Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya məhkəməsi Ələsgər Məmmədlini həbsdə saxlayıb

by Gozetci 17:02, 03 Aprel 2024
written by Gozetci

Ələsgər Məmmədli

Aprelin 3-də Bakı Apellyasiya Məhkəməsi “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədlinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə dair Xətai Rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Aqil Layıc məlumat verib.

Onun sözlərinə görə, məhkəmə prosesində Ələsgər Məmmədli də iştirak edib.

“Ələsgər Məmmədli məhkəmədə dedi ki, onun ev dustaqlığına buraxılması təkcə onun azadığı üçün deyil, daha çox səhhəti üçün vacib məsələdir. Ələsgər bəy bildirib ki, artıq başını yastığa qoyanda qalxanabənzər vəzdəki şişin böyüməsini hiss edir. Boğulmaları var”, vəkil qeyd edib.

Aqil Layıc vurğulayıb ki, Ələsgər Məmmədlinin təcili müayinə və müalicə edilməsinə ehtiyac var. Vəkil qeyd edib ki, Məmmədlidən biopsiya analizi hələ də götürülməyib.

“Bizim onun heç olmasa Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciətlərimiz cavabsız qalıb”, o bildirib.

Öz növbəsində, Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli Amerikanın Səsinə bildirib ki, qardaşı həbsinin səbəbini daha çox media fəaliyyəti ilə bağlı olduğunu deyib.

“O heç bir sübut və dəlil olmadan qondarma ittihamla saxlanılıb. Ələsgər Məmmədlinin hüquqi müdafiəsi il bağlı bizim elə narahatlığımız yoxdur. O, ölkənin tanınmış və peşəkar hüquqşünaslarındadındır”, Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədlinin səhhəti ilə bağlı problemlər qalmaqdadır.

“Səhhəti kifayət qədər onu narahat edir. Dünən kamerasına gəlib ondan qan analizi götürüblər. Əlbəttə orada şəraitin uyğun olmamasına etiraz edib. Amma buna baxmayaraq, qan analizlərini vermək məcburiyyətində qalıb”.

Nəsimi Məmmədlinin fikrincə, ən ciddi problem qalxanvari vəzində olan şişlə bağlı olan məsələdir.

“Hələ də onun həlli ilə bağlı heç bir addım atılmayıb. Boğulma hissi var. Özünü narahat hiss edir. Xüsusilə də biopsiya edilməməsi onun narahatlığını artırıb. Ola bilsin bu məsələ gələcəkdə gec ola bilər. Hətta bu şişlər metastaz verə bilər. Onun həyatı üçün ciddi problemə çevrilə bilər”, o qeyd edib.

Ələsgər Məmmədlinin qardaşı qeyd edib ki, bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib.

Nəsimi Məmmədli qardaşı barəsində ədalətlidən daha çox mərhəmətli qərar qəbul edilməsinin lazım olduğunu deyib.

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb. Amma bundan əvvəl Amerikanın Səsinin sorğusuna cavab verən Penitensiar Xidmət tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb baş idarəsinə müraciət etməyi tövsiyə edib.

Öz növbəsində Ədliyyə Nazirliynin Tibb Baş İdarəsi isə bu məlumata hələ münasibət bildirməyib.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub.

Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Amerikanın Səsi 

17:02, 03 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Sərhədsiz Reportyorlar Azərbaycanda jurnalistlərin həbsini pisləyən bəyanat yayıb

by Gozetci 15:26, 03 Aprel 2024
written by Gozetci

“Sərhədsiz Reportyorlar” (RSF) mətbuatı beynəlxalq müdafiə təşkilatı Azərbaycanda daha beş jurnalistin “uydurma xarici valyuta qaçaqmalçılığı” ittihamı ilə saxlanılmasını qınayıb.

