Ailəsi Tofiq Yaqublunun sərbəst yeriyə bilmədiyini deyir

by Gozetci

Tofiq Yaqublu

 

Yaxınları həbsdə olan Müsavat Partiyası və Milli Şura üzvü Tofiq Yaqublunun səhhətində problem yarandığını açıqlayıb.

Qızı Nərgiz Həzi deyir ki, atası 17 saylı Cəzaçəkmə Müəssisəsində həftələrdir karantində saxlanılır:

“Keçən həftə qanunla iki dəfə evə zəng imkanı olsa da, cəmi bir dəfə zəng edib. Bir az əvvəl atamla danışdım. Keçən həftə biz görüşəndə dizinin şişdiyini demişdi. Görüşdən bəri danışmadığımız üçün dizinin necə olduğunu bilmirdik. İndi danışanda bildirdi ki, dizində şiş, şiddətli və dözülməz ağrılar var. Artıq qoltuqağacı ilə yeridiyini dedi. Baxmayaraq ki, keçən həftə biz ona dizlik alıb vermişik, ancaq məlum oldu ki, dizliyi hələ də ona verməyiblər. Həkim müayinəsi məhdudlaşdırılıb”.

Qızının qeyd etməsinə görə, bundan əlavə Tofiq Yaqublu bildirib ki,  mayın 4-də ümumi zonaya çıxarılacağını gözləsə də, ona hələ də karantində saxlanılacağı deyilib.

Ailəsi iddia edir ki, Tofiq Yaqubluya qarşı qərəzli münasibət davam edir.

Bu açıqlamaya Ədliyyə Nazirliyindən və digər cavabdeh rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

AzadlıqRadiosu 

You may also like