AXCP fəalı inzibati qaydada həbs edilib

by Gozetci

Noyabrın 3-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Ramiz Cəfərov inzibati qaydada həbs edilib.

Partiyadan verilən məlumata görə, o, Sabunçu Rayon Polis İdarəsinin 15-ci bölməsinə çağırılıb.

Daha sonra fəalı məhkəməyə aparıblar və 25 sutka müddətinə inzibati qaydada həbs olunub. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə tabe olmamaq) maddəsilə təqsirli bilinib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasında hesab edirlər ki, Cəfərov sosial şəbəkələrdəki fəaliyyətinə görə siyasi motivlərlə təqib olunur.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.

Turan

You may also like

Leave a Comment