Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Abzas Media” direktorunun və baş redaktorunun həbs müddətləri uzadılıb

by Gozetci 17:10, 14 Mart 2024
written by Gozetci

Ülvi Həsənli və Sevinc Vaqifoğlu

Martın 14-də “Abzas Media”nın direktoru Ülvi Həsənlinin həbs müddəti 3 ay və baş redaktor Sevinc Vaqifqızının (Abbasova) həbs müddəti isə 2 ay 29 gün uzadılıb.

Xətai rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliyilə keçirilən prosesdə istintaq orqanının həbs müddətlərinin uzadılması ilə bağlı təqdimatına baxılıb və təmin edilib.
Bundan əvvəl “Abzas Media işi” üzrə fevralın 24-də jurnalist Nərgiz Absalamovanın, martın 7-də isə Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti 3 ay uzadılıb.
AbzasMedia
17:10, 14 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderXƏBƏRLƏR

Həbsdə olan jurnalist Osman Nərimanoğlu karserə salınıb

by Gozetci 18:18, 13 Mart 2024
written by Gozetci

Osman Nərimanoğlu

Gəncə İstintaq Təcridxanasında saxlanılan demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu üç günlük karserə salınıb. Həyat yoldaşı Arzu Rzayevanın verdiyi məlumata görə, onun cəzalandırılmasına vəziyyəti kəskin pisləşən kamera yoldaşı Osmana tibbi yardım göstərilməməsinə qəzəblənməsi səbəb olub.

Osmanın cəza kamerasına salınması onun səhhəti üçün təhlükə yaradır, çünki onun da səhhətində problemlər var, deyə həyat yoldaşı qeyd edib.

* Osman Nərimanoğlu 5 iyul 2022-ci il tarixində pul tələb etmə ittihamı ilə həbs olunub. Həbsindən sonra o, ittihamın yalann olduğunu və saytda korrupsiya faktları haqqında materiallar dərc etdiyi Meliorasiya İdarəsinin məmurlarının, habelə Goranboy və Göygöl rayonunun həkimlərinin ona böhtan atdığını bildirib.

Yanvarın 25-də məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Hüquq müdafiəçiləri Osman Nərimanoğlunu siyasi məhbus kimi tanıyıblar.

Turan 

18:18, 13 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Ruslan İzzətlinin təcili əməliyyata ehtiyacı var

by Gozetci 17:02, 13 Mart 2024
written by Gozetci

Ruslan İzzətli

Həbs edilmiş “III Respublika Platforması”nın üzvü Ruslan İzzətlinin öddaşı xəstəliyi ilə əlaqədar təcili cərrahi əməliyyata ehtiyacı var. Bu barədə onun həyat yoldaşı Günel Manaflı bildirib.

“Ruslanın həbsindən sonra onun həkimi ilə məsləhətləşdim, o, dərmanların artıq ona kömək etmədiyini, təcili əməliyyata ehtiyac olduğunu deyib. Onun hər an tutması ola bilər, buna görə əməliyyat lazımdır”, deyə Manaflı bildirib.

O, öz narahatlığını ombudsmanın köməkçisinə çatdırıb və xəstəliyin ərinin həyat və sağlamlığına istənilən mənfi nəticələrinə görə dövlətin məsuliyyət daşıyacağını bildirib.

Martın 11-də İzzətlinin həyat yoldaşı ilə qısa telefon danışığı olub. “Biz təxminən iki dəqiqə danışdıq. Vəkil hələ Ruslanla görüşməyib, lakin apellyasiya şikayəti verib”, deyə Günel Manaflı əlavə edib.

* İzzətli martın 8-də saxlanılıb və növbəti gün pul qaçaqmalçılığı ittihamı ilə 4 ay müddətinə həbs olunub. Elə həmin iş üzrə Toplum TV-nin və Demokratik Təşəbbüslər İnstitutunun 8 əməkdaşı prosesə cəlb edilib.

Turan 

17:02, 13 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

AXCP fəalı məhkəməyə aparılarkən fiziki təzyiqə məruz qalıb

by Gozetci 14:17, 13 Mart 2024
written by Gozetci

Elnur Həsənov

Martın 12-də Bakının Xətai Rayon Məhkəməsində Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənov barəsində qətimkan tədbirinin dəyişdirilməsi və onun ev dustaqlığına keçirilməsi haqqında vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin etməyib. Eyni zamanda, fəal məhkəməyə aparılarkən mühafizəçilər tərəfindən fiziki təzyiqə məruz qalıb, bu barədə AXCP-dən bildiriblər.

Həsənovun əlləri arxadan qandallanıb, məhkəmə zalına isə yalnız bir nəfər – Ədliyyə Nazirliyinin nümayəndəsi buraxılıb. Müdafiə tərəfi bunu qanun pozuntusu hesab edib. Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək. Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.

* Elnur Həsənov 28 noyabr 2023-cü il tarixində narkotik vasitələrin qanunsuz dövriyyəsi (CM-in 234.4.3-cü mad.) ittihamı ilə həbs olunub. Fəal hesab edir ki, həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir. Fevralın 24-də məhkəmə Həsənovun həbs müddətini 1 ay uzadıb.

Turan 

14:17, 13 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Afiəddin Məmmədov onun işinə baxan hakimlərə etiraz edir: onların obyektiv və ədalətli olacağına inanmır

by Gozetci 10:43, 13 Mart 2024
written by Gozetci

Afiəddin Məmmədov

Hakim fəalın məhkəmədə danışmasına icazə verməyib

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, həbsdə olan ictimai fəal Afiəddin Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində onun işinə baxan hakimlər kollegiyasına etiraz edir. Onun işi Səbuhi Hüseynovun sədrliyilə, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət hakimlər kollegiyasının icraatındadır. Lakin ictimai fəal bu kollegiyanın onun işinə obyektiv baxacağına, ədalətli hökm çıxaracağına inanmır.

Ötən məhkəmə iclasında Afiəddin Məmmədov və onun vəkili jurnalistlərə məhkəmə prosesinin gedişində videogörüntülər çəkməyə icazə verilməsini istəmişdi. Ancaq məhkəmə bu vəsatəti təmin etməmişdi. Buna etiraz edən Afiəddin Məmmədov və vəkili bildirmişdi ki, bir çox başqa məhkəmə işlərində videoçəkilişə icazə verilir, lakin onun məhkəməsində yox.

Martın 12-də keçirilən məhkəmə iclasında vəkil hakimlərə etiraz edərkən bu məsələni xatırladıb. Müdafiəçi bildirib ki, Afiəddin Məmmədov hakimlərin onun işinə obyektiv baxmaq niyyətində olmadığını, bu səbəbdən videoçəkilişə icazə vermədiklərini düşünür. Ona görə də bu kollegiyaya etiraz edir.

Məhkəmədə dövlət ittihamını müdafiə edən prokuror Orxan Kəngərli etirazın əsassız olduğunu bildirib. Deyib ki, məhkəmə özü audio və videoyazı aparır.

Hakimlər də etirazın əsassız olduğunu iddia edərək, onun baxılmamış saxlanmasına qərar verib.

Daha sonra məhkəmə istintaqının başlandığı bildirilib, prokuror ittiham aktını elan edib. İttihama əsasən, Afiəddin Məmmədov 2023-cü ilin sentyabrında saat 16.30 radələrində Xətai rayonu, Məhəmməd Hadi küçəsində (metronun “Həzi Aslanov” stansiyasının yaxınlığı-red.) gedərkən Səfər Hüseynovla toqquşub. Bu zaman Afiəddin Məmmədov onun ünvanına nalayiq ifadələr səsləndirib, ardınca gümüşü rəngli bıçaqla ona xəsarət yetirib.

Afiəddin Məmmədova qarşı Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) və 228.4 (qanunsuz olaraq, soyuq silah saxlama) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrin sanksiyasında 11 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

İctimai fəal bu ittihamların heç birini qəbul etmir. O, prokurorun elan etdiyi ittihama münasibət bildirərkən deyib ki, özünü təqsirli bilmir. İctimai fəal həbsi barədə ətraflı danışmaq istəsə də, hakim onu ifadə verməyə qoymayıb. Deyib ki, vaxt azdır, bu məhkəmə tərkibinin baxmalı olduğu başqa işlər var, növbəti məhkəmə iclasında ətraflı dindiriləcək.
Növbəti məhkəmə iclası isə aprelin 9-na təyin edilib.

Afiəddin Məmmədov deyir ki, o, heç bir cinayət törətməyib. Onun sözlərinə görə, sentyabrın 20-də evdən çıxıb gedəndə bir nəfər ona yaxınlaşıb. Həmin şəxs özünə xəsarət yetirib, bıçağı da onun üstünə atıb. Daha sonra ətrafda əvvəldən gözləyən polislər onu tutub aparıblar.

Bu üsulla şərlənərək həbs olunduğunu deyən ictimai fəalın sözlərinə görə, bıçaqlandığı iddia olunan şəxsin özü ona zərər yetirib. Afiəddin Məmmədov vurğulayıb ki, əsl zərərçəkmiş onun özüdür. Çünki saxlandıqdan sonra özü zorakılığa məruz qalıb:

“Guya mənim bıçaqladığım adam ki var, onun özü mənə zərər yetirib. Məni elə vurmuşdu, iki gün Kürdəxanı təcridxanasında burnumun qanı dayanmırdı”.

Sifarişlə həbs olunduğunu deyən Afiəddin Məmmədov hesab edir ki, ona qarşı bu təxribatın qurulmasının əsl səbəbi işçilərin hüquqlarının müdafiəsilə məşğul olmasıdır. O, yada salır ki, bu fəaliyyətinə görə bundan əvvəl də dəfələrlə polisə müqavimət ittihamıyla şərlənərək, hər dəfə 30 sutka inzibati qaydada həbs olunub.

Avqustun 1-də Bakıda moped sürən kuryerlərin etiraz aksiyası olub. Onlar polislərin nəqliyyat vasitələrini cərimə meydançasına aparmasına etiraz ediblər. Kuryerlərin etiraz aksiyasında

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri və üzvləri də iştirak edib.
Bundan dərhal sonra Konfederasiyanın sədri Afiəddin Məmmədov, ardınca da təşkilatın üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov həbs edilib. Hazırda adları çəkilən digər iki ictimai fəal da həbsdədir.

Meydan TV 

10:43, 13 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏmək hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ələsgər Məmmədlinin qaynı həkim Aydın Əliyev işdən çıxarılıb

by Gozetci 10:08, 13 Mart 2024
written by Gozetci

Aydın Əliyev

Həkim Aydın Əliyev çalışdığı “İstanbul” klinikasından çıxarılıb. Bu barədə həkim Turana məlumat verib.

Onun bildirməsinə görə, martın 12-də klinikanın rəhbərliyi işdən azad edildiyini ona dedi: “Dedilər ki, sabahdan işə gəlmə”.

Həkim bunun səbəbini yaxın günlərdə baş verənlərlə əlaqələndirir: “Mənim bacımın həyat yoldaşı Ələsgər Məmmədli həbs olundu və mən onun qanunsuz həbsinə münasibət bildirmişəm. Görünür ki, bu kiminsə xoşuna gəlməyib”.

A.Əliyev qeyd edib ki, o işdən azad olunması ilə bağlı ərizəyə qol çəkməyib: “Mənim klinika ilə iş müqaviləm, sertifikatlarım, vergi, sosial ödənişlərim, hamısı qaydasındadır. Əslində indi klinika mənə təzminat ödəməlidir”.

A.Əliyev martın 7-də Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin “İstanbul” klinikasının önündə saxlanılma videosunu öz sosial şəbəkədəki hesabından paylaşdı. Daha sonra o, Ə.Məmmədlinin həbsi ilə bağlı medialara müsahibə verdi.

Aydın Əliyevin dediklərinə “İstanbul” klinikasının rəhbərliyindən münasibət öyrənmək mümkün olmayıb.

Turan

10:08, 13 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“III Respublika” Platforması jurnalistlərin və fəalların son həbslərini pisləyib

by Gozetci 18:00, 12 Mart 2024
written by Gozetci

Martın 6 və 7-də “Toplum”TV-nin əməkdaşları və təsisçisinin, həmçinin “III Respublika” Platformasının üzvlərinin həbsi Azərbaycanda sivil toplum müqavimətini tam məhv etməyə yönəlib, qaçaqmalçılıq ittihamı ilə həbslər də məhz buna hesablanıb, “III Respublika” Platformasının son həbslərlə bağlı bəyanatında bildirilir.

“Həmin pulların elə axtaranlar tərəfindən qoyulduğuna şübhə etməməklə yanaşı, onu da bildirmək istəyirik ki, evdə xarici valyuta saxlamaq cinayət təqibi üçün, xüsusən də “qaçaqmalçılıq” ittihamı üçün əsas ola bilməz. Şübhə yoxdur ki, baş verənlər Azərbaycanda sivil toplumun müqavimətini tam məhv etməyə yönəlib.

Həbslərdən dərhal sonra “Toplum” TV-nin Youtube və İnstagram hesablarının ələ keçirilərək videoların silinməsi də sübut edir ki, repressiyaların səbəbi heç də qaçaqmalçılıq deyil.

“III Respublika” Platforması bildirir ki, son repressiya dalğasının əsas hədəflərindən biri də onların platformasıdır

Rejim özünü ən güclü hesab etdiyi bir dönəmdə yeni bir müxalif təşkilatın yaranması və ortaya olduqca mütərəqqi hədəflər qoyması cəmiyyətdə ümid yaratdı. Bu da rejimin məqsədləri və cəmiyyəti sürüdüyü istiqamətlə tam əkslik təşkil edir. “III Respublika” Platforması jurnalistikanın və siyasi fəaliyyətin cinayət olmadığını, birləşmək, söz və ifadə azadlığının ölkə konstitusiyasında və Azərbaycan Respublikasının imzaladığı beynəlxalq konvensiyalarda təsbit olunduğunu bildirir, son günlər baş verənləri qanunsuz repressiya aktı kimi qiymətləndirir”, – bəyanatda deyilir.

“III Respublika” Platforması cəmiyyəti baş verənlərə və öz taleyinə biganə qalmamağa çağırıb.

Həmçinin beynəlxalq birliyi Azərbaycanda baş alıb gedən qanunsuzluqlara, insan hüquq və azadlıqlarının tapdanmasına əməli reaksiya verməyə çağırıb.

Xatırladaq ki, martın 6-da xarici valyuta qaçaqmalçılığında ittiham edilən 9 fəal və jurnalist saxlanılıb. “III Respublika” platformasının üzvləri  Akif Qurbanov və Ruslan İzzətli daxil olmaqla, 7 nəfər 4 ay müddətinə həbs edilib. Daha iki nəfər polisin nəzarətinə verilib.

Turan 

18:00, 12 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

CPJ Azərbaycan hakimiyyətini Toplum TV-yə qarşı təqibləri dayandırmağa çağırır

by Gozetci 17:47, 12 Mart 2024
written by Gozetci

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hakimiyyətini Toplum TV jurnalistlərini azad etməyə, müstəqil xəbər orqanının əməkdaşlarına qarşı bütün ittihamları ləğv etməyə, medianın azad şəkildə işləməsinə şərait yaratmağa çağırıb.

“Abzas Media və Kanal 13-ə bənzər hücumlardan sonra Toplum TV-yə basqın və jurnalistlərin həbsi onu göstərir ki, Azərbaycan hakimiyyəti ölkənin müstəqil mətbuatının son qalıqlarını da yox etmək niyyətindədir”, CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə koordinatoru Gülnoza Said bildirib.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin onkoloji xəstəlikdən müalicə aldığı bir zamanda polis tərəfindən saxlanılmasını “xüsusi hədsizlik” kimi qiymətləndirən Gülnoza Said, Azərbaycan hakimiyyətini Ələsgər Məmmədli və Müşfiq Cabbarı dərhal azad etməyə, Toplum TV əməkdaşlarına qarşı bütün ittihamları ləğv etməyə və müstəqil mediadan reportajlarına görə qisas almağı dayandırmağa çağırıb.

Martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, III Respublika Platformasının ofislərində, həmçinin əməkdaşların evlərində axtarışlar aparıb.

Axtarış zamanı iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV jurnalistləri Müşfiq Cabbara, Fərid İsmayılova və Elmir Abbasova qarşı “qaçaqmalçılıq” ittihamı ilə cinayət işi açılıb. Məhkəmə Müşfiq Cabbar barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib, İsmayılov və Abbasov zaminə buraxılıb.

Martın 6-da saxlanılan Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də fəallar Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova da “qaçaqmalçılıq” ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Martın 8-də isə Toplum TV-nin təsisçisi, tanınmış hüquqşünas Ələsgər Məmmədli və III Respublika Platformasının təsisçi üzvü Ruslan İzzətli “qaçaqmalçılıq” ittihamı ilə saxlanılaraq barələrində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, “cinayət işinin hədəfi tənqidi səslərdir”.

Martın 11-də yaydığı bəyanatda Toplum TV axtarış əməliyyatının və həbslərin qanunsuzluqla müşayiət olunduğunu qeyd edib. Polis axtarış əməliyyatından sonra Toplum TV-nin ofisini möhürləyib, bir sıra avadanlıqları “qəsb edib”.

Bundan sonra, internet televiziyasının 90 mindən çox izləyicisi olan Youtube səhifəsi və digər sosial media hesabları ələ keçirilərək silinib. Toplum TV kiberhücuma görə məsuliyyəti Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının daşıdığını bildirir.

ABŞ, Böyük Britaniya və Fransa həbslərlə bağlı “dərin narahatlıq” ifadə edib, Freedom House, Avropa Jurnalistlər Federasiyası, Sərhədsiz Reportyorlar kimi beynəlxalq media azadlığı təşkilatları, habelə AŞPA məruzəçisi həbsləri pisləyiblər.

“Azərbaycanı öz fundamental azadlıqlarından istifadə edənlərə qarşı təzyiqlərə son qoymağa və siyasi motivlərlə haqsız yerə həbs edilən bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq”, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Rəsmi Bakı ABŞ və Böyük Britaniyanın bəyanatlarına cavab verməsə də, Fransanı Azərbaycanın “daxili işinə qarşımaqda” günahlandırıb və əlavə edib ki, “Azərbaycanda fundamental hüquq və azadlıqlar, eləcə də media azadlığı tam olaraq təmin edilir”.

Azərbaycanda ötən ilin noyabrından başlayaraq “ölkəyə qaçaqmalçılıq yolu ilə xarici valyuta gətirmək” ittihamı ilə Abzas Medianın 6 jurnalisti də daxil olmaqla 10-dan çox jurnalist həbs edilib.

Amerikanın Səsi 

17:47, 12 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Həyat yoldaşı: “Nazim Bəydəmirlinin səhhətində ciddi problemlər yaranıb”

by Gozetci 15:06, 12 Mart 2024
written by Gozetci

Nazim Bəydəmirli

İqtisadçının qan təzyiqinin yüksək olduğu, şiddətli nəfəs darlığının yarandığı deyilir

Hazırda həbsdə olan iqtisadçı Nazim Bəydəmirlinin səhhətində ciddi problemlər yarandığı bildirilir.

Bu barədə məlumat verən həyat yoldaşı Fəridə Bəydəmirli deyib ki, Nazim Bəydəmirlinin qan təzyiqi yüksəkdir:

“Martın 11-də Nazimlə telefonla danışdım, bir həftədən çoxdur qan təzyiqi 150/90-dan aşağı düşmür, ürək döyüntüsü yüksəkdir, şiddətli nəfəs darlığı var”.

Fəridə Bəydəmirlinin sözlərinə görə, həyat yoldaşına iki həftədən çoxdur ki, açıq havada gəzintiyə icazə verilmir, bununla bağlı müraciətlərinə isə məhəl qoyulmur.

Həmçinin Nazim Bəydəmirlinin mülki həkim müayinəsi istəməsi ilə bağlı hələ fevralın 21-də etdiyi müraciət də təmin olunmayıb.

Həyat yoldaşının dediyinə görə, məsələ ictimailəşəndən sonra ədliyyə hospitalından həkim kardioloq göndərilib:

“Həkim Nazimi elektrokardioqrafiya və exokardioqrafiya müayinəsindən keçirib və tövsiyə edib ki, qan analizi versin, nəticəyə uygun təcili müalicəyə başlanmalıdır. Həmin həkim mənə Nazimin diqanozunu xatırlamadığını dedi. Tövsiyə etdi ki, Penitensiar Xidmətin həkimlərindən soruşum. Onlardan da soruşdum doğru-düzgün cavab ala bilmədim. Anlaşılan odur ki, heç kim doğruları söyləməyəcək”.

Vəkili Aqil Layıc Meydan TV-yə bildirib ki, Nazim Bəydəmirlinin səhhəti ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciətlər etsə də, əhəmiyyət verən yoxdur.

Məsələyə Penitensiar Xidmət və Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən münasibət öyrənmək mümkün olmayıb.

Nazim Bəydəmirlinin həbsinin tarixçəsi

Nazim Bəydəmirli 2023-cü il iyulun 4-də Cinayət Məcəlləsinin (CM)182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq saxlanıb.

İyulun 5-də məhkəmə qərarı ilə 4 ay müddətinə həbs edilib.

24-cü ilin yanvarın 31-də Nazim Bəydəmirlinin həbs müddətinin daha 2 ay uzadılmasına qərar verilib.

Nazim Bəydəmirli ittihamı rədd edib, onu uydurma və hüquqi əsaslardan məhrum adlandırıb.

Müdafiə tərəfinin bildirdiyinə görə, Nazim Bəydəmirli hesab edir ki, o, “ekologiya məhbusu”dur və həbsinin səbəbi Söyüdlü hadisələrini pərdələmək üçündür.

Sentyabrın 1-də Nazim Bəydəmirliyə qarşı CM-nin 182.2.2-ci (təhdid yolu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə daha bir ittiham irəli sürülüb.

O, bu ittihamı da qəbul etmir.

Onun həbs müddəti məhkəməyə qədər bir neçə dəfə artırılıb.

2023-cü il iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü sakinləri “Gədəbəy” qızıl yatağından çirkab suları üçün ikinci süni gölün qurulmasına ekoloji tələblərlə etiraz ediblər.

Polis etirazlara gözyaşardıcı qazdan istifadə olunmaqla müdaxilə edib, saxlananlar, həbs edilənlər olub (onların dəqiq sayı rəsmi açıqlanmır).

İyulun 11-də Prezident İlham Əliyev hökumətin iclasında Söyüdlüdəki etirazlardan danışarkən vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb.

Bu çıxışdan iki gün sonra Söyüdlüdə qızıl yatağının istismarının müvəqqəti dayandırıldığı açıqlanıb.

Rəsmi monitorinqlərin nəticələrinə görə, ərazidə su obyektlərində bir sıra göstəricilərin normadan artıq olduğu aşkarlanıb.

Bununla belə, 2023-cü il sentyabrın 26-da mədən mərhələlərlə fəaliyyətə başlayıb.

Meydan TV 

15:06, 12 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bakı apellyasiya məhkəməsi jurnalisti həbsdə saxlayıb

by Gozetci 14:34, 12 Mart 2024
written by Gozetci

Teymur Kərimov

Martın 11-də Bakı Apellyasiya Məhkəməsi “Kanal 11” internet televiziyasının rəhbəri Teymur Kərimovun ev dustaqlığına buraxılmaması ilə bağlı şikayətə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib. Bu barədə Amerikanın Səsinə açıqlamasında vəkil Nemət Kərimli məlumat verib:

“Hüquqlarını müdafiə etdiyim Teymur Kərimovla bağlı həbsin ev dustaqlığı ilə əvəz edilməsi barəsində vəsatəti Nərimanov Rayon Məhkəməsi rədd etmişdi. Həmin qərardan verdiyimiz appelyasiya şikayətinə baxıldı. Heç bir təəccüblü hadisə baş vermədi və qərar qüvvədə saxlanıldı. Teymur Kərimov bir daha bildirdi ki, onun həbsi jurnalist fəaliyyəti ilə bağlıdır”.

Məhkəmədə o, hədə-qorxu ilə tələb etmə ittihamını rədd edib. Kərimov peşəkar jurnalist fəaliyyətinə və qanunsuzluqları işıqlandırdığına görə təqib olunduğunu bildirib.

Dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Vəkil Nemət Kərimlinin sözlərinə görə, Teymur Kərimova 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələri üzrə təqsirli bilinir.

“Təqdimata görə, o guya üç epizod üzrə iki nəfərdən hədə qorxu ilə pul tələb edib. Lakin Teymur Kərimov özünü təqsirli bilmir və bu məsələlərdən xəbəri olmadığını deyib,” vəkil deyib.

Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.

“Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib”, vəkil əlavə edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.

“Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır,” o, qeyd edib.

Amerikanın Səsi

14:34, 12 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia