Azərbaycanda xüsusi karantin rejimi yanvarın 1-dək uzadılıb

by Gozetci

Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən xüsusi karantin rejimi 2023-cü il yanvarın 1-dək uzadılıb. Bu barədə Nazirlər Kabinetinin 27 oktyabr tarixli məlumatında deyilir.

Məlumata görə, bu qərar ölkə ərazisində koronavirus  infeksiyasının (COVID-19) yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə qəbul edilib.

Azərbaycanda koronavirusa ilk yoluxma halı 2020-ci il fevralın 28-də aşkarlanıb, bundan sonra ölkədə xüsusi karantin rejimi tətbiq edilib.

Hazırda Azərbaycanda ilkin olaraq tətbiq edilən bütün qadağalar ləğv edilib, yalnız ölkənin quru sərhədləri bağlıdır.

Turan

You may also like

Leave a Comment