Samirə Qasımlının işi Yasamal məhkəməsinə göndərildi

by Gozetci

Samirə Qasımlı

 

Həbsdə olan politoloq Azər Qasımlının xanımı Samirə Qasımlının cinayət məsuliyyətinə cəlb edilməsi tələbi ilə qaldırılan iddia Yasamal rayon Məhkəməsinə göndərilib. Mayın 1-də Binəqədi rayon Məhkəməsində hakim Zamiq Bağırov vəsatəti təmin edərək müvafiq qərar çıxarıb.

Vəkil Aqil Layıc işin Yasamal rayon Məhkəməsinə göndərilməsini S.Qasımlının “Facebook” paylaşımlarının məhz Yasamal rayonundakı evindən edilməsi ilə əsaslandırıb.

Samirə Qasımlı Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunur. İddiaçı isə Azər Qasımlının işində zərərçəkmiş qismində tanınan Qurbanəli Yusibovdur. S.Qasımlı özünü təqsirli bilmir və cinayət işini siyasi sifariş hesab edir.

AzadlıqRadiosu 

You may also like