Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay uzadılıb

by Gozetci 15:16, 24 Fevral 2024
written by Gozetci

Nərgiz Absalamova

Fevralın 24-də “Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamovanın həbs müddəti 3 ay uzadılıb.

Abzas Media-ya bu barədə onun vəkili Rövşanə Rəhimli məlumat verib.

Vəkil bildirib ki, Xətai Rayon Məhkəməsi istintaq orqanının təqdimatını təmin edib və Absalamovanın istintaq dövrü üçün həbs müddəti 29 maya qədər uzadılıb.

“İttiham tərəfi məhkəmədə öz mülahizələrinə əsaslandı ki, guya Nərgiz azadlıqda olsa gizlənə bilər, istintaqın gedişinə maneələr yarada bilər. Biz bu deyilənlərin formal olduğunu dedik və hiç bir fakta söykənmədiyini bildirdik.

İstintaqın uzadılması onunla əsaslandırıldı ki, sorğular göndərilib, digər təqsiri olan şəxslər dəvət olunacaq, üzləşmə keçiriləcək və s. Çox güman digər təqsirləndirilən şəxslərin də həbs müddəti uzadılacaq. Həbsin uzadılması qanunsuzdur” – vəkil bildirib.

Məhkəmədə Nərgiz Absalamova da ifadə verərək ittihamları rədd edib və jurnalistika fəaliyyətinə görə həbs olunduğunu bildirib.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edirlər və həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar.

Abzas Media

15:16, 24 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

CPJ Azərbaycan hakimiyyətini həbsdə olan jurnalistləri azad etməyə çağırıb

by Gozetci 12:01, 24 Fevral 2024
written by Gozetci

“Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucovun həbsinin daha bir ay uzadılmasına münasibət bildirən Jurnalistləri Müdafiə Komitəsi (Committee to Protect Journalists – CPJ) Azərbaycan hakimiyyətini Orucovu və həbsdə olan jurnalistləri azad etməyə çağırıb.

“CPJ Azərbaycan hakimiyyətini haqsız yerə həbs edilmiş bütün jurnalistləri, o cümlədən Orucov və onun həmkarı Şamo Eminov, habelə Abzas Media-nın 6 əməkdaşını azad etməyə çağırmaqda davam edir”, bəyanatda qeyd edilir.

Fevralın 21-də Səbail Rayon Məhkəməsi Əziz Orucovun məhkəməyəqədər həbs müddətini daha bir ay – martın 27-dək uzatmaq qərarı verib.

“Əziz Orucov təkrar edib ki, ittihamları uydurma hesab edir və öz jurnalist fəaliyyətilə əlaqələndirir”, jurnalistin vəkili Bəhruz Bayramov Amerikanın Səsinə deyib və məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətində olduqlarını əlavə edib.

Ötən il noyabrın 27-də “qanunsuz tikinti aparmaqda” ittiham edilərək saxlanılan Əziz Orucova sonradan “Abzas Media” jurnalistlərinin işindəki kimi “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.

Dekabrın 11-də Azərbaycanda “Kanal 13” televiziyasına giriş məhdudlaşdırılıb. Dekabrın 22-də isə “Kanal 13”-ün daha bir əməkdaşı Şamo Eminov saxlanılıb. Eminova qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.

Ötən ilin noyabrından bəri Azərbaycanda “Abzas Media” xəbər saytının 6 əməkdaşı da daxil olmaqla ən azı 10 jurnalist həbs edilib.

Bugünədək bir sıra yerli və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, Avropa İttifaqı və Avropa Şurası Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edib, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıblar.

Amerikanın Səsi 

12:01, 24 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

HRW yeni hesabatında Azərbaycan hökumətini transmilli repressiyalar törədən hökumətlər sırasında göstərir

by Gozetci 10:35, 24 Fevral 2024
written by Gozetci

Human Rights Watch təşkilatı fevralın 22-də dərc etdiyi “Biz sizi tapacağıq” başlıqlı hesabatında hökumətlərin öz sərhədləri kənarında həyata keçirdiyi təqiblərlə bağlı narahatlıq ifadə edir.

“Transmilli repressiya” adlandırılan tendensiya hökumətlərin fərdlərə qarşı törətdiyi qətllər, oğurluqlar, ölkədən çıxarılma, konsulluqdan sui-istifadə və rəqəmsal hücumları əhatə edir.

Hesabatda Azərbaycan transmilli repressiya vasitələrindən istifadə edən ölkələr sırasında yer alır. Azərbaycanla yanaşı Əlcəzair, Belarus, Çin, Rusiya, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və bir sıra digər ölkələrin də transmilli repressiyalar törətdiyi qeyd edilir.

Hesabatda hökumətlərin xaricdə yaşayan dissidentləri, fəalları və siyasi opponentləri hədəfə alması, müşahidə, təqib və hətta adam oğurluğu kimi taktikalardan istifadə etməsi hallarına diqqət çəkilir. Transmilli repressiyalara daha bir nümunə kimi xaricdə yaşayan müxaliflərin hələ də öz ölkəsində yaşayan ailə üzvləri və qohumlarına qarşı təzyiq və təqiblər göstərilir.

HRW bildirir ki, transmilli repressiyalar hədəfə alınan və ya hədəfə alına biləcəyindən qorxanların ifadə, birləşmə və toplaşmaq azadlığı hüquqlarına ciddi çəkindirici təsir göstərə bilər.

“Hökumətlər, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar transmilli repressiyaları insan hüquqlarına xüsusi təhdid kimi tanımalıdırlar”, HRW nümayəndəsi Bruno Staqno qeyd edib.

Transmilli repressiya halları ilə bağlı monitorinq aparan “Freedom House” təşkilatının məlumatına görə, təkcə 2023-cü ildə 25 hökumət tərəfindən törədilən 125 transmilli repressiya hadisəsini qeydə alıb.

Təşkilatın məlumat bazasında 2014-cü ildən bəri 44 hökumət tərəfindən 100 ölkədə həyata keçirilən 1034 birbaşa, fiziki transmilli repressiya hadisəsi yer alır.

HRW ilə yanaşı bugünədək bir sıra beynəlxalq insan hüquqları təşkilatları, o cümlədən Avropa Şurası Parlament Assambleyası və ABŞ Dövlət Departamenti öz hesabatlarında Azərbaycan hökumətinin xaricdə yaşayan müxalif fəallara, xüsusən də jurnalist və blogerlərə qarşı transmilli repressiyalar törətməsi ilə bağlı narahatlıqlar ifadə ediblər.

Azərbaycan hökuməti hesabata münasibət bildirməsə də, rəsmi Bakı bir qayda olaraq beynəlxalq insan hüquqları təşkilatlarının tənqidi hesabatlarını qərəzli hesab edir. Azərbaycanlı rəsmilər bir qayda olaraq ölkədə bütün hüquq və azadlıqların qorunduğunu bəyan edirlər.

Amerikanın Səsi

10:35, 24 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Qubad İbadoğlunun şikayətini təmin etməyib

by Gozetci 16:53, 23 Fevral 2024
written by Gozetci

Qubad İbadoğlu

Fevralın 23-də Bakı Apellyasiya Məhkəməsi müxalifətçi siyasətçi və iqtisadçı- alim Qubad İbadoğlunun həbs müddətinin üç ay uzadılmasına dair şikayətini təmin etməyib.

Bundan öncə  Apellyasiya Məhkəməsi İbadoğlunun iyulun 23-də saxlanıldığı zaman götürülmüş mobil telefonu istintaq orqanının geri qaytarmaması barədə digər şikayətini təmin etməyib. Bunu Turan-a siyasətçinin qardaşı Qalib Bayramov bildirib.

Onun sözlərinə görə, İbadoğlunun vəkilləri siyasətçiyə effektiv tibbi yardımın göstərilməməsi və onun xəstəxanaya yerləşdirilməsindən imtina edilməsilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə yeni şikayət göndəriblər.

*23 iyul 2023-cü ildə Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib. O, saxta pulların hazırlanmasında (Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi), həmçinin ekstremizmyönlü materialların saxlanması və yayılmasında (167-3.1-ci maddə) ittiham olunub.

Bəzi ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri Qubad İbadoğlunu azad etməyə çağırıblar.

Turan 

16:53, 23 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əvəz Zeynallı və Elnur Şükürov son sözlərində ittihamları rədd ediblər

by Gozetci 16:22, 23 Fevral 2024
written by Gozetci

Əvəz Zeynallı

Fevralın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural TV” İnternet- resursun rəhbəri Əvəz Zeynallı və “Səda” TV Youtube kanalının rəhbəri Elnur Şükürovun işi üzrə prosesdə müttəhimlərin yekun çıxışları başlayıb.

Elnur Şükürov ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib və məhkəmədən ona bəraət verilməsini xahiş edib. Sonra Zeynallı son sözü ilə çıxış edərək işin saxtalaşdırıldığını və ittihamın əsassız olduğunu bildirib.

Zeynallının çıxışı fevralın 26-da davam edəcək.

Xatırladaq ki, bundan əvvəl prokuror məhkəmədən Zeynallını Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) maddələrilə təqsirli bilərək 10 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Prokuror Şükürovun Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsilə beş il həbs cəzasına məhkum olunmasını istəyib.

* Ötən il sentyabrın 10-da Əvəz Zeynallı və vəkil Elçin Sadıqov rüşvət almaqda şübhəli bilinərək saxlanılıblar, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

İstintaqın məlumatına görə, Sadıqovun vasitəçiliyilə Zeynallı həbsdə olan sahibkar Rasim Məmmədovun ailəsindən pul alıb ki, onun haqqında böhtan xarakterli məlumatlar dərc etməsin.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb, onun işini ayrıca icraata götürüb.

Sonradan Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsilə  (vəzifəli şəxsin qərarına qanunsuz təsir (nüfuz alveri) yeni ittiham irəli sürülüb. Elnur Şükürov da eyni ittihamla həbs edilib.

Turan 

16:22, 23 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Son günlər inanclı insanların saxlanıldığı barədə məlumatlar yayılıb

by Gozetci 19:04, 22 Fevral 2024
written by Gozetci

Sosial şəbəkələrdə son bir neçə gündə çoxsaylı inanclı insanların saxlanıldığı barədə məlumatlar yayılıb. Yayılan məlumatlara görə, dindarların saxlanılması fevralın 19-dan başlayıb və davam edir.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə bildirib ki, son günlər Bakıda, Gəncədə, Biləsuvarda, Neftçalada, Astarada və Masallıda ondan çox dinar saxlanılıb. Onlardan indiyədək 8-nin adını dəqiqləşdirə biliblər.

“Bunlar Bəxtiyar Məmmədov (Astara rayonu, Suparibağ kəndi), Eyvaz Baxşıyev (Astara rayonu, Ərçivan qəsəbəsi), Rahil Ağayev (Biləsuvar rayonu), Hüseyn Rzayev (Neftçala rayonu), Nəsrəddin Nəsirov (Göyçay), Ceyhun Hacıyev (Müsəlman Birliyi Hərəkatının üzvü), Cavanşir Cəfərli, Hacı Elxandır. Tutulanların hamısına narkotik ittihamı verilib”, o qeyd edib.

Öz növbəsində Daxili İşlər Nazirliyi Amerikanın Səsinin bu məlumatlarla bağlı sorğusuna hələ cavab verməyib.

Yerli medianın məlumatlarına görə, ötən il ölkədə dindarların çoxsaylı həbsləri həyata keçirilib. Həbs edilənlərə qarşı əsasən narkotik ittihamı irəli sürülüb. Amma, müşahidəçilər bu həbslərin Azərbaycanın İranla münasibətləri fonunda baş verdiyi fikrindədir.

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaqın hazırladığı yenilənmiş siyahısıya görə hazırda həbsdə olan 254 nəfər siyasi məhbusdan 183 nəfəri dindarlardır.

Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Amerikanın Səsinə deyib ki, son aylarda siyasi təqiblər çoxalıb.

“Son aylarda hökumətin tənqidçilərinin və dindarların həbsinin sayı artıb. Mətbuata əvvəlcədən açıqlama verirlər ki, narkotiklə həbs olunublar, amma İran casuslarıdır”, hüquq müdafiəçisi qeyd edib.

Amerikanın Səsi 

19:04, 22 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa məhkəməsi Azərbaycan hökumətini 24 min avro cərimə edib

by Gozetci 17:43, 22 Fevral 2024
written by Gozetci

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) fevralın 22-də Azərbaycandan göndərilmiş 4 şikayət ilə bağlı qərarını elan edib.

“Rasim İsaqov və başqa 3 ərizəçi Azərbaycana qarşı” işində ərizəçilər Rasim İsaqov, Əli Abdullayev, Mübariz Abdulkərimov, Rauf Abdurəhmanlı əsasən, azadlıq və toxunulmazlıq, ifadə azadlığı hüquqlarına müdaxilələrin qanunsuzluğundan, habelə, ədalətli məhkəmə araşdırmasının aparılmamasından şikayət edib.  Ərizəçilərdən Əli Abdullayev, Mübariz Abdulkərimov və Rauf Abdurəhmanlı həmçinin, Konvensiyanın 18-ci maddəsinin (Hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusunu mübahisələndirib.

Ərizəçilərdən İsaqovun şikayəti vərəqələr yayması səbəbindən onun saxlanılması və inzibati qaydada məhkum edilməsi ilə bağlı idi. Müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan ərizəçi 22 dekabr 2014-cü ildə saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 39.1-ci (seçkiqabağı və ya referendum üzrə təşviqatın aparılması qaydalarını pozma), 296-cı (xırda xuliqanlıq) və 310-cu (polisin qanuni tələbinə tabe olmamaq) maddələrinə əsasən beş sutkalıq inzibati həbs cəzasına məhkum edilib. Rəsmi bilgilərdə göstərilir ki, ərizəçi bələdiyyə seçkilərinə bir gün qalmış “Hara gedirik?” yazılmış vərəqələr paylayıb, o, polis əməkdaşlarının vərəqələrin paylanmasını dayandırması tələbinə tabe olmayıb, xüsusi olaraq, kimlərəsə xitab etmədən, ucadan ünvansız söyüş söyməyə başlayıb. Ərizəçi daxili məhkəmələr qarşısında iddia edib ki, onun payladığı vərəqlərdə seçkiqabağı təşviqatla bağlı heç bir məzmun olmayıb, söyüş söyməyib, polisə tabe olmamaq istiqamətində hər hansı hərəkət etməyib. Ancaq yerli məhkəmələr onun arqumentlərini nəzərə almayıb.

Ərizələrin kommunikasiyası zamanı hökumət AİHM-yə təktərəfli bəyannamə təqdim edib. Hökumət ərizəçilərin Konvensiyanın 5 (Azadlıq və toxunulmazlıq hüququ), 6 (Ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (Fikri ifadə etmək azadlığı) maddələri üzrə qaldırdıqları pozuntuları etiraf edib, bu pozuntuları təzminat ödəməklə kompensasiya etməyi təklif edib. Məhkəmə hökumətin bəyannaməsini qəbul edib.

AİHM-nin qərardadına görə, hökumət 3 ay ərzində ərizəçilərdən İsaqova 5800 avro, digər ərizəçilərin hər birinə 6000 avro təzminat ödəməlidir. Bundan əlavə, ərizəçilərin hüquqi təmsilçisinə ümumilikdə 2 min avro ödənilməlidir.

Ərizəçiləri AİHM-də hüquqşunas Xalid Bağırov təmsil edib.

Turan 

17:43, 22 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

AXCP fəalının ikinci dəfə cərimə təcridxanasına salındığı bildirilir

by Gozetci 17:02, 22 Fevral 2024
written by Gozetci

Şahin Hacıyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə şəhər təşkilatının həbsdə olan fəalı Şahin Hacıyev 6 saylı Cəzaçəkmə Müəssisəsində 15 sutka cərimə təcridxanasında (kars) saxlanıldıqdan sonra daha 10 sutka cərimə təcridxanasına salınıb.

Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatı məlumat yayıb.

Məlumatda deyilir ki, siyasi məhbus kimi tanınan Şahin Hacıyevin birinci dəfə cərimə təcridaxansına salınmasına səbəb onun kurtkasının və köynəyinin arxa hissəsinə “mən günahsızam”, “seçki şou” sözləri yazması olub.

“Birinci “kars”ın müddəti bitdikdən sonra cəzaçəkmə müəssisəsinin rəhbərliyi ona belə bir sual verib: “Ağıllandın?” Şahin Hacıyev sualı eşidər-eşitməz mövcud idarəetmənin əleyhinə kəskin tənqidi fikirlər söyləyib. Buna cavab olaraq AXCP fəalına daha 10 sutka “kars” elan olunub”, deyə “Müdafiə Xətti”nin məlumatında bildirilir.

Öz növbəsində, Penitensiar Xidmət “Müdafiə Xətti”nin məlumatı ilə bağlı sorğuya hələ cavab verməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyev 2022-ci il martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökm ilə 6 il azadlıqdan məhrum edilib.

Məhkəmə Hacıyevi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) təqsirli bilib.

Şahin Hacıyev məhkəmənin hökmü ilə razılaşmayıb və tam günahsız olduğunu bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası əmindir ki, fəalın həbsinin əsl səbəbi onun sosial şəbəkələrdə hakimiyyətin ünvanına tənqidi yazıları ilə bağlıdır.

Öz növbəsində, hüquq-mühafizə orqanları sifarişli həbslə bağlı deyilənləri qəbul etmir. Hüquq-mühafizə orqanlarının rəsmiləri insanların özünümüdafiə məqsədi ilə belə bəyanatlarla çıxış etdiyini bildirir.

Turan 

17:02, 22 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Kanal 13” İnternet TV rəhbərinin həbs müddəti daha bir ay uzadılıb

by Gozetci 10:00, 22 Fevral 2024
written by Gozetci

Əziz Orucov

“Kanal 13” İnternet TV-nin rəhbəri Əziz Orucovun həbs müddəti daha bir ay – martın 27-dək uzadılıb. Fevralın 21-də Səbail Rayon Məhkəməsi bu barədə qərar qəbul edib.

Jurnalistin vəkili Bəhruz Bayramov bu qərarı əsassız hesab etdiyini bildirib: “Əziz Orucov təkrar edib ki, ittihamları uydurma hesab edir və öz jurnalist fəaliyyətilə əlaqələndirir”.

Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti vermək niyyətindədir.

“Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucov ötən ilin noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Amerikanın Səsi 

10:00, 22 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həmkarlar ittifaqı fəalının işi üzrə məhkəmə davam etdirilib

by Gozetci 20:20, 20 Fevral 2024
written by Gozetci

Afiəddin Məmmədov

Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində “İşçi Masası” müstəqil həmkarlar ittifaqı konfederasiyasının rəhbəri Afiyəddin Məmmədovun işi üzrə proses davam etdirilib.

İclasda vəkil Zibeydə Sadıqova jurnalistlər tərəfindən audioyazısının və videoçəkilişinin prosesin aparılmasına icazə verilməsi haqqında vəsatət qaldırıb. Prokuror etiraz etməyib. Lakin prosesə sədrlik edən hakim Səbuhi Hüseynov bildirib ki, buna ehtiyac yoxdur, çünki məhkəmənin kameraları videoçəkiliş aparır.

Buna cavab olaraq vəkil digər işlər üzrə proseslərdə elə həmin hakimin çəkilişə icazə verdiyini qeyd edib. Bununla əlaqədar müttəhim Məmmədov qeyd edib ki, jurnalistlərə məhkəmə çəkilişindən görüntülər verilmir. Hakimin obyektiv olmadığını bildirən Məmmədov hakimə etiraz edib. Etiraza baxılması üçün prosesdə martın 12-nə qədər fasilə elan edilib.

Xatırlatma

Məmmədov sentyabrın 20-də evinin yaxınlığında naməlum şəxsin hücumuna məruz qaldıqdan sonra saxlanılıb. Məmmədov özü hücum edən şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham olunub (CM-in 221.3 – xuliqanlıq, silahdan istifadə ilə törədildikdə) və 126.1 (sağlamlığa qəsdən ağır zərər vurma).

Sonradan ittihamlar sərtləşdirilib, ona qarşı 126.2.4-cü (ümumi təhlükəli yolla sağlamlığa qəsdən ağır zərər vurma) maddə ilə ittiham irəli sürülüb. Onu 11 ilədək həbs cəzası gözləyir.

Məmmədov ittihamları təkzib edir və onları ictimai fəaliyyəti ilə əlaqələndirir. Hüquq müdafiəçiləri Məmmədovu siyasi məhbus kimi tanıyıblar.

Turan 

20:20, 20 Fevral 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia