Şəhid ailələri Milli Məclisin binası qarşısında aksiya keçirib

by Gozetci

Bu  gün, yanvarın 19-da bir qrup şəhid ailəsinin üzvləri Milli Məclisinin binası qarşısında İkinci Qarabağ Müharibəsi zamanı şəhid olanların İkinci Fəxri Xiyabanda dəfn olunması tələbi ilə aksiya keçirib.

Şəhid ailələri müharibədə həlak olan övladlarının Bakının Qaradağ rayonu ərazisində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmasına etiraz edir.

Valideynlər deyib ki, Bakı şəhərinin Yasamal və Nəsimi rayonundan olan 17 nəfər şəhid Qaradağ rayonundakı yol kənarındakı məzarlıqda ailələrinin razılığı olmadan dəfn edilib. Onlar dəfələrlə müvafiq rayon icra hakimiyyətinə və digər aidiyyatı qurumlara müraciət etsələr də, tələbləri yerinə yetirilməyib.

Aksiya iştirakçıları bildirib ki, tələbləri yerinə yetirilənə kimi etirazlara davam edəcəklər

Turan

You may also like

Leave a Comment