metal qəfəslərə yerləşdirilməsinin onun Konvensiyanın 3-cü maddəsi ilə təminat altına alınan haqlarını pozduğunu iddia edirdi.

Bu işdə tərəflər dostca anlaşıblar. AİHM-in həmin anlaşmaya əsaslanan qərardadına görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 3500 avro, hüquqi xərclər əvəzi 1250 avro ödəməlidir. Ərizəçini AİHM-də vəkil Cavad Cavadov təmsil edib.

Müsavat Partiyası Azərbaycana qarşı (№43352/16 və 53951/19);

Bu məhkəmə işi (müxtəlif vaxtlarda verilmiş 2 ərizə) dinc toplantıların keçirilməsinə icazə verilməməsi, kütləvi tədbirləriə digər məhdudiyyətlərin tətbiqinin qanunsuzluğu iddiaları ilə bağlı idi. Ərizəçi partiya Konvensiyanın 11-ci və 13-cü maddələrinin pozuntusunu mübahisələndirmişdi.

AİHM-in bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuları etiraf etdiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçi partiyaya 3000, onun təmsilçisinə isə 500 avro ödəməlidir. Ərizəçini AİHM-də vəkil Nemət Kərimli təmsil edib.

Nadirli və başqaları (5) Azərbaycana qarşı (№38567/19);

Bu məhkəmə işi ictimai toplantıların təşkilatçılarına və iştirakçılarına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərin tətbiqi və ərizəçilər barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçilər Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunu mübahisələndirmişdi.

Bu işdə hökumət iddia olunan pzountuları etiraf edərək, AİHM-ə təktərəfli bəyannamə təqdim edib. AİHM-in qərardadına görə, hökumət 6 ərizəçinin (İsmayıl Nadirli, Mütü Türksoy, Qoşqar Əhmədov, Bəxtiyar Məmmədli, Orxan Məmmədov və Yaşar Xaspoladiv) hər birinə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərc əvəzi 250 avro ödəməlidir. Ərizəçiləri AİHM-də vəkil Elçin Sadıqov təmsil edib.

Məmmədov və başqaları (7) Azərbaycana qarşı (№6307/18);

Bu məhkəmə işi ərizəçilər barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçilər Konvensiyanın 6-cı maddəsinin pozuntusunu mübahisələndirmişdi.

Bu işdə hökumət iddia olunan pzountuları etiraf edib, ərizəçilərə təzminat ödməyi təklif edib. AİHM-in qərardadına görə, hökumət 8 ərizəçinin (A.Məmmədov, Cəmil Hacıyev, Zahir Məmmədov, Mübariz Abdulkərimov, Azad Mahmudov, Ruslan Əmirov, Murad Xammədov, Vüqar Cabbarlı) hər birinə 1000 avro mənəvi zərər əvəzi ödəməlidir. 6 işdə hər bir ərizəçiyə 250 avro hüquqi xərc əvəzi ödənilməlidir. Ərizəçiləri AİHM-də hüquqşunaslar Xalid Bağırov, Əlayif Həsənov, Tural Ağayev, Ramil Süleymanov təmsil edib.

İsmayılzadə Azərbaycana qarşı (№17780/18)

Bu iş ərizəçi Leyla Miryaqub qızı İsmayılzadənin yeni doğulmuş övladı üçün seçdiyi adı dövlət orqanlarının qeydiyyata almaqdan imtina etməsi ilə bağlı idi. Ərizəçi bir neçə dəfə oğluna verdiyi Əbülfəzlabbas adının və həmin adın müxtəlif versiyalarının qeydiyyata alınması üçün müraciət etmiş, amma bu müraciətləri uğursuz olmuşdu. Qeydiyyat qurumu qeyd edilən adın Azərbaycan Milli Elmlər Akademiyasının təsdiq etdiyi siyahıda olmaması əsası ilə buna icazə verməmişdi. Yerli məhkəmələr bu yanaşmanı haqlı saymış, eyni zamanda qeyd edilən adların tələffüz problem yaradacağı səbəbindən yeni doğulmuş körpənin üstün maraqlarına uyğun olmayacağını ifadə etmişdi.

Ərizəçi Konvensiyanın 8-ci maddəsinə (şəxsi və ailə həyatına hörmət hüququ) əsaslanaraq, oğluna seçdiyi adın qeydə alınmasından imtina edilməsinin qanunsuzluğundan şikayət edirdi.

Bu işdə AİHM Konvensiyanın 8-ci maddəsinin pozulmadığına qərar verib. Hakimlər Boşnyak və Sabato qərarla bağlı fərqli rəy veriblər.

Məmmədov Azərbaycana qarşı (№8640/20);

Bu məhkəmə işi ictimai toplantı iştirakçısına qarşı qanunsuz və ya qeyri-mütənasib tədbirlərin tətbiqi və ərizəçi barəsində inzibati icraatın ədalətsizliyi iddiaları ilə bağlı idi. Ərizəçi Konvensiyanın 11 və 6-cı maddələrinin pozuntusunu mübahisələndirmişdi.

AİHM-in bu iş üzrə qərardadı hökumətin iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannaməyə əsaslanır. Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2600 avro, hüquqi xərclər əvəzi 2500 avro ödəməlidir. Ərizəçiləri AİHM-də vəkillər Əsabəli Mustafayev və Ruslan Mustafazadə təmsil edib.

aihmaz.org 

16:01, 18 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə jurnalist Nərgiz Absalamovanın şikayətini təmin etməyib

by Gozetci 14:43, 18 Yanvar 2024
written by Gozetci

Nərgiz Absalamova

Yanvarın 18-də Bakının Xətai Rayon Məhkəməsi həbsdə olan jurnalist Nərgiz Absalamovanın ailə üzvlərilə görüşlərinə və telefon danışıqlarına dair şikayətini təmin etməyib.

Jurnalist özü məhkəməyə aparılmayıb. Müdafiə tərəfi Absalamovanın iştirakının təmin edilməsi üçün dinləmələrin təxirə salınması barədə vəsatət qaldırıb, lakin vəsatət təmin edilməyib.

Bu barədə vəkil Şəhla Hümbətova Turan-a bildirib.

İstintaq qadağanı onunla əsaslandırır ki, “bu cinayəti törətmiş başqa şəxslərin ifşa edilməsinə maneçilik yarana bilər”.

Vəkil bu iddiaları əsassız hesab edir. Hümbətovanın fikrincə, Absalamovanı qohumlarıyla ünsiyyətdən tamamilə məhrum etməyə ehtiyac yoxdur və görüşlər nəzarətçilərin müşahidəsi altında təşkil edilə bilər. Ancaq şikayət təmin edilməyib.

Müdafiə tərəfi bu qərardan apellyasiya şikayəti verəcək.

Turan 

14:43, 18 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Sevinc Vaqifqızının apellyasiya şikayəti təmin edilməyib

by Gozetci 11:28, 18 Yanvar 2024
written by Gozetci

Sevinc Vaqifqızı

Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində jurnalist Sevinc Vaqifqızının vəkili ilə telefon danışığına məhdudiyyət qoyulması barədə apellyasiya şikayətinə vəkillərdən xəbərsiz baxılıb.

Bu barədə Amerikanın Səsinə Aqil Layıc bildirib.

“Mən təsadüfən gördüm. Düzdür o prosesə məni buraxmadılar ki, orderim yoxdur. Amma mən istintaqa orderimi vermişəm. İş materiallarından görünən o idi ki, bu qadağanı istintaq deyil, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası özbaşınalıq edərək həyata keçirib. Yəni istintaq Sevinc Vaqifqızı ilə bağlı vəkillərlə danışıqda məhdudiyyət qoymayıb. Bununla bağlı hər hansı bir səlahiyyəti də yoxdur. Şikayət təmin olunmadı. Bu proses vəkillərdən xəbərsiz yan otaqda gedirdi”, vəkil qeyd edib.

Vəkil Elçin Sadıqov isə Amerikanın Səsinə açıqlamasında bildirib ki, bu gün keçirilən məhkəmə iclasında müdafiə hüquqları pozulduğu üçün iştirak etməyiblər:

“Ötən məhkəmə iclasında bizim müdafiə hüququmuz təmin olunmayıb. Sevinc Vaqifqızı şüşə qəfəsdə saxlanılır. Mən onunla məsləhətləşə bilmirəm. Bu səbəbdən də biz bugünkü məhkəmə iclasında iştirak etmədik. Hakim heyəti dövlət hesabına vəkil təyin edib. Onun iştirakı ilə məhkəmə iclası davam etdirilib və şikayət təmin edilməyib.”

Bu barədə Penitensiar Xidmətdən hələ şərh almaq mümkün olmayıb.

Xatırlatma

Jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı və Hafiz Babalı, Məhəmməd Kekalov, Nərgiz Absalamova 2023-cü ilin noyabr-dekabr aylarında, Elnarə Qasımova isə yanvarın 13-də Abzas Media İnternet nəşrinin işi üzrə xarici valyuta qaçaqmalçılığı ittihamı ilə həbs ediliblər. Onlar ittihamları təkzib edir və təqib olunmalarını Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarının korrupsiya faktları barədə jurnalist araşdırmaları ilə əlaqələndirirlər.

Azərbaycanda son günlərdə 10 jurnalist həbs edilib. Onların demək olar ki, hamısı qaçaqmalçılıqda ittiham olunur. Jurnalsitlər ittihamı qəbul etmir və fəaliyyətlərinin məhdudlasdırılmasına yönəldiyini bildirir.

Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri, habelə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri isə indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyi, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Amerikanın Səsi

11:28, 18 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya məhkəməsi Tofiq Yaqublunun şikayətini təmin etməyib

by Gozetci 10:46, 18 Yanvar 2024
written by Gozetci

Tofiq Yaqublu

Yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın üzvi Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin verdiyi apellyasiya şikayətinə baxılıb.

Turanın verdiyi məlumata görə, məhkəmə yanvarın 9-da Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb və apellyasiya şikayətini təmin etməyib.

Vəkil bildirib ki, məhkəmə prosesi gərgin keçib.

“Tofiq Yaqublu ona qarşı irəli sürülmüş saxta ittihamlara etirazını kəskin şəkildə bildirdi. Tofiq bəyi məhkəmə prosesindən çıxartdılar. Onun iştirakı olmadan proses davam etdi. Bizim verdiyimiz şikayət təmin olunmadı”, vəkil Aqil Layıc bildirib.

Aqil Layıcın sözlərinə görə, məhkəmə şikayətin təmin etməməsi ilə bağlı heç bir əsaslandırma verməyib.

“Bu tip işlərdə əsaslandırma olmur. Tam uydurma, şablon ifadələr, copy paste edib atırlar. Nəyinki bu Tofiq Yaqubluya qarşı olan işdə,ümum iyyətlə normal işlərdə belə məhkəmə nəzarəti funksiyası belə demək olar ki yoxdur. Birbaşa cinayət prosessual məcəllədən silib atmaq lazımdır”, Layıc qeyd edib.

Bu deyilənlərlə bağlı məhkəmədən şərh almaq mümkün olmayıb. Amma Azərbaycan hakimiyyəti dəfələrlə , ölkədə məhkəmənin müstəqil və ədalətli olduğunu qeyd edib.

Turan 

10:46, 18 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

SMDT 2023-ci ildə siyasi motivli həbslərə dair illik Fakt-Xülasə paylaşıb

by Gozetci 20:09, 17 Yanvar 2024
written by Gozetci

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda siyasi hüquqların pozulması hallarına dair alternativ və açıq mənbələrdən toplanmış, habelə hüquq müdafiə təşkilatları və ictimai-siyasi təşkilatların yaydığı məlumatlar əsasında fakt-xülasə hazırlayıb.

SMDT təəssüflə bildirir ki, Azərbaycanda mülki və siyasi hüquqlarının müdafiəsi sahəsində illərdir davam edən siyasi böhran 2023-cü ildə daha da dərinləşib.

2023-cü il ərzində siyasi motivlərlə təqiblərə məruz qalan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması halları artıb. Cinayət məsuliyyətinə cəlb olunan şəxslərin əksər hissəsi ənənəvi olaraq, Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunub.

İl ərzində, həmçinin siyasi motivli inzibati həbs hallarının sayı artıb. İnzibati qaydada həbslərlə bağlı geniş tətbiq olunan ittiham İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi, 535-ci (polisin qanuni əmrinə tabe olmama) və 388-1.1-ci (İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi) maddələri olub.

SMDT siyasi təqiblərə və həbslərə məruz qalan şəxslərin əsasən ictimai fəallar, sosial media istifadəçiləri, jurnalistlər, siyasi partiya və hərəkatların təmsilçiləri, o cümlədən dini icma fəalları olduğunu təsnif edib.

Hesabatla ətraflı buradan tanış ola bilərsiniz.

20:09, 17 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Dini fəal barəsində 4 ay müddətinə qətimkan tədbiri seçilib

by Gozetci 17:12, 17 Yanvar 2024
written by Gozetci

Mirsultan Bağırov

“Müsəlman Birliyi” Hərəkatının (MBH) Salyanda saxlanılan üzvü Mirsultan Bağırova qarşı narkotik ittihamı irəli sürülüb. Bu barədə Turan-a MBH-dən bildiriblər.

Bağırov barəsində CM-in 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik vasitənin qanunsuz yolla əldə olunması və ya saxlanması) 4 ay müddətinə qətimkan tədbiri seçilib. O, 5 ildən 12 ilədək həbs oluna bilər. Bağırov ittihamı təkzib edir.

MBH-dən hesab edirlər ki, o, bu təşkilatın fəaliyyətində iştirakına görə təqib olunur. Bağırov həmçinin daha əvvəl həbs olunmuş dini fəalların ailələrinə yardım göstərirdi.

O, 2021-ci ilin payızında “İran casusları” kimi qələmə verilən dindarların və dini fəalların kütləvi təqibi dalğası başladığı andan etibarən MBH-nin həbs olunan 49-cu üzvüdür. Onlara qarşı rəsmi olaraq narkotik ittihamları irəli sürülür.

Həbslər Azərbaycan-İran münasibətlərinin pisləşməsi fonunda həyata keçirilirdi, lakin münasibətlərdə müəyyən yumşalma olduqdan sonra da həbslər davam edir, deyə MBH-dən qeyd ediblər.

MBH-nin lideri Taleh Bağırzadə də daxil olmaqla, ümumilikdə hərəkatın 59 üzvü həbsdədir.

Turan 

17:12, 17 Yanvar 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia