[:az]
Pandemiya dövründə karantin rejimi qaydalarını pozmaqda ittiham olunub, inzibati məsuliyyətə cəlb edilənlərin videogörüntüləri çəkilib, sosial mediada, televiziya kanallarında nümayiş etdirilir. Bu çəkilişləri həyata keçirən də, yayan da Daxili İşlər Nazirliyinin tabeliyində olan strukturlardır. Həmin videolar nazirliyin “Facebook” səhifəsində də yayılır.
Son günlərdə polis əməkdaşlarının rayonlarda evlər kirayələmiş Bakı sakinlərinə, paytaxtda “Baku Fairmont Hotel”də dincələnlərə qarşı keçirdikləri əməliyyatların görüntüləri də yayılıb. Bəzi kadrlarda adamların hotel dəhlizlərində yarıçılpaq vəziyyətdə üzünü tutub gizlənməyə çalışdıqları görünür.

“Bunu rəsmilərin etməsi daha ağır cəza doğurur. Azərbaycanda insanlar adətən belə məsələləri məhkəmə qaydasında mübahisələndirməyə həvəs göstərmirlər. Nəticədə hüquq-mühafizə orqanları daha da sərt şəkildə şəxsi həyata müdaxiləyə davam edirlər. Avropa Məhkəməsi prizmasından da bu, konkret olaydan asılı olaraq, həm şəxsi həyata müdaxilə, hətta təqsirsizlik prezumpsiyası hüququnun pozuntusu kimi dəyərləndirilir”, – deyə ekspert bildirib.
Hüquqşünasın sözlərinə görə, belə durumlarlarda medianın da məsuliyyət məsələsi ortaya çıxır. Çünki medianın Daxili İşlər Nazirliyi və ya başqa dövlət orqanlarının təqdim etdiyi kimi məlumat və görüntüləri ictimaiyyətə onların yaydığı formada çatdırması media etikasına uyğun deyil.
Meydan TV[:]