[:az]
“Onlar xeyriyyə marafonu ilə yürüşü qarışdırıblar. Mənə bildirdilər ki, guya biz yürüş keçirib idarə və müəssisələrin işini pozmaq istəmişik. İctimai qaydanı pozmağa çalışmışıq. Mən də izah etdim ki, bizim heç bir qanunsuz hərəkətimiz olmayıb. Biz yürüş keçirəndə onu bəri başdan bəyan edirik”
Xatırladaq ki, etiraz aksiyalarında cərimələnən siyasi və ictimai fəalların cərimələrini ödəmək məqsədi ilə bu gün Müsavat partiyası qərargahında “Həmrəylik Marafon”u keçirilib. Toplantı zamanı AXCP sədri Əli Kərimli, AXCP üzvü Ruslan Əmirov, junalist Fatimə Mövlamlı və Nurlan Libre polis idarəsinə aparılıb.[:]