Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
ŞİKAYƏT QUTUSU ABUNƏ OLUN
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
Gözətçi
Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia
© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az
SliderXƏBƏRLƏR

AXCP fəalı aclığa başladığını bildirib

by Gozetci 12:31, 20 Aprel 2024
written by Gozetci

Elnur Həsənov

Aprelin 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Elnur Həsənovun cinayət işi üzrə ittiham aktı elan edilib.

Müxalifətçi narkotik alveri ilə bağlı ittihamı rədd edib.

O həmçinin bildirib ki, proses başlamazdan əvvəl penitensiar xidmətin əməkdaşları onun məhkəmədə çıxış üçün hazırladığı mətni müsadirə edib.

Elnur Həsənov etiraz əlaməti olaraq quru aclıq aksiyasına başladığını bildirib.

Növbəti məhkəmə iclası mayın 3-nə təyin edilib.

Elnur Həsənov 2023-cü il noyabrın 28-də narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək (Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi) həbs edilib. Fəal hesab edir ki, onun həbsinin əsl səbəbi Yol Polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

Amerikanın Səsi 

12:31, 20 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq Pozuntularıİşgəncə və pis rəftarSliderXƏBƏRLƏR

“Meclis.info”nun rəhbəri İmran Əliyev barəsində həbs qətimkan tədbiri seçilib

by Gozetci 21:17, 19 Aprel 2024
written by Gozetci

İmran Əliyev. Foto: Aysel Umudova

Aprelin 19-da Xətai Rayon Məhkəməsində “Meclis.info”nun rəhbəri İmran Əliyev barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə onun vəkili Qanqa İbrahimov məlumat verib.

Vəkilin sözlərinə görə İmran Əliyev barəsində Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə 2 ay və 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sayt rəhbərinin zorakılığa məruz qaldığı, məhkəməyə gözünün altı göyərmiş şəkildə gətirildiyi bildirilir.

İmran Əliyevin yaxınlarının məlumatına görə o, “Abzas Media işi” üzrə həbs edilib:

“İmran Əliyev saxlanıldıqdan sonra polis orqanına gətirilib. Orada onu döyüblər, həmçinin “tok”a veriblər. O, ağır işgəncə görüb, zorla hansısa sənədə qol çəkdiriblər. Tələb ediblər ki, vəkilindən imtina etsin. Döyəndə vurub gözünün altını göyərdiblər, bədəninin müxtəlif yerlərində də xəsarət izləri var”.

Məhkəməyə gətiriləndə onun qolu arxadan qandallanıb. Xətai Rayon Məhkəməsində keçirilən prosesdə səsyazma texnikası işlək olmayıb. Müdafiə tərəfi səsyazma tələb etsə də, məhkəmə tələbləri nəzərə almayıb.

İddialarla bağlı rəsmi qurumlardan mövqe almaq mümkün olmayıb.

Xatırlatma

İmran Əliyev aprelin 18-də Bakı Beynəlxalq Aeroportunda saxlanılıb. Bu barədə onun özü məlumat verib.

“Haqqımda gedən sifarişli yazıdan sonra təhlükəsizlik üçün İstanbula bilet almışdım. Barəmdə yazılan xəbərlər uydurmadır. Saat 20:54-dür, pasportumu, həmçinin biletimi də alaraq məni saxlayıblar”.

İmran Əliyev bildirib ki, o, Sərhəd Qoşunları tərəfindən saxlanılaraq “qara maskalı” şəxslərə təhvil verilib. Onun sözlərinə görə saxlanılarkən ona qarşı zor tətbiq olunub.

Sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü “Qafqazinfo” saytı “”Abzas Media” və “Toplum TV” işində yeni faktlar” adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilir. İmran Əliyev bildirib ki, onun barəsində məqalə dərc olunub, həmin məqalədə o, qrant qaçaqmalçılıqda ittiham olunub.

“Meclis.info” parlamentin fəaliyyətini monitorinq edən platformadır.

Amerikanın Səsi 

21:17, 19 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Həbsdə olan jurnalist hüquqlarının pozulduğunu bildirir

by Gozetci 20:00, 19 Aprel 2024
written by Gozetci

Polad Aslanov

Həbsdə olan jurnalist Polad Aslanov hüquqları bərpa olunmasa aclıq aksiyasına başlayacağını bildirib.

Onun həyat yoldaşı Gülmirə Aslanova Facebook səhifəsində yazıb ki, jurnalist Polad Aslanov saxlanıldığı 1 saylı Cəzaçəkmə müəssisəsindən Baş Prookurorluğa müraciət göndərib.

“Polad şikayətləri ilə bağlı prokurorluğun qərarlarının ona verilməməsindən şikayətlənir. Dəfələrlə müraciətlər etməyimizə baxmayaraq, xitam haqqında qərarı nə vəkilimə, nə də mənə verirlər. Günahsiz olduğum halda həbsdəyəm və burada da yenə hüquqlarımı pozurlar. Baş prokuror cənab Kamran Əliyevin adına rəsmi ərizə yazıb, barəmdə açılmış cinayət işinin qərarlarını tələb edirəm. Yanima gələn prokurorluq əməkdaşlarına da yazılı şəkildə bildirmişəm”, Aslanova həyat yoldaşına istinadən qeyd edib.

Polad Aslanov 12 iyun 2019-cu ildə həbs edilib, Cinayət Məcəlləsinin 274-cü maddəsinə (dövlətə xəyanət) əsasən İrana casusluq etməkdə ittiham olunur və 16 il azadlıqdan məhrum edilib. Sonradan Ali Məhkəmə onun həbs cəzasını 13 ilə endirib.

Aslanov bütün ittihamları rədd edərək bildirib ki, xüsusi xidmət orqanları əməkdaşlarının korrupsiya faktlarını ifşa etdiyinə görə təqib olunur.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Beynəlxalq təşkilatlar jurnalistin həbsini pisləyərək Polad Aslanovu azad etməyə çağırıb.

Amerikanın Səsi 

20:00, 19 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

“Məclis.info” saytının rəhbəri İmran Əliyev hava limanında saxlanılıb

by Gozetci 21:54, 18 Aprel 2024
written by Gozetci

İmran Əliyev

“Meclis.info” saytının rəhbəri İmran Əliyev aprelin 18-də axşam saatlarında Bakı Beynəlxalq Hava Limanında saxlanılıb.

İmran Əliyevin özü bildirib ki, sərhəd nəzarət məntəqəsini keçib, təyyarəyə minik üçün gözləyərkən saxlanılıb və qara maskalı şəxslərə təhvil verilib.
Xatırladaq ki, Meclis.İnfo veb platforması son 3 ildə Milli Məclisin cari fəaliyyəti və sessiyalarının monitorinqi ilə məşğul olub.
21:54, 18 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Nəsimi Məmmədli: Qardaşımın müalicə müəssisəsinə köçürülməsi ilə bağlı müraciətimizə cavab vermirlər

by Gozetci 16:24, 16 Aprel 2024
written by Gozetci

Ələsgər Məmmədli

“Ələsgər bəyin müalicə müəssisəsinə köçürülməsi, müalicə və müayinəsini orda davam etdirməsi üçün Ədliyyə Nazirliyinə və Penitensiar xidmətə vəkilin rəsmi elektron müraciətinə hələ də rəsmi cavab verilməyib”.

Bu barədə Amerikanın Səsinə Toplum TV-nin hüquqi təsisçisi Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli bildirib.

Onun sözlərinə görə, aprelin 12-də təcridxanada Ələsgər Məmmədlinin yenidən ultrasəs müayinəsi aparılıb.

“Müayinə zamanı qalxanabənzər vəzində düyün (şiş) olduğunu yenidən təsdiq ediblər. Amma bildiriblər ki düyünün ölçüsü 18-19 millimetrdir. Hansı ki, həbsdən öncəki müayinə zamanı bu ölçünün 23 millimetr olduğu aşkar olunmuşdu və müayinənin nəticəsini təsdiq edən tibbi sənədlər də var. Ələsgər bəylə sonuncu dəfə aprelin 12-də görüşəndə o, yenə də boğulma hissindən əziyyət çəkdiyini biildirdi. Təcridxanada iynə biopsiyasının edilməsinə şərait yoxdur. Əlavə diaqnoz və müalicə üçün özəl klinikalara müraciət olunmalıdır”, o qeyd edib.

Qardaşı bildirib ki, Ələsgər Məmmədlinin səhətindəki problemə görə aprelin 8-də Ombudsmana rəsmi müraciət edib.

“Dünən Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının rəsmi cavabını almışam. Onlar mənim müraciətimi Ədliyyə Nazirliynin Baş Tibb idarəsinin rəisi vəzifəsini icra edən Rəfail Mehdiyevə göndəriblər. Əlavə müayinə və iynə biopsiyası üçün özəl klinikalardan birində bizim öz vəsaitimiz hesabına bu prosedurun aparılmasına şərait yaradılması tövsiyə olunub”, o qeyd edib.

Nəsimi Məmmədli hesab eidr ki, qardaşı heç bir sübut, dəlil, əsas olmadan həbs edilib.

“Onun həbsinin iki səbəbi var. Birincisi, Toplum TV-nin təsisçisi olması ilə bağlıdır. Belə ki, hər kəsə çatımlı, balanslı, obyektiv bir YouTube kanalının olmasından narahat olanlar onun azadlığını məhdudlaşdırıb və Toplum TV-ni faktiki sıradan çıxarıblar.

İkincisi isə Ələsgər bəyin ölkədə rəsmi media siyasətinə tənqidi münasibəti, habelə, ölkə qanunlarına və beynəlxalq konvensiyalara uyğun samballı hüquqi təhlillərindən, analizlərindən narahat olan şəxslərin siyasi qərarıdır”, o bildirib.

Nəsimi Məmmədlinin fikrincə, səhhətində problem olduğunu bilərək “Ələsgər bəy kimi dəyərli bir aydını heç bir təqsiri olmadan həbsdə saxlamaq onun həyatına sui-qəsdə bərabərdir”.

Xatırlatma

Ələsgər Məmmədlinin səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən hələlik şərh almaq mümkün olmayıb. Amma bundan əvvəl Amerikanın Səsinin sorğusuna cavab verən Penitensiar Xidmət tibbi təminatı ilə bağlı aiddiyəti üzrə Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinə müraciət etməyi tövsiyə edib.

Öz növbəsində, Ədliyyə NazirliyInin Tibb Baş İdarəsinin isə məlumat telefonları vasitəsi ilə hər hansı məlumat alma1q mümkün olmayıb.
Dövlət rəsmiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, iradəsinə görə təqib edilmədiyini bəyan edir.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunub. Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkanim tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Amerikanın Səsi 

16:24, 16 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist Mina Əlyarlı ikinci dəfə dindirilməyə çağırılıb

by Gozetci 14:20, 16 Aprel 2024
written by Gozetci

Mina Əlyarlı

Jurnalist Mina Əlyarlı aprelin 17-də yenidən Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) dindiriləcək.

BŞBPİ-nin İstintaq İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi Toğrul Hüseynov aprelin 15-də jurnalistə zəng edərək əlavə suallarının yarandığını bildirib, idarəyə dəvət edib.
Sonradan dindirilmənin vaxtı dəyişdirilib, ayın 17-nə təyin olunub.
Mina Əlyarlı ötən il noyabrın 23-də bu iş üzrə bir dəfə dindirilib.
İndiyə qədərki dövrdə iş üzrə dindirilməyə ikinci dəfə çağırılan bütün jurnalistlər həbs edilib.
Xatırlatma 
Ötən il noyabrın 20-də “Abzas Media”nın direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də saytın baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 30-da reportyor Nərgiz Absalamova, dekabrın 13-də araşdırmaçı jurnalist Hafiz Babalı, yanvarın 13-də isə jurnalist Elnarə Qasımova saxlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, barələrində həbs qətimkan tədbiri seçilib. Məhkəmə istintaq zamanı prokurorluğun ittihamlarını qəbul etsə jurnalistləri 8 ilədək həbs cəzası gözləyir.
AbzasMedia
14:20, 16 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

Məhkəmə Tofiq Yaqublunun şikayətini təmin etməyib

by Gozetci 13:00, 16 Aprel 2024
written by Gozetci

Tofiq Yaqublu

Aprelin 15-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublunun həbs müddətinin daha iki ay uzadılması ilə bağlı Nərimanov rayon Məhkəməsinin qərarından verilən şikayəti təmin etməyib.

Vəkil Aqil Layıc bildirib ki, müdafiə tərəfi bu qərarın ləğvini xahiş edib.

“Həbs qətimkan tədbirinin nəinki uzadılmasının, ümumiyyətlə Yaqublunun həbsdə qalmasının əsası yoxdur. Tofiq Yaqublu həmişə saxtalarlığa, dələduzluğa qarşı mübarizə aparıb. Ona görə də ona bu gün bu ittihamların irəli sürülməsi absurddur. Buna baxmayaraq, məhkəmə şikayətimizi təmin etmədi”, vəkil qeyd edib.

Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də dələduzluq və qanunsuz sənəd hazırlamaq ittihamı ilə həbs edilib.

Siyasətçi əvvəllər də dəfələrlə cinayət və inzibati təqibə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyır.

Amerikanın Səsi 

13:00, 16 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəHüquq PozuntularıSliderTibbi yardım hüququXƏBƏRLƏR

Ələsgər Məmmədlinin vəziyyəti pisləşməyə davam edir

by Gozetci 10:10, 10 Aprel 2024
written by Gozetci

Ələsgər Məmmədli

“Toplum” TV-nin təsisçisi, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ələsgər Məmmədlinin səhhəti pisləşməkdə davam edir. Bu barədə onun qardaşı Nəsimi Məmmədli ötən gün onunla görüşdükdən sonra bildirib.

Ələsgər Məmmədli çox halsız olub, kəskin baş ağrısından əziyyət çəkir.

“Bütün gecəni yata bilmədiyini bildirdi. Uzanıqlı halda nəfəs almağa çətinlik çəkir. Boğazındakı şişə görə boğulma hissi ona normal yatmağa imkan vermir. Qalxanvari vəzinin boyun hissəsində 23 millimetr ölçüdə düyün var. Bu isə onun əsəb-sinir sistemini ciddi zədələyib. Qan təzyiqi 90-170 arasında yüksəlib”, – Nəsimi Məmmədli Turan-a bildirib.

Bir həftə öncə götürülmüş qan analizinin nəticəsində bəzi problemlər üzə çıxıb: amilaza analizi çox yüksək 333 olub (norma 220-dən az olmalıdır),  xolesterinin miqdarı 250 olub (norma 200-dən az olmalıdır).

Bundan əlavə, mədəaltı vəzidə problem aşkara çıxıb. Həkimlər yenidən müalicə təyin ediblər və ona yeni dərmanlar veriləcək.

“Əgər təcili tibbi müdaxilə olmasa, bu, ona  həyatı bahasına başa gələ bilər”, – Məmmədli deyib.

Onun sözlərinə görə, vəkil Ələsgər Məmmədlinin Ədliyyə Nazirliyinin tibb müəssisəsinə köçürülməsi barədə müraciət etsə də, cavab gəlməyib.

*Martın 6-8-də “Toplum” TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlara qarşı xarici valyuta qaçaqmalçılığı ittihamı irəli sürülüb. Yeddi nəfər 4 ay müddətinə ilkin həbs cəzasına məhkum edilib, daha iki nəfər isə polis nəzarətinə verilib.

Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. Onun mənzilində axtarış zamanı guya 7300 avro tapılıb.

Turan 

10:10, 10 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
SliderXƏBƏRLƏR

Jurnalist İsmayıl Tağıyev “Abzas Media işi” ilə əlaqədar dindirilib

by Gozetci 10:00, 10 Aprel 2024
written by Gozetci

İsmayıl Tağıyev

Aprelin 9-da NİDA hərəkatının fəalı, müstəqil jurnalist İsmayıl Tağıyev Bakı şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib.

Tağıyev 3 saata yaxın polis idarəsində olub və saat 21:30 radələrində şöbəni tərk edib.

Tağıyev jurnalistlərə açıqlamasında “Abzas Media işi” üzrə dindirildiyini deyib.

O qeyd edib ki, suallar ümumi xarakter daşıyıb. Tağıyev istintaq sirrini açıqlamamaq öhdəliyi götürdüyü üçün təfərrüatları açıqlamayıb.

Jurnalistin sözlərinə görə, ona heç bir psixoloji və fiziki təzyiq olmayıb.

2023-cü ilin noyabr ayından etibarən Abzas Media ilə əlaqəli altı jurnalist və media işçisi həbs edilib.

Onlar “xarici valyuta qaçaqmalçılığı” maddəsi ilə ittiham olunurlar. Media nümayəndələri ittihamları rədd edir və cinayət işini korrupsiya ilə bağlı jurnalist araşdırmaları ilə əlaqələndirirlər. Hüquq müdafiəçiləri həbs olunanları siyasi məhbus kimi tanıyıblar.

Turan 

10:00, 10 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
BakıBölgəƏdalətli mühakimə hüququHüquq PozuntularıSliderXƏBƏRLƏR

AXCP üzvü 6 il müddətinə azadlıqdan məhrum edilib

by Gozetci 15:04, 07 Aprel 2024
written by Gozetci

Elbəyi Kərimli

Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Elnur Nuriyevin sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Elbəyi Kərimlini 6 il həbsə məhkum edib.

Bu barədə Turana vəkil Nemət Kərimli bildirib.

O məhkəmə hökmündəm apellyasiya şikayəti verəcəyini bildirib.

Vəkil Turana  deyib ki, Elbəyi Kərimli narkotik maddələrin dövriyyəsində ittiham olunur.

“Elbəyi Kərimli məhkəmədə bildirdi ki, ittihamı qəbul etmir, siyasi sifarişdir. O dedi ki, həbsinin əsas səbəbi ötən ilin yayında Bakıda Heydər Əliyevin heykəli üzərinə “Stalin” sözləri yazmasıdır. Bundan dərhal sonra o saxlanılıb. Saxlanıldığı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsində ona işgəncələr verildikdən sonra narkotik ittihamını qəbul edib”, vəkil qeyd edib.

AXCP bildirir ki, Elbəyi Kərimli 2023-cü ilin avqustunda həbs olunub. AXCP 2 ay müddətində ondan xəbər ala bilməyib. Oktyabrın 25-də məlum olub ki, o, narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib və 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

Rəsmi qurumlar məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Turan 

15:04, 07 Aprel 2024 0 comments
0 FacebookTwitterPinterestTumblrVKWhatsappEmail
Newer Posts
Older Posts

Son yazılar

  • Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir

  • Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib

  • Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir

  • Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb

  • “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34
Facebook Twitter Youtube Whatsapp

Önə çıxanlar

Siyasi məhbus Bəşir Süleymanlıya təzyiqlər edilir
20:17, 25 Mart 2026
Ayxan İsrafilov sosial izolyasiya barədə danışdıqdan sonra həbsxanada vəziyyəti daha da çətinləşib
22:20, 23 Mart 2026
Vəkil Zabil Qəhrəmanovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadıldığı bildirilir
16:26, 19 Mart 2026
Rüfət Səfərovun işi üzrə məhkəmə prosesində şahid ifadələri arasında ziddiyyətlər ortaya çıxıb
18:09, 17 Mart 2026

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az

Gözətçi
  • Gündəlik
  • Hüquq Pozuntuları
    • Pozuntuların toplusu
    • Pozuntuların təsnifatı
  • Vətəndaş cəmiyyəti
    • Fərqli düşüncə
    • Toplantılar
    • Elanlar
    • Hesabatlar
    • Nəşrlər
  • Yerli̇ İcmalar
  • Fərdi şikayətlər
  • Portalın məqsədi
  • Multimedia