Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bəxtiyar Hacıyevin məhkəməsi davam edib

by Gozetci 17:32, 15 Mart 2024
written by Gozetci

Bəxtiyar Hacıyev

Martın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevin işi üzrə məhkəmə prosesi davam edib.

Hüquq müdafiəçisi Rüfət Səfərov Amerikanın Səsinə açıqlamasında bildirib ki, Bəxtiyar Hacıyev öz ifadəsində ittihamın heç bir bəndi üzrə özünü təqsirli bilmədiyini deyib.

“Bəxtiyar Hacıyev qaçaqmalçılıqda özünü təqsirli bildi və hakimlə dövlət ittihamçısının nəzərinə çatdırdı ki, 2020-ci ildə Almaniya və Türkiyədən külli miqdarda pul vəsaiti daxil olub. Bu vəsait 44 günlük Qarabağ müharibəsi zamanı gömrükdə bəyan etmədən ordu bölmələrinə, hərbçilərə ehtiyacları ödəmək üçün sərf edilib. Bəxtiyar Hacıyev bildirdi ki, bu məsələ ilə bağlı prezidentin köməkçisi Hikmət Hacıyevə müraciət edib ki, müdaxilə edilsin və gömrükdə problem yaranmasın. Bu müraciət də təmin edilib. Bu mənada Bəxtiyar Hacıyev 4 il əvvəl qaçaqmalçılıq etdiyini dedi. Əgər bu məsələyə görə qaçaqmalçılıq ittiham irəli sürüləcəksə razı olduğunu qeyd etdi. Lakin ibtidai istintaqın ortaya qoyduğu epizodlar tamamilə uydurmadır. Guya Gürcüstan üzərindən qrant pulların ölkəyə gətirilməsi və gömrükdə həmin pulların bəyan edilməməsi ilə bağlı olan ittihamları Bəxtiyar Hacıyev qəbul etmədi” – hüquq müdafiəçisi qeyd edib.

Məhkəmə iclasında Bəxtiyar Hacıyev məhkəmə iclaslarının daha tez-tez keçirilməsi haqqında vəsatət qaldırıb.

“Bəxtiyar bildirdi ki, ayda 2 dəfə məhkəmə iclasının keçirilməsi kifayət qədər azdır. Bunu özünə işgəncə olaraq hesab edir. 16 aydır ki, o, qapalı məkanda saxlanılır. Hakim vəsatəti təmin etdi, bayramdan sonra həftədə iki dəfə olmaqla məhkəmə iclasının keçirilməsi gözlənilir” – Rüfət Səfərov bildirib.

Daha sonra iclasda Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət verilib. Hakim şikayəti təmin etməyib.

Növbəti iclas aprelin 5-nə təyin edilib.

Xatırlatma

Bəxtiyar Hacıyev 9 dekabr 2022-ci il tarixində məhkəməyə qarşı hörmətsizlik (CM-in 221 və 289-cu maddələri ) ittihamı ilə saxlanılıb. Elə həmin ilin iyulunda ona qarşı CM-in 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması) və 206-cı (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Noyabrın 7-də Hacıyevə qarşı CM-in 213.1-ci (vergi, işsizliyə görə sığorta, icbari tibbi və sosial sığorta ödənişindən yayınma) maddəsi ilə ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev hesab edir ki, ona qarşı bütün ittihamlar saxtadır. O əmindir ki, həbsinin və ittihamların səbəbi hakimiyyəti tənqid etməsidir.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Amerikanın Səsi

17:32, 15 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Şurası Azərbaycan hakimiyyətini bir qrup fəala bəraət verməyə çağırıb

by Gozetci 16:13, 15 Mart 2024
written by Gozetci

Avropa Şurası

Avropa Şurasının Nazirlər Komitəsi 12-24 mart tarixlərində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına nəzarət çərçivəsində bir neçə qərar qəbul edib. Bu qərarların arasında Azərbaycana aid olanlar da var.

Avropa Şurasının mətbuat xidmətinin məlumatına görə, onlardan biri “Məmmədlinin qrupu Azərbaycana qarşı” işi ilə bağlıdır. Söhbət AİHM-nin vətəndaş cəmiyyəti nümayəndələri İntiqam Əliyev, Xədicə İsmayıl, Anar Məmmədli, Qiyas İbrahimov, Bayram Məmmədov (hazırda dünyasını dəyişib), Arif və Leyla Yunusun şikayətləri ilə bağlı qərarlarının tam icra olunmamasından gedir.

AİHM-nin qərarında xatırladılır ki, ərizəçilər hakimiyyəti tənqid etdiklərinə görə təqiblərə məruz qalıblar və onların barəsində Avropa Konvensiyasının 18-ci maddəsi (siyasi motivli təqib) pozulub.

Nazirlər Komitəsi ərizəçilərin məhkəmə qeydlərinin silinməsi və cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılması, onların vətəndaş hüquqlarının tamamilə bərpa olunması tələbini təsdiq edib.

Komitə bir daha hakimiyyəti ərizəçilər barəsində ittiham hökmlərinin dərhal ləğv edilməsini təmin etmək üçün bütün tədbirləri görməyə çağırıb.

Nazirlər Komitəsinin sədrinə Azərbaycan hakimiyyətinə məktub göndərmək və AİHM-nin qeyd edilən işlər üzrə qərarlarının tam və səmərəli icra olunması üçün tezliklə həll tapmağa çağırmaq tapşırılıb.

Nazirlər Komitəsi 2024-cü ilin iyununda bu məsələnin müzakirəsinə qayıdacaq.

Nazirlər Komitəsi “Qafqaz Məmmədovun qrupu Azərbaycana qarşı” işi üzrə də AİHM-nin bir qrup fəalın inzibati həbsindən şikayətinə dair qərarlarına aid bənzər qərar qəbul edib.

Nazirlər Komitəsi hakimiyyətə inzibati həbslərin qanuniliyinin və inzibati təhqiqatların ədalətliliyinin təmin edilməsi üçün tədbirlər görmək çağırışını təkrar ediblər.

Daha bir qərar Macarıstanda erməni zabitin azərbaycanlı hərbiçi tərəfindən öldürülməsi ilə bağlı “Makuçyan və Minasyan Azərbaycana qarşı” işinə aiddir.

Turan 

16:13, 15 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa Məhkəməsi Azərbaycandan göndərilən 10 şikayətlə bağlı qərarlarını açıqladı

by Gozetci 16:07, 15 Mart 2024
written by Gozetci

Ərizələr ifadə azadlığı hüququnun pozulması və inzibati xəta haqqında icraatların qanunsuzluğu iddiaları ilə bağlıdır

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) martın 14-də Azərbaycandan göndərilmiş 10 ərizə ilə bağlı 6 qərardadını elan edib. Ərizələr böhtan və təhqirə görə cinayət məsuliyyətinin tətbiqinin ifadə azadlığı hüququnu pozması və inzibati xəta haqqında icraatların qanunsuzluğu iddiaları ilə bağlıdır.

“Eldəniz Quliyev Azərbaycana qarşı”, – iş tanınmış ictimai fiqurlardan olan ərizəçinin yazılarına görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır.

Ərizəçi sonradan xəbər portallarında dərc edilmiş “Facebook” statusuna görə, Daxili işlər naziri tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib. Ərizəçi paylaşdığı məzmunda Daxili işlər nazirinə müraciət edib və şahidi olduğu yol-nəqliyyat hadisəsi zamanı yol polisinin davranışını tənqid edib və bunu qanunsuz və qeyri-etik qiymətləndirib.

Nəsimi Rayon Məhkəməsi ərizəçini böhtan və təhqirdə təqsirli hesab edib, onun 480 saat ictimai işlərə cəlb edilməsini və 1000 Azərbaycan manatı məbləğində təzminat ödəməsini nəzərdə tutan hökm çıxarıb.

O, AİHM-ə müraciət edərək ifadə azadlığı hüququnun pozuntusunu mübahisələndirib.
Kommunikasiya zamanı hökumət iddia olunan pozuntuların etiraf edildiyi təktərəfli bəyannamə təqdim edib. Həmin bəyannaməni nəzərə alan məhkəmə ərizənin siyahıdan çıxarılmasına qərar verib.

Qərardada görə, hökumət ərizəçiyə mənəvi zərər əvəzi 2700, hüquqi xərclər əvəzi 450 avro ödəməlidir.

“Elnur Məhərrəmli Azərbaycana qarşı” – işində ərizəçi jurnalist, onlayn media portalının rəhbəridir. Ərizəçi korrupsiya və rüşvətxorluqdan bəhs edilən məqalələrinə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib, onun cinayət məsuliyyətinə cəlb edilməsi istənilib.

Xətai Rayon Məhkəməsi ərizəçini Cinayət Məcəlləsinin 147.2 (ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilib, onun bir il altı ay müddətinə islah işlərinə məhkum edilməsinə və aylıq gəlirinin 15 faizinin dövlətin xeyrinə tutulmasına hökm verib.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 10-cu maddəsi ilə təminat altına alınan ifadə azadlığı hüququna müdaxilə olunduğunu iddia edib.

Ərizənin kommunikasiyası zamanı tərəflər dostca anlaşıb. Anlaşmaya əsaslanan qərardada görə, hökumət ərizəçiyə 2000 avro mənəvi zərər, 700 avro hüquqi xərclər əvəzi ödəməlidir.

“Nazim Məmmədov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçinin böhtana görə, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlıdır. Özəlləşdirilmiş dövlət şirkətinin direktoru ərizəçini “YouTube”-da yayılmış videoya və “Facebook”-da yayılan statuslarına görə, xüsusi ittiham qaydasında məhkəməyə verib, iddia edib ki, ərizəçi rüşvət alma, dövlət vəsaitlərini mənimsəmə və vergidən yayınma kimi ağır cinayətlərdə ittiham etməklə ona böhtan atıb.

Lənkəran Rayon Məhkəməsi ərizəçini böhtanda təqsirli bilib, onun bir il müddətinə azadlqıdan məhrum edilməsi haqda hökm çıxarıb. Yuxarı məhkəmə cəzanın müddətini 10 aya endirib.

Ərizəçi AİHM-də Konvensiyanın 10-cu maddəsinə əsaslanaraq, daxili məhkəmələrin qərarlarının onun ifadə azadlığı hüququnu pozduğunu iddia edib.

Ərizənin kommunikasiyası zamanı hökumət iddia edilən pozuntuları etiraf edib, ərizəçinin məruz qaldığı zərəri kompensasiya etməyi təklif edib. AİHM hökumətin təktərəfli bəyannaməsini qəbul edib. Qərardada görə, ərizəçiyə ümumilikdə 2700 avro mənəvi zərər, xərc və məsrəf əvəzi ödəniləcək.

“Nazim Həsənov Azərbaycana qarşı” – məhkəmə işi ərizəçi barəsində inzibati xəta haqqında icraatın ədalətsiz olması iddiaları ilə bağlı idi. Ərizəçi inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün hər hansı əsasın mövcud olmadığını, məhkəmə qərarlarının əsaslandırılmadığını, özünün seçdiyi vəkilə çatımına imkan verilmədiyini iddia edirdi. AİHM bu işdə Konvensiyanın 6-cı maddəsinin pozulmasına qərar verib.

Qərara əsasən, hökumət ərizəçiyə mənəvi zərər, xərc və məsrəflər əvəzi ümumilikdə 1250 avro ödəməlidir.

“Etibar Məmmədov Azərbaycana qarşı” – işi insanları müxalifətin təşkil etdiyi etiraz aksiyasında iştiraka çağıran broşüralar yaydığına görə ərizəçinin 2017-ci ildə saxlanılması və inzibati qaydada 15 sutkalığa məhkum edilməsi (İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis əməkdaşının qanuni əmrinə tabe olmama) maddəsi) ilə bağlıdır.

Ərizəçi Konvensiyanın 5,10 və 18-ci maddələrinə əsasən, saxlanılmasının və məhkum edilməsinin qanunsuz olmasından, saxlanılmasının və məhkum edilməsinin onu siyasi fəaliyyətinə görə cəzalandırmaq məqsədi daşımasından, milli məhkəmələrin qərarlarının əsaslandırlmamasından şikayət edib.

Ərizənin araşdırması zamanı tərəflər dostca anlaşıb. Anlaşmaya görə, hökumət ərizəçiyə 5800, onun təmsilçisinə 500 avro ödəməlidir.

“Kərim Süleymanlı və başqaları Azərbaycana qarşı” – məhkəmə işində ərizəçilər barələrindəki inzibati xətalar üzrə icraat zamanı məhkəmə araşdırmasının ədalətsiz olmasından şikayət edib. Ərizələrin kommunikasiyası zamanı tərəflər dostca anlaşıblar.

Məhkəmənin həmin anlaşmaya əsaslanan qərardadına görə, ərizəçilərdən K.Süleymanlı və Elvin Süleymanovun hər birinə 900 avro mənəvi zərər, 350 avro hüquqi xərclər əvəzi, Cavid Məmmədzadə və Baba Süleymanovun hər birinə isə 1000 avro mənəvi zərər, 250 avro hüquqi xərclər əvəzi ödənilməlidir.

“Zemfira Əliyeva Azərbaycana qarşı” – işində ərizəçi Konvensiyanın 11-ci maddəsinə əsaslanaraq, dinc toplantıların keçirilməsinə imkan verilməməsinin qanunsuzluğunu iddia edib. Kommunikasiya zamanı ərizəçi şikayətlərini davam etdirmək istəmədiyini bildirib.

Meydan TV 

16:07, 15 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Niyaməddin Əhmədov həbsxanada “kars”a salınıb

by Gozetci 16:00, 15 Mart 2024
written by Gozetci

Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü, həmçinin partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun 12 saylı cəzaçəkmə müəssisəsində cəzalandırıldığı deyilir.

Partiyanın yaydığı məlumata görə, Niyaməddin Əhmədov cəzaçəkmə müəssisəsində cərimə kamerası (“kars”) ilə cəzalandırılıb.

“Dedilər 6 günlük “kars” cəzası alıb, onun olduğu kameradan şeir tapıblar, şeirdə isə hakimiyyət tənqid olunubmuş”.

AXCP-dən bildirilib ki, Niyaməddin Əhmədov həbsdə də təzyiqlərə məruz qalır və bundan öncə də müxtəlif bəhanələrlə bir neçə dəfə cəzalandırıblar.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamıyla bir ay inzibati həbs cəzası alıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.

İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.

İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

AXCP bu ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

16:00, 15 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Kanal 11” televiziyasının rəhbəri Teymur Kərimova əlavə ittiham verilib

by Gozetci 15:50, 15 Mart 2024
written by Gozetci

Teymur Kərimov

Reportyor, “Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimova qarşı əlavə ittiham irəli sürüldüyü bildirilir.

Bu barədə jurnalistin vəkili Nemət Kərimli məlumat verib. Onun sözlərinə görə, əvvəlki ittihama digəri də əlavə olunub:

“Əvvəl Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Hazırda 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham əlavə olunub”.

Vəkil qeyd edib ki, Teymur Kərimov özünü təqsirli bilmir və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir.

Hələlik, vəkilin dediklərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Teymur Kərimov ötən il dekabrın 12-də həbs olunub. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Həmin ittihamlarla şəxsə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Son aylar Azərbaycanda 10-a yaxın jurnalist həbs edilib. Onlar, əsasən, qaçaqmalçılıq, hədə qorxu ilə tələb etmə və başqa ittihamlarla üzləşiblər. Jurnalistlər ittihamları qurama sayır və bunu peşə fəaliyyətləri ilə izah edirlər. Rəsmilər isə ölkədə jurnalistlərin peşə fəaliyyəti ilə bağlı həbs olunmalarına dair fikirləri qəbul etmirlər.

AzadlıqRadiosu

15:50, 15 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Səhhətində ciddi problemlərə baxmayaraq, məhkəmə Ələsgər Məmmədlini azad etməyib

by Gozetci 15:14, 15 Mart 2024
written by Gozetci

Ələsgər Məmmədli

Martın 15-də Bakı Apellyasiya Məhkəməsi Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin apellyasiya şikayətini təmin etməyib. Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədlinin verdiyi məlumata görə, birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.

Onun sözlərinə görə, müdafiə tərəfi Xətai Rayon Məhkəməsinin onlar barəsində iqtintaq dövrü üçün seçdiyi 4 aylıq həbs qətimkan tədbiri qərarının ləğvini xahiş edib.

“Məhkəmə belə qərar verib ki, onun azadlığa buraxılması məqsədəuyğun sayılmasın” deyə Məmmədli bildirib.

Onun sözlərinəö görə, Ələsgər Məmmədlinin səhhətində çox ciddi problemlər var.

“Bir səra həkim rəyləri, qan analizləri və s. tibbi yolla əldə edilmiş sübutlar məhkəməyə təqdim edildi. Təəssüf ki, məhkəmə nə humanizm prinsipinə, nə qanunun aliliyinə əməl etmədi”, deyə o, əlavə edib.

Öz növbəsində, Əlsəgər Məmmədlini müalicə edən həkimi Aydın Əliyev onun səhhətinə görə narahatlığını bildirib. Onun sözlərinə görə, Məmmədlinin qalxanabənzər vəzində 3 mm-lik düyün aşkar edilib və xərçəng şübhəsi var.

“Diaqnozu dəqiqləşdirmək üçün mütləq biopsiya olmalıdır. Çox təəssüflər olsun ki, hələ buna şərait yaradılmayıb. Əgər xərçəng xəstəliyi olmuş olarsa, bəzən o, çox sürətlə irəliləyir və digər orqanları zədələyə, insanın həyatı üçün çox təhlükə yarada bilər”, deyə həkim bildirib.

* Xatırladaq ki, 6-8 mart tarixlərində Toplum TV-nin və onun tərəfdaşı olan Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib, daha iki nəfər polis nəzarətinə verilib.

Turan 

15:14, 15 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Hafiz Babalı və Elnarə Qasımovanı həbsdə saxladı

by Gozetci 14:45, 15 Mart 2024
written by Gozetci

Hafiz Babalı və Elnarə Qasımova

Martın 15-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” işi üzrə saxlanılan araşdırmaçı jurnalist Hafiz Babalı və saytın reportyoru Elnarə Qasımovanın işi üzrə məhkəmə prosesi keçirilib.

Bu barədə “Abzas Media”ya jurnalistlərin yaxınları məlumat verib.
Apellyasiya Məhkəməsi Xətai Rayon Məhkəməsinin martın 7-də həm Hafiz Babalı, həm də Elnarə Qasımova barəsində verdiyi həbs qətimkan tədbiri müddətinin 3 ay uzadılması ilə bağlı verdiyi qərarı qüvvədə saxlayıb.
Hər iki jurnalistə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar isə həbslərinin peşə fəaliyyəti ilə bağlı olduğunu bildiriblər.
AbzasMedia
14:45, 15 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhəmməd Kekalovun həbsi 3 ay uzadılıb

by Gozetci 13:00, 15 Mart 2024
written by Gozetci

Məhəmməd Kekalov

Matın 15-də Xətai Rayon Məhkəməsində hakim Rəfael Sadıqovun sədrliyi ilə keçirilən prosesdə “Abzas Media” işi üzrə saxlanılan Məhəmməd Kekalovun barəsində verilən həbs qətimkan tədbiri müddəti daha 3 ay uzadılıb.

Məhkəmə bu qərarı istintaq orqanının təqdimatı əsasında verib.
Bundan 1 gün əvvəl – martın 14-də “Abzas Media”nın direktoru Ülvi Həsənli ( 3 ay) və saytın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) (2 ay 29 gün) barəsində verilən həbs qətimkan müddəti də artırılıb. Fevralın 24-də jurnalist Nərgiz Absalamovanın, martın 7-də isə Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti 3 ay uzadılıb.
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də baş redaktor Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.
Abzas Media
13:00, 15 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Qubad İbadoğlunu ev dustaqlığına buraxmayıb

by Gozetci 20:52, 14 Mart 2024
written by Gozetci

Qubad İbadoğlu

Martın 14-də Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı Nərimanov rayon məhkəməsinin qərarından verilən şikayətə baxılıb.

Hakim şikayəti təmin etməyib.

Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə açıqlamasında bildirib ki, Qubad İbadoğlu məhkəmədə iştirak edib:

“Qubad bəyin hər iki vəkili məhkəmədə çıxış etdi. Onlar çıxışlarında bildirdi ki, Qubad İbadoğlu ev dustaqlığına buraxılmalıdır. Çünki onun səhhəti həbsxana şəraitində yaşamağa imkan vermir. Çox təəssüf ki, hakim vəkillərin vəsatətləri təmin etməyib. Bu qərarı qəbul edərkən də müstəntiqin əsaslandırmasına söykənib. Əsaslandırma isə ondan ibarətdir ki, istintaq davam edir, ola bilsin ki, Qubad İbadoğluna yaxın müddətdə yeni bir ittiham irəli sürülsün. Biz dəfələrlə şahid olmuşuq ki, hər də müstəntiq belə çıxışlar etsə də, heç bir yeni istintaq hərəkətləri aparılmır. Çünki bu iş saxta və əvvəlcədən planlaşdırılmış işdir. Burada hər hansı bir dəlildən, əsaslı ittihamdan danışmaq yersizdir”.

Qalib Toğrul bildirib ki, Qubad İbadoğlunun səhhətindəki problemlərlə bağlı müraciətlərinə müsbət cavab verilmir:

“Xüsusilə şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Artıq 8 aydır ki, şəkəri normallaşmır. Bu da daxili orqanlarında fəsadlara yol açır. Həm gəzinti hüququna məhdudiyyət qoyulması, həm də stres şəkərin normallaşmasına imkan vermir.

Qubad İbadoğlunun səhhəti ilə bağlı müxtəlif qurumlara müraciət edirik. Bu müraciətləri etməyə davam edəcəyik. Biz onun Pentensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürülməsini tələb edirik. İndiyə qədər etdiyimiz müraciətlərimizə mənfi rəy verilib. Bizə verilən cavablarda buna ehtiyac olmadığı qeyd edilir. Faktiki olaraq, Qubad bəyin səhhətində bizə bəlli olan kifayət qədər problemləri var. Bu səbəbdən də, qarşıdakı günlərdə həm məhkəmə, həm də sorğular vasitəsilə çalışacağıq ki, Qubad bəyin səhhəti ilə bağlı adekvat addımlar atılsın”.

Xatırlatma

İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

20:52, 14 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Xədicə İsmayılova ifadə verməkdən imtina edib

by Gozetci 18:29, 14 Mart 2024
written by Gozetci

Xədicə İsmayılova

Martın 14-də “Toplum” TV-nin baş redaktoru Xədicə İsmayılova ifadə vermək üçün getdiyi Bakı Şəhər Polis İdarəsində 3 saata yaxın vaxt keçirib.

Oradan çıxdıqdan sonra jurnalistlərə bildirib ki, onu müstəntiq Əlibala Hacıyev dindirib.

“Dindirmə zamanı prosedur məsələlərlə bağlı mübahisə etdik. Ona görə də hər şey bir qədər uzandı”, – İsmayılova bildirib. O deyib ki, ifadə verməkdən imtina edib.

“Çünki Azərbaycan Konstitusiyasının 66-cı maddəsi (heç kim özünə qarşı ifadə verməyə məcbur edilə bilməz) və Cinayət- Prosessual Məcəlləsinin 227-ci maddəsi mənə bu hüququ verir. Sonradan ifadədən əleyhimə istifadə olunmayacağına əmin deyiləm. İstintaq orqanının qərəzliliyini hiss edərək öz konstitusiya hüququmdan istifadə etdim”, – İsmayılova deyib.

O qeyd edib ki, təkrar çağırılmasının mümkünlüyü barədə heç nə deməyiblər.

18:29, 14 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia