[:az]
Komitə Azərbaycanın rəsmi qurumlarının son illərdə pentensiar, cinayət qanunvericiliyi və məhkəmə sistemi ilə bağlı addımlarını müsbət qiymətləndirsə də, bu addımların Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən tələb olunan nəticələrə çatmaq üçün yetərli hesab olunmadığını bildirir.
Bundan başqa Komitə SMDT-nin Siyasi motivli inzibati həbslərlə bağlı Hesabatına istinad edərək bildirir ki, 2016-cı ildən bu yana insanları həm razılaşdırılmış, həm də razılaşdırılmamış aksiyalarda iştirakdan çəkindirmək və iştiraka görə cəzalandırmaq üçün inzibati həbslərdən siyasi məqsədlərlə sui-istifadə olunur.
Komitə AİHM qərarları göstərir ki, geniş, detallı və mütəmadi qaydada hazırlanan siyasi məhbus siyahıları etibarlıdır və bu siyahılarda əks olunan şəxsləri siyasi məhbus hesab etmək olar. Bu siyahılar təkzib də oluna bilər, ancaq bunun üçün müstəqil və tərəfsiz qurum tərəfindən diqqətli incələməyə ehtiyac var. Azərbaycanın bu yanaşmanı qəbul etməsi “onun ölkə AİHM müdaxiləsinə ehtiyac olmadan fərdi işləri yoluna qoymaqda maraqlı olduğunu göstərir”.
Komitə rəsmi qurumlara xəbərdarlıq edərək bildirir ki, narahatedici trendin varlığını qəbul etmək AİHM tərəfindən verilən qərarların tam və effektiv icrası üçün tələb olunan addımların uğurlu olması üçün ön şərtlərdəndir. Bundan başqa Komitə Azərbaycan parlamentini qətnamənin nəticələrinin izlənməsi üçün məruzəçi ilə və Azərbaycan hökumətini Avropa Şurası Nazirlər Komitəsi ilə hərtərəfli əməkdaşlığa dəvət edir.
Komitə, xüsusilə İlqar Məmmədovun, Anar Məmmədli və Rəsul Cəfərovun işlərinə toxunaraq onların qarşıdan gələn parlament seçkilərində namizəd ola bilmələri üçün şərtlərin təmin olunmasını tələb edir.
Hesabat yanvar ayında, AŞPA-nın qış plenar iclasında müzakirə olunacaq.[:]