RSF: “Dünyada 500-dən çox jurnalist həbsdədir”

by Gozetci

 

“Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuat azadlığı təşkilatı (RSF) son bir ildə dünyada jurnalistlərin fəaliyyətinə yaradılan əngəllər haqda hesabat dərc edib.
Ötən ilin dekabrın 1-dən bu ilin dekabrın 1-ə qədər müddəti əhatə edən hesabatda bildirilir ki, bu müddətdə dünyada 67 jurnalist öldürülüb və onların 53-ü müharibələrin və cinayətkar qrupların qurbanı olub.

Jurnalistlərin 43%-i İsrail tərəfindən Qəzza zolağında öldürülüb. Ukraynada isə Rusiyanın işğalçı müharibəsini işıqlandıran 3 jurnalist öldürülüb.
Hesabatda, həmçinin, qeyd olunur ki, dünyada 503 jurnalist həbsdədir. 121 jurnalistin həbsdə olduğu Çin siyahıya liderlik edir. 48 və 47 jurnalistin həbsdə olduğu Rusiya və Myanma müvafiq olaraq 2-i və 3-cü yerdədirlər.

RSF bildirir ki, Azərbaycanda 25 jurnalist həbsdədir. Azərbaycanın qonşularından İranda 21, Türkiyədə 3, Gürcüstanda 1 jurnalist həbsdədir.
RSF Rusiya, Gürcüstan, Azərbaycan və Belarusdakı vəziyyətin keçmiş Sovet məkanında mətbuat azadlığına ciddi təhdidləri əks etdirdiyini vurğulayır.

Toplum TV 

You may also like