“Toplum TV Azərbaycanda jurnalistlərə qarşı repressiyaların daha bir qurbanıdır. Bu xəbər kanalının beş jurnalistini beş ildən səkkiz ilədək həbs cəzası gözləyir”, qurumun bəyanatında deyilir.

“Sərhədsiz Reportyorlar” xarici valyuta qaçaqmalçılığı ittihamı ilə yeni həbsləri pisləyir və “korrupsiya hadisələri haqqında məlumat verən jurnalistləri dərhal azad etməyə çağırır”, bəyanatda bildirilir.

“Evindən guya 7200 avro tapılan və martın 8-dən həbsdə olan kanalın təsisçisi Ələsgər Məmmədlinin həbs müddəti dörd ay uzadılıb. Məmmədlinin başlanğıc mərhələdə xərçəng xəstəliyi var və çox müntəzəm müalicəyə ehtiyacı var”, sənəddə qeyd edilir.

Təşkilat bildirir ki, martın 6-da polis tərəfindən Toplum TV kanalının redaksiyasında axtarış aparıldıgı tarixdən jurnalistlər İlkin Əmrahov və Müşfiq Cabbarov da dəmir barmaqlıqlar arxasındadır. Polis nəzarətinə buraxılan, polisin guya evlərində 3100 avro aşkar etdiyi Elmir Abbasovu və Fərid İsmayılovu da “xarici valyuta qaçaqmalçılığına” görə beş ildən səkkiz ilədək həbs cəzası gözləyir.

“Bu, 2023-cü ilin noyabrında artıq Abzas Media-nın jurnalistlərinə qarşı istifadə olunmuş məşhur bəhanədir. Bu KİV-in nümayəndələri polisi onları həbs etmək üçün pulu qəsdən onların üzərinə qoymaqda ittiham ediblər. Hakimiyyətin məqsədi aydındır: vətəndaş cəmiyyətini təcrid etmək və istənilən fərqli düşüncəni boğmaq. Prezident İlham Əliyev plüralizmin bütün formalarını məhv edərək, müstəqil KİV-ləri rəsmi diskursa uyğunlaşdırır”, bəyanatda qeyd edilir.

“RSF Azərbaycanın tərəfdaşlarını ölkədə mətbuat azadlığının vəziyyətinin kəskin pisləşməsinə göz yummağa son qoymağa və müvafiq şəkildə hərəkət etməyə çağırır” – deyə, RSF-in Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelye bildirib.

Təşkilatın bəyantında deilir ki, martın 6-da Toplum TV-nin redaksiyasına polis reydi Almaniyanın SWR televiziyasının bu nəşrin baş redaktoru Xədicə İsmayılın iştirakı ilə Azərbaycanın neft-qaz sektorunda korrupsiya haqqında reportaj yayımlanmasından cəmi bir neçə saat sonra həyata keçirilib.

“O, 2014-cü ildə öz araşdırmalarına görə artıq il yarımdan çox həbsdə saxlanılıb. Bu dəfə o, redaksiyada olmayıb və həbs olunmayıb, lakin bir neçə dəfə dindirilməyə çağırılıb və Azərbaycanı tərk etməsi qadağan olunub”, bəyanatda deyilir.

Təşkilat həmçinin bildirir ki, polis reydindən sonra Toplum TV üçün işləyən, lakin jurnalist olmayan ən az üç nəfər həbs olunub. KİV-in direktoru Ələsgər Məmmədlinin qohumu Aydın Əliyev isə Məmmədlinin həbsinin videogörüntülərini yaydığı üçün həkim-rentgenoloq kimi işlədiyi klinikadan işdən çıxarılıb.

“SWR-in reportajında Avropa İttifaqının Bakı ilə əməkdaşlıq etmək və 2027-ci ilə qədər Rusiya qazının yerinə Azərbaycan qazının satınalmalarını iki dəfə artırmaq niyyəti fonunda ölkənin neft-qaz sektorunda korrupsiyanın geniş yayılmasından, eyni zamanda, Azərbaycanın qaz sənayesinin rəhbərlərinin 2017-ci ildə avtomobilin partlaması nəticəsində həlak olan Maltalı jurnalist Dafne Karuana Qalitsiyanın qətli ilə əlaqəsi olduğundan bəhs edilir”, bəyanatda qeyd edilir.

Təşkilat bildirir ki, Toplum TV son altı ayda hakim rejimin qurbanına çevrilən sayca üçüncü müstəqil KİV-dir. Ötən ilin noyabrında Abzas Media-nın, dekabr ayında isə Kanal-13-ün bir sıra işçiləri həbs olunub.

Bəyanatda qeyd edilir ki, eyni zamanda, iki digər jurnalist – Turan İnformasiya Agentliyinin və JAMNews xəbər saytının əməkdaşları həbs olunub.

“Hakim dairələr böhtan kampaniyaları təşkil edir, müstəqil KİV-lərin və onları müdafiə edənlərin, xüsusən də RSF-nin ABŞ, Fransa və Qərbin təsir orqanları, “Azərbaycanofobiyanın” ifadəçiləri olduğu haqqında iddialar səsləndirirlər”, bəyanatda qeyd edilir.

Öz növbəsində, rəsmi Bakı RSF-nin bu bəyanatına hələ şərh verməyib.

Bununla yanaşı, ölkə rəsmiləri beynəlxalq və yerli tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəhbərləri ölkədə fundamental azadlıqların, o cümlədən söz və mətbuat azadlığının tam təmin edildiyini, hökumətin mediaya daim qayğı göstərdiyini bildirir.

Amerikanın Səsi 

15:26, 03 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AXCP: Siyasi məhbuslarımızın sayı 11 nəfərə çatıb

by Gozetci 15:00, 03 Aprel 2024
written by Gozetci

“Azərbaycan hakimiyyəti bir ildən çoxdur ki, fasiləsiz şəkildə siyasi həbslər həyata keçirməklə məşğuldur. Ölkənin tanınmış siyasətçiləri, ictimaiyyət nümayəndələri, jurnalistlər ard-arda şərlənərək həbs olunur. Bütün əvvəlki repressiya dalğalarında olduğu kimi, bu dəfə də həbslər Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) yan keçməyib. Budəfəki siyasi həbslər kampaniyasında AXCP-nin məhbuslarının sayı artaraq 11 nəfərə çatıb”.

Bu barədə AXCP-nin “son repressiyalarla bağlı” bəyanatında deyilir.

“Təkcə sifarişli həbsləri götürsək, sob illər ərzində partiyanın yüzlərlə üzvü uzunmüddətli və inzibati həbs həyatı yaşayıb. Ən axırıncı həbs olunan AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadədir”, sənəddə qeyd edilir.

“Sahib Məmmədzadədən əvvəl eyni ittihamla (narkotik) AXCP üzvləri Elnur Həsən və Elbəyi Kərimov şərlənərək həbs olunub.

AXCP Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev isə bir alqı-satqı əməliyyatında vasitəçilik edərək, qanuni şəkildə komission haqqı qazanmaq istədiyi halda, həbs olunub”.

AXCP bildirir ki, Azərbaycan hakimiyyəti öz tənqidçilərini, müxalifətçiləri şərləyib həbs etməklə kifayətlənmir, üstəlik həbsxanalarda da onlara “işgəncə verir, qeyri-insani münasibət göstərir”.

“AXCP-nin siyasi məhbuslarından Niyaməddin Əhmədov və Şahin Hacı bu günlərdə pis rəftar və işgəncəyə məruz qalıb. Niyaməddin Əhmədov üzləşdiyi haqsızlıqlara görə 10 gündən çox aclıq aksiyası keçirib və yalnız tələblərinin bir qismi yerinə yetiriləndən sonra aclığı dayandırıb. Şahin Hacı isə tamamilə əsassız olaraq əvvəlcə 2 dəfə uzun müddətə cərimə kamerasına (kars) salınıb, daha sonra isə 3 ay müddətinə ciddi rejimli həbs cəzasına məhkum edilib”, sənəddə qeyd edilir.

AXCP bildirir ki, bütün bu həbslər və başqa təqib-təzyiq üsulları partiyanı fəaliyyət imkanlarından məhrum etmək üçündür.

“Bütün bunlara baxmayaraq AXCP özünün həbsdəki fəalları da daxil olmaqla, ölkədəki bütün siyasi məhbusları sonadək müdafiə edəcək”, sənəddə deyilir.

AXCP beynəlxalq təşkilatlara və demokratik dünyaya çağırış edir ki, Azərbaycan hakimiyyəti ilə bütün təmaslarda siyasi məhbusların azadlığı, ölkə vətəndaşlarının fundamental hüquq və azadlıqlarından istifadə edə bilməsi prioritet məqsəd kimi qarşıya qoyulsun.

“Azərbaycanın avtoritar rejimi nəhayət beynəlxalq sanksiyalara məruz qalmalı, müxalifətçilərin, ictimai-siyasi fəalların, jurnalistlərin uydurma ittihamlarına məsul olan vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq edilməlidir”, bəyanatda qeyd edilir.

Rəsmi Bakı bir qayda olaraq ölkədə fundamental azadlıqların tam təmin edildiyini, insanların iradəsinə görə təqib olunmadığnı bildirir.

Bununla yanaşı yerli hüquq müdafiə təşkilatları tərəfindən hazırda ölkədə 288 nəfər siyasi məhbus kimi tanınıb.

Amerikanın Səsi

15:00, 03 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə jurnalist Hafiz Babalını həbsdə saxlayıb

by Gozetci 14:18, 03 Aprel 2024
written by Gozetci

Hafiz Babalı

Aprelin 2-də Bakının Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə jurnalist Hafiz Babalanın ev dustaqlığına buraxılması barədə vəsatətini təmin etməyib.

Vəkili Rəsul Cəfərov bildirib ki, Babalanın həbsdə saxlanılması üçün maddi və prosessual əsaslar yoxdur.

“İstintaq Babalanın həbsdə saxlanılmasını “gizlənə” və “istintaqın gedişatına təsir göstərə” biləcəyi kimi subyektiv fərziyyələrlə əsaslandırır. Lakin hələ cinayət işindən əvvəl Babalanın ölkədən çıxışına qadağa qoyulub. Digər tərəfdən, Babalanın daimi yaşayış yeri var və ev dustaqlığına Probasiya Xidmətinin məmurları tərəfindən nəzarət olunur”, vəkil qeyd edib.

Hafiz Babalı da hakimin qərarına etiraz edib. Jurnalist bildirib ki, hakim ona qarşı qərəzli yanaşır, çünki əvvəllər də onu həbs etmək barədə qərar verib və əvvəlki vəsatətlərini rədd edib. Lakin hakim etiraz üçün “kifayət qədər əsas” görməyib və etirazı baxılmamış saxlayıb.

Vəkil bildirib ki, məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

Turan agentliyinin iqtisadi xəbərlər şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-də saxlanılıb. Ona qarşı “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb.

Məhkəmənin qərarı ilə onun barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Babalı “Abzas Media işi” üzrə cəlb edilib.

Hüquq müdafiəçiləri jurnalisti siyasi məhbus kimi tanıyıb.

Amerikanın Səsi 

14:18, 03 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

İctimai fəal Ayxan İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edildi

by Gozetci 20:20, 02 Aprel 2024
written by Gozetci

Ayxan İsrafilov

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının ümumilikdə 3 üzvü hazırda həbsdədir

Aprelin 2-də işçi hüquqlarının müdafiəçisi Ayxan İsrafilov 3 il azadlıqdan məhrum edilib. Bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyilə keçirilən prosesdə elan edilib.

İsrafilov ötən ilin avqustunda saxlanılıb. Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 234-cü maddəsinin ağır bəndlərilə ittiham irəli sürülsə də, sonradan iş 234.1.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəyə tövsif olunub.

Fəal özü narkotik ittihamını rədd edir və siyasi fəaliyyətinə görə həbs edildiyini deyir.

Ayxan İsrafilov İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvüdür. Bu təşkilat müstəqil fəaliyyət göstərib və xüsusilə kuryerlərin hüquqlarının müdafiəsilə bağlı müxtəlif tədbirlər təşkil edib.

İsrafilovla eyni dövrdə təşkilatın sədri Afiəddin Məmmədov və üzvü Elvin Mustafayev də müxtəlif ittihamlarla həbs ediliblər.

Hüquq müdafiə təşkilatları Ayxan İsrafilovu və digər iki fəalı siyasi məhbus hesab edir, onlara qarşı irəli sürülmüş ittihamları uydurma sayırlar və bildirirlər ki, fəalların həbsləri işçi hüquqlarını müdafiə etdiklərinə görədir.

AbzasMedia
20:20, 02 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Penitensiar Xidməti internetə görə məhkəməyə verən məhbusun şikayətinə baxılacaq

by Gozetci 17:47, 02 Aprel 2024
written by Gozetci

Penitensiar Xidməti məhkəməyə verən məhbusun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Bu haqda iddiaçının – Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhbus Firudin Etibar oğlu Zeynalovun vəkili Fariz Namazlı məlumat verib.

Vəkilin sözlərinə görə, 2023-cü ilin dekabr ayının 11-də Bakı İnzibati Məhkəməsində hakim Səlma Salahovanın sədrliyi ilə Firudin Zeynalovun Penitensiar Xidmətə qarşı qaldırdığı iddiaya baxılıb və hakim şikayəti təmin etməyib.

Vəkil məhkəmənin qərarından apelyasiya şikayəti verib. Apellyasiya şikayətinə 23.04.2024-cü il tarixdə hakim Rəşid Səmədovun sədrliyi ilə baxılacaq.

Məlumat üçün bildirək ki, Firudin Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.3 və digər maddələri ilə təqsirli bilinərək 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Firudin Zeynalov həbs olunmazdan əvvəl ölkədə və dünyada baş verən hadisələrlə yaxından maraqlanıb. Hazırda onun gündəlik xəbərləri oxumasına, ölkədə baş verən hadisələri və məhkəmə işləri barədə xəbərləri, qərarları izləməsinə ehtiyacı var. Bundan əlavə, onun hüquqlarının pozuntusu ilə bağlı Avropa İnsan hüquqları Məhkəməsinə 2 şikayət göndərilib, bir şikayətin də göndərilməsi planlaşdırılır.

Zeynalovun vəkili Penitensiar Xidmətə müraciət edərək F. Zeynalovun nəzarət altında “www.e-qanun.az”, “www.president.az”, “www.azertag.az”, “echr.coe.int”, www.meclis.gov.az internet saytlarına daxil olmasına şərait yaradılmasını xahiş edib.
Penitensiar Xidmət 02 avqust 2023-cü il tarixli cavabında göstərib ki, müraciətin təmini imkan xaricindədir.

Firudin Zeynalov hesab edir ki, Penitensiar Xidmətin bu imtinası qanunsuzdur və onun məlumat almaq hüququnu pozur.

Buna görə də F. Zeynalov məlumat əldə etmək hüququnun pozuntusuna dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdi. İddia ərizəsində F. Zeynalovun internet saytlarına girişə icazənin verilməsi öhdəliyinin Penitensiar Xidmətin üzərinə qoyulması qeyd etmişdi.

 

 

17:47, 02 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Tofiq Yaqublunu ev dustaqlığına keçirməkdən imtina edib

by Gozetci 14:33, 02 Aprel 2024
written by Gozetci

Tofiq Yaqublu

Aprelin 2-də Bakının Nərimanov Rayon Məhkəməsi Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs qətimkan tədbirini ev dustaqlığı tədbiri ilə əvəzlənməsi ilə bağlı vəsatətini təmin etməyib.

“Tofiq bəyin istintaqdan yayınmaq, kiməsə təsir etmək niyyəti yoxdur. İstintaq orqanı isə hesab edir ki, ekspertiza rəylərinə cavab olmadığına görə Tofiq bəy ev dustaqlığına buraxılmalı deyil. Məhkəmə vəsatətimizi təmin etmədi”.

Bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, artıq 3 ay yarımdan çoxdur ki, Yaqublu həbsdə saxlanılır və bütün bu müddət ərzində heç bir istintaq hərəkəti getmir. Belə olan halda Tofiq Yaqublu həbsdə qalmamalıdır.

Kərimli əlavə edib ki, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək.

* Tofiq Yaqublu ötən il dekabrın 14-də “dələduzluq”, “sənədlərin saxtalaşdırılması” və “saxta sənədlərdən istifadə” ittihamlarıyla şübhəli şəxs qismində saxlanılıb. Dekabrın 15-də onun barəsində həbs qətimkan tədbiri seçilib.

Siyasətçi əvvəllər də dəfələrlə cinayət təqibinə və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkiatlar onu vicdan məhbusu kimi tanıyıblar.

Turan 

14:33, 02 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Nəsimi Məmmədli: Ələsgər Məmmədlinin boğazındakı şişlər metastaz verə bilər

by Gozetci 11:34, 02 Aprel 2024
written by Gozetci

Ələsgər Məmmədli

Aprelin 1-də “Toplum” TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədli Bakı İstintaq təcridxanasından qardaşına zəng edib.

Bu barədə Amerikanın Səsinə onun qardaşı Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, Ələsgər Məmmədlinin səhhəti ilə bağlı problemlər qalmaqdadır.

“Səhhəti kifayət qədər onu narahat edir. Dünən kamerasına gəlib ondan qan analizi götürüblər. Əlbəttə orada şəraitin uyğun olmamasına etiraz edib. Amma buna baxmayaraq, qan analizlərinin verilməsi məcburiyyətində qalıb”.

Nəsimi Məmmədlinin fikrincə, ən ciddi problem qalxanvari vəzində olan şişlə bağlı olan məsələdir.

“Hələ də onun həlli ilə bağlı heç bir addım atılmayıb. Boğulma hissi var. Özünü narahat hiss edir. Xüsusilə də biopsiya edilməməsi onun narahatlığını artırıb. Ola bilsin bu məsələ gələcəkdə gec ola bilər. Hətta bu şişlər metastaz verə bilər. Onun həyatı üçün ciddi problemə çevrilə bilər”, o qeyd edib.

Qardaşı Ələsgər Məmmədlinin həbsini əsassız sayır.

“Biz indi elə çarəsiz bir duruma düşmüşük ki, Azərbaycan dövlət orqanları təqsirsiz bir insanı həbs edib, heç bir sübut, dəlil olmadan onu əsassız olaraq həbsdə saxlayır. Bununla bərabər onun həyatı üçün yaranmış təhlükəni də sanki görməzdən gəlir. Dövlət orqanları sanki onunla bağlı sükut bir rejimə keçib”, o bildirib.

Nəsimi Məmmədli deyib ki, martın 28-də Bakının Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətin təmin edilməməsi qardaşını üzüb.

Onun sözlərinə görə, bu işlə bağlı apellyasiya şikayətinə aprelin 3-də baxılacaq.

“Ümid edirik ki, bu istiqamətdə müəyyən müsbət qərar qəbul ediləcək”, Məmmədli deyib.

Ələsgər Məmmədlinin qardaşı qeyd edib ki, bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edilib.

“Faktiki olaraq ölkədə hüquq yolu demək olar ki, hansısa bir effekt verdiyi qənaətində deyilik. Sanki bunu açıq deməsələr belə, bir iradə nümayiş etdirirlər ki, bu tip məsələlər nə istintaq orqanı, nə də məhkəmə orqanlarında həll edilmir. Yəni onu açıq deməsələr də o görüntünü davranışları ilə, atdıqları addımlarla, mesajlarla sanki bizə çatdırmağa çalışırlar. Təəssüf ki, əlimizdən bir iş gəlmir. Təkcə Ələsgər bəy deyil. Təqsirsiz həbsə məhkum edilmiş insanların da belə həyatı problemləri olanda onun aradan qaldırılmasında cəmiyyət olaraq heç nə edə bilmirik”, Nəsimi Məmmədli bildirib.

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb. Amma bundan əvvəl Amerikanın Səsinin sorğusuna cavab verən Penitensiar Xidmət tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb baş idarəsinə müraciət etməyi tövsiyə edib.

Öz növbəsində Ədliyyə Nazirliynin Tibb Baş İdarəsi isə bu məlumata hələ münasibət bildirməyib.

Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub. Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Tolpum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Amerikanın Səsi 

11:34, 02 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə AXCP Daşkəsən Rayon Şöbəsinin sədrinin şikayətini təmin etməyib

by Gozetci 09:00, 02 Aprel 2024
written by Gozetci

Sahib Məmmədzadə

Aprelin 1-də Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən Rayon Şöbəsinin sədri Sahib Məmmədzadə barəsində seçilmiş həbs qətimkan tədbiri qərarından vəkilin verdiyi şikayəti təmin etməyib.

Vəkil Zabil Qəhrəmanov bildirib ki, Sahib Məmədzadənin saxlanıldığı zaman fiziki təzyiqə məruz qalması ilə bağlı prokurorluğa müraciət edilib.

“Hazırda Sahib Məmmədzadənin bu şikayəti araşdırılır”, o qeyd edib.

Martın 19-da Göygöl Rayon Məhkəməsi hakim Əyyub Kərimovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən Rayon Şöbəsinin sədri Sahib Məmmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma- külli miqdarda) ilə cinayət işi qaldırılıb.

Vəkilin sözlərinə görə, Sahib Məmmədzadə məhkəmədə ittihamı qəbul etmədiyini bildirib.

Sahib Məmmədzadə martın 18-də mal-qarasını Daşkəsən rayonuna yaylağa apararkən polislər tərəfindən saxlanılıb.

AXCP Məmmədzadənin siyasi fəaliyyəti ilə bağlı saxlanıldığını bildirib.

Amerikanın Səsi 

09:00, 02 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

“Kanal 13” internet televiziyasının rəhbərinin apellyasiya şikayəti təmin olunmayıb

by Gozetci 19:51, 01 Aprel 2024
written by Gozetci

Əziz Orucov

Bakı Apellyasiya Məhkəməsində “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun barəsində verilən apellyasiya şikayəti təmin olunmayıb.

Bu barədə Amerikanın Səsinə Orucovun həyat yoldaşı Lamiyə Orucova bildirib.

Onun sözlərinə görə, aprelin 1-də Apellyasiya Məhkəməsi Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həbs qətimkan tədbirinin daha 2 ay uzadılması ilə bağlı qərarını qüvvədə saxlayıb.

Həbsinin uzadılması ilə bağlı münasibətinə gəldikdə isə Lamiyə Orucova bu qərarın gözlənilən olduğunu bildirib.

Martın 19-da Bakı Şəhər Səbail Rayon Məhkəməsi “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucovun və bu televiziyanın əməkdaşı Şamo Eminovun həbs müddətini daha iki ay uzadıb.

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov ötən il noyabrın 27-də saxlanılıb.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda “Kanal 13”-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

“Kanal 13” internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

“Kanal 13” 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Amerikanın Səsi 

19:51, 01 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia