Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

“Amnesty International”: “Hakimiyyət müstəqil medianı hədəfə almağı dayandırmalıdır”

by Gozetci 14:02, 08 Mart 2024
written by Gozetci

Frank Şvabe Toplum TV-yə hücumun Azərbaycanla bağlı “Am Abgrund” adlı sənədli filmin yayımlandığı gün baş verməsinə diqqət çəkib

“Azərbaycanda müstəqil mediaya qarşı hədə-qorxu kampaniyası Toplum TV-yə hücumla davam edir”.

“Amnesty International”ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Nataliya Nozadze polisin müstəqil Toplum TV-nin Bakıdakı ofisinə basqın edərək jurnalistləri saxlaması xəbərinə münasibət bildirərkən belə deyib:

“Müstəqil mediaya qarşı bu son təzyiq ifadə azadlığı və media azadlığı hüququna birbaşa hücum və tənqidi səsləri susdurmaq cəhdidir. Azərbaycan hakimiyyəti müstəqil media qurumlarını və müxalifət qruplarını hədəfə alır, qorxudur və təqib edir, insan haqlarına və qanunun aliliyinə açıq-aşkar etinasızlıq nümayiş etdirir”, – o əlavə edib.

Nataliya Nozadze deyir ki, Azərbaycan hakimiyyəti insan hüquqlarına və müstəqil mediaya qarşı artan təzyiqlərə dərhal son qoymalı, ifadə azadlığı və media azadlığı da daxil olmaqla hər kəsin insan hüquqlarına hörmət etməli, qorumalı, təşviq etməli və yerinə yetirməlidir.

Hakimiyyət müstəqil medianı hədəfə almağı dayandırmalıdır:

“Biz beynəlxalq ictimaiyyəti Azərbaycandakı vəziyyətin aktuallığını və ağırlığını tanımağa və bu təzyiqlərə son qoymaq üçün hakimiyyətə təzyiq göstərməyə çağırırıq. Ölkə bu ilin noyabrında “COP29” iqlim konfransına ev sahibliyi edəcəyi üçün bu beynəlxalq diqqət mərkəzindən insan hüquqlarına hörmət tələb etmək üçün istifadə edilməsi vacibdir”.

“Son aylarda bir neçə jurnalistin və fəalın həbsindən sonra Azərbaycanda Toplum TV jurnalistlərinin və fəallarının sərt həbsləri bizi çox narahat edir”.

Almaniyanın Azərbaycandakı səfirliyi “Toplum TV” jurnalistlərinin həbslərinə münasibət bildirib.

Səfirlik qeyd edib ki, müstəqil media və vətəndaş cəmiyyəti qorunmalıdır.

Almaniyalı deputat Frank Şvabe ToplumTV-yə hücumun Azərbaycanla bağlı “Am Abgrund” (Uçurumda) adlı sənədli filmin yayımlandığı gün baş verməsinə diqqət çəkib:

“Toplum TV hücuma məruz qalıb və ondan çox jurnalist saxlanılıb”.

Frank Şvabe həmçinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın nümayəndə heyətinin səlahiyyətinin dondurulması təşəbbüsünün müəllifidir.

Ötən ilin sonlarından başlayaraq Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib, yaxud saxlanılıb. Həbs edilənlərdən əksəriyyəti “AbzasMedia” saytının əməkdaşlarıdır. “Kanal 13” saytının da bir neçə əməkdaşı müxtəlif ittihamlarla həbsdədir.

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onları 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistlər həbslərini sırf peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Martın 6-da isə polis Toplum TV-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb. Ofisdən 30 min avro, əməkdaşların isə evlərindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Meydan TV 

14:02, 08 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV” işi ilə bağlı yeni saxlanılanların olduğu bildirilir

by Gozetci 13:45, 08 Mart 2024
written by Gozetci

Ələsgər Məmmədli və Ruslan İzzətli

Hüquqşünas, Toplum TV saytının təsisçisi Ələsgər Məmmədli martın 8-də mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat paylaşıblar.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl “III Respublika” Platformasının üzvü Ruslan İzzətlinin də Xətai Rayon Polis İdarəsinin qarşısından qara maşına mindirilib aparıldığını bildirib. Güman edilir ki, o, Bakı Şəhər Baş Polis İdarəsinə aparılıb.

Ruslan İzzətli martin 6-da da saxlanılmışdı, lakin sonradan sərbəst buraxılmışdı.

Yeni saxlanılmalarla bağlı məlumatlara Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Martın 6-da polis Toplum TV-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb. Ofisdən 30 min avro, əməkdaşların evlərindən isə 2700, 3100, 20000 avro pul vəsaiti tapıldığı bildirilib.

Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Meydan TV 

13:45, 08 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi iki ərizə ilə bağlı qərarlarını elan edib

by Gozetci 12:00, 08 Mart 2024
written by Gozetci

Vəkil Aslan İsmayılovun da şikayətinə baxılıb

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş daha iki ərizə ilə bağlı qərarlarını elan edib. Hər iki ərizə rədd edilib.

“Məhəmməd Məmmədov Azərbaycana qarşı” məhkəmə işi ərizəçinin idxal etdiyi avtomobilə gömrük rüsumlarının məbləğinin hesablanması ilə bağlı olub.

İşin faktlarına görə, sözügedən avtomobilin gömrük dəyərinin müəyyən edilməsi zamanı, gömrük orqanları heç bir izahat vermədən avtomobilin faktiki gömrük dəyərinə (5000 ABŞ dolları) yox, oxşar avtomobillərin kataloq qiymətinə (12 000 ABŞ dolları) əsaslanıblar.

“Gömrük tarifləri haqqında” Qanunun 12.2-ci maddəsində isə göstərilib ki, kataloq qiyməti əsasında dəyərin müəyyən edilməsi metodundan yalnız faktiki alış qiyməti əsasında gömrük dəyərini müəyyən etmək mümkün olmadıqda istifadə oluna bilərdi. Nəticədə ərizəçi 4165,35 Azərbaycan manatı məbləğində gömrük rüsumunu ödəməli olub. Ərizəçi iddia edib ki, bu məbləğ onun faktiki ödəməli olduğundan 1091,45 manat çox olub. Ərizəçi AİHM qarşısında mülkiyyət hüququna müdaxilənin baş verdiyini iddia edib.

Ərizəyə baxılarkən hökumət ərizəçinin daxili müdafiə vasitələrini tükəndirmədiyini iddia etsə də, məhkəmə etirazı qəbul etməyib. Məhkəmə hökumətin ərizəçinin əhəmiyyətli zərərə məruz qalmaması barədə arqumentlərini də araşdırmağa lüzum görməyib.

Məhkəməyə görə ərizəçinin avtomobilinin vergiyə cəlb edilməsi onun mülkiyyət hüququna müdaxilədir, lakin bu müdaxilənin daxili qanunvericilikdə əsası var.

Beləliklə, məhkəmə hesab edib ki, yerli hakimiyyət orqanlarının qərarları ümumi maraqlara, yəni qanunvericiliklə nəzərdə tutulduğu kimi vergilərin və ya digər ödənişlərin ödənilməsini təmin etmək məqsədi güdüb:

“Aydınlaşdırılmalı olan sual ondan ibarətdir ki, ərizəçiyə konkret şəraitdə vergi qanununun tətbiqi onun üzərinə əsassız yük qoyubmu və ya onun maliyyə vəziyyətini əsaslı şəkildə pozubmu və bununla da müxtəlif maraqlar arasında ədalətli tarazlıq təmin olunubmu?”.

Hazırkı işdə ərizəçi gömrükçülərin avtomobilin gömrük dəyərini müəyyən etmək üçün yanlış üsuldan istifadə etdiyini, nəticədə ondan artıq ƏDV tutulduğunu, hökumət isə bunun qarşılığında gömrük orqanlarının idxal olunan malların gömrük dəyərini müstəqil şəkildə yoxlamaq və müəyyən etmək səlahiyyətinə malik olduğunu bildirib:

“Məhkəmə bir daha qeyd edir ki, daxili qanunvericiliyi şərh və tətbiq etmək ilk növbədə milli hakimiyyət orqanlarının, xüsusən də məhkəmələrin üzərinə düşür. Məhkəmə işin materiallarını araşdıraraq, daxili məhkəmələrin bu işdə gəldiyi nəticəni şübhə altına almaq üçün heç bir əsas görmür. Bundan əlavə, məhkəmənin əlində yüksək məbləğdə ƏDV-nin tutulmasının ərizəçinin maddi vəziyyətini əsaslı şəkildə sarsıtdığını göstərən nəsə yoxdur. Ərizəçi bunu hər hansı instansiyada iddia etməyib”.

Qeyd edilənləri və vergitutma məsələlərində dövlətlərin geniş qiymətləndirmə sərbəstliyini nəzərə alan AİHM ərizədə qaldırılan iddiaların rədd edilməsinə qərar verib.

“Aslan İsmayılov Azərbaycana qarşı”, – məhkəmə işi ərizəçinin polis tərəfindən pis rəftara məruz qalması və onun ifadə azadlığına müdaxilə edilməsi iddiaları ilə bağlı olub. Vəkil olan ərizəçi müvəkkillərindən birinin pis rəftara məruz qalması barədə ictimai çıxış edib və bunda günahkar olan polis məmurlarını istefa verməyə çağırıb. Ardınca Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunan ərizəçi orada döyüldüyünü və hədələndiyini iddia edib.

Ərizəçinin prokurorluğa şikayəti rədd edilib – cinayət təqibi başlanılmasından imtina olunması haqda qərar qəbul olunub. Həmin qərardan verilən şikayətlər təmin edilməyib.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 3-cü, 10-cu və 14-cü maddələrinin pozuntusuna məruz qaldığını iddia edib.

Ərizəçinin pis rəftara məruz qalması iddiaları ilə bağlı AİHM qeyd edib ki, ərizəçi həbs edilməyib, saxlanılmayıb, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tanıdığı məmurun dəvəti ilə gedib, oranı qısa müddət sonra tərk edib. Sonrakı mərhələlərdə milli qurumlar qarşısında pis rəftarla bağlı iddialarını mübahisələndirməyib. Digər tərəfdən, iddia edilən hadisələrdən sonra vaxtında tibbi arayış almamasının səbəbini məhkəməyə izah etməyib.

Qeyd edilənlərin və digər xüsusatların işığında məhkəmə hesab edib ki, ərizəçinin müdafiə oluna biləcək iddia irəli sürdüyünü və ya etibarlı iddia ilə çıxış etdiyini söyləmək mümkün deyil, bu səbəbdən onun pis rəftarla bağlı iddiaları rədd edilməlidir.

İfadə azadlığı hüququnun pozuntusu ilə bağlı iddiaya gəlincə, AİHM vurğulayıb ki, ərizəçi böhtan və ya başqa hərəkətlərə görə təqib edilmədiyindən, həm də məhkəməyə qədər ifadə azadlığı hüququnun pozuntusunu mübahisə etmədiyindən bu iddia da rədd edilməlidir.

Meydan TV 

12:00, 08 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Jurnalistlər Federasiyası Toplum TV jurnalistlərini azad etməyi tələb edir

by Gozetci 10:42, 08 Mart 2024
written by Gozetci

Avropanın ən böyük jurnalist təşkilatı  – Avropa Jurnalistlər Federasiyası, martın 6-da  Toplum TV-in redaksiyasına edilən polis basqınını pisləyib.

“Biz Azərbaycan hakimiyyətindən jurnalistləri dərhal azad etməyi və onlara qarşı bütün ittihamları ləğv etməyi tələb edirik. Jurnalistika cinayət deyil”, – təşkilatın bəyanatında deyilir.

