Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev jurnalist Cəmil Məmmədlini məhkəməyə verib

by Gozetci

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev jurnalist Cəmil Məmmədlini məhkəməyə verib.

Jurnalistin sözlərinə görə, o, Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtanatma) maddəsi ilə ittiham olunur.

C. Məmmədli bildirib ki, şikayətə səbəb isə onun icra başçısı haqqında olan yızdığı məqalələr olub.

Şikayət Xaçmaz Rayon Məhkəməsinə təqdim edilib. İş hakim Anar Sadıqovun icraatına verilib.

Qeyd edək ki, bu maddəyə əsasən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

You may also like

Leave a Comment