Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Toplum TV işi” üzrə həbs olunan Ramil Babayevin apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 18:51, 01 Aprel 2024
written by Gozetci

Ramil Babayev

Aprelin 1-də Bakı Apellyasiya Məhkəməsində “Toplum TV işi” üzrə həbs olunan Ramil Babayevin şikayətinə baxılıb. Vəkil Ayşə Abdel Qadirin məlumatına görə şikayət Xətai Rayon Məhkəməsinin qərarından verilib.

“Biz həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzedilməsi ilə bağlı vəsatət vermişdik, lakin Xətai Rayon Məhkəməsi vəsatətimizi təmin etməmişdi. Bu gün Apellyasiya Məhkəməsi də şikayətimizi təmin etmədi. Ramilin özü də məhkəməyə gətirilmişdi. O, səhər saat 8-dən məhkəməyə gətirilmişdi, iclasımız isə saat 4 radələrində idi, bütün gün məhkəmədə saxlanılıb. Orada isə onlara yemək verməyə icazə vermirlər, bütün gün ac qalıb. Bununla bağlı da ayrıca şikayət verəcəyik”, deyə, vəkil qeyd edib.

Ramil Babayev martın 6-da Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə saxlanılıb. O, həbsinə etiraz olaraq 5 gün quru aclıq aksiyası keçirib.

Elə həmin gün hüquq-mühafizə orqanları “Toplum TV”nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

Martın 8-də isə “Toplum TV”nin təsisçilərindən Ələsgər Məmmədli və “III Respublika” Platformasının qurucu üzvü Ruslan İzzətli də qaçaqmalçılıq ittihamı ilə saxlanılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Toplum TV”nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, “cinayət işinin hədəfi tənqidi səslərdir”.

Saytın baş redaktoru Xədicə İsmayıl martın 14-də şahid qismində dindirdikdən sonra Azərbaycandan çıxışına qadağa qoyulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Əlavə məlumat veriləcək” – açıqlamada bildirilib.

“Toplum TV” 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Demokratiya Məktəbi” proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.

Amerikanın Səsi 

18:51, 01 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə AXCP fəalını 5 il həbsə məhkum edib

by Gozetci 16:58, 01 Aprel 2024
written by Gozetci

Elxan Əliyev

Aprelin 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elxan Əliyevi 5 il müddətinə azadlıqdan məhrum edib.

O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 320.1 (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələrilə ittiham olunur.

Vəkili Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, iş üzrə digər iki müttəhim – Yusif Əliyev və Vəfadar Axundova məhkəmə şərti cəza verib.

AXCP fəalı məhkəmədə ittihamları qəbul etmədiyini, siyasi motivlərlə və saxta ittihamla təqib edildiyini bildirib.

Vəkilin fikrincə, məhkəmə Elxan Əliyevə verilən ittihamla bağlı günahını sübut etməyib.

“Məhkəmə obyektiv istintaq aparmadı, hakim Leyla Əsgərova-Məmmədova təqsirləndirilən şəxsin son sözlə çıxış etməsinə imkan vermədi”, Kərimli qeyd edib.

Cinayət işi vətəndaş Ramo Şükürovun şikayəti əsasında açılıb. O bildirib ki, müttəhimlər Bakının Nardaran qəsəbəsində mülkiyyət hüququna dair sənədi olmayan torpaq sahəsini ona 57 min manata sataraq “dələduzluq” ediblər.

Lakin Şükürov əvvəllər rieltor fəaliyyətilə məşğul olmuş Elxan Əliyevə israrla müraciət edərək ona torpaq sahəsi almasına kömək etməsini xahiş edib.

“Şükürova xəbərdarlıq edilib ki, həmin ərazidə mülkiyyət haqda sənəd yoxdur. Buna baxmayaraq, alıcı israr edib, deyib ki, mülkiyyət hüququnun qeydiyyatı məsələsini özü həll edəcək. Eyni zamanda, Şükürov əvvəlcədən beh ödəmədən, məbləği dərhal ödəyib. Pullar Şükürova qaytarılsa da, o, məhkəmədə yalnız Elxan Əliyevin cəzalandırılmasını israr edib”, vəkil qeyd edib.

