İctimai fəal polisə çağırılıb (YENİLƏNİB)

by Gozetci

Bu gün, oktyabrın 6-da A. Abdullanın məhkəmə qarşısına çıxacağı gözlənilir.

*    *     *

İctimai fəal Anar Abdulla oktyabrın 5-də saat 16:00-da  Nərimanov rayon 18-ci polis şöbəsinə çağırılıb. İlkin məlumata əsasən, ictimai fəalın polis şöbəsinə çağırılma səbəbi onun Facebook sosial şəbəkəsində yazdığı tənqidi rəy görtərilib.

Polis şöbəsindən isə bildrilib ki, Anar Abdulla  535.1-ci (polisə tabe olmamaq) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə inzibati xətalar törətməkdə ittiham olunur.

Axşam saatlarında vəkili Zibeydə Sadıqova A. Abdulla ilə görüşmək imkanı əldə edib.

 

You may also like

Leave a Comment