[:az]Fuad Əhmədlinin səhhətində problemlər yaranıb[:]

by Gozetci

[:az]Siyasi məhbus, AXCP Gənclər Komitəsinin funksioneri Fuad Əhmədlinin səhhətində problemlər yaranıb. Bu barədə AXCP sədrinin müavini Gözəl Bayramlı özünün Facebook hesabında məlumat paylaşıb. O bildirib ki, F.Əhmədli Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.

Qeyd edək ki, Fuad Əhmədli 17 avqust 2018-ci ildə “əməliyyat-axtarış fəaliyyəti haqqında qanun normalarını pozmaq”, xüsusən, “Azərfon” mobil rabitə şirkətinin istifadəçilərinin şəxsi məlumatlarını yaymaq ittihamı ilə həbs edilib.

Bundan başqa, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Əhmədli 2017-ci il iyunun 16-da 4 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.

Fuad Əhmədli hüquq müdafiəşiləri tərəfindən siyasi məhbus kimi tanınıb.[:]

You may also like

Leave a Comment