
2020-ci il İnsan İnkişafı Hesabatı bizim tarixdə misli görünməmiş məqama çatdığımızı göstərir, bu dönəmdə insan fəaliyyəti planeti formalaşdıran dominant qüvvəyə çevrilib. Bu təsirlər mövcud bərabərsizliklərlə birlikdə, inkişafda ciddi boşluqla yaradır.
Hesabatda iqlim böhranı, biomüxtəlifliyin iflası, okeanlarda turşuluq səviyyəsinin artmasının daxil olduğu siyahının getdikcə böyüdüyü bildirilir. Bir çox alimlər artıq planetin insanları formalaşdırdığına deyil, insanların planetə düzən verdiyinə inanmağa başlayırlar. Və bu İnsan Dövrü – Antropoten adlanır, yəni yeni geoloji era.
Builki hesabatda Azərbaycan 88-ci yerdədir. Region ölkələrindən Gürcüstan 61, Ermənistan 81, İran 70, Rusiya 52-cidir. Birləşmiş Ştatlar 17-ci pillədə qərarlaşıb.