Tofiq Yaqublu prokurorluğu məhkəməyə verib

by Gozetci

İctimai və siyasi xadim, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Tofiq Yaqublu Səbail Rayon Prokurorluğunu məhkəməyə verib.

Yaqublu Səbail Rayon Prokurorluğunun qərarının ləğv olunmasını istəyir. Belə ki, prokurorluq bildirib ki, Yaqublu özü-özünü vuraraq, özünə ağır xəsarətlər yetirib.

Söhbət siyasi məhbus Saleh Rüstəmovun müdafiəsilə bağlı aksiya zamanı onun polis tərəfindən saxlanılarkən aldığı xəsarətlərdən gedir. Yaqublu saxlandıqdan sonra bir neçə dəfə amansızcasına döyülüb, bundan sonra onu şəhərdən kənara apararaq yolda atıblar.

İddiaya fevralın 10-da Səbail Rayon Məhkəməsinin hakimi Azər Tağıyev  baxacaq.

Turan

You may also like

Leave a Comment