[:az]BDU tələbələri binadan “pulsuz təhsil” banneri asmaqla etiraz edib[:]

by Gozetci

[:az]Universitet rəhbərliyi məsələni araşdırdığını deyir

Dekabrın 24-də Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi ödənişli təhsilə etiraz əlaməti olaraq universitetin 2-ci korpusundan “Pulsuz təhsil” banneri asıb.

Adının açıqlanmasını istəməyən tələbələrdən birinin Meydan TV-yə verdiyi məlumata görə, hər il yanvar ayının əvvəlində tələbələrə ödənişlə bağlı problem yaradılır:

“Universitet rəhbərliyi illik təhsil haqqını yarısını istəyirlər. Bu da o deməkdir ki, bəzi tələbələr 1000, bəziləri 2200 birdəfəyə ödəniş etməlidirlər. Bu da çoxunun imkanı xaricindədir”.

BDU rəhbərliyi banneri yığışdırıb. Universitetin mətbuat katibi Pərvanə İbrahimova Meydan TV-yə məsələ ilə bağlı araşdırma apardıqlarını, əlavə məlumat olsa, açıqlama verəcəklərini söyləyib.[:]

You may also like

Leave a Comment