[:az]
Bu barədə AzadlıqRadiosuna məlumat verən A. Məhərrəmlinin sözlərinə görə, bir ildən çoxdur onun ölkədən çıxışına məhdudiyyət qoyub . O düşünür ki, bu məhdudiyyəti Daxili İşlər Nazitliyi (DİN) tədbiq edib. “Bu barədə mənə artıq 5-ci dəfədir ki, Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verilib. DİN-ə həm sorğu, həm də ərizə ilə dəfələrlə müraciət etsəmdə, heç bir cavab ala bilməmişəm” .
A. Məhərrəmli əlavə edib ki, bir neçə gün əvvəl Ombusman Aparatından ona bildirilib ki, qurum məsələ ilə bağlı DİN-ə sorğu göndərilib: “Sorğuya cavab olaraq bildirilir ki, ölkədən getməyimə DİN tərəfindən məhduduyyət mövcud deyil. Lakin məni iyulun 19-da Xaçmaz rayonunun Samur Keçid Məntəqəsindən növbəti dəfə geri qaytardılar” .
Bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən və başqa rəsmi qaurumlardan münasibət öyrənmək,hələlik mümkün olmayıb.
Azadlıq Radiosu[:]