Azər Qasımlıya 12 il həbs cəzası verilib

by Gozetci

Azər Qasımlı

 

Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Martın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrlik etdiyi prosesdə politoloqa 12 il həbs cəzası verilib.

Əvvəlki proseslərdən birində dövlət ittihamçısı Azər Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Azər Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) ilə təqsirli bilinib.

O, ittihamı rədd edir və hakimiyyətin sifarişi ilə həbs olunduğunu bildirir.

Prosesdə son söz deyən Azər Qasımlı ona dəstək olan hər kəsə təşəkkür edib və heç bir cinayət əməli törətmədiyini bildirib.

“Bu işdə mən yeganə zərərçəkmiş tərəfəm. Həm azadlığımı, həm əmlakımı əlimdən alıblar. Hər kəs bilir və anlayır ki, mənim həbsim siyasi sifariş əsasında həyata keçirilib”, – o qeyd edib.

Cinayət işində iddia olunur ki, Azər Qasımlı ona borcu olan Qurbanəli Yusifov adlı şəxsdən borcunu almaq üçün onu oğlunu qaçırmaq və atasını öldürməklə hədələyib.

Toplum TV 

You may also like