Bəşir Süleymanlı: “Heç bir ittihamı qəbul etmirəm, həbsim hüquqi fəaliyyətimlə əlaqədardır”

by Gozetci

Bəşir Süleymanlı

 

Jurnalistlərin həbsindən sonra Azərbaycanda vətəndaş cəmiyyəti üzvlərinə qarşı təqiblər daha da genişlənib

Martın 18-də “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb.

Bu barədə onun yaxınları məlumat verib.

Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə Bəşir Süleymanlının həbsindən verilmiş şikayət təmin edilməyib. Hüquq müdafiəçisi çıxış edərək ittihamları rədd edib.

“Heç bir ittihamı qəbul etmirəm, həbsim hüquqi fəaliyyətimlə əlaqədardır”, – o, məhkəmədəki çıxışında bildirib.

Xatırladaq ki, Bəşir Süleymanlı martın 14-də saxlanılıb. Onunla birlikdə “Seçki Müşahidə” Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə), “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov və “Media Hüququ” İnstitutunun koordinatoru Xalid Ağəliyev də saxlanılıb. Onların mənzillərində axtarış aparılıb. Sonradan Xalid Ağəliyev və Hafiz Həsənov sərbəst buraxılıb.

You may also like