Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Ələsgər Məmmədlinin qohumu, həkim Aydın Əliyev izləndiyini deyir

by Gozetci 11:15, 12 Mart 2024
written by Gozetci

Aydın Əliyev

“Hər hansı belə bir ləkələmə kampaniyası olarsa, qəti şəkildə inanmayın!”

Həkim Aydın Əliyev izləndiyini deyir. Bu barədə “Facebook” hesabında paylaşım edən həkim bildirib ki, etibarlı mənbələrdən məlumat alıb:

“Aldığım məlumatlara görə məni izləyirlər, hansısa bir şər, böhtan, qarayaxma, qəza və s. ilə “ilişdirmək” istəyirlər. Bəri başdan sizi bilgiləndirmək istəyirəm, mənimlə bağlı hər hansı belə bir ləkələmə kampaniyası olarsa, qəti şəkildə inanmayın! Bilin ki, bu, mənim vətəndaş mövqeyimə görədir”.

Daim səhiyyə sistemindəki problemləri qabardan, tənqid edən həkim paylaşımında heç kimlə şəxsi qərəzliyinin olmadığını yazıb:

“Tənqidlərimi də bir ziyalı borcu olaraq xalqın maariflənməsi, haqq-ədalətin öz yerini alması üçün etmişəm”.

Aydın Əliyev həm də media hüququ üzrə ekspert, hüquqşünas, “Toplum TV”nin təsisçisi Ələgər Məmmədlinin qaynıdır.

Ələsgər Məmmədli “Toplum TV”-yə qarşı açılmış cinayət işi ilə bağlı həbs edilib. Aydın Əliyev onun həbs olunduğu görüntüləri öz “Facebook” hesabından paylaşıb.

“İstanbul” klinikasına müayinəyə gedərkən üzü maskalı şəxslər hüquqşünası saxlayaraq zorla maşına mindirib. Onların əynində polis geyimi olmayıb. Ehtimal edilir ki, Aydın Əliyev məhz bu görüntüləri yaydığı üçün təhdid olunur.

Meydan TV 

11:15, 12 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva İstintaq Təcridxanasında yaşadığı problemləri ictimailəşdirib

by Gozetci 10:14, 12 Mart 2024
written by Gozetci

Ülvi Həsənli

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva 1 saylı Bakı İstintaq Təcridxanasında yaşadığı problemləri ictimailəşdirib. Onun sözlərinə görə, 8 mart tarixində Ülvi Həsənli ilə görüşə gedib və bir gün öncədən onlara təkbətək görüş sözü verilib. Rübabə Quliyeva bildirib ki, təkbətək görüşə icazə verildiyi üçün qızını da aparıb:

“Səhər qızımı yuxudan oyadıb təcridxanaya apardım. 1 saat körpə uşaqla soyuq havada gözlədikdən sonra bizə deyildi ki, Ülviyə xəbər göndərmişik, gəlir. Biz təcridxanaya daxil olduğumuz andan qızım hədsiz gərginləşdi, ağlamağa başladı. Səbəb isə tanımadığı adamın onun geyimini davamlı yoxlaması və sanki nəsə tapmağa çalışması idi. Bu da qızımın qışqırıqlarını daha da artırdı. Yarım saat keçsə də, Ülvini hələ də gətirməmişdilər. Ülvi gələndə bizə deyildi ki, təkbətək görüşə icazə verilməyəcək”.

Rübabə Quliyeva deyir ki, ona “uşağı ver, aparıb özümüz Ülviyə göstərək, sonra geri qaytararıq” deyilib, o isə bununla razılaşmayıb. Təcridxanada onlara şüşə arxasından görüş təklif olunub, lakin o bununla razılaşmadıqlarını deyib və görüşdən imtina edib.