Elxan Əliyevin barəsində hökmdən Apellyasiya Məhkəməsinə şikayət veriləcək.

Hüquq müdafiəçiləri Elxan Əliyevi siyasi məhbus kimi tanıyıblar.

Amerikanın Səsi 

16:58, 01 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdəki jurnalistin intihara cəhd etdiyi bildirilir

by Gozetci 17:00, 30 Mart 2024
written by Gozetci

Şamo Eminov

“Kanal 13” internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun saxlanıldığı təcridxanada intihara cəhd etdiyi bildirilir.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat yayıb. Vəkil bildirib ki, Şamo Eminov ilkin istintaq müddətinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılan zaman intihara cəhd etdiyini bildirib.
“Şamo Eminov bildirdi ki, sol böyrəyində kəskin ağrılar var. Mədəsində qanaxmalar da yaranıb. Dedi ki, saxlanıldığı təcridxanada təhqir edilib, hədələnib və bu təhqirlərə dözməyərək intihara cəhd edib” – vəkil Elçin Sadıqov “Facebook” hesabında yazıb.
Vəkil bildirib ki, martın 19-da Şamo Eminovun ilkin həbs müddəti daha 2 ay uzadılmışdı. Bu gün Apellyasiya Məhkəməsində qərardan verilən şikayətə baxılıb və hakim Anar Tanrıverdiyev şikayəti təmin etməyib.
Məsələ ilə bağlı Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova sorğu ilə müraciət etsək də, suallarımız cavablandırılmayıb.
Şamo Eminov ötən ilin dekabrında, “Kanal 13″ün qaçaqmalçılıqda ittiham olunan rəhbəri Əziz Orucovun həbsindən 1 ay sonra saxlanılıb. Ona qarşı da Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı) maddəsilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Noyabrdan etibarən Azərbaycanda müstəqil medialar qapadılıb, əməkdaşları kütləvi şəkildə həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiəçiləri həbs olunan bütün jurnalistləri siyasi məhbus hesab edib.
Hökumət isə bir qayda olaraq ölkədə siyasi məhbus olmadığını bildirir.
AbzasMedia

17:00, 30 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Nazim Bəydəmirlinin həbs müddətini uzadıb

by Gozetci 20:00, 29 Mart 2024
written by Gozetci

Nazim Bəydəmirli

Martın 29-da Bakı Nərimanov rayon Məhkəməsində həbsdə olan iş adamı və sabiq deputat Nazim Bəydəmirlinin həbs qətimkan tədbirinin müddəti uzadılması barədə qərar çıxarıb.

Nazim Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirlinin Amerikanın Səsinə verdiyi məlumata görə,məhkəmənin qərarı ilə, sabiq deputat barəsində həbs qətimkan tədbiri 1 ay uzadılıb.

Nazim Bəydəmirlinin həbs qətimkan tədbiri yanvarın 31-də də 2 ay uzadılmışdı.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi hakim Vüsal Qurbanovun sədriyi ilə Nazim Bəydəmirli barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Keçmiş deputata qarşı əvvəlcə Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Sentyabrın 1-də isə Nazim Bəydəmirlinin 27 il əvvəl, 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə hədə-qorxu ilə pul tələb etməsi iddiası ilə Cinayət Məclləsinin 182.2.2 (hədə-qorxu ilə təkrar tələb etmə) maddəsilə ilə yeni ittiham irəli sürülüb.

İlkin olaraq, Bəydəmirlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Gədəbəy rayonunun Söyüdlü kəndində yerli sakinlərin etiraz aksiyaları ilə bağlı şübhəli şəxs qismində saxlanılması barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatında deyilir ki, Bəydəmirli vətəndaşın müraciəti əsasında saxlanılıb.

“Belə ki, vətəndaş polisə müraciət edərək Nazim Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 14-də Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib”, mətbuat xidməti bildirib.

İyulun 10-da Bakı Apellyasiya Məhkəməsi iqtisadçı barəsində Nərimanov Rayon Məhkəməsinin seçdiyi həbs-qətimkan tədbiri qərarını qüvvədə saxlayıb. Keçmiş deputatın həbsini siyasi hesab edən hüquq müdafiəçiləri onun Gədəbəy rayonunun Söyüdlü kəndindəki qızıl mədəni ilə bağlı yerli sakinlərin etirazını müdafiə etdiyinə görə saxlanıldığı qənaətindədir.

Amerikanın Səsi 

20:00, 29 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Qubad İbadoğlunun görmə qabiliyyətinin sürətlə zəiflədiyi bildirilir

by Gozetci 19:02, 29 Mart 2024
written by Gozetci

Qubad İbadoğlu

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının həbsdə olan sədri Qubad İbadoğlunun görmə qabiliyyətini sürətlə itirməkdə olduğu bildirilir.

Siyasətçinin qardaşı Qalib Toğrul deyib ki, o, artıq televizorda böyük şriftlərlə yazılan titrləri belə dörd-beş metrdən eynəksiz oxuya bilmir.

Qubad İbadoğlunun ailəsi hesab edir ki, bu, diabetik retinopatiyanın əlamətləridir:

“Qardaşımın şəkəri ilə bağlı əsaslı müayinə aparılmır və ona adekvat tibbi yardım göstərilmir. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin endokrinoloqu hər dəfə insulinin dozasını atırmaqla işini bitmiş sayır”.

Qalib Toğrul vurğulayıb ki, bu məsələdə gecikmə siyasətçinin görmə qabiliyyətini tamamilə itirməsinə səbəb ola bilər.

O, həmçinin Qubad İbadoğlunun ağrılarla bağlı şikayətləndiyi böyrəyində, qaraciyərində, ürək-damar sistemində gedən proseslərdən xəbərsiz qaldıqlarını deyir:

“Çünki sistemli, dərinləşdirilmiş müayinə və analizlər aparılmır”.

Qubad İbadoğlunun yaxınlarının bu açıqlamasına, hələlik, Penitensiar Xidmət və başqa cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Qubad İbadoğlu ötən il iyulun 23-də həbs olunub. O, Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Siyasətçi irəli sürülən bütün ittihamları saxta adlandırıb. Bir sıra beynəlxalq təşkilatlar da Azərbaycan hökumətini Qubad İbadoğlunun işinə obyektiv baxmağa, onun hüquqlarının qorunmasına çağırıblar.

AzadlıqRadiosu

19:02, 29 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Ələsgər Məmmədli ev dustaqlığına buraxılmadı

by Gozetci 18:30, 29 Mart 2024
written by Gozetci

Ələsgər Məmmədli

Bu gün, martın 29-da Xətai rayon Məhkəməsi “Toplum” internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.

Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, vəsatət Ələsgər Məmmədlinin səhhəti ilə bağlı verilmişdi:

“Qalxanabənzər vəzdəki şişin həcmi artıb, boğulmalar baş verir. Elə məhkəmə iclasında Ələsgər bəyin qan təzyiqi 160-a qalxıb. Ələsgər bəy müalicə olunmasını xahiş edir”.

Vəkil məhkəmə qərarını əsassız hesab edir və qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Müdafiə tərəfinin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədli bu il martın 8-də saxlanıb. Martın 9-da Xətai rayon Məhkəməsi barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, qrup halında qaçaqmalçılıqda ittiham olunur. Ə.Məmmədli ittihamı qəbul etmir.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında “ToplumTV”nin əməkdaşı da olmaqla 10-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar da ittiham ilə razılaşmır, onu siyasi sifarişli hesab edirlər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayır.

AzadlıqRadiosu

18:30, 29 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalistin məhkəməsi başlayır

by Gozetci 17:31, 29 Mart 2024
written by Gozetci

Teymur Kərimov

İşə Ağır Cinayətlər Məhkəməsində baxılacaq

“Kanal 11” internet televiziyasının rəhbəri, həbsdə olan jurnalist Teymur Kərimovun məhkəməsi başlayır.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Jurnalistin mühakiməsi Azad Məcidovun sədrliyilə, Səbinə Məmmədzadə və Əli Məmmədovdan ibarət hakimlər kollegiyasına həvalə olunub. Məhkəmənin ilkin hazırlıq iclası aprelin 5-də keçiriləcək.

4 aya yaxındır həbsdə olan Teymur Kərimov əvvəl Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddəsilə ittiham olunurdu.

Martda istintaqın sonunda ona eyni maddənin daha bir bəndi ilə əlavə ittiham verilib.

O, həm də Cinayət Məcəlləsinin 182.2.1 (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham olunur.

O, İstək Totiyeva adlı şəxslə əlbirlikdə təqsirləndirilir.

İstək Totiyeva da təqsirləndirilən şəxsdir və Teymur Kərimovla birlikdə mühakimə olunacaq. Lakin o, həbs olunmayıb, onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Jurnalistin işi üzrə Leyla Almaszadə və Fərrux Ələkbərov zərərçəkmiş qismində tanınıb.

İttihama əsasən, Teymur Kərimov və İstək Totiyeva video-materialın internet kanalından silinməsi üçün 10 min manat pul istəyib, son nəticədə 1000 manat alıb.

Teymur Kərimov özünü təqsirli bilmir. O bildirib ki, ona qarşı irəli sürülən hədə-qorxu ilə tələbetmə ittihamı əsassızdır.

Teymur Kərimov jurnalist fəaliyyətinə – qanunsuzluqları çəkib göstərdiyinə görə cəzalandırıldığını deyir.

Jurnalist heç kimdən hədə-qorxu ilə pul tələb etmədiyini bildirib.

Teymur Kərimovun yaxınlarına bildirdiyinə görə, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel”) əvvəl onu narkotiklə şərləmək istəyiblər. Hətta narkotiki üzərinə götürməsi üçün döyüblər. Lakin bunu qəbul eləmədiyini görəndə şantaj ittihamı ortaya çıxıb.

Teymur Kərimova ittiham verilən maddələrdə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Meydan TV 

17:31, 29 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan 21 ərizəyə dair qərarlarını elan edib

by Gozetci 18:40, 28 Mart 2024
written by Gozetci

Martın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş 21 ərizə ilə bağlı qərar və qərardadlarını elan edib.

“Azad Mürsəliyev Azərbaycana qarşı”  işi böhtan və təhqirə görə şəxsi həyata hörmət hüququnun pozuntusu iddiaları ilə bağlıdır.  Ərizəçi Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, siyasi mühacirətdə olan Elşad Abdullayevin qohumudur.

Azər Mürsəliyev guya cinayət törətməklə bağlı vəkil Ramiz Zeynalovun Elşad Abdullayevin və digər qohumlarının ünvanına ittihamlarına yerli məhkəmələrdə etiraz edib.

Avropa İnsan Hüquqları Məhkəməsi şikayəti təmin edib və ona 2 min avro kompensasiya ödənilməsi barədə qərar qəbul edib.

“Mirələm Həşimov Azərbaycana qarşı” işində ərizəçi onlayn nəşrin rəhbəridir. 2015-ci ildə dərc olunan yazılara görə Masallı Rayon İcra Hakimiyyətinin başçısının iddiası üzrə 500manat cərimə olunub. Materiallarda yerli rəhbərliyin büdcə vəsaitlərini mənimsəməsindən və ağacların kəsilməsindən danışılıb.

Bu işdə tərəflər dostca anlaşıblar. Hökumət ərizəçiyə 1600 avro mənəvi zərər, 800 hüquqi xərclər əvəzi ödəməlidir.

Dinc toplaşmanın məhdudlaşdırılmasından və Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci (toplaşma və birləşmə azadlığı) və 13-cü (effektiv hüquqi müdafiə hüququ) maddələri üzrə hüquqlarının pozulmasından şikayət edən vəkillər Elçin Sadıqov və Cavad Cavadovun işində də tərəflər dostca anlaşıblar.

Hakimiyyət ərizəçilərə 1750 avro ödəməyə hazır olduğunu bildirib.

Avropa Konvensiyasının 11-cü və 13-cü maddələri üzrə hüquqlarının pozulmasına etiraz edən daha 14 ərizəçiyə eyni məbləğdə kompensasiya ödəniləcək.

Hökumət və ərizəçilər – fəallar Natiq Cəfərov, Dilarə Vəliyeva və Rəsul Cəfərov arasında dostca anlaşma olub. Onlar dinc toplaşma hüququnun məhdudlaşdırılmasından analoji şikayətlər veriblər və Avropa Konvensiyasının 11-ci və 13- cü maddələri üzrə hüquqlarının pozulmasının tanınmasını xahiş ediblər. Onların hər birinə  1750 avro ödəniləcək.

Turan 

18:40, 28 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Şamo Eminovun həbsdə vəziyyətinin pisləşdiyi deyilir

by Gozetci 18:11, 28 Mart 2024
written by Gozetci

Şamo Eminov

“Kanal-13” internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun istintaq təcridxanasında vəziyyətinin pisləşdiyi bildirilir.

Jurnalistin xanımı Dürdanə Eminova dünən, martın 27-də təcridxanada onunla görüşdən sonra bu barədə açıqlama verib.

“Şamonun gözləri qızarmışdı, əlləri əsirdi…”, – Dürdanə Eminova deyib.

Xanımın sözlərinə görə, bundan əlavə, jurnalistin qaraciyər və mədəsində ciddi problemlər var. Onun vurğulamasına görə, bir neçə gün əvvəl jurnalistin ağzından qan gəlib.

Xanımı Şamo Eminovun ən azı bir müddət tibb müəssisəsinə köçürülməsi üçün müvafiq orqanlara müraciət edib.

Bundan öncə isə Dürdanə Eminova ərinin əsassız həbs olunduğunu bildirərək ombudsmana müraciət etmişdi.

Dürdanə Eminovanın bu açıqlamasına, hələlik, rəsmi qurumlar və Ombudsman Aparatından münasibət almaq mümkün olmayıb.

“Kanal-13” ilə əməkdaşlıq edən jurnalist-frilanser Ş.Eminov ötən il dekabrın 23-də saxlanıb. Məhkəmə onu “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xarici valyuta qaçaqmalçılığı” (206.3.2) ittihamı ilə istintaq müddətində həbs edib

Ondan bir ay əvvəl həmin televiziyanın rəhbəri Əziz Orucovda eyni və əlavə olaraq qanunsuz tikinti aparmaq ittihamı ilə həbs olunmuşdu.

Ümumilikdə son aylar Azərbaycanda 10 civarında jurnalist həbs edilib. Onlara, əsasən, qaçaqmalçılıq ittihamı verilib. Jurnalistlər ittihamlarla razılaşmır, həbslərini peşə fəaliyyəti ilə izah edirlər. Amma rəsmilər ölkədə sırf peşə fəaliyyətinə görə jurnalistlərin həbsi ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosu

18:11, 28 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Ülvi Həsənlini yenə həbsdə saxladı

by Gozetci 16:10, 27 Mart 2024
written by Gozetci

Ülvi Həsənli

“Abzas Media işi” üzrə həbs olunan jurnalistlərin heç bir vəsatəti təmin olunmur

Martın 27-də “Abzas Media-nın direktoru Ülvi Həsənlinin həbsinin uzadılmasından verilən şikayətə baxılıb.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə şikayət təmin olunmayıb. Hakim həbs müddətinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Fevralın 24-dən başlayaraq “Abzas Media işi” üzrə həbs edilən bütün jurnalistlərin həbs müddətləri daha 3 ay artırılıb.

Beynəlxalq təşkilatlar bunu istintaqın əsassız aparılması ilə əlaqələndirib, jurnalistlər üzərində təzyiq olduğunu bildiriblər.

Xatırlatma

Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, son olaraq yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib.

Jurnalistlər ittihamları rədd edir, həbslərini “Abzas Media”da dərc olunan korrupsiya araşdırmaları ilə əlaqələndirirlər.

AbzasMedia

16:10, 27 Mart 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia