Fatimə Mövlamlı polisdə döyüldüyünü bildirib

by Gozetci

Reportyor Fatimə Mövlamlı bu gün Bakının Səbail rayon 9-cu polis bölməsində döyüldüyünü bildirir. O və Sevinc Sadıqova Prezident Administrasiyası qarşısında etiraz aksiyasının işıqlandırılması zamanı saxlanılıb və polisə aparılıb.

“Bizi Prezident Administrasiyasının qarşısında saxladılar. Mobil telefonları almaq istədilər və çəkilişi silməyi tələb etdilər. 9-cu bölmədə çavuşlar rəhbərliyin gözləri qarşısında məni iki dəfə döşəməyə yıxaraq vurmağa başladılar. Ayağımda ayaqqabının izləri qaldı. Onlar mənim gödəkcəmi cırdılar”, – o deyib.

Daxili İşlər Nazirliyində Mövlamlının bəyanatını “əsassız” adlandırıblar.

Xatırladaq ki, Fatimə Mövlanlı frilanserdir, müxtəlif sayt və KİV ilə əməkdaşlıq edir.

Turan

You may also like

Leave a Comment