“Maşında qızımı sakitləşdirməyə çalışırdım. Türmə rəisi xəbər göndərdi ki, “burada nə var? Ülvi qızını görmək istəyirsə, anası uşağı versin nəzarətçilərə, onlar içəri aparıb görüşdürsünlər”. Mən qətiyyən uşağımı heç kimə verməyəcəyimi və görüşdən imtina etdiyimi bildirdim. Təcridxananın rəisi qızımın, mənim və Ülvinin bütün əsəblərini məhv edəndən sonra lütf edib minnətlə xəbər göndərdi ki, “yaxşı, gəlsinlər, şərait yaradıram, Ülvi 5 aydan sonra 1 dəqiqəlik qızını qucağına alsın”. Qızım güclə sakitləşmişdi ki, Ülvi qızını görsün deyə, məcbur yenidən eyni gərginliyi uşağıma yaşatmalı oldum. Biz içəri girən kimi qızım yenə ağlamağa başladı. Ülvi onu qucağına aldı, öpdü və otaqdan dərhal çıxarıldıq. Haqqımız olan görüşü ala bilmədik”- deyə, o bildirib.

Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb. Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Amerikanın Səsi 

10:14, 12 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ələsgər Məmmədlinin həbsindən apellyasiya şikayəti verilib

by Gozetci 09:24, 12 Mart 2024
written by Gozetci

Ələsgər Məmmədli

Martın 11-də Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin həbsindən apellyasiya şikayəti verilib.

Vəkil Aqil Layıc bildirib, müdafiə tərəfi Xətai Rayon Məhkəməsinin Məmmədli barədə iqtintaq dövrü üçün seçdiyi 4 aylıq həbs qətiimkan tədbiri qərarının ləğvini xahiş edib.

“Ələsgər Məmmədlinin qaçaqmalçılıq ittihamı ilə həbsdə saxlanması üçün heç bir maddi və prosessual əsas yoxdur”, vəkil qeyd edib.

Vəkil həmçinin deyib ki, Məmmədlinin səhhətində ciddi problemlər var.

“Onun bədənində şiş var. Belə problemi olan şəxslər nəinki həbs edilmir, hətta cəzalarını çəkməkdən azad edilir”, o qeyd edib.

Layıc deyib ki, Cinayət Məcəlləsinin 206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə təqsirləndirilən Demokratik Təşəbbüslər İnstitutu və Respublika III Platformasının üzvü Ruslan İzzətlinin həbsindən də apellyasiya şikayəti veriləcək.

Məmmədli və İzzətli martın 8-də saxlanılıb. Bundan əvvəl, martın 6-da Toplum TV və Demokratik Təşəbbüslər İnstitutunun daha 7 əməkdaşı saxlanılıb. Onlardan 5-i barəsində həbs qətimkan tədbiri seçilib, daha ikisi polis nəzarətinə verilib.

Həbs olunanların barəsində apellyasiya şikayəti verilib.

Amerikanın Səsi 

09:24, 12 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

by Gozetci 16:48, 11 Mart 2024
written by Gozetci

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

“Qərara əsasən koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il iyulun 1-i saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bu müddət 2 aprelə kimi nəzərdə tutulmuşdu.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Hazırda Azərbaycanda bütün qadağalar ləğv edilib.

Dünyanın bir çox ölkələri quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır. Quru sərhədlərini insanlar yalnız hökumətin xüsusi icazəsi ilə keçə bilər.

Quru sərhədlərin açılması tələbi ilə ictimai fəallar Bakıda etiraz aksiyası da keçirib. Ancaq hökumət hələ də ölkənin quru sərhədlərinin insanların keçidi üçün açmamaqda israrlıdır.

Mayın 5-da Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 virusunun artıq qlobal ictimai səhiyyəyə təhlükə təşkil etmədiyini elan edib.

Amerikanın Səsi 

16:48, 11 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Toplum TV” saytı əməkdaşlarının həbsi və ofisinin möhürlənməsi ilə bağlı bəyanat yayıb

by Gozetci 16:12, 11 Mart 2024
written by Gozetci

Toplum TV

“Toplum TV”nin əməkdaşlarının həbsi və ofisinin möhürlənməsi ilə bağlı sayt bəyanat yayıb.

Bəyanatda qeyd olunur ki, martın 6-də “Toplum TV” heyəti “Toplumda xəbər” verilişinin növbəti buraxılışını efirə hazırlarkən polis ofisə basqın edib:

“Məhkəmə qərarı təqdim etmədən keçirilən axtarış zamanı polis bir sıra qanunsuzluqlara yol verib. Həmin vaxt redaksiyada olan bütün əməkdaşların telefonları əllərindən alınıb və bununla da onları nəinki vəkil çağırmaq, hətta baş redaktora və təsisçiyə məlumat vermək imkanından da məhrum ediblər. Basqın zamanı polis ofisdəki avadanlığı da qəsb edib və beləliklə də bəzi kompüterlərdən “Toplum TV”nin “Youtube” və “İnstagram” səhifələrinə giriş əldə edib, adları dəyişdirilib və bütün videolar silinib. Bəyan edirik ki, kiberhücuma görə məsuliyyəti Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları daşıyır”.

Bəyanatda deyilir ki, saytın əməkdaşları polisə aparıldıqdan sonra təzyiq altında onlardan telefonlarının şifrəsi tələb olunub və sonra yenə də təzyiq altında şifrə və telefonları könüllü verdikləri barədə protokol imzalatdırılıb.

“Eyni qanunsuzluqla müşayiət olunan həbslər “Toplum TV”nin tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunda da baş verib. Bundan sonra polis həbs olunan əməkdaşların bəzilərinin evində axtarış aparıb və guya müxtəlif məbləğlərdə valyuta aşkarlayıb. Polisin aşkarladığını iddia etdiyi məbləğlər əməkdaşlarımıza aid deyil. Həmin pulların əsassız ittihamlara zəmin yaratmaq üçün əməkdaşlarımızın evinə axtarış zamanı polis tərəfindən yerləşdirdiyinə əminik” – deyə, bəyanatda bildirilir.

“Toplum TV” gəlir götürmədən, professional jurnalistika standartları ilə keyfiyyətli yayım həyata keçirən media qurumu olduğunu qeyd edən sayt efirdə xalqın şikayətləri ilə yanaşı, hökumətin bu şikayətlərə cavabına, hakimiyyətdə və müxalifətdə olanların məsuliyyət və səlahiyyətlərilə bağlı tənqidlərə yer ayırdıqlarını bildirib:

“Balansı hər zaman qorumağa çalışmışıq və səsinin “Toplum TV”dən eşidilməsini istəyən hər kəsə peşəkarlıq normaları çərçivəsində imkan yaratmışıq. Hökumətin “Toplum TV”-ni susdurmaq cəhdi ölkədə həqiqəti ortaya çıxaran medianı tamamilə sıradan çıxarmaq səylərinin bir hissəsidir. “Toplum TV” olaraq qəti şəkildə bəyan edirik: bu cinayət işinin səbəbi bizim fəaliyyətimiz deyil; araşdırıb xalqa çatdırdığımız cinayətlər və qanunsuzluqlardır. Həbslərin, o cümlədən ofisimizə, internet resurslarımıza müdaxilənin sifarişçisi də qanunsuz əməllərinin aşkarlanmasından qorxan hökumətdir”.

“Toplum TV”nin bəyanatında deyilir ki, onlar üzləşdikləri kiberhücumun nəticələrinin aradan qaldırılması və videoredaktorları Müşfiq Cabbarın, saytın təsisçisi Ələsgər Məmmədlinin və partnyor DTİ-nin həbs olunmuş əməkdaşlarının hüquqi müdafiəsini təşkil etməyə çalışırlar.

“Bu səbəblər üzündən keyfiyyətli və peşəkar jurnalist işimizdə yaranan fasiləyə görə izləyicilərimizdən üzr istəyirik, tezliklə onların həqiqi və peşəkar xəbər, balanslı müzakirə izləmə hüququnu bərpa edəcəyik. Eyni zamanda, “Toplum TV”yə qarşı atılan repressiv addımların da cavabını tələb edirik və günahkarların məsuliyyət daşıması üçün əlimizdən gələni edəcəyik. “Toplum TV” və onun əməkdaşları sadəcə jurnalistika ilə məşğuldurlar və hər hansı cinayət işi üçün əsas ola biləcək heç bir addım atmayıblar. Bundan sonra da fəaliyyətimizi məhz bu şəkildə davam etdirəcəyik”, bəyanatda qeyd olunur.

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin “III Respublika” Platformasının ofislərində, əməkdaşların evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, “Tolpum TV”nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı imkanı tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin “III Respublika” Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs- qətimkan tədbiri seçilib.

Ramil Babayev martından 7-dən həbsinə etiraz olaraq quru aclığa başladığını elan edib.

Martın 8-də isə “Toplum TV”nin təsisçilərindən Ələsgər Məmmədli və “III Respublika” Platformasının qurucu üzvü Ruslan İzzətli qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 ay həbs-qətimkan tədbiri seçilib.

Amerikanın Səsi 

16:12, 11 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ələsgər Məmmədli və Ruslan İzzətli barəsində 4 ay həbs qətimkan tədbiri seçilib

by Gozetci 20:00, 09 Mart 2024
written by Gozetci

Ələsgər Məmmədli və Ruslan İzzətli

Martın 9-da Xətai Rayon Məhkəməsinin qərarı ilə müstəqil internet televiziyası olan “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədli və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Hər iki ictimai fiqura qarşı martın 8-də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham elan olunub.
Xatırlatma
Martın 6-da isə polis “Toplum TV” müstəqil internet televiziyasının və III Respublika Platformasının ofisində əməliyyat aparıb.
Ümumilikdə ondan çox şəxs saxlanılıb. Onlardan Akif Qurbanov, Fərid İsmayılov, Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahova qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə cinayət işi açılıb.
Martın 8-də Akif Qurbanov, Müşfiq Cabbarov, Əli Zeynal, Ramil Babayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Elmir Abbasov və Fərid İsmayılov polis nəzarətində sərbəst buraxılıb.
AbzasMedia
20:00, 09 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Toplum işi” ilə bağlı saxınılanlar barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib (YENİLƏNİB)

by Gozetci 19:22, 08 Mart 2024
written by Gozetci

Jurnalistə də 4 ay həbs

Martın 8-də Toplum TV-nin əməkdaşı, jurnalist Müşfiq Cabbar barəsində də Xətai Rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu ara hüquqşünas Ələsgər Məmmədlinin evində axtarış bitib. Yaxınlarının bildirməsinə görə, mənzildən onlara məxsus olmayan 60 min avro pul tapıldığı iddia edilib.

Ailə üzvləri pulun onlara məxsus olmadığını, mənzilə əməliyyatçıların qoya biləcəklərini vurğulayırlar.

Bu açıqlamaya, hələlik, əməliyyatı keçirən Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

* * * 

Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı hakim önünə çıxarılıb

Saxlananlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal da martın 8-də Xətai Rayon Məhkəməsində hakim önünə çıxarılıb.

O, da qaçaqmalçılıqda şübhəli sayılır və ittihamı qəbul etmir. Amma məhkəmə onun haqqında da 4 aylıq həbs qəti imkan tədbiri seçib.

Müdafiə tərəfi qərardan apellyasiya şikayəti veriləcəyini açıqlayıb.

* * * 

Akif Qurbanov və digərlərinə 4 ay həbs

Martın 8-də III Respublika Platformasının spikeri Akif Qurbanov və digər saxlanılanlardan İlkin Əmrahov da Xətai Rayon Məhkəməsinə gətiriliblər. Onlar haqqında da 4 aylıq həbs qəti imkan tədbiri seçilib.

* * * 

Ramil Babayevə 4 ay həbs

Bu gün, martın 8-də Xətai rayon Məhkəməsində Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

AzadlıqRadiosu

 

19:22, 08 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əziz Orucovun səhhətində problemlər yaranıb

by Gozetci 17:59, 08 Mart 2024
written by Gozetci

Əziz Orucov

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun səhhətində problemlər yaranıb. Bu barədə onun qardaşı Anar Orucov məlumat yayıb.

“Bu gün ailəmiz Bakı İstintaq Təcridxanasında qardaşım Əziz Orucovla görüşüb. Onun səhhətində problemlər yaranıb, davamlı mədə və baş ağrıları var, əsəblərində ciddi problemlər var, əlləri əsir, gözləri qaralır. İlk dəfə tutulanda da ciddi sinir problemləri yaşamışdı, ciddi psixoloji problemləri yaranıb, tez-tez boğulmaları olur. Ötən həftə təcridxanada qrip olub. Vəkil Bəhruz Bayramov da 2 gün öncə Əzizlə görüşəndən sonra səhhətinin və psixoloji durumunun pis olduğunu dedi”, o qeyd edib.

Əziz Orucovun qardaşı onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyir.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

“Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucov ötən ilin noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

“Kanal 13″ün əməkdaşı Rüfət Muradlı isə dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Ailəsinin məlumatına görə, Şamo Eminov dekabrın 22-də Səbail Rayon Polis İdarəsinə aparılıb. Şamo Eminov saxlanıldıqdan 4 gün sonra ailəsi ilə Bakı İstintaq Təcridxanasından əlaqə saxlaya bilib.

“Kanal 13” 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Amerikanın Səsi 

17:59, 08 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ramil Babayev və Elmir Abbasovun aclıq aksiyasına başladıqları bildirilir

by Gozetci 16:26, 08 Mart 2024
written by Gozetci

Ramil Babayev və Elmir Abbaso

“Toplum işi” üzrə saxlanan Ramil Babayev və Elmir Abbasovun aclıq aksiyasına başladıqları bildirilir.

Bu barədə onların yaxınları məlumat verib.

Elmir Abbasovun yaxınları bildirib ki, o, öz qanunsuz tutulmasina etiraz olaraq martın 8-də quru aclığa başlayıb.

Məlumatı Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

AzadlıqRadiosu
16:26, 08 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ruslan İzzətlinin və Ələsgər Məmmədlinin evində axtarış başlayıb

by Gozetci 15:40, 08 Mart 2024
written by Gozetci

Ruslan İzzətli və Ələsgər Məmmədli

Martın 8-də III Respublika Platformasının üzvü Ruslan İzzətlinin Bakı şəhərindəki evində aparılan axtarış başa çatıb. Axtarış zamanı R.İzzətli də evə gətirilib.

Bu barədə AzadlıqRadiosuna onun xanımı Günel Manaflı məlumat verib.

Xanımı qeyd edib ki, Ruslan ona guya mənzildə pul tapılıb götürüldüyünü söyləyə bilib. Xanımının sözlərinə görə, pul onların olmayıb, heç məbləği də dəqiqləşdirə bilməyib, sadəcə aparılanda Ruslan İzzətli bir-iki kəlmə ilə üzləşdikləri bu durumu ona izah edə bilib.

Günel Manaflı əlavə edib ki, Ruslan İzzətlinin öd kisəsində ciddi problem var :

“Yoldaşım cərrahla görüşüb yaxın günlərdə əməliyyat olunmalı idi. Əməliyyat hələ ötən həftəyə təyin olunmuşdu, amma Ruslan soyuqlayıb deyə əməliyyat qaldı”.

*  *  *

Jurnalist telefonunun əlindən alınıb çəkilişinin pozulduğunu deyir

Martın 8-də III Respublika Platformasının üzvü Ruslan İzzətlinin Bakı şəhərindəki mənzilində axtarış aparılarkən binanın qarşısında çəkiliş edən jurnalistlərdən birinin əlindən telefonu alınıb, çəkilən görüntülər silinib.

Bu barədə jurnalistlərdən biri məlumat verib.

Onun sözlərinə görə, çəkilmiş kadrlar silinəndən sonra telefonunu özünə qaytarıblar.

*  *  *

Martın 8-də III Respublika Platformasının üzvü Ruslan İzzətlinin Bakı şəhərindəki evində axtarış başlayıb.

Bu barədə onun həyat yoldaşı Günel Manaflı məlumat verib. Onun sözlərinə görə, axtarış aparan şəxslər ona otaqdan çıxmağa və axtarış prosesini izləməyə icazə vermir.

Üstəlik, axtarışın vəkilin iştirakı olmadan aparıldığı deyilir.

Əraziyə gələn jurnalistlərə çəkiliş aparmağa imkan verilməyib.

Hüquqşünas Ələsgər Məmmədlinin də Bakıdakı evində axtarışa başlandığı bildirilir.

Bu barədə onun yaxınları məlumat verib.

Hələlik, bu məlumatlara Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

15:40, 08 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia