Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

Bir qrup ABŞ senatoru Qubad İbadoğlunun azad olunması çağırışı ilə qətnamə təqdim edib

by Gozetci 18:21, 26 Mart 2024
written by Gozetci

Ötən həftə bir qrup ABŞ senatoru iqtisadçı Qubad İbadoğlunun Azərbaycan həbsxanasından dərhal azad olunması çağırışı ilə Senata yeni qətnamə təqdim edib.

Bu barədə Turan agentliyi məlumat yayıb.

Bu addım fevralın 14-də Konqresin 26 konqresmen tərəfindən dəstəklənən “İbadoğlu qətnaməsi” versiyasını yaymasından sonraya təsadüf edir.

Agentlik bildirir ki, Senatın “Qətnamə 616” adlanan versiyası martın 22-də senator Tom Tillis (Şimali Karolinadan respublikaçı) tərəfindən öz adından və Dik Durbin (İllinoysdan demokrat), Bill Kessidi (Los-Ancelesdən respublikaçı), Tim Keyn (Virciniya ştatından demokrat) və Con Fetterman (Pensilvaniya ştatından demokrat) kimi senatorların adından təqdim edilib.

Qətnamə Senatın beynəlxalq münasibətlər komitəsinə təqdim edilib, burada baxılması gözlənilir.

Senator Tillisin sözlərinə görə, hörmətli alim və iqtisadçı Qubad İbadoğluna qarşı “Azərbaycan hakimiyyəti tərəfindən yalan, heç bir dəlili olmayan çox sayda cinayət əməli ittihamı irəli sürülüb” və o, indiyədək Bakı İstintaq Təcridxanasında həddindən artıq pis şəraitdə saxlanılır və məhkəməni gözləyir.

“Doktor İbadoğlunun səhhəti həbs edildikdən sonra xeyli pisləşib və o, adekvat tibbi yardım almayıb”, senatorlar qeyd edir.

Həbs dövründə o, “vəkillə əlaqə saxlamaq və ədalətli məhkəmə təhqiqatı imkanından məhrum edilib”, müəlliflər qeyd edir.

“Dövlət Departamenti və ABŞ-ın Bakıdakı Səfirliyi, habelə ABŞ-ın akademik müəssisələri və hörmətli beynəlxalq təşkilatlar doktor İbadoğlunun səhhəti ilə bağlı dərin narahatlıqlarını bildirib və onun dərhal azad edilməsini tələb ediblər”, qətnamə layihəsində bildirilir.

Müəlliflər vurğulayır ki, insan hüquqları, jurnalistika ilə məşğul olan və fikri dinc şəkildə ifadə edən şəxslərin, o cümlədən Bəxtiyar Hacıyev, Əvəz Zeynallı və digərlərinin qanunsuz həbsləri Azərbaycanın demokratik ölkələr birliyi ilə əlaqələrinə xələl gətirib.

Senatorlar qanunsuz həbslərə və azadlıqların boğulmasına görə Azərbaycan hökumətini qınayır və Azərbaycanda siyasi məhbusları, o cümlədən doktor İbadoğlunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırırl.

Qətnamədə həmçinin dövlət katibi Azərbaycan hökuməti ilə əlaqələrində doktor İbadoğlunun rifahına və azad edilməsinə üstün diqqət yetirməkdə davam etməyə çağırılır.

Qubad İbadoğlu 2023-cü ilin iyulunda həbs edilib.

O hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.

Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.

Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir.

Bu günədək bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri, Avropa İttifaqı, ATƏT İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.

Amerikanın Səsi 

18:21, 26 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

DAS jurnalistlərin azadlığa buraxılmasını tələb edir

by Gozetci 18:00, 26 Mart 2024
written by Gozetci

26 mart 2024-cü ildə “Demokratik Azərbaycanı Seç” (DAS) mühacir təşkilatının fəalları Berlində Almaniya Xarici İşlər Nazirliyinin və Azərbaycan səfirliyinin qarşısına toplaşaraq mitinq təşkil ediblər. Onların şüarı Azərbaycanda “Jurnalist terroruna son!” olub.

Aksiya iştirakçıları Azərbaycanda söz azadlığına qarşı repressiyanı pisləyiblər və ölkədə ağır vəziyyətin aradan qaldırılmasına yönəlmiş bir sıra tələblər irəli sürüblər. Bu tələblər Almaniya Xarici İşlər Nazirliyinə təqdim edilib:

– Saxlanılan bütün jurnalistlər sərbəst buraxılsın;

– Siyasi sifarişli həbslər zamanı işgəncə tətbiq edən polis və istintaq əməkdaşları müəyyəmləşdirilib istintaqa cəlb edilsinlər;

– Bütün növ siyasi təqiblərə son qoyulsun;

– Müraciətdə qeyd olunan məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasına yardım edilsin;

– Siyasi məhbusların azad edilməsi üçün Azərbaycan hakimiyyətilə ciddi danışıqlar aparılsın;

– Ölkədə demokratik prinsiplərin bərqərar olunması üçün Azərbaycan siyasi hakimiyyətinə təzyiqlər edilsin.

DAS-ın əsas təşkilatçısı Elbəyi Dadaşov qeyd edib ki, çıxışlar zamanı “AbzasMedia”, “Kanal 13”, “Toplum”TV media strukturlarının bağlanması, onların əməkdaşlarının, eləcə də digər media fəallarının həbsləri pislənilib.

Turan 

18:00, 26 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı 15 gündür aclıq edir

by Gozetci 17:41, 26 Mart 2024
written by Gozetci

Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, mühakimə edilmiş  Niyamədin Əhmədov 15-ci gündür ki, 12 saylı koloniyada aclıq edir.

Səbəb koloniya administrasiyasının onun qohumları ilə görüşünə və ailədən ərzaq qəbul etməsinə qadağa qoymasıdır. Etirazlardan sonra Niyaməddini karserə salıblar və zorla saçını qırxıblar, partiyadan Turan-a bildiriblər.

Bu gün vəkil Fəxrəddin Mehdiyev ona baş çəkib. Vəkil Turan-a bildirib ki, Əhmədovun vəziyyəti ağırdır, qan təzyiqi aşağı düşüb, güclü başgicəllənmə və ümumi zəiflik var. Buna baxmayaraq, ona tibbi yardım göstərilmir.

Əhmədov aclığın dayandırılması ilə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin çağırışını qəbul etməyib.

* Niyamaddin Əhmədov 2020-ci ilin aprelində həbs edilib. Cinayət Məcəlləsinin 214-1 maddəsilə (terrorun maliyyələşdirilməsi) ona qarşı cinayət işi açılıb.

İstintaqın sonunda ona qarşı dövlətçilik əleyhinə çağırışlar (maddə 28.281) və qadağan olunmuş əşyaların alınması (maddə 233-1) üzrə ittihamlar irəli sürülüb.

8 oktyabr 2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Əhmədovu 13 il müddətinə azadlıqdan məhrum edib.

Niyəməddin Əhmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimlinin mühafizəçilərindən biri olub və mitinq zamanı həbs edilib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

Turan 

17:41, 26 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Ələsgər Məmmədlinin işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilib

by Gozetci 10:24, 26 Mart 2024
written by Gozetci

Ələsgər Məmmədli

Hazırda həbsdə olan və Bakı istintaq təcridxanasında saxlanılan Toplum TV-nin hüquqi təsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin barəsində 4 ay müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərarını qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət verilib.

Bu barədə Amerikanın Səsinə onun qardaşı Nəsimi Məmmədli bildirib.

“Ələsgər Məmmədli qətimkan tədbirinin ev dustalığı ilə əvəz olunmasını tələb edir, belə ki, həbsdə olması onda aşkar olunmuş şişlərin təhlükəlilik dərəcəsinin müəyyən edilməsi məqsədilə həkimlərin tövsiyə etdiyi müayinələri tamamlamasına imkan vermir”, Nəsimi Məmmədli qeyd edib.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinə təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar işə təcili baxılmasını nəzərdə tutan 39-cu (Məhkəmə Reqlamentinin 39-cu Qaydasına görə, məhkəmə müvəqqəti tədbirlər təyin edə bilər -red.) maddəyə uyğun olaraq şikayət verilib.

Analoji olaraq ötən ilin sentyabrın 20-də Avropa İnsan Hüquqları Məhkəməsi 39-cu qaydanı rəhbər tutaraq hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının rəhbəri Qubad İbadoğlunun şikayətini təmin edən qərar qəbul edib.

Nəsimi Məmmədli hesab edir ki, dövlət qurumları Ələsgər Məmmədlinin səhətindəki ciddi problemləri, təqsirsizliyini nəzərə alaraq onu dərhal azad etməlidir.

Bununla yanaşı, Amerikanın Səsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən deyilənlərlə bağlı şərh alması hələ mümkün olmayıb.

Hüquq müdafiəçisi Rüfət Səfərov Ələsgər Məmmədlinin hazırkı sağlıq durumunun pis olduğunu deyir.

“Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi daxil olarkən o şikayətə baxılan müddət ərzində dövlətin müəyyən müvəqqəti məcburiyyət tədbirləri görülməsi barədə qərar qəbul edilə bilər. Bu, dövləti nəyisə etməkdən çəkindirməkdən, eləcə də şəxslərin ölüm və ya işgəncə ilə üzləşə biləcək ölkələrə qaytarılmaması kimi hallardan ibarətdir. Müvəqqəti məcburiyyət tədbirləri barədə qərar məhkəmə tərəfindən yalnız aydın şəkildə müəyyən edilmiş şəkildə konvensiyanın ciddi pozuntusunun baş verməsi təhlükəsi olduqda qəbul edilir”, hüquq müdafiəçisi deyib.

“Ələsgər Məmmədlinin həyat və sağlamlığına görə məsuliyyəti hökumət daşıyır”, Rüfət Səfərov bildirib.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub.

Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Amerikanın Səsi

10:24, 26 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Dunya Miyatoviç Azərbaycanı jurnalistləri və fəalları təqib etməyi dayandırmağa çağırıb

by Gozetci 10:00, 26 Mart 2024
written by Gozetci

Dunya Miyatoviç

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç martın 25-də bəyanat yayaraq Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” dərin narahat olduğunu bildirib.

O vurğulayıb ki, “həbslər, həbslər və təqiblər Azərbaycanda ifadə azadlığını boğur”.

Bəyanatda  Abzas Media,  Kanal-13  və Toplum TV-nin jurnalistlərinə qarşı cinayət təqiblərinə diqqət çəkilir.

“Mən Azərbaycanda qanuni fəaliyyətlərinə görə saxlanılan və ya təqib edilən digər şəxslərin, o cümlədən həbsdə olarkən bir sıra ağır xəstəliklərdən əziyyət çəkən alim  və tanınmış vətəndaş cəmiyyəti xadimi Qubad İbadoğlunun vəziyyətini də narahatlıqla izləyirəm”, deyə  Miyatoviçin bəyanatnda daha sonra qeyd edir.

O, 2019-cu ildən bəri dəfələrlə Azərbaycan hakimiyyətinin diqqətini ifadə və media azadlığının həyata keçirilməsi ilə bağlı vəziyyətin pisləşməsinə, habelə hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarına qarşı davam edən düşmən mühitə cəlb etdiyini xatırladır.

Təəssüf ki, hakimiyyət bu sahələrdə insan hüquqları üzrə öhdəliklərinə açıq-aşkar etinasızlıq nümayiş etdirməkdə davam edir və bununla da ölkə daxilində vəziyyəti gərginləşdirir, Avropa Şurasının komissarı daha sonra qeyd edir.

“Ötən ay Bakıda məhkəmə əvvəllər hakimiyyətdən  həbsdən çıxarılmasına çağırdığım müstəqil jurnalist Əvəz Zeynallını 9 il müddətinə azadlıqdan məhrum etdi. Mən həmçinin illərlə repressiya və hədə-qorxu, o cümlədən cinayət təqibi, təhdid və fiziki zorakılığa məruz qalmış və bu günə qədər dəmir barmaqlıqlar arxasında qalan tanınmış vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin azad edilməsinə çağırmışdım”, – Miyatoviç davam edir.

Avropa komissarı vurğulayır ki, insan hüquqları müdafiəçiləri, jurnalistlər, vəkillər  və vətəndaş cəmiyyəti fəalları öz qanuni fəaliyyətlərini repressiyalara, təqiblərə və digər maneələrə məruz qalma riski olmadan təhlükəsiz və dəstəkləyici mühitdə həyata keçirməlidirlər.

O, Azərbaycan hakimiyyətini “insan hüquqları ilə bağlı öhdəliklərinə tam əməl olunmasını təmin etmək üçün qətiyyətli addımlar atmağa” çağırıb.

Miyatoviç xüsusən də həbs edilmiş bütün jurnalistlərin və fəalların azadlığa buraxılmasının, eləcə də media nümayəndələrinin, vətəndaş cəmiyyəti və hüquq müdafiəçilərinin fəaliyyəti üçün əlverişli mühitin yaradılmasının zəruriliyini qeyd edib.

Turan

10:00, 26 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

AXCP həbsxanada aclıq edən fəalının səhhətinin ağırlaşdığını bildirir

by Gozetci 18:59, 24 Mart 2024
written by Gozetci

Niyaməddin Əhmədov

“Bizə çatan məlumata görə, həbsxanada aclıq aksiyası keçirən Niyaməddin Əhmədovun vəziyyəti ağırlaşıb. Hüquq müdafiəçilərini və ictimaiyyəti Niyaməddin Əhmədovu diqqətdə saxlamağı xahiş edirik. Niyaməddin artıq 13 gündür ki, acdır”.

Bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Səadət Cahangir Facebook səhifəsində məlumat yayıb.

AXCP-nin məlumatına görə, bu partiyanın həbsdəki fəalı Niyaməddin Əhmədov saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində martın 15-də aclıq aksiyaysına başlayıb.

AXCP Niyaməddin Əhmədovun təcridxanada ona qarşı olan haqsızlıqlara etiraz olaraq aclıq etdiyini bildirir.

Bununla yanaşı, Əhmədovun aclıq etməsi ilə bağlı Amerikanın Səsinin sorğusuna Penitensiar Xidmət hələ cavab verməyib.

Niyaməddin Əhmədov 2020-ci ilin aprelindən həbsdədir. Öncə o, karantin rejimi qaydalarını pozma ittihamı ilə bir ay inzibati həbs cəzası alıb. Bu cəza müddəti başa çatdığı gün Cinayət Məcəlləsinin 214-1-ci (terroru maliyyələşdirmə) maddəsi ilə barəsində cinayət işi açılıb.

İstintaqın sonunda ona daha iki maddə ilə – 28.281-ci (dövlət əleyhinə yönəlik açıq çağırışlara hazırlıq), 233-1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) maddələri ilə ittiham verilib.

İddia olunur ki, Almaniyada siyasi mühacir kimi yaşayan və sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına tənqidlər, bəzən də təhqirlər səsləndirən Qabil Məmmədov terror məqsədilə ona pul göndərib. 2021-ci il oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi Niyaməddin Əhmədovu 13 il azadlıqdan məhrum edib.

AXCP ittihamların qondarma və siyasi motivli olduğunu bildirib. Qabil Məmmədov da ittihamı yalan adlandırıb.

Hüquq müdafiəçiləri Niyaməddin Əhmədovu siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

18:59, 24 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Nəsimi Məmmədli: Bakı İstintaq Təcridxanasında saxlandığı gündən bəri ilk dəfə Ələsgər bəylə görüşdüm

by Gozetci 10:20, 24 Mart 2024
written by Gozetci

Ələsgər Məmmədli

“Bakı İstintaq Təcridxanasında saxlandığı gündən bəri ilk dəfə Ələsgər bəylə görüşdüm. Görüş şüşə səddin arxasından telefon vasitəsilə baş tutub”.

Bu barədə Toplum TV-nin hüquqi təsisçisi, media hüquqları üzrə ekspert Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədli təcridxanada həkim müayinəsindən keçirilib.

“Ombusman aparatının nümayəndəsi də müayinə prosesində iştirak edib. Ona özəl klinikada qoyulan diaqnozu təcridxananın həkimi də təsdiq edib. Hazırda həkiminin müəyyən etdiyi dərmanları qəbul edir. Qarın nahiyəsindəki ağrılar qismən azalıb”, Nəsimi Məmmədli qeyd edib.

Onun sözlərinə görə, Ələsgər Məmmədlinin həkimi təcili qalxanabənzər vəzinin iynə biopsiyasını tövsiyə etsə də, hələ bu müayinəni aparmaq mümkün olmadığını bildirib.

“Ələsgər bəyin ümumi səhhəti normal görünsə də, nəfəs almaqda çətinlik çəkir. Saxlanma şəraitindən narazılığı yoxdur”, o deyib.

Nəsimi Məmmədli vurğulayır ki, qardaşı heç bir cinayət əməli törətmədiyini əsas tutaraq istintaqa ifadə verməkdən imtina edir.

“Ona qarşı irəli sürülən ittihamları tamamilə əsassız sayır. Tezliklə bu ədalətsizliyə son qoyulacağına ümid edir.

Ələsgər bəy bu mərhələdə ona dəstək verən hər kəsə öz təşəkkürünü bildirdi. Barəsində böhtan, yalan yazan media orqanlarını qınadığını və onları təqsirsizlik prezumpsiyası hüququna əməl etməyə çağırdı.

Ələsgər bəy tamamilə qondarma ittihamla həbs olunub. Onun həbsinin yeganə səbəbi azad, müstəqil, qərəzsiz, obyektiv, ədalətli və balanslı media orqanı yaratmasıdır. O, Toplum TV-nin təsisçisi kimi nümunəvi bir media orqanını cəmiyyətə təqdim etmişdi. İqtidarın, müxalifətin, müstəqil şəxslərin sərbəsət şəkildə öz fikirini ifadə etdiyi bir platforma idi. Toplum TV qısa müddətdə alternativ fikirlərin tribunası olaraq özünü təsdiq edə bildi. Təəssüf ki, belə bir önəmli media resursunu davam etdirmək mümkün olmadı” Nəsimi Məmmədli bildirib.

Nəsimi Məmmədli hesab edir ki, dövlət qurumları Ələsgər bəyin səhətindəki ciddi problemləri, təqsirsizliyini nəzərə alaraq onu dərhal azad etməlidir.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub.

Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə bildirib ki, Ələsgər Məmmədlinin və siyasi motivlərlə həbs edilən digər şəxslərin həbsi yanlış və təəssüfləndirici haldır.

“Hakimiyyətin bu yanlışı aradan qaldırmaq şansı var idi. Amma təəssüf ki, bu yanlışı davam edərək Ələsgər Məmmədli kimi bir ziyalını həbsdə saxladılar. Amma hakimiyyətin yanlış addımlarını aradan qaldırmaq şansları hələ də var. Odur ki, hakimiyyəti Ələsgər bəyi və siyasi motivlərlə həbs edilmiş digər şəxsləri həbsdən buraxmağa çağırıram”, Samir Kazımlı deyib.

Amerikanın Səsinə şərhində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ölkədə müstəqil mətbuata təhdidlərin olmadığını bildirib və son həbsləri milli təhlükəsizliyə hədə sayılan “beşinci kolon”-la əlaqələndirib.

Amerikanın Səsi

10:20, 24 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHərəkət azadlığı hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Xədicə İsmayılovanın Azərbaycandan çıxışına qadağa qoyulub

by Gozetci 17:00, 23 Mart 2024
written by Gozetci

Xədicə İsmayıl

Martın 14-də  Bakı şəhəri poilis Baş İdarəsinin müstəntiqi ilə görüşdən sonra tanınmış jurnalist, “Toplum” telekanalının baş redaktoru Xədicə İsmayılovanın Azərbaycandan çıxışına qadağa qoyulub.

Bu barədə Xədicə İsmayılova “Turan”a danışıb.

“Toplum TV-nin jurnalistləri barəsində qaldırılan cinayət işi üzrə müstəntiqə ifadə verməkdən imtina etdim. Mən özüm polisin çağırışı ilə Baş İdarəyə gəldim. Sualları müstəntiq Hacıbala Hacıyev verirdi. Sonra məni buraxdılar və bir daha zəng etmədilər. Sonra bildim ki, ölkədən çıxışıma qadağa qoyulub”, – İsmayılova “Turan” agentliyinə bildirib.

Həmin gün Xədicə İsmayılova Konstitusiyanı əsas gətirərək, Toplum TV-nin jurnalistləri ilə bağlı qaçaqmalçılıq işi ilə bağlı polisə ifadə verməkdən imtina edib.

Bakı şəhər Baş Polis İdarəsində üç saat qaldıqdan sonra o, sərbəst buraxılıb.

“Mənə bu hüququ Azərbaycan Konstitusiyasının 66-cı maddəsi və Cinayət-Prosessual Məcəlləsi verir. Sonradan mənə qarşı istifadə olunmayacağına əmin olmadığım üçün ifadə verməmək qərarına gəldim. Mən istintaq orqanının qərəzliliyini hiss etdim və buna görə də ifadə verməmək üçün konstitusion hüququmdan istifadə etdim”, – İsmayılova bildirib.

Turan 

17:00, 23 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

SMDT azad media və müstəqil vətəndaş təşkilatlarının nümayəndələrinin saxlanılması ilə bağlı bəyanat yayıb

by Gozetci 18:38, 22 Mart 2024
written by Gozetci

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) martın 6-8-də “Toplum TV” əməkdaşları və təsisçilərinin, həmçinin Demokratik Təşəbüslər İnstitutu və “III Respublika” Platformasının üzvlərinin saxlanmasını və ardınca elan olunan ittihamları Azərbaycanda azad media və müstəqil vətəndaş qurumlarına qarşı hökumətin apardığı siyasi repressiyaların davamı hesab edir.

SMDT xatırladır ki, martın 6-da polislərin “Toplum TV”, Demokratik Təşəbbüslər İnstitutu və “III Respublika” Platformasının ofislərində apardığı axtarışlar məhkəmə qərarları təqdim edilmədən həyata keçirilib. Axtarışlar zamanı orada olan şəxslərin telefonları əllərindən alınıb və bununla da onların vəkil çağırmaq, yaxınlarını məlumatlandırmaq imkanları məhdudlaşıb. “Toplum TV” təmsilçiləri axtarış zamanı redaksiyanın avadanlıqları və komputerlərinin götürüldüyünü, habelə Youtube və İnstaqram səhifələrinə qanunsuz giriş nəticəsində uzun müddət ərzində toplanan videoların silindiyini bəyan ediblər.

SMDT Toplum TV əməkdaşları və təsisçilərinin, həmçinin Demokratik Təşəbbüslər İnstitutu və “III Respublika” Platformasının üzvlərinin həbsi nəticəsində ölkədə siyasi azadlıqların müdafiəsi yönündə böhranın daha da dərinləşdiyini, yaranmış siyasi mühitə görə Azərbaycan hakimiyyəti ilə yanaşı Azərbaycanda insan hüquqlarının müdafiəsində ehtiyatlılıq nümayiş etdirən beynəlxalq quurmların cavabdehlik daşıdğını bəyan edir.

Bəyanatla daha geniş tanış olmaq üçün linkə keçid edin.

18:38, 22 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Lamiyə Orucova: Əzizin əsəbləri ötən görüşlərə nisbətən daha sakit olsa da, əllərində əsmə vardı

by Gozetci 17:40, 22 Mart 2024
written by Gozetci

Əziz Orucov

“Dünən nəhayət Əziz Orucovla müalicə müəssisəsində görüşə bildim. Əzizin ümumi görünüşü və səhhəti pis deyil idi. Əsəbləri ötən görüşlərə nisbətən daha sakit olsa da, əllərində əsmə vardı.

Bu barədə Amerikanın Səsinə Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib.

“Bilmirəm indi aldığı dava-dərmanın nəticəsidi olaraq sakit idi, yoxsa türməyə nisbətdə oradakı mühit daha yumşaq idi, onu artıq bilmirəm. Həkimlərdən və göstərilən münasibətdən razılıq edirdi. Ora köçürüləndən sonra müalicə və müayinəsinə başlanılıb”, o qeyd edib.

Həbsinin uzadılması ilə bağlı münasibətinə gəldikdə isə Lamiyə Orucova bu qərarın gözlənilən olduğunu bildirib.

Martın 19-da Bakı Şəhər Səbail Rayon Məhkəməsi “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun və bu televiziyanın əməkdaşı Şamo Eminovun həbs müddətini daha iki ay uzadıb.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

“Kanal 13” 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Amerikanın Səsi

17:40, 22 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia