[:az]AXCP: ‘Şəki təşkilatının sədri saxlanıb'[:]

by Gozetci

[:az]Avqustun 22-dən 23-nə keçən gecə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon şöbəsinin sədri Mübariz Abdulkərimovun yolda gedərkən saxlanaraq polisə aparıldığı bildirilir

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat veriblər.

Partiyadan bildirildiyinə görə, onun bu gün, avqustun 23-də məhkəmə qarşına çıxarılacağı gözlənir.

Amma bu məlumatı, hələlik, Şəki Rayon (şəhər) Polis Şöbəsindən dəqiqləşdirmək mümkün olmayıb.

AXCP-dən bildirildiyinə görə, bu həftə bir neçə fəalları müxtəlif ittihamla saxlanaraq inzibati qaydada cəzalandırılıblar.

Azadlıq Radiosu[:]

You may also like

Leave a Comment