[:az]
Toplantı iştirakçıları qeyd ediblər ki, Gürcüstan seriyalı avtomobillərini sərhəddən keçirəndə depoziti çox istəyirlər. Demələrinə görə, onlardan kimisi Bakıda taksi fəaliyyəti göstərir, kimisinin də başqa işi var. Həmin adamların söyləməsinə görə, Gürcüstanda maşın ucuz olduğundan oradan alıblar, amma avtomobil alveri ilə məşğul deyillər.
Dövlət Gömrük Komitəsi nə deyir
Bu günlər bu məsələyə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev də münasibət bildirib. O, jurnalistlərə deyib ki, xarici dövlət nömrəsi olan avtomobillərin ölkə ərazisində qalma müddətinə dair qanunvericilikdə hər hansı bir dəyişiklik olmayıb.
Komitə sədri bildirib ki, sadəcə, əvvəllər bunu gömrük əməkdaşları hesablayırdısa, artıq bunu sistem avtomatik olaraq hesablayır: «…Qeyri-rezident vətəndaşlar Azərbaycana nəqliyyat vasitəsilə gəldiyi zaman 1 gündən 90 günə qədər gəlişinin məqsədi bəyan edilməklə müvəqqəti idxal rejimində heç bir rüsum və vergi ödəmədən daxil ola bilir. Bundan sonra 1 ilə qədər müddətin uzadılması o zaman baş verə bilər ki, Azərbaycanda işlədiyini sənədlər vasitəsilə təsdiq etsin. Bu da Gömrük Məcəlləsinin 258-ci maddəsinə uyğun olaraq təlimat üsulları ilə tənzimlənir».
Komitə sədri vurğulayıb ki, hazırda vergidən yayınma və qaçaqmalçılıqla mübarizə gücləndirilib.
Azadlıq Radiosu[:]