Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBərabərlik hüququBölgəHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

Niyaməddin Əhmədovun həbsxanada aclıq aksiyası keçirdiyi deyilir

by Gozetci 16:27, 21 Mart 2024
written by Gozetci

Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdəki üzvü Niyaməddin Əhmədovun 12 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirdiyi bildirilir.

Partiyadan deyilib ki, Niyaməddin Əhmədov martın 15-də aksiyaya başlayıb və artıq 7 gündür ki, aclıq edir:

“Niyaməddin Əhmədov idmanla məşğuldur və ona müəyyən qida əlavələri lazım olur. Lakin göndərilən həmin qida əlavələri ona verilmirdi, onların qadağan olduğu deyilib. Bundan əlavə, qohumlarla görüşə problem yaradılmışdı. Hətta daxili nizam-intizam qaydalarını əks etdirən istədiyi kitabça da ona verilməyib. Niyaməddin bütün bunlara etiraz etdiyi üçün karsa (cərimə kamerasına) salınmışdı”.

AXCP-dən qeyd olunub ki, cərimə kamerasından çıxdığı gün onun başını zorla qırxıblar.

Partiyadan vurğulandığına görə, Niyaməddin Əhmədov da məhz bütün bunlara etiraz olaraq aclıq aksiyasına əl atmalı olub.

Penitensiar Xidmətin mətbuat xidmətindən “Turan”a bildirilib ki, məhkum Niyaməddin Əhmədov ilə bağlı deyilənlər tam əsassızdır, qanunvericilikdə nəzərdə tutulmuş qaydada rejimə uyğun olaraq (ayda 1 dəfə) ona yaxın qohumları ilə görüş təqdim olunur:

“Sonuncu dəfə 10 mart tarixində atası ilə görüşməsinə şərait yaradılıb. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada sovqat, banderol almaq hüququ təmin edilir. Aclıq etməsi ilə bağlı müəssisə rəhbərliyinə heç bir müraciəti daxil olmayıb, hazırda cəzasını ümumi məhkum kütləsi ilə birlikdə çəkir”.

Xatırlatma

AXCP sədrinin ictimai əsaslarla mühafizəçisi olduğu deyilən N.Əhmədov 2020-ci ilin aprelində həbs olunub. O, Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham edilib. İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281 (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq) və 233-1 (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) – ittiham verilib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi N.Əhmədovu 13 il azadlıqdan məhrum edib.

N.Əhmədov özünü təqsirli bilmir və ittihamları öz siyasi fəaliyyəti ilə əlaqələndirib. Bir çox hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.

AzadlıqRadiosu 

16:27, 21 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan rəsmilərini jurnalistləri azadlığa buraxmağa çağırır

by Gozetci 20:00, 20 Mart 2024
written by Gozetci

Jurnalistləri Müdafiə Komitəsi martın 19-da həbs müddəti uzadılan Kanal 13 televiziyasının direktoru Əziz Orucov, reportyor Şamo Eminov və analoji ittihamlarla həbsdə olan digər 8 nəfərin azadlığa buraxılmasına çağırır.

“Azərbaycan məhkəmələri Qərbdən qeyri-qanuni maliyyə almaq ittihamı ilə daha çox jurnalistin həbsinə növbəti dəfə “rezin möhür” vurduqca, getdikcə aydın olur ki, bu məhkəmə prosesləri ölkənin müstəqil mətbuatından qalanları sıxışdırmaq üçün sadəcə bəhanədir. Azərbaycan hakimiyyəti Kanal 13-ün jurnalistləri Əziz Orucov və Şamo Eminovu dərhal azad etməli, onlara, Abzas Media və Toplum TV-dəki həmkarlarına qarşı ittihamları ləğv etməli, müstəqil medianın sərbəst işləməsinə şərait yaratmalıdır”, mərkəzi qərargahı Nyu Yorkda yerləşən CPJ-nin Avropa və Mərkəzi Asiya proqram koordinatoru Gülnoza Səid bildirib.

Polis Orucovu ötən ilin noyabrında qanunsuz tikinti ittihamı ilə həbs edib. Dekabrda polis Eminovu saxlayıb və valyuta qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edərək, xarici donor təşkilatlarından qeyri-qanuni yolla ölkəyə pul gətirdiyini iddia edib.

