
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatına görə, qətli mərhumun əmisi oğlu Əmrulla Güləliyev törədib.
Mənbənin məlumatına görə, qatil sərxoş vəziyyətdə olub. O,
ifadəsində cinayəti aralarında yaranmış şəxsi mübahisə zəminində törətdiyini etiraf edib. Faktla bağlı cinayət işi açılıb.
Qeyri-rəsmi məlumatlara görə mərhum qeyri-ənənəvi orientasiyaya malik idi və LGBTİ-nin hüquqlarını fəal şəkildə qoruyurdu.
Şıxməmmədov-Hafizli müxtəlif internet resursları və nəşrlərlə əməkdaşlıq edirdi. O, dəfələrlə jurnalistlərin müdafiəsinə həsr olunmuş etiraz aksiyalarında iştirak edib.
Turan