[:az]
Şikayətçilər dünən, noyabrın 18-də Yasamal rayon İcra Hakimiyyətinə gediblər. Demələrinə görə, onları icra hakimiyyəti başçısı qəbul edib. Şikayətçilərin habelə bildirmələrinə görə, başçı onlara deyib ki, Maliyyə Nazirliyi bu işi nəzarətə götürüb.
Verilən cavabdan tam razı qalmadıqlarını söyləyən şikayətçilər sonra da Nazirlər Kabinetinin önünə toplaşıblar. Amma şikayətçilərin söyləmələrinə görə, onlara bu gün, noyabrın 19-da təkrar gəlmələri məsləhət görülüb.
Bu gün, noyabrın 19-da Nazirlər Kabinetində qəbulda olduqlarını söyləyən şikayətçilərin sözlərinə görə, onlara məsələlərinin həll ediləcəyi vədi verilib.
Şikayətçilərin bu açıqlamasına, hələlik, Yasamal rayon İcra Hakimiyyəti və Nazirlər Kabinetindən ayrıca münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Bakının «Sovetski» deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri sakinlərlə bir çox hallarda əldə edilmiş razılığa əsasən satın alınıb və sökülüb.
İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.
Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub. Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.
«Sovetski» ərazisində söküntülər son illərdə də davam edib.
Azadlıq Radiosu[:]