
Hafiz Babalı
Həbsdə olan araşdırmaçı-jurnalist Hafiz Babalı səhhətinin pisləşməsinə baxmayaraq, tibb məntəqəsinə köçürülmədiyini bildirir.
Bu barədə dekabrın 6-da Facebook səhifəsində ictimailəşdirilən mesajda o, vurğulayıb ki, ayağındakı vəziyyət “artıq çox ciddi hal alıb”.
Jurnalist daha öncə isə xəbər vermişdi ki, ayağında qızartı və yaralar əmələ gəlib.
Hafiz Babalının sözlərinə görə, saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsinin həkimi ona baxış keçirib, ayağında qızılyel infeksiyası müəyyən edib və ona iynə vurulub:
“Buna baxmayaraq, vəziyyət ağır olaraq qalır. Bütün bunlara rəğmən, məni nə 2 saylı Cəzaçəkmə Müəssisəsinin tibbi-sanitar şöbəsinə, nə də müəssisə daxili və ya xarici tibbi müayinə məntəqəsinə köçürmək üçün şərait yaradılır”.
Bu müraciətə Ədliyyə Nazirliyi və başqa cavabdeh qurumlardan münasibət almaq mümkün olmayıb.
AzadlıqRadiosu