Turan 

10:42, 08 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmayıb

by Gozetci 19:36, 07 Mart 2024
written by Gozetci

Qubad İbadoğlu

Martın 7-də Bakının Nərimanov Rayon Məhkəməsində Vüsal Qurbanovun sədrliyi ilə Qubad İbadoğlunun ev dustaqlığına köçürülməsi haqqında vəsatətə baxılıb.

Siyasətçinin qardaşı Qalib Bayramov Turan-a bildirib ki, vəsatət Qubad İbadoğlunun səhhətinin pisləşməkdə davam etməsi ilə əlaqədar verilib.

“Acqarına, həm də qida qəbulundan iki saat sonra onun qanında şəkər səviyyəsi normadan 2-3 dəfə çoxdur”, deyə o qeyd edib.

Yüksək şəkər böyrəklərinə, qara ciyərinə və damarlarına ağır zərbə vurur. Hətta Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin endokrinoloqu xəstəliyin ciddi olduğunu etiraf edib. Ona 10 gün damcı kursu təyin edilib. Buna qədər o, artıq 30 gün həblərlə müalicə qəbul edib. Lakin onun vəziyyətində yaxşılaşma yoxdur”, deyə Bayramov bildirib.

Bununla belə, məhkəmə vəsatəti təmin etməyib.

* 2023-cü il iyulun 23-də Bakının Nərimanov Rayon Məhkəməsi Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlunu 3 ay 26 gün müddətinə həbs edib. O, saxta pulların satışında (Azərbaycan CM-in 204.3.1-ci maddəsi), habelə ekstremist materialların saxlanması və yayılmasında (167-3.1-ci maddə) ittiham olunub.

Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenlər İbadoğlunu azad etməyə çağırıblar.

Turan

19:36, 07 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətləri 3 ay uzadılıb

by Gozetci 18:31, 07 Mart 2024
written by Gozetci

Hafiz Babalı və Elnarə Qasımova

Martın 7-də Xətai Rayon Məhkəməsində “Abzas Media” işi üzrə həbs edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddətlərinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Abzas Media-nın məlumatına görə, istintaq orqanının hər iki şəxslə bağlı verdiyi təqdimat təmin olunub və onların həbs müddəti daha 3 ay, iyun ayının 13-nə qədər uzadılıb.

Qərarları hakim Sülhanə Hacıyeva çıxarıb.

Bundan əvvəl fevralın 24-də “Abzas Media” işi üzrə həbs edilən jurnalist Nərgiz Absalamovanın həbs müddəti 3 ay (mayın 29-nadək) uzadılıb.

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər. Bir çox yerli və beynəlxalq təşkilatlar bu iş üzrə həbs edilənləri siyasi məhbus hesab edib və jurnalistlərin dərhal azad edilməsinə çağırıblar.

AbzasMedia

18:31, 07 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Freedom House-un Toplum TV-yə təzyiq haqqında şərhi

by Gozetci 13:35, 07 Mart 2024
written by Gozetci

Freedom House

Azərbaycanda Toplum TV internet nəşrinin təqibi hakim rejimin ölkədə tənqidi, müstəqil səslərə qəbuledilməz hücumudur. Bu barədə Freedom House hüquq müdafiə təşkilatının məlumatında deyilir.

Azərbaycanda jurnalist fəaliyyətinə görə təqib olunan onlarla KİV işçisi siyahısına 10 nəfərdən çox həbs olunan əməkdaş əlavə olunub.

“Biz Əliyev rejiminin vətəndaş cəmiyyətinə, fəallara və müstəqil KİV-lərə qarşı kampaniyasını diqqətlə izləməyə davam edəcəyik və demokratik hökumətləri rejimi bu repressiya dalğasına görə məsuliyyətə cəlb etməyə çağırırıq”, deyə bəyanatda bildirilir.

Turan 

13:35, 07 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

ABŞ Toplum TV-yə polis basqınından və jurnalistlərin həbsindən ‘dərin narahatdır’

by Gozetci 11:58, 07 Mart 2024
written by Gozetci

Metyu Miller

Dövlət Departamentinin sözçüsü Metyu Miller Birləşmiş Ştatların polisinin bu gün müstəqil Toplum TV-nin ofisinə basqın etməsi, eləcə də bir neçə müstəqil jurnalistin və vətəndaş cəmiyyəti fəalının həbsi ilə bağlı xəbərlərdən “dərin narahat olduğunu” bildirib.

“Jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını və müxalifət xadimlərini qorxutmaq, sıxışdırmaq və cəzalandırmaq cəhdlərinə qarşı kəskin etirazlarımızı bildiririk”, – Miller TURANın sorğusuna cavab olaraq brifinqdə deyib.

“Biz Azərbaycanı fundamental azadlıqlarından istifadə edənlərə qarşı təqiblərə son qoymağa və siyasi motivli işlərdə haqsız yerə həbs edilmiş bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq. Heç kəs ifadə azadlığından istifadə etdiyinə görə həbs və ya başqa cəzalarla üzləşməməlidir”.

O, indiyə qədər beynəlxalq ictimaiyyətin belə reaksiyasına məhəl qoymayan hökumətin bu çağırışlara qulaq asacağını niyə düşünür? Turan-ın bu sualına Miller deyib: “Başqa nəticə çıxarmayacağam, sadəcə olaraq deyəcəyəm ki, onlar ifadə azadlığını boğmağı dayandırmalıdırlar – çünki bu, öz xalqının maraqlarına zıddır.

“Mən sizi əmin edə bilərəm ki, biz Azərbaycan rəsmiləri ilə özəl diplomatik müzakirələr apararkən — dövlət katibinin keçən ay etdiyi kimi, biz məhz bu məsələləri qaldırırıq”.

Turan 

11:58, 07 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Toplum TV-nin əməkdaşı Fərid İsmayılovun saxlanıldığı deyilir

by Gozetci 21:19, 06 Mart 2024
written by Gozetci

Fərid İsmayilov

Martin 6-ı Toplum İnternet Televiziyasının əməkdaşı Fərid İsmayilovun evində axtarış aparıldığı və onun saxlandığı deyilir.

Bu barədə onun yaxınları məlumat verib. Onların deməsinə görə, axtarış zamanı evdən 3 min 100 avro götürüldüyü bildirilib. Üstəlik, axtarışın vəkilin iştirakı olmadan aparıldığı vurğulanır.
Toplum İnternet Televiziyasının əməkdaşı Fərid İsmayilov evindən tapıldığı deyilən pulun onun olmadığını bildirib.
Bu barədə də onun yaxınları məlumat verib:
“Fərid bildirdi ki, “bu pul mənim deyil, pulum olsaydı borclarımı verərdim””.
Yaxınlarının sözlərinə görə, o həmçinin qeyd edib ki, səhhəti yaxşı deyil.
Bu məlumatı da, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
AzadlıqRadiosu
21:19, 06 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

III Platformanın ofisində və Akif Qurbanovun mənzilində axtarışlar

by Gozetci 19:40, 06 Mart 2024
written by Gozetci

Martın 6-da Respublika III Platformasının ofisində axtarış aparılıb.

Axtarış başa çatdıqdan sonra Platformanın spikeri Akif Qurbanov və bu strukturun üzvləri Araz Əliyev və Ruslan İzzətli ofisdən çıxarılıb və polis əməkdaşları tərəfindən aparılıb.

Hazırda Qurbanovun mənzilində axtarış aparılır.

Eyni zamanda, Qurbanovun vəkili Şəhla Qumbətovanın Turan-a verdiyi məlumata görə,  polis işçiləri onun axtarış yerinə daxil olmasına imkan vermir. Maskalı şəxslər vəkili kobud şəkildə Qurbanovun mənzilinin qapısından kənarlaşdırıblar.

Bundan başqa, Toplum Tv-nin əməkdaşı Fərid İsmayılovun mənzilində də axtarış aparılır.

Turan 

19:40, 06 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia