[:az]
“O, mənə təşəkkür etdi və dedi ki, hələlik onun müdafiəsinə ehtiyac yoxdur”, – vəkil bildirib.
Eyni zamanda, F.Qəhrəmanlı deyib ki, istintaqa heç bir ifadə, o cümlədən etirafedici ifadə verməyib.
F.Qəhrəmanlının işgəncədən şikayət edib-etməməsi barədə sualı vəkil belə cavablandırıb: “Bu barədə heç nə demədi, ancaq onu dedi ki, mənim iştirakıma ehtiyac yoxdur”.
“F.Qəhrəmanlı necə görünürdü, vəziyyəti necə idi?” sualına vəkil birmənalı cavab verməkdə çətinlik çəkib: “Mən həkim deyiləm, nəsə demək çətindir”.
Xatırladaq ki, Fuad Qəhrəmanlı 15 iyul nümayişi ilə əlaqədar iyulun 23-də həbs edilib və CM-in 4-cü, o cümlədən 278-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsi) ilə ittiham olunub.
Hüquq müdafiəçiləri bildiriblər ki, o, AXCP lideri Əli Kərimliyə qarşı ifadə verməsi üçün amansız işgəncələrə məruz qalır.
Turan [:]