Jurnalistlər ittihamları rədd edirlər. Jurnalistlərin vəkili Bəhruz Bayramov CPJ-yə bildirib ki, günahı sübuta yetirilərsə, onları 8 ilə qədər həbs gözləyir.

Noyabr ayından etibarən hakimiyyət korrupsiyaya qarşı mübarizə aparan Abzas Media nəşrinin altı əməkdaşını da valyuta qaçaqmalçılığı ittihamı ilə həbs edib və Toplum TV-nin dörd jurnalistini valyuta qaçaqmalçılığında ittiham edib, onlardan ikisi dörd aydır ki, məhkəməyə qədər həbsdə saxlanılır.

Amerikanın Səsi 

20:00, 20 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BölgəƏdalətli mühakimə hüququGəncə–DaşkəsənHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP üzvü barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib

by Gozetci 19:10, 20 Mart 2024
written by Gozetci

Sahib Məmmədzadə

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Daşkəsən şöbəsinin martın 18-də saxlanan sədri Sahib Məmmədzadə barəsində martın 19-da 4 aylıq həbs-qətimkan tədbirinin seçildiyi bildirilir.

Bu barədə həmin partiyadan məlumat verilib.
AXCP-dən bildirilib ki, Sahib Məmmədzadə Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq küllü miqdarda narkotik vasitələri,…hazırlama,… və ya satma) maddəsi ilə ittiham olunur və artıq Gəncə 2 saylı İstintaq Təcridxanasına köçürülüb:
“Sahib bəy vəkilə bildirib ki, özünü təqsirli bilmir və məhkəmədə də deyib ki, ona şər atılıb. O, həbsini onun AXCP-nin Daşkəsən rayon şöbəsinin sədri olmağı ilə izah edir”.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) münasibət öyrənmək mümkün olmayıb. Amma buna qədər həm DİN, həm də başqa rəsmi qurumlar insanların Azərbaycanda siyasi fəaliyyətlərinə görə şərlənərək həbs edilmələri ilə bağlı deyilənləri əsassız sayıblar.
AzadlıqRadiosu
19:10, 20 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Təcridxanada Qubad İbadoğluna insulinin maksimum icazə verilən dozası vurulur

by Gozetci 16:57, 20 Mart 2024
written by Gozetci

Qubad İbadoğlu

Kürdəxanı İstintaq Təcridxanasında saxlanılan siyasi məhbusların səhhəti pisləşib. Bu barədə təcridxanaya baş çəkən vəkil Şəhla Hümbətova bildirib.

İqtisadiyyat professoru Qubad İbadoğlunun səhhəti xeyli pisləşib.

“Qubadoğlunun qanında şəkərin səviyyəsi artıb, hazırda göstərici maksimum səviyyədədir. Həkim xəstəyə daha böyük dozada insulin yazıb və xəbərdarlıq edib ki,  şəkəri azaltmağın başqa yolu yoxdur. İndi ona preparatın icazə verilən maksimum dozası vurulur”, – vəkil bildirib.

23 iyun 2023-cü il tarixindən istintaq altında olan Qubad İbadoğlu saxta pulların hazırlanmasında, əldə edilməsində və ya satılmasında ittiham olunur.

İstintaq Təcridxanasında həbsdə olan jurnalist Nərgiz Absalamovanın gözünə infeksiya düşüb, qız soyuqlayıb. “Görünür, onun immuniteti zəifləyib. Həkim ona dərman yazıb, damarına iynə vurulur”, – vəkil Hümbətova bildirib.

1 dekabr 2023-cü ildə Bakının Xətai Rayon Məhkəməsi Nərgiz Absalamovanın Azərbaycana qanunsuz pul gətirmək məqsədilə  qabaqcadan əlbir olmaq ittihamı ilə həbs edilməsi barədə qərar verib. O, “Abzas Media” və “Toplum” TV media resurslarının jurnalistləri adı çəkilən saytların qanunsuz maliyyələşdirilməsində ittiham olunurlar.

Azərbaycan Siyasi Məhbuslara Azadlıq Uğrunda İttifaq siyasi məhbusların yeni siyahısını açıqlayıb. Dekabrın əvvəlində elan edilmiş əvvəlki siyahı ilə müqayisədə siyasi məhbusların sayı 43 nəfər artaraq 288 məhbus təşkil edib.

Bir çox yerli və beynəlxalq təşkilat Qubad İbadoğlu, Nərgiz Absalamova və həbsdə olan siyasətçilərin və jurnalistlərin müdafiəsinə qalxaraq Azərbaycandakı bütün siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir.

Turan 

16:57, 20 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBərabərlik hüququBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Sevinc Vaqifqızı Bakı İstintaq Təcridxanasında vəziyyətin acınacaqlı olduğunu bildirir

by Gozetci 11:32, 20 Mart 2024
written by Gozetci

Sevinc Vaqifqızı

Sevinc Vaqifqızı: “İstilik sistemi partlayıb, kamera suyun içindədir”

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlər saxlanma şəraitilə bağlı narazılıq edirlər.

Martın 19-da Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) bu barədə danışıb.

Məhkəmə jurnalistin 4 aylıq həbs müddətinin daha 3 ay uzadılmasından verilən apellyasiya şikayətini təmin etməyib.

Vəkil Elçin Sadıqov özünün “Facebook” hesabında yazıb ki, Sevinc Vaqifqızının məhkəmədə çıxış edərək Bakı İstintaq Təcridxanasında saxlanma şəraitinin acınacaqlı olduğunu bildirib:

“Saxlanıldığım kamerada vəziyyət acınacaqlıdır. İstilik demək olar ki, yoxdur. Kameradakı istilik sistemi partlayıb, kamera suyun içindədir” – Sevinc Vaqifqızı məhkəmədə belə deyib.

“Abzas Media işi” üzrə həbs olunan və eyni təcridxanada saxlanılan Nərgiz Absalamovanın isə gözünə infeksiya düşüb:

“Nərgizin gözünə infeksiya düşüb, özü də soyuqlayıb. Görünür, immuniteti zəifləyib. Həkim dərman yazıb, sistem qoyurlar” – vəkil Şəhla Hümbətova özünün “Facebook” hesabında yazıb.

Uzun müddətdir ki, bu istintaq təcridxanasında saxlanılan bir çox ictimai-siyasi fəal və jurnalist saxlanma şəraitinin acınacaqlı olması ilə bağlı narazılıq edirlər. Onlar isti suyun belə fasilələrlə verildiyini bildirirlər.

Ombudsman Səbinə Əliyevanın illik məruzəsində qeyd olunur ki, istintaq təcridxanası 2500 nəfər üçün nəzərdə tutulsa da, təcridxanada limitdən artıq şəxs saxlanılır.

Qeyri-iş saatı olduğu üçün Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb. Qurum bundan əvvəlki narazılıqlar zamanı isə heç bir açıqlama yaymayıb.

AbzasMedia

11:32, 20 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Prokuror AXCP fəalına 7 il iş istəyib

by Gozetci 10:54, 20 Mart 2024
written by Gozetci

Elxan Əliyev

İddia etdiyi pul qaytarılsa da, zərərçəkmiş təqsirləndirilən şəxsləri bağışlamadığını deyir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, 8 aydır həbsdə olan Elxan Əliyevin işi üzrə məhkəmə istintaqı tamamlanıb. Prokuror çıxış edərək AXCP üzvünün 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Elxan Əliyev və onunla birlikdə mühakimə olunan Vəfadar Axundov və Yusif Əliyevin işinə ötən ilin sentyabrından Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu iş Leyla Əsgərova-Məmmədovanın sədrliyilə, Novruz Kərimov və Rasim Sadıxovdan ibarət hakimlər kollegiyasının icraatındadır.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəddən istifadə) maddələrilə ittiham olunur. Cinayət işində söhbət Sabunçu rayonu, Nardaran qəsəbəsində torpaq sahəsinin satışından gedir. Zərərçəkmiş qismində tanınan Ramo Şükürov iddia edir ki, ona mülkiyyət sənədi olmayan, bələdiyyənin sərəncamıyla verilmiş torpaq sahəsi 57 min manata satılıb.

Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmir. Onlar bildirirlər ki, əvvəldən Ramo Şükürov özü də torpağın çıxarışının olmadığını, bələdiyyə sərəncamıyla verildiyini bilirdi. Bunu bilərək razılaşmışdı.

Elxan Əliyev bildirib ki, Ramo Şükürov müəyyən strukturlarda çalışan qohumlarının olduğunu və onların köməyilə çıxarış alacağını demişdi. Lakin torpaq sahəsini alıb, pulunu verəndən dərhal sonra polis idarəsində şikayətçi olub. Deyib ki, onu aldadıb, sənədsiz torpaq satıblar.

Əvvəllər daşınmaz əmlak alqı-satqısıyla məşğul olan AXCP üzvü vurğulayıb ki, Ramo Şükürov özü israrla ona zəng edib, bağ evi, torpaq sahəsi tapmasını istəyib. Hətta bu şəxsin ona dəfələrlə zəng etməsi, israrla görüşmək istəməsindən də şübhələnib. Bu şəxsin məqsədli şəkildə onun yanına göndərildiyini düşünüb. Bununla əlaqədar AXCP funksionerlərindən olan dostuna videogörüntü də göndərib. Həbsindən bir neçə gün əvvəl göndərdiyi videoda Elxan Əliyev ona qarşı təxribat hazırlanmasından şübhələndiyini bildirib.

“Əvvəllər ev alqı-satqısı işiylə məşğul idim. İndi məşğul deyiləm. İndi mənə bir nəfər zəng edir, əl çəkmir. Deyir ki, mənə ev tap, bağ tap. Birini tapdım, xoşuna gəlmədi. Amma yenə də əl çəkmir. İndi yenə zəng eləyib, deyir ki, “gedək, çörək yeyək, yaxından tanış olaq”. Bilmirəm ki, nə məsələdir. Hakimiyyətin oyunudur, nədir…”, – Elxan Əliyev videoda deyir.

Bu videogörüntü məhkəməyə də təqdim edilib. Elxan Əliyev əvvəldən hazırlanan təxribat nəticəsində həbs olunduğunu vurğulayıb.

Ramo Şükürovun torpaq sahəsini aldığı şəxsə ödədiyi 57 min manat ona tam şəkildə qaytarılıb. Elxan Əliyev deyir ki, alqı-satqı prosesində makler olaraq, ona 3900 manat pul çatmışdı, o da ödənilib.

Zərərçəkmiş məhkəmədə bildirib ki, pulu qaytarılsa da, təqsirləndirilən şəxslərdən şikayətçidir, onlarla barışmayıb.

Elxan Əliyevlə birlikdə mühakimə olunan digər iki təqsirləndirilən şəxslərdən Vəfadar Axundovun 6 il, Yusif Əliyevin isə 6 il 6 ay azadlıqdan məhrum edilməsi istənilib. Yusif Əliyev hazırda həbsdə deyil. Prokuror onun hökmdə məhkəmə zalında həbs olunmasını təklif edib.

Bu iş üzrə məhkəmə prosesi aprelin 1-də vəkillərin çıxışıyla davam edəcək. Daha sonra təqsirləndirilən şəxslər son sözünü deyəcək və ardınca hökm oxunacaq.

Elxan Əliyevin vəkili Nemət Kərimli Meydan TV-yə bildirib ki, cinayət işində müvəkkilinin dələduzluq etməsi, saxta sənəddən yararlanmasını təsdiqləyən heç bir sübut-dəlil yoxdur. Onun sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxsin səhhətində ciddi problemlər var:

“Həbsdə olduğu 8 ay ərzində istintaq təcridxanasında bir neçə dəfə vəziyyəti pisləşib. Elxan Əliyev insult keçirmiş adamdır, onu bu vəziyyətə salmaq olmaz. Himayəsində 3 azyaşlı uşağı var…”.

AXCP Təşkilat Şöbəsinin əməkdaşı olan Elxan Əliyev bundan əvvəl də etiraz aksiyalarında və s. dəfələrlə saxlanılıb. Ona polisin tələbinə tabe olmama ittihamıyla bir neçə dəfə 30 sutkalıq inzibati həbs cəzası verilib.

Meydan TV 

10:54, 20 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Kanal 13” internet televiziyasının rəhbərinin və əməkdaşının həbs müddəti uzadılıb

by Gozetci 17:55, 19 Mart 2024
written by Gozetci

Əziz Orucov

Martın 19-da Bakı Şəhər Səbail Rayon Məhkəməsi “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun və bu televiziyanın əməkdaşı Şamo Eminovun həbs müddətini daha iki ay uzadıb.

Bu barədə Amerikanın Səsinə jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.

“Mənim üçün ən çox Əzizin sağlamlıq durumu önəmlidir. Səhhəti normal deyil. Nə qədər müraciət edilsə də baxan yoxdur. Heç bir istintaq hərəkəti aparılmır. Artıq 3-cü dəfədir həbs müddəti uzadılır”, o qeyd edib.

Şamo Eminovun vəkili Əlibaba Rzayev müdafiə etdiyi şəxsin həbs müddətinin uzadılmasının heç bir əsasının olmadığını bildirib.

“Prokurorluq məhkəməyə təqdimat verib ki, müəyyən istintaq hərəkətlərinin aparılmasına ehtiyac var. Ona görə həbs müddətinin uzadılması zəruridir. Biz etirazımızı bildirdik. Hesab edirik ki, ittiham əsaslı deyil. Cinayət işinin açılması üçün heç bir əsas yoxdur”, o bildirib.

Vəkil qeyd edib ki, bu günki məhkəmə prosesində Şamo Eminov iştirak edib, həbs müddətinin uzadılmasına və ona qarşı cinayət işinə etirazını bildirib.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

“Kanal 13” 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Amerikanın Səsi

17:55, 19 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya məhkəməsi müxalifət fəalını həbsdə saxlayıb

by Gozetci 17:02, 19 Mart 2024
written by Gozetci

Elnur Həsənov

Martın 19-da Bakı Apelyasiya Məhkəməsində AXCP-nin Nərimanov Rayon Şöbəsinin üzvü Elnur Həsənovun həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə apellyasiya şikyətinə baxılıb. Şikayət təmin edilməyib, Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Onun vəkili Nemət Kərimlinin verdiyi məlumata görə, Həsənov barəsində ibtidai istintaq başa çatıb və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırlıq iclası martın 28-də hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək.

* Elnur Həsənov 28 noyabr 2023-cü il tarixində narkotik vasitələrin qanunsuz dövriyyəsi (CM-in 234.4.3-cü mad.) ittihamı ilə həbs olunub. Fəal hesab edir ki, həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir. Fevralın 24-də məhkəmə onun həbs müddətini bir ay uzadıb.

Turan 

17:02, 19 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanıldığı bildirilir

by Gozetci 12:20, 19 Mart 2024
written by Gozetci

Sahib Məmmədzadə

Daxili İşlər Nazirliyindən (DİN) AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatları təsdiqləyiblər.

Nazirliyin mətbuat xidmətinin regional qrupundan “Turan”ın sorğusuna cavab olaraq bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sahib Məmmədzadəni Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb.

*  *  *

Martın 18-də axşam saatlarında müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Sahib Məmmədzadənin saxlanıldığı bildirilir.

Partiyadan deyilib ki, Sahib Məmmədzadə yaşadığı Daşkəsən rayonunun girişində saxlanıb:

“Sahib bəy heyvanlarını yaylağa aparırdı. Qara maskalı şəxslər polis postunda Sahib bəyi saxlayıb naməlum istiqamətə aparıblar”.

AXCP-dən iddia edirlər ki, fəalın saxlanması onun siyasi fəaliyyəti ilə bağlıdır.

AXCP-nin hazırda azı beş fəalı müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir. Partiyadan onların siyasi sifarişlə şərləndiyini bəyan ediblər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu 

12:20, 19 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Əziz Orucovun səhhətinin pisləşdiyi bildirilir

by Gozetci 09:41, 19 Mart 2024
written by Gozetci

Əziz Orucov

“Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun həbsxanada səhhətinin pisləşdiyi bildirilir. Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

“Uzun müddət idi ki, Əziz Orucovun nevroloji problemləri var idi. Nəfəs darlığından əziyyət çəkirdi, əsəbdən əlləri əsirdi. Görüşdə olarkən əllərini cibində gizlədirdi ki, biz görməyək. Martın 15-də axşam yenidən vəziyyəti pisləşib və sabahsı gün təcili tibb müəssisəsinə köçürülüb”, o bildirib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

“Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucov ötən ilin noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

“Kanal 13″ün əməkdaşı Rüfət Muradlı isə dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Ailəsinin məlumatına görə, Şamo Eminov dekabrın 22-də Səbail Rayon Polis İdarəsinə aparılıb. Şamo Eminov saxlanıldıqdan 4 gün sonra ailəsi ilə Bakı İstintaq Təcridxanasından əlaqə saxlaya bilib.

“Kanal 13” 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Amerikanın Səsi 

09:41, 19 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia