Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Azərbaycanda seçki günü internetdə problemlərin yarandığı bildirilir

by Gozetci 15:12, 07 Fevral 2024
written by Gozetci

MSK təkzib edir, hüquqşünas qəsdli müdaxiləni ifadə azadlığına zidd sayır

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar ölkə ərazisində, xüsusilə də bəzi seçki məntəqələrində internetin verilməsində məhdudiyyətlərin olduğu bildirilir.

Hazırda seçki məntəqələrində olan jurnalistlər problemlə üzləşdiklərini deyirlər.

Meydan TV-nin Bakının 310 və 80 nömrəli məktəblərindəki seçki məntəqələrində olan əməkdaşları da eyni problemlə üzləşdiklərini bildiriblər.

Onların sözlərinə görə, nəinki seçki məntəqələrində və xeyli kənarda da video çəkilişləri, hətta “WhatsApp” üzərindən səs yazılarını göndərmək mümkün olmur.

Meydan TV-nin Füzulidəki əməkdaşı deyir ki, fevralın 6-dan rayonda internetin verilməsində məhdudiyyətlər yaranıb.

“İstifadə etdiyim hər iki mobil operator “Nar” və “Bakcell”in interneti işləmədi. Hətta “Bakcell” rouminqə keçdi. Təxminən bir saat sonra internet bərpa olunsa da, verilişi çox zəif idi”, – əməkdaş deyir.

Foto: Wikipedia

Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Meydan TV-yə bildirib ki, internetin xidmətinə müdaxilə edilməsi ilə əlaqədar şikayət almayıb.

“Mən 310 və 80 nömrəli məktəblərlə əlaqə saxladım. Bildirdilər ki, internetin verilməsində heç bir problem yoxdur. Ümumiyyətlə, belə bir problemin olması mümkün deyil”, – MSK sözçüsü deyib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən və mobil operatorlardan məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Hüquqşünas Ələsgər Məmmədli Meydan TV-yə deyir ki, informasiya mübadiləsi fonunda internetin verilməsinə qəsdli müdaxilə ifadə azadlığına ziddir:

“Sübutlar varsa, bu hal qəsdən informasiya əldə etmə və informasiyanı paylaşmaq hüququnu məhdudlaşdırmaq kimi qəbul olunmalıdır və bu yolverilməzdir. Belə bir hal varsa, jurnalistlər tərəfindən bununla bağlı sonradan məhkəmə mübahisəsi də açmaq olar”.

Ələsgər Məmmədli. Foto: Gülzar Məmmədli

Azərbaycanda internet əvvəllər də məhdudlaşdırılıb.

2022-ci il sentyabrın 14-də Azərbaycan-Ermənistan sərhədində hərbi hücum zamanı “TikTok”a giriş məhdudlaşdırılmışdı.

Eyni zamanda 2023-cü il sentyabrın 19-da Dağlıq Qarabağ bölgəsində başlanan hərbi əməliyyat zamanı Füzulidə internet bir aydan çox müddətə bloklanmışdı.

Həmçinin hökumət mitinqlər zamanı aksiyaların keçirildiyi ərazilərdə də interneti bloklayır.

Ötən gün, fevralın 6-da 105 ölkədə olan 300-dən çox təşkilat İlham Əliyevə müraciət edərək, seçki zamanı və seçkilərdən sonra Azərbaycan xalqının internetə təhlükəsiz çıxışını təmin etməsini istəyib.

Həmin təşkilatları birləşdirən qlobal şəbəkə #KeepItOn koalisiyasının üzvləri İlham Əliyevlə yanaşı, Baş nazir Əli Əsədov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev və Aztelekom, “Azercell Telecom”, “Nar”, “Bakcell” rəhbərlərinə də müraciət edib.

Müraciətdə internetin bağlanmasının milli və beynəlxalq qanunlara zidd olduğu önə çəkilir.

Belə addımın Azərbaycan Respublikasının Konstitusiyası (maddə 47, 49, 50), Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (UDHR) və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Pakt da daxil olmaqla, milli, regional və beynəlxalq çərçivələrlə təmin edilən əsas insan hüquqlarını pozduğu deyilir.

Meydan TV 

15:12, 07 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Prezident seçkilərilərini işıqlandırmaq istəyən jurnalistlərə çətinlik yaradıldığı bildirilir

by Gozetci 14:37, 07 Fevral 2024
written by Gozetci

Jurnalistlərə Media Reyestrində qeydiyyatlarının olmadığını əsas gətirərək çəkilişə imkan verilmədiyi deyilir

Azərbaycanda fevralın 7-də bəzi seçki məntəqələrində prezident seçkilərilərini işıqlandırmaq istəyən jurnalistlərin fəaliyyətinə çətinlik yaradıldığı bildirilir.

Turan agentliyinin məlumatına görə, 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsinin 19-cu seçki məntəqəsində jurnalistlərin Media Reyestrində qeydiyyatlarının olmadığını əsas gətirərək çəkilişə imkan verilməyib.

Eyni zamanda 29 saylı Sabunçu 4-cü seçki dairəsinin 19 saylı seçki məntəqəsində jurnalistlərin fəaliyyətinə maneəçilik yaradıldığı bildirilir.

Məsələ ilə bağlı Mərkəzi Seçki Komissiyasından Turana bildirilib ki, jurnalistlərə seçki gedişatını izləmək üçün Media Reyestrində qeydiyyat tələb edilmir: “Mərkəzi Seçki Komissiyası dəfələrlə bəyan edib ki, media seçkilərdə azad və sərbəst fəaliyyət göstərir. Jurnalistlər öz press vəsiqəsini təqdim edərək sərbəst şəkildə fəaliyyət göstərə bilərlər. Bəzən jurnalistlər vəsiqəni təqdim etmirlər deyə onların kim olduğunu bilmirlər deyə anlaşılmazlıq yaranır”.

MSK qeyd olunan halların araşdırılacağını bildirib.

Bundan əlavə Medianın İnkişafı Agentliyinin məlumatında qeyd edilib ki, jurnalistlərin seçki məntəqələrində informasiya əldə etmək hüquqları heç bir halda məhdudlaşdırılmır.

“Bu kimi əsassız iddialara cavab olaraq bir daha bildiririk ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır”, məlumatda qeyd edilib.

Həmçinin fevralın 7-də keçirilən Prezident seçkiləri ilə bağlı Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərir.

Mətbuat Şurasının sədri Rəşaf Məcid Amerikanın Səsinə bildirib ki, şuraya yalnız bir nəfər jurnalist müraciət edib.

“Amma mən özüm 35 saylı 3-cü Xətai seçki dairəsinin 6 saylı məntəqəsində müşahidə apardım. Jurnalistlərdən prosesi soruşdum. Jurnalistlərə qarşı heç bir problemlə qarşılaşmadım. İndi ola bilər ki, ayrı-ayrı hallarda jurnalistdən soruşurlar ki, hansı medianı təmsil edir, vəsiqə tələb edirlər. Media reyestrinin olmasını da soruşa bilərlər. Hesab edirəm ki, bunlar çox cüzi elementlərdir. Jurnalistlər üçün bütün şərait yaradılıb. Mən də, Mətbaut Şurasınıən İdarə Heyətinin digər üzvləri də müxtəlif məntəqələrdə oluruq. Mənə elə gəlir ki, bu sadəcə olaraq bəzilərinin cığallığıdır. Jurnalistlər üçün çox yaxşı şərait yaradılıb”, o deyib.

Amerikanın Səsi 

14:37, 07 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Amnesty İnternational”: Azərbaycanda Prezident seçkiləri ərəfəsində repressiyalar daha da güclənib

by Gozetci 14:11, 07 Fevral 2024
written by Gozetci

Azərbaycan hakimiyyətinə çağırış edildi

Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkiləri ərəfəsində insan hüquqları təşkilatı olan “Amnesty İnternational” hakimiyyətin ifadə azadlığı hüququna qarşı son basqılarına, o cümlədən hazırkı dövlət başçısı İlham Əliyevin tənqidi səsləri hədəf almasına diqqət çəkib.

Təşkilat bildirir ki, seçkilər ərəfəsində Azərbaycan hakimiyyəti tərəfindən artan repressiya təkcə, fərdi hüquqlara hücum deyil, həm də vətəndaş cəmiyyətinə və qanunun aliliyinə basqıdır.

“Hakimiyyət torlarını geniş açır və siyasi motivli məhkəmələrdən sonra artıq ədalətsiz şəkildə həbs edilmiş şəxslərin ailələrini təqib etmək, qorxutmaq və hədələmək də daxil olmaqla, qisasçı repressiya aktlarından çəkinmir. Dövlət tənqidçilərinin yaxınlarını hədəfə alaraq və onların aktivlərini dondurmaqla, hakimiyyət faktiki olaraq onların təqibini kollektiv cəzaya çatdırır. Buna son qoyulmalıdır”, – “Amnesty International”ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalia Nozadze bildirib.

“Amnesty International” bildirir ki, 2023-cü ilin noyabrından Azərbaycan hakimiyyəti dinc müxalifətə qarşı repressiyaları gücləndirib. Nəticədə jurnalistlər, siyasi rəqiblər və bir hüquq müdafiəçisi də daxil olmaqla 13-dən çox şəxs həbs edilib. Bu şəxslərdən ən azı 11-i saxta ittihamlarla özbaşına həbsdə qalır. Jurnalistlər də daxil olmaqla, bir çox fərqli səslər təqib olunacağından qorxaraq ölkədən qaçıb.

“Ən pisi də dövlət tənqidçilərinin həbsindən sonra hökumətin onların ailələrini və yaxınlarını hədəfə almasıdır. Hökumətin korrupsiya iddialarını araşdıran müstəqil media orqanı olan “AbzasMedia” işində təkcə, bir neçə işçi həbs edilməyib, onların ailələri də sistematik şəkildə hədəfə alınıb. Hakimiyyət tənqidçilərin və fəalların ailə üzvlərinin bank hesablarını dondurmaqla ədalət sistemindən sui-istifadə edir. Bu taktika bir çox insanı, o cümlədən yaşlıları və sağlamlıq vəziyyəti ağır olanları ağır maliyyə vəziyyətində qoyub”.

“AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova bildirib ki, pensiyası və müavinətini aldığı hesabına həbs qoyulduğu üçün lazım olan dərmanlarını ala bilmir.

Sevinc Vaqifqızı və Ülvi Həsənli. Foto: Meydan TV

Həbsdə olan “AbzasMedia”nın direktoru Ülvi Həsənli və “Kanal13” internet xəbər kanalının rəhbəri Əziz Orucovun ailə üzvlərinin, qohumlarının da hesablarına həbs qoyulub.

“Bu, jurnalist fəaliyyətinə görə açıq-aşkar qisas almaqdır. Müdafiəçilər bildirirlər ki, bu hücumların, hədə-qorxuların və ailə üzvlərinə təzyiqlərin heç bir hüquqi əsası yoxdur. Hüquqşünasların sözlərinə görə, ailə üzvləri məhkəmə prosesində şübhəli şəxs olmadığından onların hesablarının dondurulması üçün heç bir hüquqi əsas yoxdur. Aktivlərin dondurulması taktikası soyuq mesaj göndərmək və təkcə hökuməti tənqid edənləri deyil, həm də onların ailələrini və tərəfdaşlarını susdurmaq məqsədi daşıyan kollektiv cəzanın bir formasıdır”.

Əziz Orucov, foto: Meydan Tv

Təşkilar sonda bildirir ki, bu repressiya və təqib nümunəsi Azərbaycanın insan hüquqları üzrə beynəlxalq öhdəliklərini birbaşa pozur.

ATƏT-in ilkin hesabatında media azadlığını məhdudlaşdırmaq və jurnalistlərin işinə xələl gətirmək üçün istifadə edilən tədbirlər, o cümlədən müstəqil jurnalistlərin həbslərinin sayının artması ilə bağlı narahatlıq ifadə olunub.

Qubad İbadoğlu. Foto: Meydan TV

“Yerli QHT-lərin və hüquq müdafiəçilərinin məlumatına görə, siyasi motivli təqiblər nəticəsində 200-dən çox şəxs həbsdə və ya həbsxanada qalır. 2023-cü ilin iyulunda tanınmış iqtisadçı və siyasi fəal Qubad İbadoğlu saxta pul hazırlamaqda ittiham edilərək həbs edilib”.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2023-cü ilin yanvarında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina qərarının əsas səbəbi siyasi motivli təqiblər və insan haqları sahəsində vəziyyətin pisləşməsi olub. Buna cavab olaraq Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırmaq qərarına gəlib və bu ölkənin beynəlxalq insan haqları öhdəliklərinə məhəl qoymadığını vurğulayıb.

“COP29”

Bu gərginliyə baxmayaraq, Azərbaycan bu il COP29-a ev sahibliyi etmək üçün seçilib.

“Amnesty International” Azərbaycan hakimiyyətini müstəqil jurnalistlərə, fəallara, siyasi opponentlərə, hüquq müdafiəçilərinə və onların ailələrinə qarşı təqibləri dərhal dayandırmağa çağırır. Təşkilat sırf insan hüquqlarını dinc şəkildə həyata keçirdiklərinə görə saxlanılan və ya həbs edilənlərin dərhal azad edilməsinə, insan hüquqlarının bərpasına və təzyiq vasitəsi kimi istifadə edilən cavab taktikasına son qoyulmasına çağırır.

“İnsan hüquqlarının pozulmasına məruz qalanların hamısının ədalət mühakiməsinə və tam, adekvat təzminat da daxil olmaqla effektiv müdafiə vasitələrinə çıxışı təmin edilməlidir. Bu pozuntulara görə məsuliyyət daşımaqda şübhəli bilinən bütün şəxslər ədalətli mühakimə üsulu ilə məsuliyyətə cəlb edilməlidir. Hakimiyyət ölkədə hər kəsin hüquqlarına hörmət etməli, onları qorumalı, təbliğ etməli və yerinə yetirməlidir”.

Meydan TV 

14:11, 07 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Müşahidəçilər onların seçki məntəqələrindən çıxarılmasından şikayətlənirlər

by Gozetci 13:59, 07 Fevral 2024
written by Gozetci

Bəzi müşahidəçilər onların seçki məntəqələrindən çıxarıldığını bildiriblər.

Belə ki, müşahidəçi Cavid Nəbiyev bildirib ki, onu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13-cü məntəqəsindən çıxarıblar.

Nəbiyevin sözlərinə görə, o, sadəcə, seçki prosesini müşahidə edib və heç bir pozuntu törətməyib. Lakin məntəqə seçki komissiyasında ona qarşı protokol tərtib edilib və o, məntəqədən çıxarılıb.

Analoji hadisə eyni dairənin 1-ci məntəqəsində də qeydə alınıb.

Orada müşahidəçini polisin vasitəsilə məntəqədən çıxarıblar.

23 saylı dairə seçki komissiyasında Turan-a bildiriblər ki, müşahidəçilər “seçki prosesinə maneələr yaratdıqlarına” görə çıxarılıblar.

Həmçinin bildirilir ki, 23 saylı dairənin 2-ci məntəqəsində bəzi seçicilərə əvvəlcədən küncləri kəsilmiş bülletenlər verilib.

Dairə komissiyasında bu məlumatı da təkzib ediblər.

Turan 

13:59, 07 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.

by Gozetci 16:38, 06 Fevral 2024
written by Gozetci

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb

Azərbaycan Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılıb və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.

Bundan əlavə Azərbaycanda prezident seçkilərini izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib.

Bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, onlardan 5405-i MSK, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.

Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu barədə dekabrın 7-də Prezident İlham Əliyev sərəncam imzalayıb.

Növbədənkənar prezident seçkiləri Azərbaycanın Qarabağda nəzarəti bərqərar etməsindən sonraya təsadüf edir.

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatı Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.

ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.

“Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb”, 2020-ci ilin fevralında növbədənkənar parlament seçkilərini beynəlxalq missiya belə qiymətləndirmişdi.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.

Hesabatda qeyd edilir ki, seçkilərə qatılan altı namizəd keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib

Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.

Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.

16:38, 06 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

AXCP üzvünə fiziki təzyiq göstərildiyi deyilir

by Gozetci 12:46, 06 Fevral 2024
written by Gozetci

Elnur Hasan

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Həsənovun fiziki təzyiqə məruz qaldığı bildirilir.

Bu barədə partiyadan məlumat veriblər.

AXCP-dən qeyd olunub ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Elnur Həsənov yanvarın 25-də Xətai rayon Polis İdarəsinə gətirilib:

“Orada heç bir səbəb olmadan dörd polis əməkdaşının onu döydüyü bildirilir. Səhərisi gün isə Elnur bəy yenidən təcridxanaya aparılıb”.

Elnur Həsənovun vəkili Nemət Kərimli “Turan”a deyib ki, həmin şikayətlə bağlı prokurorluğa müraciət ediləcək.

İddialara Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Elnur Həsənov ötən il noyabrın 28-də Cinayət Məcəlləsinin 234.4.3-cü (küllü miqdarda qanunsuz olaraq narkotik vasitələri,… hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə həbs olunub. O, ittihamı qəbul etmir və həbsini yol polisindəki nöqsanlar barədə kəskin çıxışları ilə əlaqələndirir.

Elnur Həsənov bundan əvvəl də inzibati qaydada həbs edilib. O, xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılaraq 30 sutka inzibati həbs almışdı. AXCP üzvü onda da ittihamı qurama sayırdı.

Müxalifətdə olan AXCP-nin hazırda beşə qədər üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla həbs edilsə də, AXCP-dən onların siyasi sifarişlə şərləndiklərini açıqlayıblar. Hərçənd ölkə rəsmiləri siyasi həbslərlə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

12:46, 06 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə dini bloger Rəşad Ramazanovu 5 il 4 ay müddətinə azadlıqdan məhrum edib

by Gozetci 18:02, 05 Fevral 2024
written by Gozetci

Rəşad Ramazanov

Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində dini bloger Rəşad Ramazanovun məhkəmə prosesi başa çatıb. O, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunur.

Məhkəmə onu 5 il 4 ay azadlıqdan məhrum edib, onun xanımı Könül Ramazanova bildirib.

Onun sözlərinə görə, məhkəmə prosesi tələsik başa çatıb, çünki dindirilməyən bir şahid qalmışdı. Bu gün dövlət ittihamçısı çıxış edib və Rəşadın 10 il azadlıqdan məhrum olunmasını istəyib”, – o deyib. Bundan əlavə, müttəhimə son sözlə çıxış etməyə imkan verməyiblər.

“Hakim Azər Tağıyev, sadəcə, soruşdu: bəraət istəyirsən? Rəşad “bəli” cavabını verdi”, – Ramazanova sözlərinə davam edib.

“Mənim həyat yoldaşım günahsızdır. Hətta məhkəməyə gələn şahidlər də ona qarşı ifadə vermədilər”, – o deyib.

Öz növbəsində vəkil Elçin Sadıqov bildirib ki, Ramazanov məhkəmədə deyib ki, saxlanıldıqdan sonra işgəncələrə məruz qalıb. Hətta ekspertiza etiraf edib ki, onun bədənindəki zorakılıq izləri saxlanma vaxtı ilə üst-üstə düşür.

“Ramazanovun günahı sübut olunmayıb. Məhkəmə ona bəraət verməliydi, ancaq ittiham hökmü çıxardı”, – Sadıqov deyib.

Bu səbəbdən prokurorun çıxışından sonra Ramazanov etiraz olaraq batareya udub. Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək.

*Rəşad Ramazanov 20 may 2022-ci ildə saxlanılıb, ertəsi gün Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) 4 ay müddətinə həbs edilib. O, ittihamları rədd edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Rəşad Ramazanov 2013-cü ilin mayında da həbs edilmişdi və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə əfv edildi.

Yerli hüquq-müdafiə təşkilatları Rəşad Ramazanovu siyasi məhbus kimi tanıyaraq bildiriblər ki, həbsin əsl səbəbi hakimiyyətin din sahəsində siyasətinin sosial şəbəkələrdə tənqid edilməsidir.

18:02, 05 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

AXCP həbdə olan fəalının cərimə təcridxanasına salındığını bildirir

by Gozetci 18:19, 04 Fevral 2024
written by Gozetci

Şahin Hacıyev

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan fəalı Şahin Hacıyevin cərimə təcridxanasına salındığını bildirib.

“Fevralın 3-fə 6 saylı həbsxananın rəhbərliyi 56 yaşlı Şahin müəllimi karsa saıb. Səbəb kimi Şahin müəllim öz kurtkasının arxa hissəsinə “mən günahsızam” yazması olub. Kurtkasını soyundurub müsadirə edəndən sonra, Şahin müəllim jiletinin arxasına “Seçki şou” yazıb və ondan sonra jiletini də əlindən alıb karsa atıblar”, AXCP-nin fevralın 4-də yaydığı məlumatda deyilir.

Öz növbəsində Penitensiar Xidmət Amerikanın Səsinin AXCP-nin məlumatı ilə bağlı sorğusuna hələ cavab verməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyev 2022-ci il martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökm ilə 6 il azadlıqdan məhrum edilib.

Məhkəmə Hacıyevi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) təqsirli bilib.

Şahin Hacıyev məhkəmənin hökmü ilə razılaşmayıb və tam günahsız olduğunu bildirib.

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, ittiham məhkəmə istintaqı zamanı sübut olunmayıb.

“AXCP Gəncə şəhər təşkilatının fəalı Şahin Hacıyevin narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham edilməsi, “narkobaron” çıxarılması qondarma motivlərə söykənir. Şahin bəy sosial şəbəkələrdə hökumətin ünvanına sərt tənqidi qeydlər paylaşırdı”, o qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında da əmindirlər ki, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları ilə bağlıdır.

Öz növbəsində, hüquq mühafizə orqanları sifarişli həbslə bağlı deyilənləri qəbul etmir. Hüquq mühafizə orqanlarının rəsmiləri insanların özünü müdafiə məqsədi ilə belə bəyanatlarla çıxış etdiyini bildirir.

Şahin Hacıyev dəfələrlə şahmat üzrə Azərbaycan və Türkiyə çempionu olub.

Amerikanın Səsi 

18:19, 04 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevə ittiham aktı elan olunub

by Gozetci 17:58, 02 Fevral 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

Fevralın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə proses davam edib.

Bugünkü iclasda ittiham aktı oxunub. Prokuror bildirib ki, Bəxtiyar Hacıyev Azərbaycan CM-in 221 (xuliqanlıq), 289 (məhkəmyə qarşı hörmətsizlik), 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə olunmuş gəlirlərin leqallaşdırılması), 206 (qaçaqmalçılıq), 213.1 (vergi ödənişindən yayınma), 320.1-ci (sənədlərin saxtalaşdırılması) maddələri ilə məsuliyyət nəzərdə tutulan əməlləri törətməkdə ittiham olunur.

Bütün ittihamlar üzrə onu uzunmüddətli həbs cəzası gözləyir. İttiham hökmü oxunduqdan sonra hakim Bəxtiyar Hacıyevdən ittihamı başa düşüb-düşmədiyini soruşub. Cavab olaraq o, hüquqi cəhətdən başa düşdüyünü, faktiki olaraq isə başa düşmədiyini deyib. İnsan haqları fəalı prokurordan hansı tarixlərdə “qaçaqmalçılıq” törətdiyini və ittihamın onun tərcümələrlə məşğul olan qurumuna aid olub-olmadığını soruşub. Hakim Hacıyevə prokurora sual vermək hüququna malik olmadığını bildirib, lakin məhkəmə istintaqı zamanı bu məsələıərə aydınlıq gətiriləcəyini qeyd edib. Hacıyev ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Zərərçəkmiş Ülviyyə Alovlu məhkəməyə gəlmədiyinə görə proses fevralın 16-na qədər təxirə salınıb.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. 2022-ci il dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin 2023-ci ilin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

2023-ci ilin iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-cü (yalançı sahibkarlıq), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb. Beləliklə, hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 8 maddəsi üzrə günahlandırılır.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, yeni ittihamlar da Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır. ABŞ Dövlət Departamenti, ABŞ Helsinki Komissiyası, Avropa İttifaqı, Avropa Şurası və bir sıra beynəlxalq QHT nümayəndələri dəfələrlə Bəxtiyar Hacıyevin həbsdən azad olunmasını tələb edib.

Amerikanın Səsi 

17:58, 02 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

SMDT 7 Fevral 2024-cü il Növbədənkənar Prezident seçkisinin seçkiqabağı təşviqat mərhələsi üzrə müşahidələrə dair Aralıq Hesabatını açıqlayıb

by Gozetci 16:17, 02 Fevral 2024
written by Gozetci

7 Fevral 2024-cü ilə təyin edilən növbədənkənar prezident seçkisinin ilkin mərhələsi – namizədlərin irəli sürülməsi və qeydiyyatı, o cümlədən seçkiqabağı təşviqat üzrə SMDT-nin apardığı müşahidələr rəsmi xəbərələrə və sənədlərə, açıq mənbələr və qeydiyyatdan keçmiş müşahidəçilərdən toplanan məlumatlara əsaslanır.

SMDT hesab edir ki, prezident seçkisinin vaxtından 14 ay öncəyə – 7 fevral 2024-cü ilə təyin edilməsi seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən siyasi partiyalar və prezidentliyə namizədlik iddiasında olan şəxslərin iştirakını, vətəndaş cəmiyyəti qurumları və beynəlxalq seçki müşahidə təşkilatlarının bu prosesə fəal şəkildə cəlb olunmasını çətinləşdirib.

SMDT qeyd edir ki, 7 fevral növbədənkənar prezident seçkisi sonuncu parlament seçkisindən 3 il sonraya təsadüf etsə də, ötən müddətdə seçki  qanunvericiliyi və seçki təcrübəsinin təkmilləşdirilməsi barədə yerli və beynəlxalq müşahidəçilər, o cümlədən ATƏT-in Demokratik təsisatlar və İnsan Hüquqları Bürosunun əvvəlki tövsiyyələrini öyrənmək və icra etmək üçün Azərbaycan hakimiyyəti siyasi iradə nümayiş etdirməyib.

SMDT təəssüflə bildirir ki, 7 fevral 2024-cü il növbədənkənar seçkisi ərəfəsində ölkədə siyasi azadlıqların müdafiəsi yönündə böhran dərinləşib, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək azadlıqlarına məhdudiyyətlər aradan qalxmayıb, siyasi motivli həbslərin sayı daha da artıb. Bununla yanaşı seçki öncəsi siyasi partiyaların sayı iki dəfə azalıb, müstəqil vətəndaş cəmiyyəti qurumları və müstəqil medianın fəaliyyətinə qadağalar, habelə jurnalistlər və ictimai fəallara qarşı təqiblər çoxalıb. Nəticədə vətəndaş cəmiyyəti qurumları və siyasi partiyaların 7 fevral növbədənkənar prezident seçkisində fəal iştirakı üçün əlverişli demokratik mühit olmayıb.

Bu hesabat Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) 7 Fevral 2024-cü il növbədənkənar prezident seçkisi üzrə uzunmüddətli müşahidələrinin nəticələri əsasında hazırlanıb.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

16:17, 02 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia