Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP fəalının işi üzrə məhkəmə baxışı təyin edilib

by Gozetci 15:09, 06 Aprel 2024
written by Gozetci

Elnur Həsənov

 

Aprelin 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elnur Həsənovun işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı aprelin 19-na təyin edilib.

Məhkəmədə vəkil Nemət Kərimlinin müdafiə etdiyi şəxsin vəkilin yanında əyləşməsi və həbsin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətləri təmin edilməyib.

Elnur Həsənov 28 noyabr 2023-cü ildə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi (Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi) ittihamı ilə həbs olunub. Fəal hesab edir ki, həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Turan 

15:09, 06 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Apellyasiya Məhkəməsi Ruslan İzzətlini həbsdə saxlayıb

by Gozetci 14:06, 06 Aprel 2024
written by Gozetci

Ruslan İzzətli

Aprelin 6-da Bakı Apellyasiya Məhkəməsi III Respublika Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətlinin ev dustaqlığına keçirilməsindən imtina qərarını qüvvədə saxlayıb. Bu barədə Turan-a onun vəkili Rəsul Cəfərov bildirib.

“İzzətlinin həbsdə saxlanılması üçün prosessual zərurət olmadığı üçün biz aprelin 2-də onun ev dustaqlığına keçirilməsi haqqında vəsatət verdik. Lakin vəsatət təmin edilmədi. Bu qərardan şikayət verdik. Lakin bu gün Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı”, deyə Cəfərov bildirib.

İzzətli “Toplum TV”nin işi üzrə keçir. O, qaçaqmalçılıq ittihamını təkzib edir.

* Xatırladaq ki, 6-8 mart tarixləri arasında Toplum TV-nin və onun tərəfdaşı olan təşkilatın – Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, daha iki nəfər isə polis nəzarətinə verilib.

Turan 

14:06, 06 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Tofiq Yaqublunun həbs müddəti 2 ay uzadılıb

by Gozetci 13:29, 06 Aprel 2024
written by Gozetci

Tofiq Yaqublu

Müsavat Pariyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Bu qərarı aprelin 6-da Bakının Nərimanov Rayon Məhkəməsi istintaqın vəsatəti əsasında qəbul edib, bu barədə Turan-a vəkil Nemət Kərimli bildirib.

Onun sözlərinə görə, istintaq bunu ekspertiza rəyinin gəlib çıxmadığı ilə əsaslandırıb.

Müdafiə tərəfi isə hesab edir ki, ittihamın heç bir sübutu yoxdur və istintaq müddəttinin uzadılmasına zərurət mövcud deyil.

Prosesdə Tofiq Yaqublu cinayət işinə aidiyyəti olmadığını, həbsi siyasi fəaliyyətə görə olduğunu deyib.

Qərardan apellyasiya şikayəti veriləcək

* Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dekabrın 14-də dələduzluq və saxta sənəd hazırlama ittihamı ilə həbs olunub.

Siyasətçi bundan əvvəl dəfələrlə cinayət təqibinə və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Turan

13:29, 06 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Jurnalist Teymur Kərimovun məhkəmə prosesi keçirilib

by Gozetci 13:00, 06 Aprel 2024
written by Gozetci

Teymur Kərimov

Aprelin 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimovun məhkəmə prosesi keçirilib. Məhkəmədə iştirak edən hüquq müdafiəçisi Əlövsət Sadıqlının məlumatına görə, jurnalistin hazırlıq məhkəməsi vaxt çatışmazlığı səbəbindən yarımçıq qalıb.

“Proses boyu tələb və vəsatətlərə baxmayaraq və tutarlı əsaslar olmadan (mülahizə əsasında), Teymur Kərimov qolları qandallı saxlanaraq həm fiziki, həm də mənəvi işgəncəyə məruz qoyuldu və bu, heç şübhəsiz ki, qərəzli yanaşmanın təzahürü və siyasi sifarişin açıq nümayişi idi”, Sadıqlı deyib.

Teymur Kərimovun vəkili Nemət Kərimli vəsatət qaldıraraq onun həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsini istəyib, lakin vəsatət təmin edilməyib.

Daha sonra çıxış edən prokuror Fariz Rzayev prosesin məhkəmə baxışına verilməsini təklif edib. Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verilməsini açıqlayıb. Məhkəmənin ilk baxış iclası aprelin 24-nə təyin edilib.

Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Kərimov məhkəmədə ittihamları rədd edib. O, peşəkar jurnalist fəaliyyətinə və qanunsuzluqları işıqlandırdığına görə təqib olunduğunu bildirib.

Teymur Kərimov Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ittiham olunurdu.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Amerikanın Səsinə faktı təsdiqləyib.

“Dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. Hazırda istintaq hərəkətləri aparılır,” o, qeyd edib.

Vəkil Nemət Kərimli qeyd edib ki, Teymur Kərimov həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu xatırladıb.

“Bundan əlavə Teymur Kərimov bildirdi ki, onu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Baş Mübarizə İdarəsində döyüblər. Əvvəlcə narkotik ittihamını etiraf etməsini tələb ediblər. Lakin o etiraf etməyib. Bundan sonra bir neçə şəxslə üzləşmə olub. Sonra onun barəsində qərar seçilib”, vəkil əlavə edib.

Bir sıra medianı müdafiə qrupları, yerli və beynəlxalq təşkilatlar Azərbaycanda jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edərək, Azərbaycan hakimiyyətini müstəqil mediaya və tənqidi səslərə qarşı təqibləri dayandırmağa çağırıblar.

Amerikanın Səsi 

13:00, 06 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Tofiq Yaqublunun ev dustaqlığına buraxılmamasından şikayəti təmin edilmədi

by Gozetci 19:00, 05 Aprel 2024
written by Gozetci

Tofiq Yaqublu

Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılmaması ilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından apellyasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib.

Bundan əvvəl Bakının Nərimanov rayon Məhkəməsi aprelin 2-də müxalif siyasətçinin ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti rədd etmişdi.

Müdafiə tərəfinin bildirməsinə görə, T.Yaqublu öz həbsini siyasi fəaliyyəti ilə bağlayıb. Amma rəsmilər ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

T.Yaqublu ötən il dekabrın 14-də saxlanaraq haqqında həbs-qətimkan tədbiri seçilib. O, külli miqdarda ziyan vurmaqla dələduzluqda (178.3.2), rəsmi sənədləri saxtalaşdırmada (320.1) və bilərəkdən saxta sənədlərdən istifadədə (320.2) şübhəli sayılır.

T.Yaqublu bundan öncə də bir neçə dəfə həbsdə olub. O, iğtişaş salmaq, başqasına xəsarət yetirmək və başqa qanunsuz əməllərdə ittiham edilib. Amma bütün ittihamları qurama sayıb.

Bir sıra yerli hüquq-müdafiə təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

AzadlıqRadiosu
19:00, 05 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Bakı Apellyasiya Məhkəməsi “Abzas Media” işi üzrə həbsdə olan jurnalistin şikayətini təmin etməyib

by Gozetci 10:03, 05 Aprel 2024
written by Gozetci

Elnarə Qasımova

Aprelin 4-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media” işi üzrə həbsdə olan jurnalist Elnarə Qasımovanın apellyasiya şikayətinə baxılıb.

Jurnalistin həyat yoldaşı Nicat Əmiraslanovun Amerikanın Səsinə verdiyi məlumata görə, şikayət vəkillə zəngə qoyulan qadağa haqqında qərardan verilib.

“Məhkəmə vəsatəti təmin etməyib. Elnarə məhkəmədə bildirib ki, məhkəmədən heç bir gözləntim yoxdur. Necə həbs ediblərsə indi də qərar öncədən hazırlanıb”.

Bununla bağlı Bakı Apellyasiya Məhkəməsindən şərh almaq mümkün olmayıb.

Fevralın 28-də “AbzasMedia” işi ilə bağlı həbs olunan jurnalist Nərgiz Absalamova barəsində həbs qətimkan tədbiri daha 3 ay uzadılıb. Martın 7-də isə həmin iş üzrə həbsdə olan jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın da həbsdə saxlanma müddəti 3 ay artırılıb.

“Abzas Media” ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “Abzas Media”nın ofisində axtarış aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Jurnalistlərin hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

10:03, 05 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə ictimai fəal Rail Abbasovu ev dustaqlığına buraxmayıb

by Gozetci 17:41, 04 Aprel 2024
written by Gozetci

Rail Abbasov

Aprelin 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Rail Abbasovun işi üzrə hazırlıq iclası keçirilib.

Prosesdə vəkil Elçin Sadıqov işin qurama olduğunu, Rail Abbasovun siyasi məhbus Bəxtiyar Hacıyevi müdafiə etdiyinə görə həbs olunduğunu əsas gətirərək, onun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatət verib. Vəkil həmçinin məhkəmədən zərərçəkmiş səxslərin və şahidlərin barəsində cinayət işlərinin olması ilə bağlı Daxili İşlər Nazirliyinin reyestrində məlumatların olub-olmadığını müəyyənləşdirmək üçün DİN-ə sorğu göndərməyi xahiş edib.

Dövlət ittihamçısı məhkəmədən ev dustaqlığı ilə bağlı vəsatətin təmin olunmamasını, digər vəsatətin baxılmamış saxlanılmasını xahiş edib.

Zərərçəkmiş şəxs Əsgər Həziyev müdafiə tərəfinin vəsatətlərinin təmin olunmasını xahiş etsə də, məhkəmə ev dustaqlığı ilə bağlı vəsatəti təmin etməyib, digər vəsatət isə baxılmamış saxlanılıb.

Növbəti proses aprelin 18-ə təyin olunub.

Turan 

17:41, 04 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Daşkəsəndə 76 yaşlı AXCP üzvü saxlanılıb

by Gozetci 16:02, 04 Aprel 2024
written by Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin üzvü Əmrah İsmayılovun aprelin 4-də saxlanıldığı bildirilir. Bu barədə Turan-a partiyadan məlumat verilib.

İsmayılov martın 18-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunmuş AXCP-nin Daşkəsən rayon təşkilatının sədri Sahib Məmmədzadənin qohumudur.

S.Məmmədzadənin bacısı Tacirə Məmmədova Turan-a bildirib ki, Əmrah İsmayılov günorta saat 12 radələrində polis tərəfindən saxlanılıb: “Bu gün traktor sürdüyü yerdə tutublar. Bəhanə ediblər ki, guya içkili vəziyyətdə traktor sürüb. Amma belə deyil. Əmrah bəy yaşlı adamdır, 76 yaşı var. Sahibə görə qisas alırlar. Özü AXCP üzvüdür, Sahibi da müdafiə edir. Ona görə tutublar”.

Daxili İşlər Nazirliyindən Turan-a bildirilib ki, “bu məsələ ilə bağlı məlumat veriləcək”.

Turan 

16:02, 04 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

AİHM Məmməd İbrahimin işi üzrə qərarını açıqlayıb

by Gozetci 15:13, 04 Aprel 2024
written by Gozetci

Məmməd İbrahim

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) aprelin 4-də Məmməd İbrahim Azərbaycana qarşı işi üzrə qərarını elan edib.

Məmməd İBRAHİM Azərbaycana qarşı

Bu iş müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan ərizəçiyə qarşı cinayət işinin açılması ilə bağlı idi. Ərizəçiyə Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsində nəzərdə tutulan əməlin törədilməsində ittiham olunmuşdu. Ali Məhkəmənin 28 sentyabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş yekun hökmü ilə təqsirli bilinən ərizəçi üç il müddətinə azadlıqdan məhrum edilmişdi.

Ərizəçi AİHM qarşısında Konvensiyanın 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu mübahisələndirmişdi. O, iddia edirdi ki, barəsindəki hökm əsaslandırılmayıb, icraat zamanı tərəflərin bərabərliyi və çəkişmə prinsipləri pozulub. Ərizəçi həmçinin, müdafiə tərəfinin bütün etirazlarının və vəsatətlərinin rədd edilməsindən, müdafiə tərəfinə ittiham tərəfi ilə bərabər şərait yaradılmamasından şikayət edirdi.

Şikayətin kommunikasiyası zamanı Hökumət təktərəfli bəyannamə təqdim etməklə ərizəçinin iddia etdiyi pozuntuları etiraf edib, Məmməd İbrahimə mənəvi zərərə görə 3,600, xərc və məsrəflərə görə 500 avro ödəməyi təklif edib. Hökumət həmçinin, ərizəçinin kassasiya şikayətinə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq baxılmasını təmin etmək üçün bütün tədbirləri görmək öhdəliyi götürüb.

Təzminatın məbləğini adekvat qəbul etməyən, onun işinə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq baxılmasına təminatın olmadığını ifadə edən ərizəçi təktərəfli bəyannaməni qəbul etməsə də AİHM işin araşdırılmasının davam etdirilməsi üçün yetərli əsasların olmadığı qənaətinə gəlib. Məhkəmənin qərardadına görə, hökumət təktərəfli bəyannamədə nəzərdə tutulan təzminat məbləğini əriəzçiyə ödəməli, işə Ali Məhkəmədə yenidən baxılmasını təmin etməlidir.

Ərizəçini AİHM-də hüquqşunas Yalçın İmanov təmsil edib.

Aihmaz.org

15:13, 04 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Hüquq müdafiəçisi İlhamiz Quliyevin həbs qətimkan tədbiri uzadılıb

by Gozetci 10:18, 04 Aprel 2024
written by Gozetci

İlhamiz Quliyev

Aprelin 3-də Yasamal Rayon Məhkəməsində hüquq müdafiəçisi İlhamiz Quliyevin işi üzrə məhkəmə prosesi keçirilib. Məhkəmə onun həbs qətimkan tədbirini 20 gün müddətinə uzadıb.

Bu barədə Amerikanın Səsinə hüquq müdafiəçisinin yaxınları məlumat verib. Yaxınları bildirib ki, bundan öncə İlhamiz Quliyevin polis tərəfindən döyülməsi ilə bağlı Baş Prokurorluqda araşdırma aparılması üçün şikayət verilib, lakin prokurorluq belə qənaətə gəlib ki, o öz-özünə xəsarət yetirib.

Hüquq müdafiəçisinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Onun işinə Yasamal Rayon Məhkəməsində baxılacaq. Məhkəmənin ilkin hazırlıq iclası aprelin 24-ü keçiriləcək.

İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.

Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb. Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin “Abzas Media”ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin “sənədləşdirilməmiş narkotik maddələrdən” istifadə etməsindən danışıb.

Amerikanın Səsi 

10:18, 04 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia