Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Azərbaycanlı fəallar “COP29 – Ədalət Mühiti Təşəbbüsü”nü təsis ediblər

by Gozetci 15:33, 20 Fevral 2024
written by Gozetci

Azərbaycanın beş qeyri-hökumət təşkilatı ölkədə vətəndaş cəmiyyəti, insan hüquqları və ətraf mühit sahəsində problemlərə diqqət çəkmək üçün “COP29 – Ədalət Mühiti Təşəbbüsü”nü təsis etmək təklifi ilə çıxış ediblər.

Bu təşkilatların mətbuat üçün açıqlamasında belə deyilir:

“Bilindiyi kimi, BMT-nin qlobal İqlim Dəyişikliyi Konfransının (COP29 – Tərəflərin Konfransı) 29-cu sesiyası 2024-cü ilin noyabrında Azərbaycanında keçiriləcək. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq qeyd edək ki, təxminən iki həftə sürəcək konfransda on minlərlə xarici qonağın iştirakı gözlənilir. Eləcə də qonaqlar arasında Qərb ölkələri də olmaqla onlarla dünya lideri, yüksək ranqlı siyasətçilər, beynəlxalq təşkilatların rəhbərləri, media və QHT təmsilçilərinin olması mümkündür.

COP29 Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdikdən sonra ölkə ərazisində keçirilən ilk qlobal konfrans və ümilikdə müstəqillik dövründə ev sahibliyi ediləcək ən böyük beynəlxalq tədbir olacaq. Bu baxımdan COP29-un Azərbaycanda keçirlilməsi ətraf mühit məsələləri ilə yanaşı, siyasi və iqtisadi baxımından ölkə üçün böyük əhəmiyyət daşıyır.

Bununla belə, COP29 kimi möhtəşəm bir qlobal tədbirə ev sahibliyi edəcək Azərbaycanda vətəndaş hüquqları və ətraf mühitlə bağlı çoxsaylı problemlər var. Bu problemlər sırasına siyasi motivli həbslər, vətəndaş cəmiyyəti mühitinin daralması, məişət zorakılığı, korrupsiya, ətraf mühitin, xüsusilə də Abşeron yarımadasının neftlə çirklənməsi və su ehtiyatlarının  azalmasına qarşı hökumətin fəaliyyətinin səmərəsizliyi və koronovirus pandemiyası bitdikdən sonra heç bir əsas olmadan quru sərhədlərin vətəndaşlar üçün bağlı saxlanmasını aid etmək olar.

Bütün bunları nəzərə alaraq, Azərbaycanda fəaliyyət göstərən QHT-lər olaraq Azad İqtisadiyyata Yardım ictimai birliyi, EcoFront, Qadınların Gücləndirilməsi Mərkəzi, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi və Vətəndaş Hüquqları İnstitutu COP29 tədbirinə həm də ölkədəki vətəndaş azadlıqlarının, ictimai iştirakçılığın təmin olunması və ətraf mühitdə ədalətin bərqərar olunması imkanı kimi baxır, COP29 – Ədalət Mühiti Təşəbbüsünü təsis edir  və qeyd olunanan məsələlərin həlli üçün imkanlarını birləşdirərək analitik, vəkillik və əməkdaşlıq tədbirlərini həyata keçirməyi qərara alıb.

Siyasi motivlərlə həbs edilmiş jurnalistlər, ictimai və siyasi fəalların azad edilməsi; B. Vətəndaş Cəmiyyətinin sərbəst fəalliyyətinin və ictimai iştirakçılığın təmin edilməsi üçün QHT-lər və Qrant haqqında qanunlarda dəyişiklərin edilməsi; C. Korrupsiya ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsini, ölçülə bilən fəalliyətləri, həyata keçirilmə müddəti və büdcəsini nəzərdə Korrupsiyaya qarşı Mübarizə Fəaliyyət Planının Milli Məclis səviyyəsində vətəndaş cəmiyyətinin iştirakçılığı ilə qəbul edilməsi. Fəaliyyətlərin həyata keçirilməsini qiymətləndirmək üçün hesabatlıq sistemlərinin yaradılması; D. Qadınlara qarşı zorakılığı önləmək üçün İstanbul Konvensiyasını ratifikasiyası; E. Ölkənin quru sərhədlərindən vətəndaşların sərbəst gediş-gəlişinin təmin edilməsi; F. Paris İqlim Razılaşması üzrə 2030-cu il üçün daha ambisiyalı öhdəliklərin götürülməsi və yol xəritəsinin hazırlanması; G. 2030-cu ilə qədər neftlə çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində fəaliyyət planının hazırlanıb həyata keçirilməsi; H. 2030-cu ilə qədər su resurslarından ədalətli və səmərəli istifadə istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edilməsini hədəfləyən strategiyanın və fəaliyyət planının açıqlanması”.

Məlumatı aşağıdakı təşkilatların rəhbərləri imzalayıblar:

Azad İqtisadiyyata Yardım ictimai birliyi – Zöhrab İsmayıl, EcoFront – Cavid Qara, Qadınların Gücləndirilməsi Mərkəzi – Vəfa Rüstəm Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi – Anar Məmmədli Vətəndaş Hüquqları İnstitutu – Bəşir Süleymanlı.

Turan

15:33, 20 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdəki ictimai fəal: ‘Camaatı ana-bacısı ilə hədələyirlər…’

by Gozetci 10:01, 20 Fevral 2024
written by Gozetci

Zəka Mirağayev

Həbsdə olan ictimai fəal Zəka Mirağayev sosial mediada polislərin əməlləri haqqında yazdığına görə narkotiklə şərləndiyini deyir.

Onun sözlərinə görə, hazırda istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində narkotiklə şərlənmiş minlərlə insan var. O, bu barədə fevralın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən danışıb.

Zəka Mirağayev oktyabrın 11-dən həbsdədir. Onun cibindən külli miqdarda narkotik çıxdığı iddia olunur. İctimai fəala Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham verilib. Bu maddəylə suçlanan şəxs 5 ildən 12 ilədək həbs cəzası ala bilər.

“Həbsimdə rolu olan hər kəsə… hər ibadətimdə qarğış eləyirəm”

Zəka Mirağayev narkotik ittihamını yalan adlandıraraq, Facebook hesabında polislər haqqında yazdığı statusdan bir neçə gün sonra həbs olunduğunu vurğulayıb:

“Yazıblar ki, guya məni küçədə tutublar. Yalandır, məni gəlib evdən aparıblar. Nəcəf adlı polis cibimə narkotiki qoydu, sonra da kamera qarşısında çıxardılar. Mənim şərlənməyimdə, həbsimdə rolu olan hər kəsə səhərdən-axşama qədər, hər ibadətimdə qarğış eləyirəm. Zülm olunan insanın ahı yerdə qalmaz. Vilayət Eyvazovun polisləri insanlara zülm eləyir…”

Cinayət işinin materiallarında təqsirləndirilən şəxs kimi onun ilkin ifadəsi var. Orada özünü təqsirli bildiyi və əməlindən peşman olduğu bildirilir. Bu barədə suala cavabında deyib ki, onu aldadaraq, həmin ifadəyə imza atdırıblar, bu üzdən, həmin sənəd saxtadır:

“Camaatı ana-bacısıyla təhdid edirlər. Döyürlər, zorlamaqla hədələyirlər. Guya siz bilmirsiz ki, polislər adamlarla necə davranır? Necə istəyirlər, elə də davranırlar”.

O, Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanma şəraitindən də gileylənib. İctimai fəal deyir ki, 12 nəfərlik kamerada, bəzən, 20 nəfərdən çox adam saxlanılır. Nəticədə kameradakıların bir hissəsi gecə ya heç yatmır, ya da yerdə eləcə uzanır.

İctimai fəal təcridxana rəisi və müavininin orada saxlanılanları təhqir etdiyini də vurğulayıb.

Məhkəmədə o da aydınlaşıb ki, Zəka Mirağayev yanvarın 17-də özü istədiyi vəkilin iştirakıyla yenidən ifadə verib. Ancaq həmin ifadə cinayət işinin materiallarında yoxdur.

İctimai fəal həbsindən öncə ona polislər haqqında yazılarına görə cəzalandırılacağı barədə xəbərdarlıq edildiyini də söyləyib.

Onun məhkəməsi martın 4-də davam edəcək.

AzadlıqRadiosu

10:01, 20 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyev cinayət işinin materiallarında imzaların saxtalaşdırıldığını bildirib

by Gozetci 18:03, 16 Fevral 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

Fevralın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə prosesdə zərərçəkmişlər Ülviyyə Muradovanın (Alovlu) və Orxan Abdullayevin ifadələrinin dinlənilməsi planlaşdırılırdı. Lakin onlar prosesə gəlməyiblər və hakim dinləmələri növbəti iclasa təxirə salmağı təklif edib.

Bəxtiyar Hacıyev və vəkilləri məhkəmədən onların məcburi qaydada gətirilməsini təmin etməyi xahiş ediblər. Hakim onlar növbəti dəfə də gəlməsələr, bu tədbirin mümkün olacağını bildirib.

Hacıyev Yasamal Rayon Polis İdarəsinin müstəntiqi Pünhan Əbilovun və zərərçəkmiş Muradovanın xəsarət alması haqqında rəy vermiş həkim-ekspert Cahangir İsmayılovun cinayət işinin müxtəlif materiallarındakı imzalarının ciddi şəkildə fərqləndiyinə diqqət çəkib. O, məhkəmədən bu imzaları yoxlamağı xahiş edib. Lakin prokuror bu şəxslərin iştirakı olmadan bu məsələyə aydınlıq gətirmək çətin olduğu üçün vəsatətə baxılmamasını xahiş edib. Hakim gələcəkdə Əbilovun və İsmayılovun məsələyə aydınlıq gətirilməsi üçün məhkəməyə dəvət oluna biləcəyini bildirib.

Məhkəmə müdafiə tərəfin prosesin videoçəkilişinin aparılması haqqında vəsatətini təmin etməyib. Muradovanın nümayəndəsi iclasın müvəkkili ilə bağlı hissəsinin qapalı rejimdə keçirilməsini xahiş edib, lakin məhkəmə bu vəsatəti təmin etməyib.

Daha sonra Hacıyev ifadə verib. O deyib ki, onun barəsində istintaq “sifarişli”, “qərəzli” olub və “səriştəsiz” şəkildə aparılıb. Onun Muradova ilə münaqişəsi ilə əlaqədar 2022-ci ilin oktyabrında Muradova barəsində cinayət işinə xitam verilib. Hacıyevə bildiriblər ki, DİN rəhbərliyi qadınları cinayət məsuliyyətinə cəlb etməmək tapşırığı verib.

Bəxtiyar Hacıyev ölkədə insan hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməyə çağırış etdikdən sonra təhqiqat bərpa olunub.

O, polis bölməsinə çağırılırdı və bu çağırışları dayandırmasa, cəzalandırılacağı barədə xəbərdarlıq edilirdi. Məhz Azərbaycan polis zabitinə qarşı fərdi sanksiya tətbiq edildikdən sonrakı gün onu həbs ediblər.

Hacıyev həmçinin bildirib ki, ona qarşı “qaçaqmalçılıq” maddəsi ilə ittihama niyə xitam verilmədiyini başa düşmür. O, 2019-2022-ci illərdə Gürcüstanda olmadığını, Gürcüstanda bank hesabları və əmlakı haqqında sorğulara isə bu ölkədən mənfi cavab gəldiyini qeyd edib.

Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.

* Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə qarşı hörmətsizlik (CM-in 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Ona qarşı irəli sürülən bütün ittihamlar saxtadır. Bəxtiyar Hacıyev əmindir ki, həbsinin və ittihamların səbəbi hakimiyyəti tənqid etməsidir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan 

18:03, 16 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Nümayəndələr Palatasının 21 üzvü Qubad İbadoğlunun dərhal azad edilməsinə çağırıb

by Gozetci 16:26, 16 Fevral 2024
written by Gozetci

Qubad İbadoğlu

ABŞ Konqresinin Nümayəndələr Palatasının 21 üzvü Azərbaycanı ötən ilin yayında Bakıda həbs edilmiş iqtisadçı alim Qubad İbadoğlunu dərhal azad etməyə çağıran qətnaməni (H.RES. 1012) imzalayıb.

Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının saytında məlumat yayılıb.

Qətnaməni fevralın 14-də Respublikaçılar Partiyasının üzvü Devid Rouzer təqdim edib.

O, Azərbaycan hökumətinin İbadoğluna münasibətini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.

Qətnaməyə əsasən, İbadoğlu və həyat yoldaşı 2023-cü il iyulun 23-də saxlanılaraq polis tərəfindən fiziki təzyiqə məruz qalıb. Həbsindən sonra onun səhhəti xeyli pisləşməkdə davam edib və ona lazımi tibbi yardım göstərilmir.

“Doktor İbadoğlu dəfələrlə vəkillə görüşməkdən və ədalətli məhkəmə araşdırmasından məhrum edilib. Dövlət Departamenti və ABŞ-ın Bakıdakı səfirliyi, eləcə də ABŞ-ın akademik qurumları və beynəlxalq ictimaiyyət doktor İbadoğlunun səhhəti ilə bağlı dərin narahatlıqlarını ifadə edib və onun dərhal azadlığa buraxılmasını tələb edib. İbadoğlunun qanunsuz həbsi insan hüquqlarının və akademik azadlığın ciddi şəkildə pozulmasıdır”, qətnamədə bildirilir.

Müəlliflər Azərbaycanda qanunsuz həbs və azadlığın boğulması praktikasını pisləyir, doktor İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır.

Qətnamədə həmçinin Dövlət katibini Azərbaycan hökuməti ilə danışıqlarda doktor İbadoğlunun rifahı və azadlığa buraxılmasını prioritet hesab etməyə çağırır.

Bu deyilənlərə hələlik Azərbaycan hakimiyyəti açıqlama verməyib.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

16:26, 16 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Almaniyadan deportasiya edilmiş fəalın barəsində hökmü qüvvədə saxlayıb

by Gozetci 09:25, 16 Fevral 2024
written by Gozetci

Samir Aşurov

Fevralın 15-də Bakı Apellyasiya Məhkəməsində Almaniyadan deportasiya edildikdən sonra həbs olunan fəal Samir Aşurovun barəsində hökmə dair şikayətə baxılıb.

Ötən ilin dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2-ci (xuliqanlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silah və ya silah kimi istifadə edilən əşyanın tətbiqilə törədilmiş xuliqanlıq) maddələrilə təqsirli bilərək 6,5 il azadlıqdan məhrum edib.

Müdafiə tərəfi hökmdən şikayət edib və Aşurova bəraət verilməsini istəyib. Lakin Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayaraq şikayəti təmin etməyib.

Hazırda müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

Son sözündə Aşurov onun boynuna qoyulan cinayəti törətmədiyini bildirib.

Aşurova qarşı Cinayət Məcəlləsinin daha bir maddəsi – 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq törətmək) ilə ittiham 2022-cü ilin iyulun 21-də irəli sürülüb.

Hüquq müdafiəçiləri Samir Aşurovu siyasi məhbus kimi tanıyıblar.

2014-cü ildə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş imzalanıb. Saziş imzalanan gündən indiyə qədər 2013 nəfərin readmissiyası artıq baş tutub və daha 2147 nəfərin readmissiyası gözlənilir. Dövlət Miqrasiya Xidməti bildirir ki, 2021-ci ildə ölkəyə readmissiya olunan 420 şəxsdən 39 nəfəri Almaniyadan qaytarılıb.

2022-ci ilin oktyabr ayından Almaniyadan Azərbaycana readmissiya olunan beş fəal – Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samur Aşurov müxtəlif səbəblərlə həbs olunublar. Lakin Daxili İşlər Nazirliyi Almaniyadan readmissiya olunanların siyasi sifarişlə həbs olunduqları ilə bağlı iddiaları təkzib edir.

Amerikanın Səsi 

09:25, 16 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Qubad İbadoğlunun həbs müddətini üç ay uzadıb

by Gozetci 12:20, 15 Fevral 2024
written by Gozetci

Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun həbs müddəti daha üç ay uzadılıb.

Bu barədə Amerikanın Səsinə vəkil Fəxrəddin Mehdiyev bildirib.

Onun sözlərinə görə, qərarı fevralın 15-də Bakının Nərimanov Rayon Məhkəməsi verib.

Vəkilin sözlərinə görə, məhkəmə prosesinə Qubad İbadoğlu da gətirilib.

“Məhkəmədə Qubad bəy də çıxış etdi. Bildirdi ki, həbs qətimkan tədbirinin uzadılmasının heç bir maddi və hüquqi əsası mövcud deyil”, o bildirib.

Müdafiə tərəfi bu qərarı əsassız hesab edir və ondan şikayət vermək niyyətindədir.

Eyni zamanda Bakının Nərimanov Rayon Məhkəməsində iqtisadçı alimin həbs olunan zaman telefonlarının qaytarılması ilə bağlı məhkəmə prosesi keçirilib.

Vəkil Zibeydə Sadıqovanın Amerikanın Səsinə verdiyi məlumata görə, telefonlar yeddi aya qədərdir ki, istintaq orqanındadır və hələ də qaytarılmayıb.

“Biz o telefonlarının qaytarılması, bu qədər müddətə qanunsuz olaraq saxlanılması, mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etdik”, o deyib.

Vəkilin sözlərinə görə, məhkəmədə də istintaq orqanı bu telefonları maddi sübut kimi iş materiallarına əlavə edilib.

“Ona görə də məhkəmə bizim şikayətimizi təmin etmədi”, Sadıqova əlavə edib.

Bu deyilənlərlə bağlı cinayət işini aparan istintaq orqanından şərh almaq mümkün olmayıb.

Eyni zamanda Britaniya parlamentinin deputatı Devid Kemeronu Qubad İbadoğlunu həbs edənlərə qarşı sanksiya tətbiq etməyə çağırıb. Marqaret Hoc Qubad İbadoğlunun işi ilə əlaqədar Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri Devid Kemerona müraciət edib.

«Mən Devid Kemerona yazaraq xahiş etdim ki, London İqtisadiyyat Məktəbinin professoru və korrupsiyaya qarşı mübarizə kampaniyasının iştirakçısı Qubad İbadoğlunun tibbi yardım alması üçün mümkün olan hər şeyi etsin. Korrupsiyanı ifşa edənləri qorumaq üçün əlimizdən gələni etməliyik”, o, “X ” hesabında yazıb.

O, məktubda Kemerona təklif edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparan Qubad İbadoğlunu qanunsuz həbs edənlərə qarşı sanksiyalar tətbiq etsin.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

12:20, 15 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Həbsdə olan müxalifətçi saxlanma şəraitinin pisləşməsindən şikayət edir

by Gozetci 18:00, 14 Fevral 2024
written by Gozetci

Zamin Salayev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının həbsdə olan sədri Zamin Salayev həbsxanada təzyiqə məruz qaldığını bildirir.

Zamin Salayevin həyat yoldaşı Səidə Salayeva fevralın 13-də onunla telefon danışığından sonra deyib ki, Zamin Salayevin ayaqları şişib, ürəyindəki problemlər ciddiləşib.

“Bu xəstə vəziyyətində onun barakını dəyişiblər. İndi saxlandığı barakda məhkumların sayı daha çoxdur və məişət şəraiti daha pisdir. Zamin dedi ki, ona qarşı təzyiqlər dayanmasa, quru aclığa başlayacaq”, deyə Səidə Salayeva qeyd edib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsindən deyilənləri təkzib ediblər.

“Zamin Salayev öz yerində qalır. O, aclıq etmir. Dünən görüşü olub. Sovqat qəbul edib. Müəssisə rəhbərliyi tərəfindən ona qarşı heç bir təzyiq yoxdur”, deyə İctimaiyyətlə Əlaqələr şöbəsindən bildiriblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli partiya fəalına qarşı təzyiqləri pisləyən bəyanatla çıxış edib.

“Zamin Salayevdən əl çəkin! Hamı bilir ki, Zamin Salayevi şərləyib həbs etmisiniz. Həm də artıq neçənci dəfədir ki, Zamin Salayev şərlənib həbs olunub. Heç olmasa onu cəzaçəkmə müəssisəsində rahat buraxın. Əlizamin bəy dostlarına xəbər göndərib ki, ona təzyiq edilir, ona qarşı hansısa təxribat hazırlanır. Əlizamin bəy mesaj göndərib ki, ona qarşı təzyiq dayanmasa, yenidən və həm də quru aclığa başlamalı olacaq. Ürək xəstəsi olan Əlizamin bəyin çarəsizlikdən quru aclığa təhrik edilməsi elə onun həyatına dolayı qəsddir”, deyə partiyadan qeyd ediblər.

* Zamin Salayev 2023-cü il fevralın 7-də saxlanılıb.

Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) ilə təqsirli bilərək 4 il azadlıqdan məhrum edib.

Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib.

Çoxsaylı beynəlxalq təşkilatlar, ABŞ Dövlət Departamenti Azərbaycan hökumətini Zamin Salayevlə bağlı işə ədalətli baxılmasını təmin etməyə çağırıb.

Turan 

 

18:00, 14 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Qalib Toğrul: Qubad İbadoğlunun səhhətində hər hansı müsbət dəyişiklik yoxdur

by Gozetci 10:00, 14 Fevral 2024
written by Gozetci

Qalib Toğrul

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova fevralın 13-də onunla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşüb.

Bu barədə Amerikanın Səsinə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, Qubad İbadoğlunun səhhəti ilə bağlı hər hansı müsbət dəyişiklik yoxdur.

“Əksinə şəkərinin normallaşmaması bizi ailəsi olaraq qorxudur. Qorxuruq ki, şəkərin yüksək olması daxili orqanlarında fəsadlara yol aça bilər. Dünən Qubad bəy üçüncü sistemi qəbul edib. Şəkər onda sinir uclarının zədələnməsinə səbəb olub”, o qeyd edib.

Qalib Toğrulunun fikrincə, qubad İbadoğlunun daxili orqanlarının təcili müayinə olunmasına ehtiyac var.

“Bununla bağlı mən dünən Qubad İbadoğlunun vəkili Zibeydə Sadıqova ilə söhbət etdim. Belə qərara gəldik ki, ilk növbədə Qubad İbadoğlunun ürəyindəki problemlərin aşkara çıxarılması üçün anju olunmalıdır. Bunun üçün Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət edəcəyik”, o qeyd edib.

Bundan əlavə Qalib Toğrul deyib ki, İbadoğlunun vəkillərilə telefon danışığına qoyulmuş məhdudiyyət aradan qaldırılmayıb.

Bununla bağlı Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, Bakı İstintaq Təcridxanasından və cinayət işini aparan istintaq orqanından şərh alması mümkün olmayıb.

Bu yaxınlarda World Liberty Congress Qubad İbadoğlunun səhhətinin pisləşməsi ilə bağlı dünya ictimaiyyətinə çağırış edib.

Dünyada azadlıq və insan haqları uğrunda mübarizə aparan fəalların birliyinə çalışan nüfuzlu World Liberty Congress (Dünya Azadlıq Konqresi) Azərbaycan hakimiyyətini Qubad İbadoğluna keyfiyyətli tibbi xidmət göstərməyə çağırıb və onun sağlamlığı ilə bağlı bütün məsuliyyətin hazırkı rejimin üzərində olduğunu bildirib.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi

10:00, 14 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ADR Partiyasının fəalı inzibati həbsə məhkum edilib

by Gozetci 15:30, 11 Fevral 2024
written by Gozetci

Əyyub Çələbi

 

Fevralın 10-da Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının Gənclər Təşkilatının fəalı Əyyub Çələbinin saxlanıldığı bildirilir.

Əyyub Çələbinin atası ADR Partiyasının Səbail rayon təşkilatının sədri Xəyyam Çələbi Amerikanın Səsinə deyib ki, oğlu həyətlərindəki mağazadan çörək almaq üçün gedib və geri qayıtmayıb.

“Qonşulardan öyrəndim ki, oğlumu evimizin həyətində üç nəfər mülki geyimli şəxs saxlayaraq avtomobillərinə oturdub aparıb. Müxtəlif mənbələrə baş vurduqdan sonra onun Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı məlum oldu”, o qeyd edib.

Ata Bakı şəhər Baş Polis İdarəsində olub və oğlunun taleyi ilə bağlı hər hansı məlumat ala bilməyib. Yalnız Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində ona şifahi olaraq bildiriblər ki, oğlu hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

“Polis bölməsinin əməkdaşı dedi ki, arxayın ola bilərsiniz, oğlunuz sağdır. O hüquq mühafizə orqanlarındadır. O cinayət işi ilə bağlı saxlanılmayıb. Sabah sizə zəng olunacaq”, Xəyyam Çələbi qeyd edib.

Ata oğlunun saxlanılmasının siyasi olduğunu deyib.

“Bu siyasi sifarişdir. Oğlumu mənə görə saxlayıblar. Bu mənim siyasi fəaliyyətimlə bağlıdır. Mən Qarabağ müharibəsinin birinci qrup əliliyəm. Hər iki ayağım yoxdur. Bu səbəbdən mənə cəza verə bilmirlər. Təzyiq kimi oğlumu cəzalandırırlar. Ola bilər ki, oğlum da tənqidi yazı yazıb. O yazdığı yazıları, hətta ondan sərt yazıları hər kəs yazır”, Xəyyam Çələbi qeyd edib.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə bildirib ki, Əyyub Çələbi polis əməkdaşları tərəfindən saxlanılıb. O, məhkəmə qərarı ilə 30 sutka inzibati qaydada həbs edilib.

Bununla yanaşı, Əyyub Çələbinin nədə ittiham olunduğu barədə məlumat verilmir.

Xatırladaq ki, ADR Partiyasının sədri Qubad İbadoğlu 2023-cü il iyulun 24-də həbs edilib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.

ADR sədrinin həbsindən sonra bu partiyanın sədr müavini də daxil olmaqla onadək fəalı inzibati həbsə məruz qalıb.

Amerikanın Səsi 

15:30, 11 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nərgiz Absalamovanın vəkili ilə telefon danışığına qoyulan qadağa götürülməyib

by Gozetci 10:09, 10 Fevral 2024
written by Gozetci

Nərgiz Absalamova

Məhkəmə jurnalistin öz məhkəməsində iştirak haqqını tanımır

Fevralın 9-da “Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamovanın vəkilinə zənglə bağlı qoyulmuş qadağadan verilmiş şikayətə baxılıb.

Abzas Media-nın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə jurnalistin qadağanın götürülməsilə bağlı tələbi rədd edilib.

Vəkil Şəhla Hümbətovanın məlumatına görə, cinayət işini aparan istintaq orqanı jurnalistin ailəsilə görüşünü və danışığını qadağan etsə də, vəkillə danışıq qadağasını Penitensiar Xidmət qanunsuz olaraq qoyub.

Fevralın 6-da keçirilən prosesdə Nərgiz Absalamovanın iştirakı təmin olunmadığından işin baxılması fevralın 9-na təxirə salınmışdı. Ancaq fevralın 9-da keçirilən prosesdə də jurnalistin iştirakı təmin olunmayıb. Məhkəmə işə N.Absalamova olmadan baxıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə birqayda bu iş üzrə qanunsuz qadağalarla bağlı sualları cavablandırmır. Xidmət Nərgiz Absalamova ilə bağlı sualımızı da cavablandırmayıb.

“Abzas Media” işi

Noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edirlər və həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar.

AbzasMedia

10:09, 10 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia